Tərbiyəedici situasiya xüsusi yaradılmış şəraitdə şagirdlərin (tələbələrin) fəaliyyətinin və davranışının təşkili metodudur. Situasi- yalar uydurulmuş olmamalıdır. Məktəb həyatında situasiyalar hər addımbaşı olur. Belə situasiyalara praqmatik tendensiyalar nəzərə alınaraq müəllim və şagirdlərin kommersiya münasibəti kimi baxı- lır. Burada şəxsi mənfəət başlıca oyadıcı qüvvə olur. Bu metod hələ tamamilə formalaşmamışdır, amma müəllim və şagirdlərin konkret razılaşmaları müxtəlif növ müqavilə və qarşılıqlı öhdəliklər sistemi vasitəsi ilə hər yerdə fəaliyyət göstərir.