Tərbiyə prosesinin mahiyyəti və məqsədi


“Yazıq o şəxsə ki, sevmir nəsihət Nəsihət sevənlər qazanar sərvət”



Yüklə 268,27 Kb.
səhifə85/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   81   82   83   84   85   86   87   88   ...   122
PEDAQOGİKA 2 hissə

“Yazıq o şəxsə ki, sevmir nəsihət Nəsihət sevənlər qazanar sərvət”.


Nəsihətin əhəmiyyəti atalar sözlərində, habelə hikmətli sözlərdə müxtəlif formalarda dönə-dönə xatırlanır. Məsələn; “Nəsi- hət acı olar, meyvəsi şirin”, “Məsləhətli don gen olar”...

Deməli, nəsihət geniş həyat təcrübəsinə malik olan şəxsin başqasına həyatda səhvə yol verməməsi, düzgün istiqamət götür- məsi üçün verdiyi tövsiyədir.



  • Təlimat tərbiyəvi metod olub, uşağın tapşırıqların icrası- na necə yanaşmasını, ona necə münasibət göstərməsini aşkar edir.

  • Disput latın sözü olub, mühakimə yürütmək, mübahisə etmək deməkdir. Disput müxtəlif mövzular üzrə canlı, sağlam mü- bahisələrdir. Burada mühakiməər toqquşur, müxtəlif fikirlər tutuş- durulur. Məktəblərdə təşkil edilən müxtəlif məzmunlu disputlar şagirdlərin elmi dünyaqgörüşünün zənginləşməsinə, mənəvi keyfiy- yətlərinin formalaşmasına və zənginləşməsinə şərait yaradır. Dis- putlar tədris və tərbiyə işləri ilə uyğunlaşdırılmalıdır. Bu tədbirlər gənc nəsildə təşəbbüskarlıq vərdişlərinin, ictimai fəallığın, milli lə- yaqətin, Vətənə məhəbbətin, düzlüyün, doğruçuluğun və s. keyfiy- yətlərin tərbiyəsinə təkan verməli, əxlaqi keyfiyyətlərin, mənəvi davranışın həqiqiliyinə inam yaratmalı, əqidə formalaşdırmalıdır.

Disputlar şagirdləri düşündürməklə, fəallaşdırmaqla yanaşı, həm də onları ölkəmizin tarixi ilə tanış edir, Vətən uğrunda mübari- zəyə ruhlandırır, müxtəlif fakt və hadisələri təhlil etməyə, mübahi- sələr aparmağa sövq edir. Burada şagirdlər müxtəlif əxlaqi kate- qoriyalar haqqında öz fikirlərini sərbəst deməyə çalışırlar. Disputlar yuxarı sinif şagirdlərində maraq yaradır, ətrafda baş verən hadisə- lərin gerçəkliyini dərk etməyə, əxlaq normalarını mənimsəməyə, mənəvi ideyalara yiyələnməyə inkan verir.

Disput iştirakçıların qabaqcadan bildiyi hər hansı mövzu üzrə fikir birliyi yaratmaq məqsədi ilə müəyyənləşdirilmiş vaxtda mütəşəkkil keçirilən fikir mübadiləsidir. Bu metod mürəkkəb olub, müəllimdən yüksək peşəkarlıq tələb edir. Müəllim şagirdlərə fikirlə- rini toplamağa, cəmləşdirməyə, öz mövqeyini əsaslandırmağa kö-

mək etməlidir. Deməli, disput müstəqil tədbir kimi təşkil edilib keçirilə də bilər, hər hansı məşğələlərin tərkibində bir metod kimi tətbiq edilə də bilər. Metod kimi disputun tətbiq sahəsi çoxdur: ondan şagirdlər və tələbələr, habelə valideynlər arasında da istifadə edilir. Bu səbəbdən də disputun mövzusu müxtəlif ola bilər. Disputun səmərəsi ona hazırlığın səviyyəsindən asılı olur. Disputun mövzusu, keçirilmə vaxtı, müzakirəyə qoyulacaq məsələ və ya sual, habelə müvafiq mənbələr barədə iştirakçılara xeyli əvvəl məlumat verilir. Disputun belə mövzuları ola bilər : “Bilikli adam kimə deyilir”, “Gözəlliyi necə başa düşürsən”, “Gözəllik ondur, doqquzu dondur” - atalar sözünün mahiyyəti nədən ibarərdir”, “Gənclərin mənəvi tərbiyəsi üçün nə etmək lazımdır”, ”Vətənpərvər insan necə olmalıdır”, “Milli-mənəvi dəyərlərimiz” və s.

Disput mövzularının təsnifatı və məzmun istiqamətlərini aşağıdakı kimi qruplaşdıra bilərik: 1) Əxlaqi-etik mövzulara - milli ləyaqət, milli mənlik şüuru, dostluq – yoldaşlıq, düzlük və doğruçu- luq, vicdan, borc və məsuliyyət hissi daxildir; 2) ideya-siyasi möv- zularda keçirilən disputlar şagirdlərə yüksək ideyalııq, siyasi yetkin- lik aşılamaqda, mənəvi tələbatın inkişafı qayğısına qalmaqda böyük rol oynayır; 3) vətənpərvərlik mövzusu şagirdləri Vətən uğrunda mübarizəyə ruhlandırır, Vətən torpağının düşmənlərinə qarşı barış- mazlıq ruhunda tərbiyə edir, onlarda milli mənlik şüurunu inkişaf etdirir; 4) estetik mövzular şagirdlərə cəmiyyət və ictimai münasi- bətlərdəki gözəlliyi duymaq, qavramaq və mənimsəməkdə kömək edir, onlarda bədii yaradıcılıq qabiliyyətlərini, ətraf aləmə, əməyə, davranışa gözəllik meylini formalaşdırır; 5) ədəbi-bədii mövzularda keçirilən disputlar gənclərə öz tarixi köklərinə, qədim adət və ənə- nələrə bələd olmaqda, gələcəkdə öz yerlərini düzgün müəyyən et- məkdə, Vətən sevgisi, böyüyə hörmət, xeyirxahlıq, millətə bağlılıq, dosta sədaqət və s. keyfiyyətlərə yiyələnməkdə kömək edir.

Disputların keçirilməsində üç mərhələ vardır: 1) Disputa ha- zırlıq mərhələsi. Bu mərhələdə disputun mövzusu, maqsəd və vəzifələri, planı, ssenarisi, vaxtı, yeri, çıxış edənlər, dəvət olunan şəxslər müəyyənləşdirilir; 2) Disputun keçirilməsi mərhələsində artıq burada “Giriş sözü”, “Çıxış edənlərin və iştirakçıların sözü ”, “Son söz” ardıcıllığı ilə keçirilməlidir; 3) Disputun yekun mər- hələsində fikirlər ümumiləşdirilir, düzgün nəticələr çıxarılır, düzgün

mövqe bildirilir .



Məruzə səmərəli tərbiyə üsullarından biri olub, gəncləri mə- ruzə ətrafında öz tənqidi qeydlərini deməyə istiqamətləndirir. Mə- ruzə ardıcıllığı, sistemliliyi və əhatəliliyi ilə şərtlənir. Məruzələri bir çox hallarda tərbiyə olunanların özünə də tapşırmaq olar. Bu zaman müəllim və tərbiyəçi ona rəhbərlik etməlidir. Məruzə və mühazirə- dən sonra aydın olmayan məsələlər barədə suallar verilməsinə im- kan yaratmaq lazımdır. Bəzən tərbiyəçinin izahatına, ümumləşdirici çıxışına ehtiyac da yarana bilər. Məruzəçidən yüksək şüurluluq, savadlılıq, pedaqoji mərifət, pedaqoji takt tələb edilir.

  • Nümunə Vaxtilə qədim yunan filosofu Seneka deyirdi ki, öyüd və nəsihətlərin yolu uzun, nümunələrin yolu isə qısadır.

K.D. Uşinski isə göstərirdi ki, şəxsiyyət tərbiyəsi üçün şəxsiyyətə şəxsiyyətlə təsir göstərmək olar. Fransız psixoloqu Anri Vallon yazırdı: “Müsbət nümunə götürmək və onu təqlid etmək insanı fəaliyyətə təhrik edir”.

Böyük çex pedaqoqu Y.A.Komenski isə təsdiq edirdi ki, “Uşaqlar dərk etməzdən əvvəl nümunəni götürürlər”.

İnsanın təbiəti elədir ki, o, həyatının bütün sahələrində özünə nümunə tapmaq istəyir, yəni kimdənsə örnək almaq istəyir. Gözəl tərbiyə nümunələri insanın mükəmməl tərbiyə almasına əlverişli şərait yaradır.

Psixoloqlar və sosioloqlar insan həyatında nümunənin əhə- miyyəti mövzusunu çox araşdırmışlar. Onlardan biri də tanınmış qərb psixoloqu Qabriel Tarddır.

Onun nəzərincə, insanı ictimailəşdirən, onu mədəniyyətlərə diqqətli edən əsas amil nümunələr, təqlidlərdir. Əgər müsbət nümu- nələr olmasaydı insanın danışıq dili, yazı xətti də olmazdı. Yaxşı nümunələrdən istifadə etməyən və ya ondan imtina edən insan ya- zıb-oxumaq kimi misilsiz dəyərlərdən məhrum olar, öz əcdadlarının elmi və mədəni irsindən faydalana bilməz.

İş başına gələn istənilən bir nəsil, özündən əvvəlki nəslin təcrübələrindən faydalanmalı, onlardan nümunə götürməli, öz icti- mai həyatını nizamlamaq, ehtiyaclarını aradan qaldırmaq üçün onla- ra əsaslanmalıdır. Demək, keçmiş irsin mənimsənilməsində aparıcı amil nümunə götürməkdir. Atalarımız nahaq yerə deməmişlər ki, “Dünya gör-götür dünyasıdır”.

Əgər öz həyatımızda ata-babalarımızın təcrübələrindən fayda- lanmasaydıq, onların məlumatlarından istifadə etməsəydik, hətta yemək və geyim kimi ehtiyaclarımızın təminində misilsiz prob- lemlərlə üzləşərdik. Axı keçmiş təcrübələrdən faydalanmadan xörək bişirmək, libas tikmək, ev tikmək necə mümkün olar?! Bəşəriyyət yaxşı örnəklərdən imtina etsəydi, hazırkı təkamüldən məhrum olar- dı. Bəli, keçmiş elmi, mədəni biliklərdən faydalanmanın ən əsas amili müsbət nümunələrdən faydalanmaqdır.

Əlbəttə ki, bütün sahələrdə kor-koranə nümunəyə üz tutmaq ifratçılıqdır. Amma, düşünmək olmaz da ki, insanın formalaşmasın- da yeganə yol nümunədir.

Tərbiyə prosesində hansı nümunələrdən istifadə olunur:


    1. İlk növbədə görkəmli şəxsiyyətlərin, alimlərin, incəsənət adamlarının, yazıçı və şairlərin, ictimai və dövlət xadimlərinin hə- yatından nümunələr

    2. Kiçik məktəblilərin idealı konkret şəxslərdir. Böyük mək- təb yaşlı uşaqların idealı isə ümumiləşmiş obrazlar, ideallardır. Bu- na görə də ədəbi obrazların, kinofilm film süjetlərindəki obrazlar nümunəsində tərbiyə mühüm yer tutur.

    3. Sadə insanların, məktəblilərin, yoldaşların müsbət nümunə- ləri, müsbət davranışları məktəblilər üçün bir tərbiyəvi örnək mən- bəyidir.

    4. Müəllim və ya tərbiyənin şəxsi nümunəsi qüvvətli tərbiyə mənbəyi və təsirli tərbiyə metodudur. Müəllimin sözü, hərəkət və davranışı ən qüvvətli tərbiyə vasitəsidir. Məktəbli üçün müəllim, xüsusilə sinif müəllimi onun üçün idealdır.

    5. Valideynin şəxsi nümunəsi qüvvətli təsiredici tərbiyə vasi- təsidir. Nəinki valideyn nümunəsi ailənin bütün üzvləri bir-birindən nümunə götürərək tərbiyələnir və inkişaf edirlər. Böyük pedaqoq A.S.Makarenko deyirdi ki, uşaqları hər şey tərbiyə edir: insanlar, əşyalar, hadisələr. Amma insanlar daha qüvvətli tərbiyəedici təsirə malikdirlər ki, bu sahədə valideynlər birinci yerdədirlər. Onlar hər gün uşaqlarla ünsiyyət və münasibətdə olarkən onların mənəvi aləminə qüvvətli təsir göstərirlər. Valideyn nümunəsi uşaqların gələcək ailə həyatında, onların xarakterlərinin formalaşmasında mü- hüm təsir qüvvəsinə malikdirlər.

Nümunələr əsasında tərbiyədə nüfuzlu, hörmətli şəxsin nümu- nəsi xüsusilə böyük əhəmiyyət kəsb edir. Hörmət və nüfuz nə qədər böyükdürsə tərbiyəvi təsir də bir o qədər yüksək olacaqdır. Buna görə də nümunə tərbiyəsində valideynlərin və müəllimlərin nüfuzu, hörmət və şərəfi əsas yer tutmalıdır. Ona görə A.S.Makarenko dəfələrlə deyirdi ki, nüfuz olmadan heç bir tərbiyəvi təsir mümkün deyildir. Tərbiyəçi və valideynin nüfuzu tərbiyədə əsas şərtdir.

Böyüklər hər bir hərəkətində, davranışında, rəftarında uşaqla- ra nümunə olmalıdırlar. Əgər böyüklər uşaqlarda düzlük və doğ- ruluq tərbiyə etmək istəyirlərsə bunu ilk növbədə özləri öz əməlində nümunə göstərməlidirlər. Səliqəli geyinməyən bir valideyn və ya bir tərbiyəçi uşaqdan səliqəli geyinməyi tələb edə bilməz.

Nümunə tərbiyəsində böyüklərin uşaqlara vahid tələbkarlıqla yanaşmasının böyük əhəmiyyəti vardır. Tərbiyənin mühüm prinsip- lərindən biri “Tələblərdə vahidlik” prinsipidir. Uşaqlar bəzən pis nümunələrlə də qarşılaşırlar. Bu nümunələri onlar həyatda, küçədə, kinofilmlərdə və s. görə bilirlər. Onları bunlardan ayırmaq və ya qadağan etmək mümkün deyildir. Cəmiyyətimizdə pislərlə yaxşılar bir yerdədir. Ona görə də uşaqlarda rast gəlinən pis nümunələrə qarşı etiraz hissi yaradılmalı, onlar pis nümunələri görsələr də onu etməməlidirlər. Artıq yaxşı nümunələr əsasında tərbiyə görmüş məktəbli pis nümunə gördükdə onun ardınca getməz ona öz etirazı- nı bildirər.



    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin