PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm –İN AMMAR - Radiyallahu Anhu –YA: «SƏNİ AZĞIN BİR TAYFA ÖLDÜRƏCƏKDİR» SÖZÜ HAQQINDA
154 - Səid b. Əbil-Həsən, o da anasından, o da Ummu Sələmə - radıyallahu anhə – dən rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Ammara buyurdu: «Səni azğın bir tayfa öldürəcəkdir»161.
155 - Əbu Davud ona müxalif olub belə rəvayət etdi: Bizə Şöbə rəvayət etdi, o da Əyyub və Xaliddən, o da əl-Həsəndən, o da anasından, o da Ummu Sələmə - radıyallahu anhə – dən rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Ammara belə dedi: «Səni azğın bir tayfa öldürəcəkdir». Bunu İbn Avn, əl-Həsəndən rəvayət etdi162.
156 - Həsən, anasından, o da Ummu Sələmə - radıyallahu anhə – dən rəvayət edir ki, Xəndək günü o, onlara süd verirdi; (Peyğəmbərin) sinəsinin tükləri tozlanmışdı. Vallahi onun belə dediyini unutmadım: «Allahım! Şübhəsiz xeyir, axirətin xeyridir. Həm Ənsarı, həm də Mühacirləri bağışla!». Bu əsnada Ammar gəldi. Bundan sonra o belə buyurdu: «Sumeyyənin oğlunu azğın və quldur olan bir tayfa öldürəcəkdir»163.
157 - Ummul-Həsən, o da Ummu Sələmə - radıyallahu anhə – dən rəvayət edir ki, Xəndək günü o, onlara süd verirdi. Tükləri tozlanmışdı. Bir tərəfdən də belə deyirdi: «Allahım! Xeyir, şübhəsiz axirətin xeyiridir. Həm Ənsarı, həm də Mühacirləri bağışla!». Bu əsnada Sumeyyənin oğlu Ammar gəldi. Ona belə buyurdu: «Səni azğın, quldur bir tayfa öldürəcəkdir»164.
158 -Əbu Nadrə, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayə edir ki, bizə məndən daha xeyirli olan Əbu Qatadə - radıyallahu anhu – bildirdi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Ammara, başındakı tozu silərkən belə dedi: «Ey Sumeyyənin oğlu! Səni azğın bir tayfa öldürəcək!»165.
159 - əl-Avvam, o da Əsəd b. Məsuddan, o da Hənzələ b. Huveyli - radıyallahu anhu – dan rəvayət edir ki, Muaviyə - radıyallahu anhu – nun yanında idim. Ammarın başı haqqında mübahisə edən iki nəfər onun yanına gəldi. Hər biri: «Onu mən öldürdüm» deyirdi. Bundan sonra Abdullah b. Amr - radıyallahu anhu – belə dedi: «Necə siz bu barədə mübahisə apara bilərsiniz ki, halbuki Allah Rəsulunun - sallallahu aleyhi və səlləm – onun haqqında belə buyurduğunu eşitmişəm: «Səni azğın bir tayfa öldürəcək». Şöbə bunu Avvamdan, o da bir nəfərdən, o da Hənzələ b. Suveyddən rəvayət etdi166.
160 - Hənzələ b. Suveyd - radıyallahu anhu – rəvayət edir ki, Ammar - radıyallahu anhu – nun başı gətirildi. Abdullah b. Amr - radıyallahu anhu – dedi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşidmişəm: «Səni bir qrup quldur öldürəcək»167.
161 - Cərir, o da əl-Aməşdən, o da AbdurRahman b. Əbi Ziyaddan, o da Abdullah b. Amr - radıyallahu anhu – dan rəvayət edir ki, o Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşidmişdir: «Səni bir qrup quldur öldürəcək». Əbu Muaviyə, ona (Cərirə) müxalif olub Aməşdən, o da Abdullah b. Muhamməddən rəvayət etmişdir. Əbu Muaviyə dedi ki: Bizə Aməş, AbdurRahman b. Əbi Ziyaddan nəql etdi168.
162 - (AbdurRahman b. Əbi Ziyad) Abdullah b. əl-Hərisdən rəvayət edir ki, mən Abdullah b. Amr b. əl-As və Muaviyə - radıyallahu anhum – ilə birlikdə gedirdim. Abdullah b. Amr - radıyallahu anhu – dedi: «Ey Muaviyə! Onların, «Onu azğın bir tayfa öldürəcək» dediklərini eşidmisənmi?». Muaviyə - radıyallahu anhu – bu cavabı verdi: «Hələ də boş danışırsan. Onu bizmi öldürdük? Onu yalnız onu bizə gətirən adam öldürdü»169.