İBN ABBAS - Radıyallahu Anhu – NUN MÖMİNLƏRİN ƏMİRİ OLAN ƏLİ - Radıyallahu Anhu – YA QARŞI ÇIXAN XƏVARİCLƏRLƏ MÜBAHİSƏ ETMƏSİ, DƏLİLLƏR GƏTİRİB ONLARI İLZAM ETMƏSİ (BAĞLAMASI) HAQQINDA
185 - Əbu Zumeyl, o da Abdullah b. Abbas - radıyallahu anhu – dan rəvayət edir ki, altı min nəfərdən ibarət olan Xəvariclər (Əli - radıyallahu anhu – nun dəstəsindən ayrılaraq geriyə) çəkildiklərində, Əli - radıyallahu anhu – ya dedim: «Ey Möminlərin əmiri! Zöhrü bir az gecikdir, bəlkə onların yanına gedib, danışaram». O: «Sənə zərər toxundurmalarından qorxuram!» dedi. Mən: «Xeyir» dedim. Qalxıb çıxdım, günorta vaxtı onların yanına çatdım, istirahət edirdilər. (Başqa rəvayətdə: Onlardan daha şiddətli ibadətə həris olanını görməmişdim. Əlləri dəvə dizi kimi idi (Çox ibadət etməkdən qabar atmışdı), üzlərində səcdənin əlaməti görsənir, əyinlərində yuyulmuş paltarlar var idi. Üzləri yuxusuzluqdan zəifləmişdi. Yanlarına gəlincə dedilər: «Bu geyindiyin paltar nədir?». Məni bununla təqsirkar sayırsızmı? Mən Rəsulallah - sallallahu aleyhi və səlləm – in əynində bundan daha gözəlini görmüşəm və bu ayə nazil olmuşdu: «Allahın qulları üçün yaratdığı zinət və təmiz rizqləri haram edən kimdir?» (əl-Əraf 32).
Salam verdim, Onlar da: «Xoş gəldin, İbn Abbas! Nə üçün gəlmisən?» dedilər. Mən də: «Mən Mühacir və Ənsaram. Peyğəmbərimizin kürəkəninin yanından gəlirəm ki, onlara Quran nazil olmuşdu və onlar Quranın təvilini sizdən daha yaxşı bilirlər. Quranın onlara nazil olmasına baxmayaraq onlardan heç kəsi sizin aranızda görmürəm. Sizə onların dediklərini çatdıracağam, siz də mənə istədiklərinizi bildirin! Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in səhabəsindən və onun əmisi oğlundan nə istəyirsiniz, onlar haqqındakı şikayətiniz nədir?». (Başqa rəvayətdə: Qureyşlə münaqişə etməyin – deyərək bu ayə: «Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!» (əz-Zuxruf 58) ilə etirazlarını bildirdilər). Onlar Əli - radıyallahu anhu – nu günahkar saydılar və üç məsələdə onu ittiham etdilər. Mən: «Nədir o üç şey?». 1. Nə üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu – ilə sülh bağladıqda – Əmir əl-Möminin – ifadəsini qeyd etmədi? Əgər o, möminlərin əmiri deyilsə o, zaman kafirlərin əmiridir. 2. Nə üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu – tərəfdən cariyə götürmədi? O döyüşdü. Nə qənimət, nə də əsir aldı. Əgər döyüşdükləri kəslər kafirdirlərsə, onları niyə yox etmədi? Mömindirlərsə onlarla döyüşmək halal deyil. 3. Nə üçün Əli - radıyallahu anhu – Quran və Sünnə ilə yox, iki nəfərin danışığı nəticəsində əldə edilən razılıq ilə sülh bağladı? Allahın əmrinə zidd olaraq adamlar təyin etdi. «Halbuki hökm Allahındır». (Yusuf 40).
Mən: «Yaxşı, bunlardan başqa deyəcəyiniz varmı?» dedim. Onlar: «Xeyir, bizə bu qədər kifayətdir» deyə cavab verdilər. Mən: «Əgər sizə Allahın kitabından oxusam, Rəsulu - sallallahu aleyhi və səlləm – in sünnəsini dəlil gətirsəm razı olarsınız?». Onlar: «Bəli» dedilər.
(İbn Abbas - radıyallahu anhu – onların etirazlarını dinlədikdən sonra dedi): 1-ci sözünüzə gəldikdə, indi sizə haqqında çox razı olduğunuz bir adamı misal gətirəcəm: Hudeybiyyə günü Peyğəmbər - sallallahu aleyhi və səlləm – in müşriklərlə sülh müqaviləsi bağladığını eşitmisiniz, elə deyil mi? Əli - radıyallahu anhu – ya belə demişdi: «Ey Əli! Yaz görək: Bu Allah Rəsulu Muhamməd - sallallahu aleyhi və səlləm – in Sülhüdür». Müşriklər: «Xeyir Vallahi! Biz səni Allah Rəsulu kimi tanımırıq. Çünkü əgər biz səni Allah Rəsulu kimi tanısaydıq (qəbul etsəydik), sənə itaət edərdik. Buna görə «Abdullahın oğlu Muhamməd» yazdır» dedilər. Bundan sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya: «Ey Əli! «Rəsulullah» kəlməsini sil! Allahım! Sən bilirsən ki, mən sənin Rəsulunam. Sil ey Əli, belə yaz: «Bu Abdullah oğlu Muhammədin bağladığı sülh müqaviləsidir» deyə buyurdu. Vallahi Allah Rəsulu, Əlidən daha üstündür. Görürsünüz ki, öz nəfsini sildirmişdi. Öz nəfsini o bəyənnamədən sildirməklə Peyğəmbərliyinimi sildirmiş oldu? Necə razı oldunuz? Onlar: «Bəli» dedilər. 2-ci Deyin görək Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zövcəsi və möminlərin anası sayılan Aişə - radıyallahu anhə – ni əsir alacaqsınız? Vallahi əgər o, anamız deyildir desəniz İslamdan çıxacaqsınız. Vallahi onu əsir alacaqsınız və başqaları bizə halal olduğu kimi o, da bizə halaldır desəniz yenə də İslamdan çıxacaqsınız. «Onun zövcələri möminlərin analarıdır». (əl-Əhzab 6). Bu suala da cavab verdimmi? Onlar: «Bəli» dedilər. Siz iki zəlalət arasında qalmısınız, mütləq bir çıxış yolu tapmalısınız. Mən sizə çıxış yolunu göstərdimmi, elə deyil mi?». Onlar: «Bəli düz deyirsən!» dedilər. 3-cü İndi sizə Allahın kitabından bir ayə oxuyacağam. Orada Allahın dirhəmin 4/1 birini 8/1 hökmünü insanlara həvalə etdiyini görəcəksiniz. «Ey iman gətirənlər! İhramda olarkən ovu öldürməyin. Sizdən onu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər bir heyvanı Kəbəyə çatası qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, yoxsullara yedirtmək, yaxud ona bərabər oruc tutmaqdır…» (əl-Maidə 95) İndi Allaha xatirinə deyin! İnsanların dovşan və digər ov heyvanlarında hökm etməsimi daha əfsəldir, yoxsa insanların barış qanlarının tökülməməsi hökm mü? Allah diləsəydi o xüsusda da özü hökm verərdi. Amma hökmü insanlara vermişdir. «Təbii ki, bu» dedilər. Öz aralarında yola getməyən ər-arvad haqqında da hər iki tərəfdən bir hakim göndərilməsi və onların hökm verməsini Allah əmr etmişdir: «(Ey möminlər!) Əgər onların (ər-arvad və s.) arasında ixtilaf olacağından qorsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin edib göndərin. Onları barışdırmaq istəsə Allah da onların köməyi olar. Həqiqətən Allah (hər şeyi) bilən və (hər şeydən) xəbərdardır». (ən-Nisa 35). Allaha xatirinə deyin! Bir qadın haqqındakı hökmdənsə, o qədər insanların barışması və qanlarının axıdılmaması hökmü daha yaxşı deyilmi? Onlar: «Əlbətdə yaxşıdır» dedilər və bundan sonra aralarından iki min nəfər onlardan ayrıldı. Geridə qalanlar inad və zəlalətlərinə davam etdilər, azğınlıqlarına görə öldürüldülər. Onları Mühacirlər və Ənsarlar öldürdülər192.
Dostları ilə paylaş: |