Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Davranışı və fəaliyyəti stimullaşdıran metodlar



Yüklə 268,27 Kb.
səhifə91/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   87   88   89   90   91   92   93   94   ...   122
PEDAQOGİKA 2 hissə

Davranışı və fəaliyyəti stimullaşdıran metodlar



Stimullaşdırma - hərəkətə gətirmək, təkan vermək, həvəslən- dirmək, şirnikdirmək deməkdir. Fəaliyyət və davranışı stimul- laşdırmaq-fəaliyyət və davranışa təkan verməkdir, insanı müsbət fəaliyyətə təhrik etmək, hərəkətə gətirmək, həvəsləndirmək demək- dir. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – rəğbətləndir- mə və cəzalandırmadır.

Davranışı və fəaliyyəti stimullaşdıran metodlar

Rəğbətləndirmə şagirdlərin hərəkətlərinin müsbət qiy- mətləndirilməsinin, təqdir edilməsinin ifadəsidir. Rəğbətləndirmə müsbət vərdiş və adətləri möhkəmləndirir. Rəğbətləndirmənin təsiri müsbət emosiyaların oyanmasına əsaslanır. Rəğbətləndirmə-inam, xoş əhval-ruhiyyə yaradır, məsuliyyəti artırır.

Rəğbətləndirmənin növləri müxtəlifdir: bəyənmə, təqdir- etmə, “Afərin”, “Əhsən” sözləri vasitəsilə şagirdi ruhlandırmaq, inam göstərmək, tərifləmək, təşəkkür elan etmək, tərifnamə ver- mək, hədiyyə ilə mükafatlandırmaq, vəzifəyə irəli çəkmək, fəxri heyətə nümayəndə seçmək, şəklini şərəf lövhəsinə vurmaq və s.


Rəğbətləndirmənin pedaqoji, psixoloji tərəfləri, onun nəti- cələri əvvəlcədən nəzərə alınmalıdır:

 Müəllimlər çalışmalıdırlar ki, rəğbətləndirmə şagirdlərdə tərifləmək və mükafat almaq motivləri yox, daxili inam

və əxlaqi motivləri formalaşdırsın;

 Rəğbətləndirmə şagirdi kollektivin üzvlərinə qarşı qoy- mamalı, kollektiv tərəfindən razılıqla qarşılanmalııdr;

 Yüksək əməksevərlik, məsuliyyət, səmimilik keyfiy- yətləri göstərən, başqalarına kömək göstərməklə özü yüksək şəxsi nailiyyətlər qazanan şagirdləri xüsusilə rəğbətləndirmək lazımdır;

 Rəğbətləndirmə şagirdin xidmətlərinə, fərdi xüsusiyyət- lərinə, kollektivdə mövqeyinə uyğun olmalıdır.

 Eyni şagirdlər hər dəfə rəğbətləndirilməməlidir, başqa şagirdlər də, hətta zəiflər də unudulmamalı, nə vaxtsa onlara da diqqət yetirilməlidir ki, həvəslənsinlər;

 Yersiz təriflər lovğalığa gətirib çıxarar. Rəğbətləndirmə zamanı kollektivin rəyi nəzərə alınmalıdır;

 Rəğbətləndirmə fərdi yanaşma tələb edir. Özünə inamı olmayan, geri qalan şagirdi də ruhlandırmaq çox vacibdir. Şagirdlər onlara göstərilən etimadı doğrultmaqla öz çətinliklərini də aradan qaldıra bilərlər.

 Rəğbətləndirmə məsələsini həll edərkən ədalətlilik prinsipinə əməl edilməlidir.

 Rəğbətləndirmə kollektiv qarşısında olmalıdır. Rəğbətləndirnə metodunu iki qrupa ayırmaq olar:



      1. Yüklə 268,27 Kb.

        Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin