TƏRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 0,7 Mb.
səhifə9/10
tarix21.04.2017
ölçüsü0,7 Mb.
#15070
1   2   3   4   5   6   7   8   9   10

20. Abdullah b. Şəddad - radıyallahu anhu – atasından rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – iki axşam namazından (məğrib və ya işa) birində yanımıza gəldi. Həsən və ya Hüseyn – Allah onlardan razı olsun - onun qucağında idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – qabağa keçib uşağı yerə qoydu, təkbir edib namaza başladı. Namaz vaxtı onun səcdəsi çox uzun çəkdi». Atam deyir ki: «Səcdə uzun çəkdiyi üçün başımı qaldırıb baxdım. Gördüm ki, səcdədə olan Peyğəmbərin belində uşaq oturub və mən tez səcdə halıma qayıtdım. Namaz qurtaranda səhabələr Rəsulullah - sallallahu aleyhi və səlləm – dən soruşdular: «Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdin ki, bir hadisə baş verdiyini və ya sənə vəhy nazil olduğnu zənn etdik!» Peyğəmbər: «Xeyr, bunlardan heç biri olmadı. Lakin, oğlum belimə mindi. Mən özü düşənə qədər onu düşürməyi uyğun bilmədim»258.

21. Cəmi b. ət-Teymiyyi rəvayət edir ki, xalamla birlikdə Aişə - radıyallahu anhə – nin yanına getmişdik. Soruşdum ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – hansı qadını daha çox sevirdi. O: «Fatiməni» deyə cavab verdi. Mən: «Bəs kişilərdən kimi?» deyə soruşduqda: O: «Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutar, çox namaz qıları» dedi259.

22. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən və Hüseyn – Allah onlardan razı olsun - Cənnətdə olan cavanların seyyididir»260.

23. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən məndəndir»261.

24. İbn Kəsir – rahmətullahi aleyhi - rəvayət edir ki, Həsən - radıyallahu anhu – sübh namazını qıldıqdan sonra gün çıxana qədər Allahı zikr edib, sonra da gedib Peyğəmbər - sallallahu aleyhi və səlləm – in zövcələrinə salam verərdi»262.

25. Əbu Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – bizə xütbə verərkən Həsən və Hüseyn - radıyallahu anhum – əyinlərində qırmızı köynək (yıxıla-yıxıla) bir-biriləri ilə oynaya-oynaya gəlirdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları görən kimi minbərdən endi, onları qucağına alaraq minbərə çıxdı və qarşısına oturtdu: Allah doğru buyurmuş: «Mallarınız və uşaqlarınız ancaq bir imtahan vasitəsidir». (əl-Ənfal 28). Bu iki uşağın halına baxdım yıxıla-yıxıla gəlirdilər. Dayana bilməyib danışmağımı kəsərək onları qucağıma aldım»263.

26. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Usamə və Həsən - radıyallahu anhum – ilə birlikdə qucağına alaraq: «Allahım! Mən bunları sevirəm, sən də bunları sev»264.
HZ. FATİMƏ

ADI VƏ NƏSƏBİ: Fatimə b. Muhəmməd, Atasının adı: Muhəmməd b. Abdullah, Anasının adı: Xədicə b. Xuveylid.

Hz. FATİMƏ BARƏDƏ VARİD OLAN HƏDİSLƏR: 1. Abdullah b. Zubeyr - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – Əbu Cəhlin qızı ilə nigahlanmaq haqqında bəhs etmişdi. Bu söhbət Peyğəmbər - sallallahu aleyhi və səlləm – çatdıqda buyurdu: «Fatimə - radıyallahu anhə – mənim bir parçamdır, Onu üzən, məni üzmüş olur, onu yoran, məni yormuş olur»265.

2. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Həcc vaxtı Ərafə günü Qasva adlı dəvəsinin üzərində xütbə verərkən buyurdu: «Ey insanlar! Sizə iki şeyi qoyub gedirəm. Onlara uyduğunuz müddətdə əsla azmazsınız. Allahın Kitabı və yaxınlarım olan Əhli Beytim»266.

3. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə hər bir şeyi verən Allahı sevin, Allah sevgisiylə məni sevin, mənim sevgimlə də Əhli Beytimi sevin»267.

4. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Qadınların ən sevimlisi Fatimə - radıyallahu anhə – dir, kişilərdən ən sevimlisi isə Əli - radıyallahu anhu – dur». İbrahim b. Sad deyir ki: «Yəni ailə əhli içində»268.

5. Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əli, Fatimə, Həsən və Huseyn - radıyallahu anhum – haqqında buyurdu: «Mən sizin döyüşdüyünüz kimsələrlə döyüşür, barışdığınız kimsələrlə də barışıram»269.

6. Peyğəmbər - sallallahu aleyhi və səlləm – in ögey oğlu Ömər b. Əbu Sələmə rəvayət edir ki, Əhzab 33 ayəsi: «Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33) Ummu Sələmə - radıyallahu anhə – nin evində nazil olmuşdur. Bundan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – Fatimə, Həsən və Huseyn - radıyallahu anhum – u bir örtük altına alaraq örtdü. Əli - radıyallahu anhu – Peyğəmbər - sallallahu aleyhi və səlləm – in arxasında idi. Onu da başqa bir örtük ilə örtərək buyurdu: «Allahım! Bunlar mənim Əhli Beytim və yaxınlarımdır. Onlardan pislikləri qaldır və onları təmiz elə». Bundan sonra Ummu Sələmə: «Ey Allahın Rəsulu! Məndəmi onlarla bərabərəm?» deyə soruşdum. Peyğəmbər: «Sən dayan, çünki Sən xeyir üzərindəsən» deyə buyurdu270.

7. Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sizə bir şey buraxacağam ki, məndən sonra əsla sapıqlığa düşməzsiniz. Bu şeylərin ikisi də bir-birindən böyükdür. Göydən yerə uzanan bir ip kimi olan ilahi nizam olan Allahın Kitabı və yaxınlarım Əhli Beytimdir. Bu iki şey Qiyamət günü hovuz başında mənimlə görüşənə qədər bir-birindən əsla ayrılmayacaqlar. Bu iki şey haqqında mənə necə itaət edəcəyinizə diqqət edin»271.

8. Misvər b. Məxrəmə - radıyallahu anhu – Rəsulullah - sallallahu aleyhi və səlləm – in belə dediyini rəvayət edir: «Fatimə - radıyallahu anhə – məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar»272.

9. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Fatimə Cənnət əhli qadınlarının seyyididir»273.

10. Sad b. Əbu Vaqqas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – Xeybər günü buyurdu: Sabah bayrağı elə bir kimsəyə verəcəyəm ki, o, Allahə və Rəsulunu sevir, Allah və Rasuluda onu sevir. Bu sözə görə adamların çoxu boyunlarını uzadırdılar ki, Rəsulullaha görünsünlər. O: «Əli - radıyallahu anhu – nu yanıma gətirin. Əli - radıyallahu anhu – nu gətirdilər, amma gözləri ağrayırdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm – onun gözlərinə üfürdü və bayrağı ona verdi. Allah onun əliylə fəthi müyəssər etdi. Rəvayəti edən daha sonra deyir ki: «Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki: «Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!» (Ali-Imran 61) nazil olanda, Rəsulullah - sallallahu aleyhi və səlləm – Əlini, Fatiməni, Həsən və Hüseyn - Allah onlardan razı olsun! - çağırdı və: «Allahım, bunlar da mənim ailəmdir» buyurdu274.

11. Ənəs b. Malik - radıyallahu anhu – rəvayət edir ki: «Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33) ayəsi nazil olanda Rəsulullah - sallallahu aleyhi və səlləm – namaza gedərkən 6 aya yaxın bir müddətdə Fatimə - radıyallahu anhə – qapısından keçərkən: «Namaza gəlin, ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» deyərdi275.

12. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah üzərində qara naxışlı bir parça olduğu halda çıxdı. Bu zaman Həsən - radıyallahu anhu – gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn - radıyallahu anhu – gəldi, onu da saldı, sonra Fatimə - radıyallahu anhə – gəldi, onu da saldı. Sonra Əli - radıyallahu anhu – gəldi, onu da saldı. Sonra dedi: «Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər» (əl-Əhzab 33)276.

13. Yezid b. Həyyan - radıyallahu anhu – rəvayət edir: «Bir gün Hüseyn b. Səbrə və Amr bin Muslim ilə birlikdə Zeyd b. Ərqam - radıyallahu anhu – nun yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd b. Ərqama belə dedi: «Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullah - sallallahu aleyhi və səlləm – gördün, onu eşitdin, onunla birlikdə döyüşlərdə oldun və arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullah - sallallahu aleyhi və səlləm – dən eşitdiklərindən danış. O: «Ey qardaşımın oğlu, Vallahi yaşlandım, aradan çox illər keçib, Rəsulullah - sallallahu aleyhi və səlləm – dən eşitdiklərimdən bəzilərini unutmuşam. Indi rəvayət edəcəklərimi qəbul edin, susanda məcbur etməyin: Məkkə və Mədinə arasında «Xum» adlanan yerdə Rəsulullah - sallallahu aleyhi və səlləm – bir bulaq başında xütbə verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: «Ey insanlar! Mən ancaq bir bəşər övladı, Rəbbimin elçisiyəm. Allah qarşısında cavab verəcəyim və Onun yanına qayıdacağım gün yaxınlaşır. Sizə iki ağır şey tərk edirəm. Birinci Allahın hidayət və nuru olan kitabı Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın (Başqa rəvayətdə: O, Allahın ipidir. Hər kim ona tabe olarsa doğru yolda və kim də tərk edərsə zəlalətədə olar). Quran haqqında rəğbətləndirici sözləri söylədikdən sonra dedi: «Ikinci Əhli Beytimdir. Əhli beytim haqqında sizə Allahı xatırladıram» deyərək bunu 3 dəfə təkrarları. Hüseyn: «Ey Zeyd, Əhli beyti kimdir? Arvadları Əhli beytdən deyilmi?» deyərək soruşdu. Zeyd: «Qadınları da Əhli beytdəndir. Lakin, Əhli Beyt özündən sonra sədəqə almaları haram olan kəslərdir» dedi. Mən: «Onlar kimlərdir?» deyəndə: Zeyd: «Əlinin ailəsi, Aqilin ailəsi, Cəfərin ailəsi, Abbasın ailəsidir». Hüseyn: «Onların hamısına sədəqə haramdır» soruşanda, Zeyd: «Bəli» dedi277.

14. Yezid b. Həyyan, Zeyd bin Ərqam - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah buyurdu: «Xəbəriniz olsun! Mən sizə iki ağır şey tərk edirəm ki, birincisi Allahın Kitabıdır. O, Allahın ipidir. Kim ona bərk yapışsa, tabe olsa, o , hidayət üzrədir (doğru yoldadır), kimdə onu tərk etsə zəlalət üzrədir (yolunu azar). Ikinci itrətim, Əhli Beytimdir». Biz dedik: «Qadınları Əhli Beytdəndirmi?». O: «Xeyir. Allaha and olsun ki, qadın əri ilə bir müddət bərabər olur. Boşandıqda o atasının yanına, öz qövmünə qayıdır. Rəsulullah - sallallahu aleyhi və səlləm – Əhli Beyti, nəslindən olub özündən sonra sədəqə haram olan, ata tərəfdən olanlardır»278.

15. Ömrünün son günləri və ya son günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızı Fatimə - radıyallahu anhə – ni çağıraraq qulağına bir şeylər pıçıldadı. (Başqa rəvayətdə: Ummu Sələmə) Aişə - radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bütün zövcələri yanında olduğu an qızı Fatimə - radıyallahu anhə – gəldi. Yerişi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yerişindən heç bir şey ilə fərqlənmirdi. (Başqa rəvayətdə: Oturuş və duruş baxımından Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızı Fatimə - radıyallahu anhə – dən daha çox bənzəyən bir kimsə görmədim. Fatimə - radıyallahu anhə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına daxil olduqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – qalxar, onu öpər və yerinə oturdardı. Fatimə - radıyallahu anhə – də oturduğu yerdən qalxar eyni şəkildə Peyğəmbər – sallallahu aleyhi və səlləm – öpər və yerində oturdardı). Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızını gördükdə buyurdu: «Xoş gəlmisən qızım. (Mərhəba). Sonra onu sağına yaxutda soluna oturtdu. Qulağına nə isə pıçıldadıqdan sonra qızı ağlamağa başladı. Onun ağladığını görüb qulağına yenə də gizlicə nə isə pıçıldadı. Bu dəfə o güldü. Mən Fatimə - radıyallahu anhə – yə dedim: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu qədər zövcələrinin içərsində yalnız sənə sir dedikdən sonra sən hələ də ağlayırsan!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – geddikdən sonra mən soruşdum. Peyğəmbər sənə nə buyurdu: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sirrini ifşa etmərəm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra mən Fatimə - radıyallahu anhə – dən soruşdum: «Üzərindəki haqqım üçün279 de görüm Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə nə buyurdu: «Bəli, indi deyə bilərəm. Birinci dəfə o mənim qulağıma pıçıldadıqda buyurdu: «Hər il Cəbrail – əlehissəlam – Quranı mənə bir və ya iki dəfə təkrarladırdı. Ancaq bu dəfə o bunu iki dəfə etdi. Bundan da əcəlimin yaxınlaşdığını başa düşdüm. Allahdan qorx və səbr et. Mən sənin üçün necə də gözəl SƏLƏFƏM (keçmişəm). Mən də ağladım. Mənim ağladığımı görüb ikinci dəfə mənim qulağıma pıçıldadı. Ya Fatimə! Mömin qadınların və ya bu ümmətimin qadınlarının seyyidi olmasından razı deyilsənmi (Başqa rəvayətdə: Yaxınlarımdan ilk öncə mənə qovuşan sən olacaqsan)» deyə buyurdu280.

16. Əli - radıyallahu anhu – rəvayət edir ki, Fatimə - radıyallahu anhə – dəyirman daşını çevirməkdən əlində meydana gələn rahatsıqlıqdan şikayət etdi. O, vaxtı Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir neçə əsirlər gətrilmişdi. O, əsirlərdən bir xidmətçi istəmək üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in evinə getdi. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – evində tapmadı. Aişə - radıyallahu anhə – ni gördü və ona nə üçün gəldiyini xəbər verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gəldikdə Aişə - radıyallahu anhə – Fatimə - radıyallahu anhə – nin gəldiyini xəbər verdi. Əli - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə gəldi və bizi yatağımıza girdiyimiz halda gördü. Mən ayağa qalxmağa çalışdım. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dərhal: «Yerinizdə qalın» deyib ikimizin arasında oturdu. Hətta mən onun bədəninin soyuqluğunu da hiss etdim. Peyğəmbər: «Yaxşı dinləyin! Mən sizə sizin məndən istədiyiniz əsir xidmətçidəndə daha xeyirli bir şey öyrədimmi? Yatağa girdiyiniz zaman 34 dəfə Allahu Əkbər, 33 dəfə Subhənəllah, 33 dəfə də Əlhəmdulilləh deyin. Bunları deməyiniz sizlər üçün xidmətçidən də xeyirlidir» deyə buyurdu281.

17. Aişə - radıyallahu anhə – rəvayət edir ki, (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonra) Fatimə - radıyallahu anhə – Əbu Bəkr - radıyallahu anhu – ya xəbər göndərdi və Allahın Peyğəmbər – sallallahu aleyhi və səlləm – Fəy (hərbsiz qənimət) olaraq bəxş etdiyi və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in də möminlərə sədəqə etdiyi Mədinə yaxınındakı Bəni Nadr, Fədək xurmalıqları ilə Xeybər xurmalıqlarının 5/1 qalan Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mirasını istəyirdi. Əbu Bəkr - radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu sözlərini dedi: «Biz Peyğəmbərlər miras qoymarıq. Bizim buraxdığımız mal sədəqədir». Muhəmmədin ailəsi bu maldan, yəni mulkiyyəti Allahın olan vəqf malından yeyə bilər. Onların yedikləri üzərinə nə isə artırmalarına ixtiyarları yoxdur. Allaha and olsun ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vaxtında olan sədəqələrdən heç bir şey dəyişən deyiləm. Onlarla (mallarla) Peyğəmbər – sallallahu aleyhi və səlləm – etdiyi rəftarı edəcəyəm. (Fatimə - radıyallahu anhə – nin vəfatından sonra) Əli - radıyallahu anhu – da bunun belə olduğuna şəhadət etdikdən sonra: «Ey Əbu Bəkr! Biz sənin fəzilətini bilirik. Və onun haqqını və qohumluğunu xatırlatdı. Əbu Bəkr: «Nəfsim əlində olan Allaha and olsun ki, mənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yaxınlarına xidmət etmək öz yaxınlarıma xidmət etməkdən daha sevimlidir» dedi282.

İÇİNDƏKİLƏR

Ön söz 3

İmam Nəsəi rahmətullahi aleyhi - nin həyatı 6

Möminlərin Əmiri Əli b. Əbu Talib radıyallahu anhu nun namazı haqqında 8

Bu hədisi nəql edənlərin ləfzi fərqlilikləri haqqında 8

Əli b. Əbu Talib radıyallahu anhu nun ibadəti haqqında 9

Əli b. Əbu Talib radıyallahu anhu nun Allah qatındakı dərəcəsi haqqında 9

Əbu Hureyrə - radıyallahu anhu nun xəbərini nəql edənlərin ləfzlərinin fərqli və dəyişik olması haqqında 13

İmran b. Hüseyn - radıyallahu anhu nun bu mövzuda olan rəvayəti 14

Bu xüsusda Əli b. Həsən - radıyallahu anhu nun Peyğəmbər sallallahu aleyhi və səlləm dən nəql etdiyi: «Sağında Cəbrailin, solunda Mikailin döyüşəcəyi» sözü haqqında 15

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Allah heç vaxt onu rüsvay etməz» sözü haqqında 15

Peyğəmbər sallallahu aleyhi və səlləm in Əli - radıyallahu anhu ya: «Sən bağışlanmısan» sözü hqqında 17

Əbu İshaqın rəvayət etdiyi bu hədisin başqa ləfsi 17

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Allah Əli - radıyallahu anhu nun qəlbini iman üçün imtahan etmişdir» sözü haqqında 18

Peyğəmbər sallallahu aleyhi və səlləm in Əli - radıyallahu anhu ya: «Şübhəsiz Allah sənin qəlbini hidayətə gətirəcəkdir» sözü haqqında 19

Bu xəbəri nəql edənlərin ixtilafı haqqında 19

Əbu İshaqın bu hədis haqqında söylədiyi ixtilaf 20

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Əli - radıyallahu anhu nun qapısından başqa, bütün qapıları bağlamaqla əmr olundum» sözü haqqında 21

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Sizi çıxarıb onu mən buraxmadım, sizi çıxarıb onu daxil edən Allahdır» sözü haqqında 21

Əli b. Əbu Talib - radıyallahu anhu nun Allah Rəsulu sallallahu aleyhi və səlləm in yanında olan dərəcəsi haqqında 22

Muhəmməd b. əl-Munkədirin bu hədis barəsində zikr etdiyi ixtilaf 23

Abdullah b. Şərikin bu hədis barəsində zikr etdiyi ixtilafı 26

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Əli - radıyallahu anhu məndəndir, mən də ondanam» sözü haqqında 28

Əli Əbu İshaqın bu hədis barəsində zikr etdiyi ixtilafı 29

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Əli - radıyallahu anhu nəfsim kimidir» sözü haqqında 29

Peyğəmbər sallallahu aleyhi və səlləm in Əli - radıyallahu anhu ya dediyi: «Sən mənim səfiyyim (seçilmiş dostum) və əmin olduğum kimsəsən» sözü haqqında 30

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Mənim əvəzimə ancaq mən və Əli - radıyallahu anhu ödəyə bilər» sözü haqqında 30

Peyğəmbər sallallahu aleyhi və səlləm in bəraəti (ət-Tövbə surəsini) Əli - radıyallahu anhu ilə bərabər göndərməsi haqqında 30

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Mən kimin vəlisiyəmsə, Əli - radıyallahu anhu da onun vəlisidir» sözü haqqında 32

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Məndən sonra Əli - radıyallahu anhu hər bir möminin vəlisidir» sözü haqqında 34

Peyğəmbər sallallahu aleyhi və səlləm in : «Əli - radıyallahu anhu məndən sonra sizin vəlinizdir» sözü haqqında 35

Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Kim Əli - radıyallahu anhu ya söyərsə, mənə söymüş olar» sözü haqqında 35

Onu sevməyə təşviq (çağırış), ona düşmənçilik etməyə qarşı xəbərdarlıq və təhdid (hədə) haqqında 36

Peyğəmbər sallallahu aleyhi və səlləm in onu sevənə dua, ona kin bəsləyənə isə bəddua etməsi haqqında 37

Allah Rəsulu sallallahu aleyhi və səlləm in Əli - radıyallahu anhu üçün çəkdiyi bir misal haqqında 39

Əli - radıyallahu anhu nun mərtəbəsi və Peyğəmbər - sallallahu aleyhi və səlləm ə yaxınlığı haqqında 39

Muğirənin bu hədis barəsində zikr etdiyi ixtilafı 42

Möminlərin Əmiri Əli - radıyallahu anhu nun Peyğəmbər - sallallahu aleyhi və səlləm in mübarək çiynlərinə çıxması haqqında 43

Allah Rəsulu - sallallahu aleyhi və səlləm in bir parçası, bundan başqa Cənnət qadınlarının Seyyidi - İmranın qızı Məryəm istisna olmaqla - qızı Fatimə - radıyallahu anhə nin onunla evləndirilməsi 43

Allah Rəsulu - sallallahu aleyhi və səlləm in qızının, İmranın qızından başqa, Cənnət əhlinin qadınlarının Seyyidi olduğuna dair varid olmuş xəbərlər haqqında 45

Rəsulullah - sallallahu aleyhi və səlləm in qızı Fatimə - radıyallahu anhə nin bu ümmətin qadınlarının Seyyidi olması haqqında varid olan xəbərlər haqqında 46

Fatimə - radıyallahu anhə nin Allah Rəsulu - sallallahu aleyhi və səlləm in bir parçası olduğu haqqında rəvayət edilən xəbərlər haqqında zikr edənlərin dəyişik rəvayətləri 47

Zikr edənlərin dəyişik rəvayətləri 48

Mərəyəm oğlu İsa ilə Zəkəriyyə oğlu Yəhya əleyhimussəlam istisna olmaqla Əli b. Əbu Talib - radıyallahu anhu dünya ətirlərinin (reyhanı) və Cənnətdə cavanların ağası (Seyyidi) olan Allah Rəsulu - sallallahu aleyhi və səlləm in nəvələri Həsən və Hüseyn - radıyallahu anhum barəsində zikr edilmiş hədis haqqında 48

Həsən ilə Hüseyin - radıyallahu anhum Cənnət əhli gənclərinin ağası (Seyyidi) olduğu haqqındakı xəbərlər 49

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin