Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə88/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   84   85   86   87   88   89   90   91   ...   122
PEDAQOGİKA 2 hissə

    Bu səhifədəki naviqasiya:
  • Tələb
Öyrəşdirmək, öyrəşmək – bu uşağı və ya məktəblini intensiv şəkildə yerinə yetirməsi lazım olan öyrədici və ya müəyyən müsbət hərəkətə öyrəşdirilən, adət etdirilən çalışmalardır. Bu metod tərbiyə prosesinin bütün mərhələlərində tətbiq edilə bilər. Öyrəşdirmə alışdırma anlayışı ilə sıx bağlı olsa da tam eyni mənada deyildir. “Öyrəşmək” daha çox bir şeyi özünə adət etmək, vərdiş et- mək, öyrənmək mənalarını verir. Misal üçün deyilir: “Tahir uşaq- lıqdan dağ havasına alışdığı üçün Bakının istisinə öyrəşə bilmirdi” (“Azərbaycan dilinin izhalı lüğəti”, III cild, səh. 559.). Alışdırmanın ilkin mərhələsi öyrətmə və bunun ardınca həmin məsələyə öyrəş- dirmə gəlir. Davranış və əmək bacarıqları ilə əlaqədardır, habelə o,

axıradək nəzarət altında təşkil olunur.

Öyrəşdirmə, adət halına salma tərbiyə prosesinin bütün mər- hələlərində tətbiq edilir, amma daha çox ilk mərhələlərdə səmərəli olur. Öyrəşdirməni düzgün tətbiq etmək üçün müəyyən şərtlərə və tövsiyələrə əməl olunmalıdır:

 Müəllim və şagirdlərdə tərbiyənin məqsədi haqqında aydın təsəvvür olmalıdır;

 Öyrəşdirmə zamanı qaydaları dəqiq və aydın formalaş- dırmaq lazımdır;

 Vaxtın hər bir hissəsi üçün şagirdlərin gücü çatacaq op- timal həcmi müəyyənləşməlidir. Vərdişi aşılamaq üçün vaxt lazım- dır. Burada tələsiklik məqsədi aydınlaşdırmaq əvəzinə uzaqlaşdırır;

 İşi yerinə yetirmək lazım gəldiyini şagirdlərə göstərin. Çirkli və təmiz ayaqqabıları müqayisə edin. Elə edin ki, müqayisə şagirdi utandırsın, onda natəmizlikdən əl çəkmək arzusu yaratsın;

 Öyrəşdirmə daimi nəzarət tələb edir. Nəzarət səmimi ol- malı, amma zəifləməməli, mütləq özünənəzarətlə uyğunlaşdırıl- malıdır;

 Oyun formasında həyata keçirilən öyrəşdirmə pedaqoji effekt verir. Şagird oyun zamanı davranış qaydalarını kənardan heç bir göstəriş olmadan könüllü yerinə yetirir.

Deməli, öyrəşdirmə davranış və əmək bacarıqlarının uşaq- larda vərdişə çevrilənədək tərbiyəçinin bilavasitə nəzarəti altında müntəzəm yerinə yetirilməsidir.

Tələb nəticəsində davranış normalarının yerinə yetirilməsi- nə nail olunur, şagirdlər müəyyən fəaliyyətə cəlb olunurlar, onlarda sosial keyfiyyətlər formalaşır.


  • Tələb müəllim və şagirdlər arasında yoldaşlıq mü- nasi- bətlərinin əmələ gəlməsinə əsaslanır. Müəllimin istədiyi davra- nışa nail olmaq üçün irəli sürdüyü tələb vasitəsiz tələbdir. Bu metodun köməyi ilə şagirdlər müəyyən fəaliyyətə cəlb olunur, onlarda əxlaqi keyfiyyətlər formalaşır.

Tələblər verilmə formasına görə iki cür olur: bilavasitə (bir- başa) verilən tələblər bilvasitə (dolayısı yolla) verilən tələblər.
1   ...   84   85   86   87   88   89   90   91   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin