TƏRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 0,7 Mb.
səhifə8/10
tarix21.04.2017
ölçüsü0,7 Mb.
#15070
1   2   3   4   5   6   7   8   9   10

11. Ənəs b. Malik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – bazar ertəsi günü Peyğəmbər olaraq göndərildi, Əli - radıyallahu anhu – çərşənbə axşamı namaz qıldı»210.

12. Abdullah b. Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – səhabələri bir-biri ilə qardaş etdi. Əli - radıyallahu anhu – ağlaya-ağlaya gəldi və: «Səhabələri bir-biri ilə qardaş etdin. Amma məni heç kəslə qardaş etmədin» dedi. Rəsulullah: «Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan» deyə buyurdu211.

13. Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: «Mən kimin dostuyamsa, Əli - radıyallahu anhu – da onun dostudur»212.

14. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki: «Taif günü Rəsulullah - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nu çağırdı və onunla xüsusi görüşdü. Görüş uzun çəkdiyinə görə adamlar: «Rəsulullah - sallallahu aleyhi və səlləm – əmisi oğlu ilə görüşməsini uzatdı» dedilər. Bunu duyan Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi»213.

15. Əbu Həzim Sələmə b. Dinar - radıyallahu anhu –, Səhi b. Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Səhi dedi: «Mədinəyə Mərvanın sülaləsindən bir nəfər vəli təyin edilmişdi. (Vəli) Səhi b. Sad yanına çağıraraq Əli - radıyallahu anhu – nu söyməsini əmr etdi. Səhi buna razı olmadı. Vəli: «Madəm ki, buna razı deyilsən onda: Allah Əbu Turaba lənət etsin de!» dedi. Səhi: «Əli - radıyallahu anhu – nun Əbu Turabdan daha sevimli bir ismi yox idi. Bu isimlə çağırıldığı vaxt çox sevinərdi. Bizə bu hadisəni anlat. Nə üçün ona Əbu Turab ismi verilmişdi. Səhi: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – Fatimə - radıyallahu anhənin evinə gələrək Əli - radıyallahu anhu –nu axtardı. Tapmadığı halda: «Əmim oğlu haradadır?» deyə buyurdu. Fatimə: «Aramızda narazılıq oldu. Məni qəzəbləndirdi və çıxıb getdi» dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – bir nəfərə: «Bax gör haradadır?». Adam getdi və gəldi: «Ya Rəsulallah! Məsciddə yatır» dedi. Peyğəmbər onun yanına gələdi. Əli - radıyallahu anhu – uzanmışdı. Üst örtüyü düşmüş, üstü torpağa bulaşmışdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm – onun üstündən torpağı çırpır və: «Qalx ey Əbu Turab, Qalx ey Əbu Turab» deyirdi. (Başqa rəvayətdə: Əbu Həzim Sələmə b. Dinar - radıyallahu anhu – rəvayət edir ki: «Bir nəfər Səhi b. Sadın - radıyallahu anhu – nun yanına gəlir və: «Mədinə əmiri filankəs minbərin yanında Əli - radıyallahu anhu – haqqında danışır» deyir. Səhl: «Bu əmir Əli - radıyallahu anhu – haqqında nə deyir?» soruşdu. Əbu Həzim: «Əmir Əli - radıyallahu anhu – ya Əbu Turab deyir» dedikdə, Səhl b. Səd güldü və: «Allaha and olsun ki, Əli - radıyallahu anhu – ya bu ləqəbi Peyğəmbər - sallallahu aleyhi və səlləm – vermişdir və Əlinin ən çox bu ad xoşuna gəlirdi» dedi. Əbu Həzim dedi: «Mən bu ləqəbi Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya necə verdiyini öyrənməklə ləzzət almaq istədim və Səhl b. Səddən soruşdum: «Ey Əbul Abbas, bu necə olub?». O: «Bir dəfə Əli - radıyallahu anhu – Fatimə - radıyallahu anhə – nin yanına girmiş və sonra çıxaraq məsciddə yatmışdı. Bu vaxt Peyğəmbər - sallallahu aleyhi və səlləm – gəlib: «Əmim oğlu hardadır?» deyə soruşdu. Fatimə: «Məsciddədir» dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – məscidə getdi və Əli - radıyallahu anhu – nun kürəyi torpağa batmış halda yatdığını gördü. Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nun kürəyindən torpağı təmizləyərək: «Otur ey, Əbu Turab! Otur ey Əbu Turab!» deyə buyurdu214).

16. Sad b. Übeydə - radıyallahu anhu – demişdir: «Ömər - radıyallahu anhu – nun oğlu (İbn Ömər) yanına bir adam gəldi və Osman - radıyallahu anhu – haqqında soruşdu. Ibn Ömər - radıyallahu anhu – Osman - radıyallahu anhu – nun yaxşı xüsusiyyətlərindən danışdı və o adama: «Bəlkə Osman - radıyallahu anhu – haqqında xatırlatdığım şeylər sənə pis gəlir» dedim. O: «Bəli» dedi. Ibn Ömər: «Allah sənin burnunu yerələ sürtsün» dedi. Sonra o adam İbn Ömər - radıyallahu anhu – dan Əli - radıyallahu anhu – haqqında soruşdu. Ibn Ömər - radıyallahu anhu – Əli - radıyallahu anhu – nun gözəl əməllərini xatırlatdı və: «Əli - radıyallahu anhu – budur. Evi də Peyğəmbərin - sallallahu aleyhi və səlləm – evlərinin ən gözəlidir» dedi. Sonra yenə: «Bəlkə Əli - radıyallahu anhu – haqqında danışdıqlarım sənə pis gəlir» dedim. O adam: «Bəli» dedi. Ibn Ömər: «Allah sənin burnunu torpağa sürtsün. Get mənim barəmdə nə bacarırsansa et» dedi215.

17. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Əbu Bəkr - radıyallahu anhu – ya mərhəmət etsin qızını mənimlə evləndirdi. Məni hicrət etdiyim Mədinəyə apardı, öz malı ilə Bilalı azadlığa qovuşdurdu. Allah Ömər - radıyallahu anhu – ya mərhəmət etsin. Acı olsa da haqqı söyləyər, haqqı söyləməsi səbəbilə dostsuz qalmışdır. Allah Osman - radıyallahu anhu – ya da mərhəmət etsin. Mələklər belə ondan həya edərlər. Allah Əli - radıyallahu anhu – ya da mərhəmət etsin. Allahım Əli hara gedərsə haqqı onunla bərabər et!»216.

18. Ribi b. Hiraş - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – Kufədə geniş bir meydan olan Rahbədə bizə dedi: «Hudeybiyyə günü müşriklərdən bəzi kimsələr yanımıza gəlmişdilər. Aralarında Suheyl b. Amr və müşriklərin başçılarından bir neçə kişi vardı. Onlar: «Ey Allahın Rəsulu! Oğullarımız, qardaşlarımız və kölələrimizdən bəzi ağılsız kimsələr qaçıb sənin yanına gəlmişlər. Onların din haqqında bilikləri yoxdur. Mallarımızda və torpaqlarımızda çalışan işçilər olub qaçıb gəlmişlər. Onları bizə təslim et, onlar din haqqında bilikli deyillərsə biz özümüz onlara bilik verərik. Bu təkliflər qarşısında Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Qureyş topluluğu! Mütləq pis halınızdan vaz keçməli İslama dönməlisiniz. Əksi halda Allah din yolunda boyunlarınızı vuran bir kimsəni göndərər. O, din haqqında bilikləri yoxdur dediyiniz kimsələrin qəlblərini Allah iman üzərə imtahan etmişdir». Səhabələr: «Ey Allahın Rəsulu! O, kimsə kimdir?» deyə soruşdular. Əbu Bəkr: «Ey Allahın Rəsulu! O, kimsə kimdir?» deyə soruşdu. Ömər: «Ey Allahın Rəsulu! O, kimsə kimdir?» deyə soruşdu. Peyğəmbər: «O, ayaqqabı təmirçisidir» deyə buyurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm – ayaqqabısını təmir üçün Əli - radıyallahu anhu – ya vermişdi. Sonra Əli - radıyallahu anhu – gəldi və dedi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bilərək mənim adımdan yalan söyləyərsə Cəhənnəmdəki yerini hazırlasın»217.

19. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Həsən və Huseyn – Allah onlardan razı olsun - əlindən tutaraq buyurdu: «Kim məni sevərsə bu iki uşağı, onların atasını və anasını sevərsə Qiyamət günü mənimlə birlikdə yüksək dərəcələrdə olacaqdır»218.

20. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənə dörd kişini sevməyi əmr etdi. Allahın da onları sevdiyini bildirdi». Ona: «Ey Allahın Rəsulu! Onların adlarını bizə bildir». Peyğəmbər: «Onlardan biri Əli. Bunu üç dəfə təkrarladı. Digərləri Əbu Zərr, Miqdad və Salman»219.

21. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Mən hikmət eviyəm, Əli isə bu evin qapısıdır»220.

22. Cabir b. Abdullah - radıyallahu anhu – Əli - radıyallahu anhu – haqqında soruşduqda o: «O, bəşərin (insanların) xeyirlisindən idi»221.

23. Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki, ilk müsəlman olan kişi Əli - radıyallahu anhu – dur. Amr b. Murrə deyir ki, ilk müsəlman olan Əbu Bəkr əs-Sıddıq - radıyallahu anhu – dur»222.

24. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir Peyğəmbərə 7 dost və qoruyucu verilmişdir. Mənə isə 14 nəfər verilmişdir». Ona: «Onlar kimlərdir?» deyə soruşduq. Peyğəmbər: «Mən, iki oğlum Həsən və Huseyn, Cəfər, Həmzə, Əbu Bəkr, Ömər, Musayb b. Umeyr, Bilal, Salman, Miqdad, Əbu Zərr, Ammar və İbn Məsud – Allah onlardan razı olsun - « deyə buyurdu223.

25. Əfva b. Dəlhəmə əl-Adəvi rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Elm öyrənin, onunla məruf olarsınız. Öyrəndiyiniz elmlə əməl edin ki, onun əhlindən olasınız. Sizdən sonra elə bir nəsil gələcək ki, o zaman (xalqın) 10/9 haqqı inkar edəcəkdir. O, zamanda yalnız elm əldə edə bilmək üçün səfər edənlər qurtulacaqdır. Onlar hidayət öndərləri və elmin qəndilləridirlər»224.

26. Əli - radıyallahu anhu – deyir ki: «Sizin üçün ən çox qorxduğum iki şey vardır. Bitməz və tükənməz bir istək və havaya tabe olmaq. Bitməz tükənməz istək sizlərə axirəti unutdurduğu zaman, havaya tabe olmaq sizləri haqdan uzaqlaşdırar. Yaxşı bilin ki, dünya keçib getməkdə, axirət isə yönəlib gəlməkdədir. Hər ikisinin də adamları (övladları) vardır. Sizlər axirət adamı olun. Dünya adamı olmayın. Çünkü bu gün əməl var, hesab yox, sabah hesab var, əml yoxdur»225.

27. Amr b. Qeys rəvayət edir ki, Əli - radıyallahu anhu – dan: «Nə üçün paltarına yamağ vurursan?» deyə soruşduqda o: «Qəlbim xuşu içində olsun, möminlər də ibrət alsınlar» deyə226.

28. AbdurRahman b. Abdullah b. Amr b. Hind əl-Cuməli - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Peyğəmbər - radıyallahu anhu – dən soruşduğum zaman mənə cavab verir, susduğum zaman isə mənimlə sözə başlayardı»227.

29. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - radıyallahu anhu – Əli - radıyallahu anhu – nun qapısından başqa məscidə açılan bütün qapıların bağlanmasını əmr etdi»228.

30. Zirr b. Hübeyşi - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Toxumu çatladan və canlıları yaradana and olsun ki, Ummi olan Peyğəmbər - sallallahu aleyhi və səlləm – mənə: «Səni möminin sevəcəyinə, münafiqin sənə nifrət edəcəyini buyurdu»229.

31. Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Ya Əli, 600 min koyun istəyirsən, yoxsa 600 min qızıl və ya 600 min nəsihət?». Əli: «600 min nəsihət» deyə cavab verdi. Peyğəmbər: «Bu 6 nəsihətə uysan 600 min nəsihətə uymuş kimi olarsan» deyə buyurdu. 1. hər kəs nafilələrlə məşğul olarkən sən fərzləri yerinə yetir. 2. Hər kəs dünya ilə məşğul olarkən sən Allahı xatırla, İslama uyğun yaşa, İslama uyğun qazan və İslama uyğun da xərclə. 3. Hər kəs bir-birinin ayıbını araşdırarkən sən öz ayıblarını araşdır və onlarla məşğul ol. 4. Hər kəs dünyanı qurarkən sən dinini qur və zinətləndir. 5. Hər kəs xalqın razılığını qazanmaq üçün vasitə axtarırkən sən haqqa yönəl və ona olan vasitələri axdar. 6. Hər kəs çox əməl edərkən sən əməlin çox olmasına deyil ixlaslı olmasına diqqət et».

32. Əli - radıyallahu anhu – deyir ki: «Qul ümüdünü yalnız Rəbbi ilə bağlamalı və yalnız günahları onu qorxudmalıdır».

33. Əli - radıyallahu anhu – deyir ki: «Cahil bilmədiyi soruşmaqdan utanmasın. Alim bilmədiyi bir məsələdə Allah daha gözəl bilir – deməkdən çəkinməsin».

34. Əli - radıyallahu anhu – deyir ki: «Mənə bir hərf öyrədənin köləsi olaram».

35. Əli - radıyallahu anhu – deyir ki: «Nəfsin istəyi sünnəyə müxalif olanın qənaətinə görə haqdır»230.

36. Bir nəfər bayram günü qəbristanlığda bayram namazından əvvəl namaz qılmaq istədi. Əli - radıyallahu anhu – isə ona mane oldu. Adam: «Ey möminlərin əmri! Mən bilirəm ki, Allah namaz qılmaqdan ötrü əzab etməyəcəkdir. Əli: «Mən də bilirəm ki, Allah, Allahın Rəsulu bir işi etmədikcə, yaxud da o, işin edilməsi üçün təşviq etmədikcə edənə savab verilmir. Bu durumda sənin qılacağın namaz əbəs bir iş olmuş olur. Əbəs iş etmək də haramdır. Bəlkə də Uca Allah Peyğəmbərə müxalif olduğun üçün bu əbəs işdən ötrü səni cəzalandırsın»231.

37. Əli - radıyallahu anhu – deyir ki: «Əgər din ağıla görə olsaydı (xufun) alt tərəfinin məst edilməsi, üst tərəfin məst edilməsindən daha uyğun olardı. Lakin mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in (xufun) üst tərəfinə məst etdiyini gördüm»232.

38. Əli - radıyallahu anhu– deyir ki: «İnsanlarla onların başa düşdükləri tərzdə danışın. Əgər Allah və Rəsulunun təqzib olunmasını istəmirsinizsə»233.

39. Əmirul Muminin Əli b. Əbu Talib - radıyallahu anhu – deyir: «Bu elmi kimdən öyrəndiyinizə fikir verin, çünki bu elm dinin özüdür»234.

40. Yezid b. Mihcən - radıyallahu anhu – rəvayət edir ki, Rahbə adlanan yerdə Əli - radıyallahu anhu – ilə birlikdə idik. Qılıncı qınından çıxardaraq: «Bunu kim alır?» dedi. Sonra da: «Vallahi, yanımda bir izar alabiləcək pulum olsaydı, onu satmazdım» dedi235.

41. Zeyd b. Vəhb - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – nun yanına Bəsrədən bir heyət gəldi. İçlərində Xəvariclərin başçılarından olan Cad b. Bacə adında biri var idi. İnsanlara bir nitq söylədi. Allaha həmd-sənadan sonra: «Ey Əli! Allahdan qorx, heç şübhə yox ki, sən də öləcəksən. Muhsin olan kimsənin yolunu da bilirsən. (Ömər nu nəzərdə tuturdu). Əli: «Xeyr, canım əlində olan Allaha and olsun ki, buraya vurulan bir zərbə ilə qətl ediləcəyəm. Bu qəti bir təqdir və verilmiş əhdir. İftira atan həlak olmuşdur» dedi. Sonra bir nəfər paltarından ötrü onu qınadı və: «Səni gözəl geyinməkdən qoyan nədir?» deyə soruşdu. O: «Mənim qiyafətimdən sənə nə? Mənim bu geyinəcəyim təkəbbürlükdən uzaq olan və möminə uyğun olan bir geyimdir» dedi236.
HZ. HƏSƏN VƏ HZ. HUSEYN

ADI VƏ NƏSƏBİ: Həsən b. Əli, Atasının adı: Əli b. Əbu Talib, Anasının adı: Fatimə b. Muhəmməd, Künyəsi: Əbu Muhəmməd.

ANADAN OLDUĞU TARIX: Hicrətin 3-cü ilində Ramazan ayının ortalarında Mədinə şəhərində. O, Peyğəmbər - sallallahu aleyhi və səlləm – ən yaxın səhabələrindən və Cənnətlə müjdələnmişlərdəndir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Əli - radıyallahu anhu – şəhid olduqdan sonra, səhabələrin şurası tərəfindən xəlifə seçilmişdir. O, 6 ay xəlifə olmuş və İslam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür. Gördüyü işlərin ən fəzilətlisi, iki müsəlman tayfasının arasına düşəcək qardaş qırğınının qarşısını almasıdır.

ZÖVCƏLƏRİ VƏ ÖVLADLARI: Həfsə b. AbdurRahman b. Əbu Bəkr, Övladları: Əbu Bəkr, Ömər, əl-Həsən əl-Musənnə237.

VƏFATI: Həsən - radıyallahu anhu – hicri tarixi ilə 50-ci ildə zəhərləndirilərək şəhid olmuşdur. «Təqribut-Təhzi» səh. 240 (1270-ci tərcümə).

ADI VƏ NƏSƏBİ: Huseyn b. Əli, Atasının adı: Əli b. Əbu Talib, Anasının adı: Fatimə b. Muhəmməd, Kunyəsi: Əbu Abdullahdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm – in qızı Fatimə - radıyallahu anhə – Həsən - radıyallahu anhu – nun doğumundan əlli gün sonra hamilə qalır.

ANADAN OLDUĞU TARIX: Hicrətin 4-cü ili Şaban ayının 5-də Huseyn dünyaya gəlir238. O, Peyğəmbər - sallallahu aleyhi və səlləm – ən yaxın səhabələrindən və Cənnətlə müjdələnmişlərdəndir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir.

ÖVLADLARI: Əbu Bəkr, Ömər, Fatimə, Səkinə və Zeynal Abidin (Kunyəsi: Əbu Bəkr, övladları: Aişə, Muhəmməd əl-Baqir, Ömər əl-Əşrəf).

VƏFATI: Huseyn - radıyallahu anhu – hicri 61-ci ilində, Məhərrəm ayının 10-da, Cümə günü zöhrdən sonra, İraqda Kərbəla adlanan yerdə, 57-i yaşında şəhid edilmişdir.

Hz. HƏSƏN VƏ Hz. HUSEYN BARƏDƏ VARİD OLAN HƏDİSLƏR: 1. Səlmə deyir ki, Ummu Sələmə - radıyallahu anhə – nin yanına daxil oldum. Ağlayırdı. Nəyə görə ağlayırsan deyə soruşdum. O: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – yuxumda gördüm. Saç və saqqalı torpağa bulaşmış halda idi. Sənə nə oldu Ey Allahın Rəsulu! Deyə soruşdum. O: «Az öncə Huseyn - radıyallahu anhu – nun öldürülməsinə şahid oldum»239.

2. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən? «Əhli Beytindən hansı sənə daha sevimlidir?» deyə soruşuldu. O: «Həsən və Huseyn» deyə buyurdu. Fatimə - radıyallahu anhə – yə: «Övladlarını çağır. Onları qucaqlayar və bağrına basardı»240.

3. Əbu Musa, Həsən əl-Bəsridən Əbu Bəkr - radıyallahu anhu – nun belə dediyini rəvayət edir: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə - radıyallahu anhu – baxaraq belə dediyini eşitdim: «Mənim bu oğlum seyyiddir. Allah onun əli ilə iki müsəlman kütləni barışdıracaq»241.

4. Ənəs b. Malik - radıyallahu anhu – demişdir: «Heç bir kimsə Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə Həsən b. Əli - radıyallahu anhu – qədər çox bənzər deyildi»242.

5. Yəla b. Murrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Huseyn məndəndir, mən də Huseyndən. Allah Huseyni sevəni sevsin. Huseyn nəvələrimdən bir nəvədir»243.

6. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Əbu Bəkr - radıyallahu anhu – demişdir: «Muhəmməd - sallallahu aleyhi və səlləm – hörmətinizi onun Əhli Beytini qorumaqla onları mühafizə edin!»244.

7. Əbu Cuhayfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – i gördüm. Həsən - radıyallahu anhu – ona çox bənzəyirdi» dedi245.

8. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Huseyn - radıyallahu anhu – nun başı gətirildikdə İbn Ziyadın yanında idim. İbn Ziyad əlində olan bir çomaqla burnunu (gözünə) vurur və deyirdi: «Buna bənzər bir gözəllik görmədim». Mən də: «Əhli Beyti arasında Peyğəmbər - sallallahu aleyhi və səlləm – ən çox bənzəyən idi. (Başqa rəvayətdə: Huseyn nun başı vəsmə bitkisi ilə boyalı idi)»246.

9. İmara b. Umeyr - radıyallahu anhu – rəvayət edir ki, Ubeydullah b. Ziyad və adamlarının başları gətrildiyi zaman Rahbedə məscidə sərilmişdilər. Mən də yanlarında idim. Bu vaxt xalq gəldi, gəldi deyirdilər. (Baxdım ki) bir ilan gəlmiş başlarının yanında dolaşır sonda isə İbn Ziyadın burun dəliklərinə girib qısa bir müddətdən sonra çıxdı və gözdən itdi. Sonra insanlar yenə də gəlir, gəlir dedilər. İlan bunu iki və ya üç dəfə etdi»247.

10. Əli - radıyallahu anhu – rəvayət edir ki, sinədən başa qədər olan bir hissədə Həsən, daha çox Peyğəmbər - sallallahu aleyhi və səlləm – bənzəyirdi. Sinədən aşağı olan hissədə isə Huseyn daha çox bənzəyirdi»248.

11. Bəra - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Həsən və Huseyn - radıyallahu anhum – a baxdı və buyurdu: «Allahım mən bu ikisini də sevirəm, Sən də onları sev»249.

12. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Huseyn - radıyallahu anhu – nu çiynində aparırdı. Bir nəfər: «Ey uşaq mindiyin minik nə gözəldir» dedi. Peyğəmbər: «O, da nə gözəl minicidir» deyə buyurdu250.

13. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peygambər - sallallahu aleyhi və səlləm – Həsən üçün: «Allahım! Mən bunu sevirəm, onu Sən də sev! Onu sevəni də sev!» deyə dua etdi251.

14. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peygambər - sallallahu aleyhi və səlləm – ilə birlikdə günün bir hissəsində çölə çıxdıq. O, mənimlə danışmır, mən də onunla dnışmırdım. Nəhayət Bəni Kaynuka bazarına çatdıq. Fatimə - radıyallahu anhə – nin evinə gələrək: «Balaca burada mı? Balaca burada mı?» deyə soruşdu. Həsən - radıyallahu anhu – nu qəsd edirdi. Məlum oldu ki, anası onu çimizdirib tərtəmiz etdikdən sonra geyindirərək boynuna gözəl qoxulu boyunbağı taxmışdı. Çox keçmədi ki, qaçaraq gəldi və bir-birilərinə sarıldılar. Peyğəmbər: «Allahım! Mən bunu sevirəm, onu Sən də sev! Onu sevəni də sev!» deyə dua etdi252.

15. Bəra b. Azim - radıyallahu anhu – rəvayət edir ki, Həsən b. Əli - radıyallahu anhu – nu Peyğəmbər - sallallahu aleyhi və səlləm – in çiynində gördüm (Başqa rəvayətdə: boynunda otuzdurub) Ona: «Allahım! Mən bunu sevirəm, onu Sən də sev! (insanlara sevdir)» deyə dua etdi253.

16. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – üzərində qara yundan olan bir örtük ilə səhəri evdən çıxdı. Bu vaxt Həsən - radıyallahu anhu – gəldi. Onu örtüyünün altına aldı, sonra Huseyn - radıyallahu anhu – gəldi. Onu da örtüyünün altına aldı. Sonra Fatimə - radıyallahu anhə – gəldi. Onu da içəri aldı. Sonra Əli - radıyallahu anhu – gəldi. Onu da içəri aldı. Sonra: «Siz ey (Peyğəmbərin) ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33)254.

17. Abdullah b. Cəfər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – səfərdən qayıtdığı vaxt bizim tərəfimizdən qarşılandı. Bir dəfə isə mən, Həsən və Huseyn - radıyallahu anhum – tərəfindən qarşılandı. Birimizi önünə, digərimizi isə arxasına (miniyə) mindirdi. Ta ki, Mədinəyə daxil olanadək»255.

18. Ukbə b. Həris - radıyallahu anhu – rəvayət edir ki, (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonra) Əbu Bəkr - radıyallahu anhu – zöhr namazını qıldı. Sonra Əli - radıyallahu anhu – ilə çıxıb getdilər. Yolda Həsən b. Əli - radıyallahu anhu – nu gördülər. Həsən - radıyallahu anhu – uşaqlarla oynayırdı. Əbu Bəkr - radıyallahu anhu – həmən onu tutub qucaqlayaraq: «Peyğəmbərə bənzəyən, Əliyə bənzəyən bala. Atan sənə fəda olsun!» dedi. Əli - radıyallahu anhu – isə gülürdü256.

19. Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən və Hüseyn Cənnət əhlinin iki gəncidir»257.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin