TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


BU HAQDA VARİD OLAN DİĞƏR XƏBƏRLƏR



Yüklə 1,01 Mb.
səhifə59/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   55   56   57   58   59   60   61   62   ...   84
Hz Ali

BU HAQDA VARİD OLAN DİĞƏR XƏBƏRLƏR

186 - Əlqamə b. Qeys - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – ya dedim: «Necə ola bilər ki, özünlə ciyərləri yeyənlər arasında əlaqə qurursan?». O: «Hudeybiyyə günü mən Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in katibi idim. Mənə: «Bu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in sülh müqaviləsidir» yaz dedilər. Onlar etiraz edib dedilər ki: «Biz onun Allah Rəsulu olduğunu bilib qəbul etsəydik, onunla döyüşməzdik». Onlara cavab verdim: «Vallahi o, Allahın Rəsuludur, burnun sürtülsə də belə! Vallahi mən onu silməyəcəyəm!» Allah Rəsulu - sallallahu aleyhi və səlləm – mənə belə buyurdu: «Yerini mənə göstər!». Yerini göstərdim, öz əli ilə onu sildi və: «Sən də eyni şeylə qarşılaşacaqsan və belə etməyə məcbur olacaqsan»193.

187 - Əbu İshaq rəvayət edir ki, o Bəra - radıyallahu anhu – nun belə dediyini eşitmişdir: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Məkkədə sülh razılaşmasını imzaladıqda bəyənnaməni Əli - radıyallahu anhu – yazdı. «Muhammədən Rəsulullah» yazdığında müşriklər belə dedilər: «Muhammədən Rəsulullah» yazma! Çünkü əgər sən Peyğəmbər olsaydın, biz səninlə döyüşməzdik» dedilər. Bundan sonra Əli - radıyallahu anhu – ya: «Sil onu!» deyə buyurdu. Əli: «Mən bunu silə bilmərəm!» dedi. Bundan sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm – onu öz əli ilə sildi və onlarla üç günlüyünə Məkkəyə girmələrinə dair razılaşdı. Yalnız culbanus-silahla girə biləcəkdilər. İbn Bəşşar dedi ki: «Ondan culbanus silahın nə olduğunu soruşdular, bu cavabı verdi: «Qılınc və digər silahların içinə qoyulduğu dəridən düzəldilmiş bir növ çantadır»194.

188 - Ubeydullah b. Musa, o da İsraildən, o da Əbu İshaqdan, o da Bəra - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Zil-Qadə ayında Ümrə etmək istədiyində müşriklər onu Məkkəyə buraxmaq istəmədilər. Ancaq orada yalnız üç gün qalmaq şərtilə razılaşdılar və bu razılaşmanı yazarkən: «Bu Allah Rəsulu Muhamməd - sallallahu aleyhi və səlləm – in sülh razılaşmasıdır» deyə yazdıqlarında belə dedilər: «Biz bunu qəbul etmirik. Çünkü biz sənin Allah Rəsulu olduğunu qəbul etsəydik, sənə mane olmazdıq. Amma sən Abdullahın oğlu Muhammədsən» dedilər. Cavab verdi: «Mən Allahın Rəsuluyam və Abdullahın oğlu Muhammədəm». Sonra Əli - radıyallahu anhu – ya: «Rəsulullah kəlməsini sil!» dedi. Əli: «Xeyir, Vallahi səni heç vaxt silmərəm» deyə cavab verdikdə, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – yazını götürdü və öz əli ilə onu sildi. Yazı yaza bilmirdi. Rəsulullah yerinə Muhamməd b. Abdullah yazdırdı. Razılaşma belə idi: «Bu, silahla Məkkəyə girməyəcəyinə, yalnız qılınclar qablarında (qınlarında) olaraq girəcəklərinə dair Abdullah oğlu Muhəmmədin vədidir. Bu vədə görə Məkkə əhlindən kimsə çıxıb ona tabe olmaq istəsə rəd edəcək (geri qaytaracaq), səhabələrindən kimsə Məkkədə qalmaq istəsə mane olmayacaqdır». Üç gün keçəndən sonra, Əli - radıyallahu anhu – ya gəlib belə dedilər: «Vaxtınız qurtardı, dostuna de çıxsın (Məkkədən)». Bundan sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm – çıxdı. Həmzənin qızı ardıyca: «Ey əmi, Ey əmi!» deyərək qaçdı. Əli - radıyallahu anhu – tez onun əlindən tutub Fatimə - radıyallahu anhə – yə: «Əmin qızını götür!» dedi. Tez onu belinə aldı. Onun haqqında Əli, Zeyd və Cəfər - radıyallahu anhum – mübahisə etdilər. Əli: «O mənim əmimin qızı olduğu üçün götürdüm». Cəfər: «O əminin qızıdır, xalası da mənim zövcəmdir» dedi. Zeyd isə belə dedi: «O mənim qardaşımın qızıdır, mənə düşür». Allah Rəsulu - sallallahu aleyhi və səlləm – onun xalasına verilməsi hökmünü verdi və belə dedi: «Xala ana yerindədir». Sonra Əli - radıyallahu anhu – ya buyurdu: «Sən məndənsən, mən də səndənəm!». Cəfərə: «Sən xilqət və xasiyət baxımından da mənə oxşadın» dedi. Zeydə: «Sən də bizim qardaşımız və mövlamızsan!» deyə buyurdu. Əli - radıyallahu anhu – (Peyğəmbərə xitabən) dedi ki: «Həmzənin qızı ilə evlənsəniz!». O: «O mənim süt qardaşımın qızıdır!».

Yəhya b. Adəm (Ubeydullah) müxalif olub hədisin sonunu İsraildən, o da Əbu İshaqdan, o da Hani b. Hanidən rəvayət etdi: Onlar, Həmzənin qızına görə mübahisə etdilər. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – onu xalasına verdi və belə buyurdu: «Xala, anadır!». Dedim ki: «Ey Allahın Rəsulu! Onunla evlən!». O: «O mənə halal deyildir. Çünkü o mənim qardaşımın qızıdır». Mənə də belə dedi: «Sən məndənsən, mən də səndənəm. Zeydə: «Sən bizim qardaşımız və mövlamızsan». Cəfərin könlünü isə belə aldı: «Sənin xasiyətin və xilqətin (yaradılışın) mənə oxşayıb»195.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin