TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


TƏLƏBƏLƏRİ VƏ ONDAN HƏDİS RƏVAYƏT EDƏNLƏR



Yüklə 1,01 Mb.
səhifə5/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   2   3   4   5   6   7   8   9   ...   84
Hz Ali

TƏLƏBƏLƏRİ VƏ ONDAN HƏDİS RƏVAYƏT EDƏNLƏR: Bir çox kimsə İmam Nəsəidən hədis öyrənmiş və rəvayət etmişdir. İmam Əbul Qasım ət-Təbərani, Əbu Əli əl-Hüseyn b. Əli əl-Hafiz ən-Neyamuzi ət-Təbərani, Əhməd b. Umeyr b. Cevsə, Muhəmməd b. Cəfər b. Kilas, Əbul Qasım b. Əbul Ukb, Əbul Meymun b. Rəşid, Əbul Həsən b. Həzləm, Əbu Səid əl-Arabi, İmam Cəfər ət-Tahavi, Muhəmməd b. Harun b. Şuayb, İbrahim b. Muhəmməd b. Saleh b. Sinan, Əbu Bəkr Əhməd b. İshaq əs-Sünni əl-Hafiz hədis öyrənib və rəvayət etmişlər. Həkim – Bir çox dəfə Əbul Həsən əd-Darakutninin, İmam Əbu AbdurRahman Nəsəi, dövründə hədis elmi, ravilərin cərh və tədilində şöhrət tapmış kimsələrdən öndə gəlir dediyini eşitdim. Ət-Tacus Subki müəllimi Hafiz Zəhəbidən və atası Şeyx İmam Subki rahmətullahi aleyhi - rəvayət edir ki: «İmam AbdurRahman Nəsəi – rahmətullahi aleyhi - Səhihin müəllifi olan İmam Muslim – rahmətullahi aleyhi - dən daha çox hədis əzbərdən bilirdi. Nəsəinin Sünnəni Buxari və Müslimin səhihindən sonra ən az zəif hədis olan hədis kitabıdır».

MÜCTƏBA: İbnul Əsir – rahmətullahi aleyhi - deyir ki: «Bir hökmüdar İmam Nəsəiyə: Kitabdakı hədislərin hamısı səhihdir? O: «Xeyr» deyə cavab verdi. Hökmüdar Nəsəidən kitabdakı hədislərin səhih olanlarını ayırmasını istədi. O, da Sünnənul Kubradakı hədisləri əl-Muctəba adını verdiyi bir kitabda topladı. Bu kitab altı böyük hədis kitabından biridir. Muhəddislərin Kutubu Xamsə – beş kitab, Usulul Xamsə - Beş ana kitab dedikləri hədis kitabları Buxari, Müslim, Əbu Davud, Tirmizi, Muctəba Nəsəidir.

VƏFATI: İmam Nəsəi H. 303-cü ilində Şaban ayında 88-89 yaşında ikən dünyasını dəyişmişdir. Harada öldüyü ixtilaflıdır. Fələstinin Rəmlə şəhərində vəfat etdiyi söylənilir. Bəziləri isə Məkkədə vəfat etdiyini və Səfa və Mərva arasında dəfn edildiyini də söyləyirlər.

VƏFAT SƏBƏBİ: İmam Nəsəi H. 302-ci ildə Misirdən Şama gəlmişdir. Şamdakı Muaviyə – radıyallahu anhu - tərəfdarları Muaviyənin Əli – radıyallahu anhu - dan üstün olub-olmadığını soruşurlar. Bundan sonra Muaviyə tərəfdarları tərəfindən döyülmüş və Rəmləyə gətrilərək orada da dünyasını dəyişmişdir. Əbul Həsən Darakutni – rahmətullahi aleyhi - deyir ki: «İmam Nəsəi Şamda Muaviyə tərəfdarları tərəfindən döyülmüşdür. Bundan sonra Məkkəyə gətrilməsini istəmiş və orada da dünyasını dəyişmişdir».

ƏSƏRLƏRİ: əs-Sünnən. Onun iki Sünnəni vardır. Sünnənul Kubra – böyük Sünnən. Sünnənul Suğra – digər adı əl-Muctəba. Nəsəinin sünnəni deyildiyi zaman bununla kiçik sünnəni qəsd olunur. Bir neçə dəfə çap olunmuşdur. Dehli 1256, 1315, Bulak 1276, Qahirə 1312. «əd-Duafa vəl Mətrukin - Zəif hədis raviləri haqqında». Hələb, darul Vəa H. 1405 Beyrut. «Aməlul Yəvm vəl Leylə - Gecə və gündüz zikirlər». Təfsir. Sünnənul Kubranın bir bölümüdür. Fadailul Quran.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin