Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Sadə rəğbətləndirmə metodları; 2)Yüksək rəğbətləndirmə metodları



Yüklə 268,27 Kb.
səhifə92/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   88   89   90   91   92   93   94   95   ...   122
PEDAQOGİKA 2 hissə

Sadə rəğbətləndirmə metodları; 2)Yüksək rəğbətləndirmə metodları.


Sadə rəğbətləndirmə metodları şagirdin başına sığal çəkmək, “Afərin!”, “İşi belə görərlər” kimi ifadələr işlətmək, arzusunu yeri- nə yetirmək, kitab alıb hədiyyə vermək, səyini dilə gətirib tərif- ləməkdir.

Yüksək rəğbətləndirmə metodları şifahi və ya yazılı təşəkkür elan etmək, tərifnamə vermək, fərqlənmə diplomu vermək, şəklini şərəf lövhəsinə vurmaq, qızıl medalla təltif etmək, vəzifəyə irəli çəkmək və s.

Cəzalandırma metodu pedaqoji-psixoloji təsir metodu- dur. Bu tərbiyə metodu şagirdlərdə arzuolunmaz hərəkətlərin qarşı- sını almaq, onları aradan qaldırmaq məqsədini daşıyır.

Cəzalandırma metodu xarici stimulları yavaş-yavaş daxili stimullara çevirməyi nəzərdə tutur. Müasir məktəbdə cəzalandır- manın müxtəlif formaları tətbiq edilir:

Şagirdin fəaliyyətini bəyənməmək və işinə irad tutmaq, xəbər- darlıq etmək, yığıncaqda gördüyü işi müzakirə etmək, tənqid etmək, danlamaq, məzəmət etmək, vəzifədən kənar etmək, valideynini məktəbə dəvət etmək, valideynlə şagird haqqında korreksiyaedci fərdi söhbət aparmaq, töhmət vermək, dərsdən kənar etmək (müəl- limlər otağına göndərməklə), şagirdin sinfini dəyişmək, şagirdin məktəbini dəyişmək, son hədd cəza məktəbdən xaric etməkdir ki, buna nadir hallarda yol verilə bilər.

Cəzalandırma metodunun səmərəliliyini müəyyən edən pedaqoji şərtlər bunlardır:


 Əgər cəzalandırma ideyası kollektivdən gələrsə və cəzanı kollektiv müdafiə edərsə, o zaman onun təsir gücü artar.

 Uşağa cəza verərkən ictimai rəyə söykənmək lazımdır;

 Cəza şagirdə aydın olanda o təsirli olur. Cəzanı verdikdən sonra onu yada salmaq lazım deyil, şagird ilə normal münasibətlər saxlanılmalıdır;



 Şagirdi pedaqoji zərurət üzündən cəzalandırırıq.

Cəzadan istifadə edərkən şagirdi təhqir etmək olmaz;



 Münaqişəli situasiya cəza metodunu tətbiq etmək üçün əsasdır. Cəza haqqında hər hansı bir resept vermək olmaz, hər bir hərəkət fərdidir;

 Cəza güclü təsir edən metoddur. Müəllimin cəzada bu- raxdığı səhvləri düzəltmək xeyli çətindir. Ona görə də yaranmış situasiya haqqında tam aydınlıq olana qədər cəza verməyə tələsməməli;

 Cəzanın əvəz çıxmaq alətinə çevrilməsinə yol verməyin. Şagirddə cəzanın onun xeyrinə olması ilə bağlı əqidə formalaşdırıl- malıdır;

 Cəza pedaqoji taktı, şagirdin yaş və fərdi xüsusiyyətlərini yaxşı bilməyi tələb edir.

 Cəzalandırma kolektiv qarşısında verilməlidir.

 Kollektivi və ya qrupu cəzalandırmaq olmaz. Cəza yalnız fərdi olmalıdır.



 Cəza digər tərbiyə metodları ilə kompleks tətbiq olun- malıdır.

    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin