BU XƏBƏRİ NƏQL EDƏNLƏRİN İXTİLAFI HAQQINDA
32 - Əbul-Baxtəri, Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – məni Yəmənə göndərdi. Mən: «Məni, məndən yaşlı olan bir millətə göndərirsən. Mən onlara necə hökm verəcəyəm?» dedim. Peyğəmbər: «Allah sənin qəlbini düz, dilini də sabit edəcəkdir» deyə buyurdu. Əbul-Baxtəri deyir ki, Əli - radıyallahu anhu – mənə dedi: «Ondan sonra verdiyim hökmlərdə qətiyyən şübhəyə düşmədim»37.
33 - Əbu Muaviyə, o da əl-Aməşdən, o da Amr b. Murrədən, o da Əbul-Baxtəridən, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – məni, aralarında hökm vermək üçün Yəmən əhlinə göndərdi. Dedim ki: «Ey Allahın Rəsulu! Qazilik etmək üçün hər-hansı bir biliyə sahib deyiləm!». Bundan sonra əlini sinəmə qoyub dua etdi: «Allahım! Onun qəlbini düz yola yönəlt, dilini də doğrult!». Ondan sonra (nə vaxt ki) iki nəfər arasında hökm vermək üçün oturdumsa, onlara verdiyim hömkmdə qətiyyən şübhəyə düşmədim.
Əbu AbdurRahman Nəsəi – rahmətullahi aleyhi - dedi ki: «Bu hədisi Şöbə, Amr b. Murrədən, o da Əbul-Baxtəridən rəvayət etdi, o dedi ki: «Bunun mənə Əli - radıyallahu anhu – dan dinləyən bir adam bildirdi».
Bundan başqa Əbu AbdurRahman belə dedi: «Əbul-Baxtəri, Əli - radıyallahu anhu – dan (hədis baxımından) heç bir şey eşidməmişdir»38.
34 - Hanəş b. Mutəmir, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni, mən hələ gənc ikən Yəmənə göndərdi. Dedim ki: «Ey Allahın Rəsulu! Məni məndən yaşlı olan (bir) qövmə göndərirsən və aralarında hökm verməyimi istəyirsən. Amma mənim qazilik xüsusunda heç bir biliyim yoxdur». Bundan sonra əlini sinəmə qoyub buyurdu: «Ey Əli! Şübhə yoxdur ki, Allah, qəlbinə hidayət verəcək, dilini də sabit edəcəkdir. İki nəfər yanına gəlib oturduqları zaman, birincisini dinlədiyin kimi ikincisini də dinləmədən hökm vermə! Çünkü sən belə etsən (düzgün) hökm sənə açıq şəkildə görünər». Əli - radıyallahu anhu – dedi ki: «Ondan sonra hökm xüsusunda hər hansı bir çətinliklə üzləşmədim»39.
Dostları ilə paylaş: |