TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


ƏBU İSHAQIN FƏRQLİ RƏVAYƏTİ



Yüklə 1,01 Mb.
səhifə57/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   53   54   55   56   57   58   59   60   ...   84
Hz Ali

ƏBU İSHAQIN FƏRQLİ RƏVAYƏTİ

174 - İsrail, o da Əbu İshaqdan, o da Süveyd b. Gafələ - radıyallahu anhu – dan, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – belə buyurdu: «Axır zamanda bir qövm çıxacaq. Quran oxuyacaqlar, amma boğazlarından aşağı keçməyəcək. İslamdan oxun yaydan çıxdığı kimi çıxacaqlar. Onlarla döyüşmək hər müsəlman üçün bir haktır…». Bunu Yusuf b. Əbi İshaq müxalif olub, Əbu İshaq ilə Süveyd b. Gafələnin arasına AbdurRahman b. Sərvanı qoyudu181.

175 - Əbu Qeys əl-Əvdi, o da Süveyd b. Gafələ - radıyallahu anhu – dan, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, axır zamanda elə bir qövm meydana gələcək ki, Quran oxuyacaqlar, amma boğazlarından aşağı keçməyəcək. Dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. Onlarla döyüşmək hər bir müsəlman üçün haqdır. Zahirən başları qırxılıdır»182.

176 - Tarık b. Ziyad - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – ilə birlikdə Xəvariclərə qarşı döyüşə çıxdıq. Onları öldürdü və sonra belə dedi: «Bunlara yaxşı baxın, (axtarın!) Çünkü Allah Rəsulu - sallallahu aleyhi və səlləm – belə buyurdu: «Bir qövm çıxacaq, bir söz deyəcəklər, amma haqq boğazlarından aşağı keçməyəcək. Onlar haqdan, oxun yaydan çıxması kimi çıxacaqlar. Onların simaları belədir: İçlərində əli kəsik qara bir adam olacaq, əlində qara tüklər olacaq. Yaxşı baxın əgər odursa, insanların ən pisini öldürmüsünüz. Əgər o deyilsə, insanların ən yaxşısını öldürmüsünüz». Bundan sonra ağladı və: «Yaxşı axtarın!» dedi. Axtardıq, əli kəsik (əlil) adamı tapdıq. Sevindiyimizdən səcdəyə qapandıq. Əli - radıyallahu anhu – da bizimlə birlikdə səcdəyə qapandı. Ancaq belə dedi: «Bir söz deyəcəkdilər»183.

177 - Əbu Suleyman əl-Cuhəni - radıyallahu anhu – rəvayət edir ki, Nəhrəvan günü Əli - radıyallahu anhu – ilə birlikdə idim. Əli: «Mən bir adamla güləşirdim» dedi. Dedim ki: «Ona nə oldu?». O: «Onu yeddi (dəfə yıxdım)» deyə cavab verdi. Nəhrəvan günü gəlib çatdı və Əli - radıyallahu anhu – Xəvaricləri öldürdü. O sinəsi (qadın sinəsi) kimi olan adamı tapana kimi ölülərin arasında gəzişdi və axırda onu Sakiyədə tapdı və belə dedi: «Allah həqiqəti dedi və Allah Rəsulu - sallallahu aleyhi və səlləm – də təbliğ etdi. Mənə demişdi ki: «Onun bir yerində, məməsinin başının önündə üç tük vardır»184.

178 - Asim b. Kuleyb əl-Cəmri, o da atasından dedi ki, Əli - radıyallahu anhu – nun yanında oturmuşdum. İçəri əynində səfər paltarı olan bir adam girdi. Əli - radıyallahu anhu – o əsnada cəmaatla söhbət edirdi: O adam: «Ey möminlərin əmiri, danışmağa izn ver?» dedi. Onun bu sualına cavab vermədi, öz işilə məşğul olmağa davam etdi. Sonra o adam bir nəfərin yanında oturdu. Ona dedi ki: «Üstündə nə var? (Nə deyəcəkdin)» Cavab verdi: «Ümrədəydim. Aişə - radıyallahu anhə – ilə görüşdüm, belə dedi: «Sizin ölkənizdən çıxan o qövmə Həruriyyəmi deyilir?». Mən dedim ki: «Onlar, Hərura deyilən yerdən çıxıblar». (Aişə) dedi ki: «Sizdən şəhid olanların xoş halına! Əbu Talibin oğlu istəsəydi onları sizə bildirərdi. Mən onların xəbərini ondan soruşmaq üçün gəlmişdim». Əli - radıyallahu anhu – nitqini bitirdikdə: «İzn istəyən o adam haradadır?» deyə soruşdu. Adam: «Burada!» deyib Aişə - radıyallahu anhə – yə danışdığını ona da danışdı. Əli: «Mən Allah Elçisi - sallallahu aleyhi və səlləm – in yanına girdim. Aişə - radıyallahu anhə – dən başqa orada heç kim yox idi. Mənə dedi ki: «Ey Əli! Belə-belə bir qövm ilə qarşılaşdığında halın necə olacaq?». «Allah və Rəsulu daha gözəl bilər!» dedim. Əlilə işarə edib belə dedi: «Onlar şərqdən çıxacaq bir qövmdür, Quran oxuyacaqlar amma boğazlarından aşağı keçməyəcək. Dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. İçərilərində (qolu) olmayan bir adam olacaq. Əli (qolu) sanki Həbəşli bir qadının sinəsi kimi olacaq». «Allah xatirinə, mən bunu sizə bildirdimmi?». «Bəli» dedilər. «Allah xatirinə, o adamın onların içində olduğunu da sizə xəbər verdimmi?» dediyində onlar, «Bəli» dedilər. Mənim yanıma gəldiniz, o adamın onların içində olmadığını dediniz. Onun onların içində olduğuna dair sizə Allah and içdim. Sonra onu tapıb mənim yanıma gətirdiniz. Onu sizə danışdığım şəkildə tapdınız. Elə mi?» «Bəli, Allah və Rəsulu düz deyiblər!» dedilər185.

179 - Zeyd b. Vəhb, Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Nəhrəvan günü gəldikdə, Xəvariclərlə qarşılaşdıq. Nizələrlə onları öldürənə qədər yerlərini tərk etmədilər. Əli: «O məməli adamı axtarın!» Axtardılar, tapa bilmədilər. Bundan sonra Əli: «Mən nə yalan dedim, nə də mənə yalan deyildi. Gedin, birdə axtarın!». Axtardılar, yerin bir kənarında tapdılar. Digər meyidlərdən çox aralı idi. Baxdılar ki, adamın əli pişik bığları kimi idi. Əli - radıyallahu anhu – və yanındakı insanlar heyrət içində: «Allahu Əkbər» deməkdən özlərini saxlaya bilmədilər186.

180 - Sələmə b. Küheyl, o da Zeyd b. Vəhb - radıyallahu anhu – dan rəvayət edir ki, Dəyrəhan körpüsündə Əli - radıyallahu anhu – bizə xitab verdi. O: «Şərq tərəfdən bir qövm çıxacaq, içlərində sinəsi (qadın) sinəsi kimi bir adam olacaq. Onlarla döyüş!» dedi. Bundan sonra Xəvariclər bir-birilərinə belə dedilər: «Baxın, sizi Hərura günündə olduğu kimi rədd etdi». Aralarında döyüş başladı, nizələrlə bir-birlərinə hücum etdilər. Əli - radıyallahu anhu – nun yoldaşlarından biri: «Dönüb dolaşdılar, nizələrini qırdılar. O gün Əli - radıyallahu anhu – nun səhabələrindən düz on iki nəfər öldürüldü. Yaxud on üç nəfər can verdi». Əli: «Gedin, əlil olan o adamı axtarın» dedi. Onlar: «Buna gücümüz çatmaz» dedilər. Bundan sonra Əli - radıyallahu anhu – Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əş-Şəhba adlı qatırına mindi və: «Buradadır. Bunların arasında axtarın! Mən yalan demədim, mənə də yalan deyilməyib. Axtarın, boş oturmayın. Təvəkkül edib boş oturmağınızdan qorxmasay-dım, Allahın sizin üçün Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dilində hökm etdiyini sizə bildirərdim» dedi. Yəməndə gördüyüm bir sıra insanlar dedilər: «Necə ey Möminlərin Əmiri?». O: «O, onlara aiddir!» deyə cavab verdi187.

181 - Sələmə b. Kuheyl, o da Zeyd b. Vəhb - radıyallahu anhu – dan rəvayət edir ki, Əli - radıyallahu anhu – nun ordusu içində onunla bərabər Xəvariclərə gedənlər də vardı. Əli: «Ey insanlar! Mən Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşidmişəm: «Ümmətimdən Quran oxuyan bir qövm çıxacaq. Sizin oxumağınız onlarınkına heç bənzəməz. Namazlarınız da onlarınkı kimi deyil. Oruclarınızın da onlarınkı ilə heç bir əlaqəsi yoxdur. Quranı öz leyhinə olacağmış kimi oxuyurlar. Amma o, onların əleyhində olacaq. Çünkü oxuduqları boğazlarından aşağı keçməyəcək. İslamdan oxun yaydan çıxması kimi çıxacaqlar. Əgər onlarla qarşılaşan ordu, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dilində onlara verilən hökmü bilsəydi, təvəkkül edib çalışmazdılar. Onların əlaməti: İçlərində qolu olub, dirsəkdən aşağı olan hissəsi kəsik olan bir adam olacaq. Qopuq qolunun ucunda qadın sinəsinin başını xatırladan, üzərində ağ tüklər olan bir ət parçası olacaq» buyurdu. Sələmə dedi ki: Zeyd məni bir yerə endirdi. Hətta körpünün üzərindən keçdik. Onlarla qarşılaşdıqda, Xəvariclərin rəhbəri Abdulla b. Vəhb ər-Rasibi olduğunu gördüm. Onlara belə dedi: «Nizələrinizi atın, qılınclarınızı çəkib qınlarından çıxarın». Bundan sonra insanlar nizələrilə bir-birilərinə qarşı hücuma keçdilər və (bir-birilərini) öldürdülər. O gün insanlardan (Əli - radıyallahu anhu – nun ordusundan) yalnız iki nəfər öldü. Əli: «Gedin onları içində o əlil adamı axtarın!» dedi. Axtardılar, tapa bilmədilər. Əli - radıyallahu anhu – ayağa qalxıb ölüləri gəzdi. Ölülər bir-birinin üstündəydilər. Belə dedi: «Allah haqqı buyurdu və Rəsulu - sallallahu aleyhi və səlləm – də təbliğ etdi». Bundan sonra Abidətul-Yəməni ayağa qalxıb belə dedi: «Ey Möminlərin Əmiri! Ondan başqa ibadətə layiq heç bir haqq ilah olmayan Allah and olsun ki, mən bunu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – dən eşitmişəm». Əli: «Ondan başqa ibadətə layiq heç bir haqq ilah olmayan Allaha and içirəm ki, bunu Allah Rəsulundan eşitmişəm» deyərək ona üç dəfə and içirdi. O da hər dəfə and içdi188.

182 - Muhamməd (b. Sirin), o da Abidədən rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Qürura qapılmayacağınızı bilsəm, Allahın onları öldürənlərə, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dilindən nələr vəd etdiyini sizə bildirərdim». Dedim ki: «Sən bunu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – dən eşitmisən?». O: «Kəbənin Rəbbinə and olsun ki, bəli!» dedi189.

183 - Abidətüs-Səlmani rəvayət edir ki, mən gələndə Nəhrəvanlılar ölmüşdü. Əli - radıyallahu anhu – dedi: «Onları axtarın, əgər onlar həqiqətən Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in dediyi qövmdəndirlərsə, aralarında mütləq qolu əlil (yaxud yuvarlaq əlli) bir adam olacaq» dedi. Axtardıq, tapdıq və ona göstərdik. Onu gördüyündə özünü belə deməkdən saxlaya bilmədi: «Allahu Əkbər! Allahu Əkbər! Allahu Əkbər! Vallahi qürura qapılmayacağınızı bilsəydim, onları öldürənlər haqqında Rəsulullah - sallallahu aleyhi və səlləm – in dilindən Allahın nə hökm etdiyini sizə bildirərdim». Dedim ki: «Sən həqiqətən bunu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – dən eşidmisən?». Düz üç dəfə: «Kəbənin Rəbbinə and olsun ki, bəli!» dedi190.

184 - Zir b. Hübeyş rəvayət edir ki, o Əli - radıyallahu anhu – nun belə dediyini eşidib: «Fitnənin gözünü çıxaran mənəm! Mən olmasaydım Nəhrəvanlılar öldürülməyəcəkdi. Cəməl əhli də öldürülməyəcəkdi. Əməli tərk edəcəyinizdən qorxmasaydım, onları öldürənlər haqqında Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dilindən Allahın verdiyi hökmü sizə bildirərdim. Çünkü onları öldürənlər sizin düz yolda olduğunuzu və onların azdıqlarını bilərək öldürmüşlər»191.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin