Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə28/30
tarix21.04.2017
ölçüsü2,45 Mb.
#15065
1   ...   22   23   24   25   26   27   28   29   30

237) Dəccal Musəvi yazır: Əhli Sünnənin dörd məzhəb imamlarına təqlid edənlərdən bir nəfər də belə tanımırıq ki, imamlarının zamanlarında məzhəbləri haqqında kitab yazmış olsunlar.” (Məktub 110)

Nə zamandan bəri azmış cahilin sözü müsəlmanların əleyhinə dəlil hesab olunur? Görəsən, ”Muvatta” kitabının müəllifi imam Malik deyildə,bəs kimdir? “Müsnəd” kitabının müəllifi imam Əhməd deyildə,bəs kimdir? “əl Ümm” kitabıbı imam Şafinin deyildə,bəs kimindir?



238) Musəvi yazır: Yoxsa, elə bu dörd nəfərin özləri də öz müasirlərindən olan fəqihlər, mühəddislər (hədis söyləyənlər) kimi olub, onlardan artıq bir üstünlüyə sahib deyildilər. Elə buna görə də öz əsrlərində onların sözlərini toplamağa əhəmiyyət verən bir adam yox idi.” (Məktub 110)

Bilmirsən,bu yalan,əsassız iddiaya güləsən,yoxsa ağlayasan? Önümdə Muhəmməd ibn Həsən Şeybaninin nəql etdiyi Əbu Hənifənin kitabı olan “Kitab əl əsər” və imam Malikin “Muvatta” kitabı vardır.Hər iki kitabda bu imamların xeyli sayda fətvaları vardır.Həmçinin,imam Əhmədin oğlu Abdullah ibn Əhməd ibn Hənbəlin qələmə aldığı “Məsail” kitabında sual-cavab şəklində imamın çoxlu sayda fətvaları vardır.



239) Rafizi yazır: Amma Əhli Sünnədən olan dörd imamın heç birinin yanında Əhli beyt imamlarının şiənin yanında olan məqamı qədər ehtiramı yox idi.Hətta, öləndən sonra onlar üçün seçilən bu məqam heç onların sağlığında belə yox idi.” (Məktub 110)

Biz rafizinin bu iddiası ilə razıyıq ki,dörd imamdan heç birini tərəfdarları şiələrin imamlarını ucaltdıqları kimi ucaltmamışlardı.Şiələrin imamlarını hansı dərəcəyə qaldırdıqlarını bilmək üçün onların ən mötəbər kitabı olan “Kafi” əsərinin fəsil başlıqlarına baxmaq kifayətdir.

Fəsil 13. “İmamlar Allahın nurudur.”

Fəsil 14. “İmamlar yerin dirəyidir.”

Fəsil 29. “Əməllərin Peyğəmbər (s.a.s)-ə və İmamlara ərz edilməsi”

Fəsil 44. “İmamların Peyğəmbər (s.a.s)-in,bütün əvvəlki peyğəmbərlərin və öncəki vasilərin elminə miras olmaları”

Fəsil 47. “İmamların nə zaman öləcəklərini bilməsi və yalnız öz istəkləri ilə öləcəyi”

Fəsil 48. “İmamlar keçmişdə olanları və gələcəkdə olacaqları bilir və heç bir şey onlardan gizli qalmaz”

Sonuncu fəsil ona inanan hər kəsi küfrdə ittiham etməyə kifayətdir. Şiələr imamlarını o dərəcəyə qaldırmışlar ki,Muhəmməd (s.a.s)-dən başqa hər bir peyğəmbərdən onları üstün hesab edirlər. Seyyid Şübbar kitabında yazır: “Məsum İmamlar İslam peyğəmbərindən başqa bütün peyğəmbərlərdən üstündür.” (“Şərhul ziyarətul camiə” səh 39)

Həmçinin yazır: “İmamlar Allah qatında elə böyük məqama sahibdirlər ki,o məqama İslam Peyğəmbərindən başqa nə bir yaxın mələk,nədə Peyğəmbər çata bilməz.” (“Şərhul ziyarətul camiə” səh 88)

Seyyid Əmir Muhəmməd əl Kazimi əl Qəzvini “Şiə fi aqaidihim və ahkamihim” kitabında 73-cü səhifədə yazır: “Əhli Beytdən olan İmamlar Peyğəmbərlərdən üstündürlər.”

Şiə alimi şeyx Seyyid Nemətullah Cəzairi öz kitabında yazır: "Bil ki, əshabələrimiz arasında Peyğəmbər (s.a.s)-in səma xəbərlərini ardıcıl olaraq yerə çatdırmış sair peyğəmbərlərdən daha şərəfli olması məsələsində ixtilaflar yoxdur. Onların arasındakı ixtilaf Əmirəlmömininin (Əlinin) və pak imamların öz babalarından başqa bütün peyğəmbərlərdən üstün olub-olmaması məsələsindədir. Onlardan bir dəstə adam bu fikirdədir ki, imamlar ululəzm (böyük peyğəmbərlər: Nuh, Ibrahim, Musa, Isa və Məhəmməd əleyhissəlamlar ) peyğəmbərlərdən başqa, qalan peyğəmbərlərdən üstündürlər, bu peyğəmbərlər isə imamlardan üstündürlər. Bəziləri onların bir-birinə bərabər olduğunu deyirlər. Qalan əksəriyyət isə İmamların ululəzm və digər peyğəmbərlərin hamısından üstün olduğu fikrini irəli sürürlər ki, doğrusu da budur" (“əl Ənvar ən-Numaniyyə", Seyyid Nemətullah Cəzairi c.1,səh 20-21)

Muhəmməd Baqir Məclisi “Miratul uqul” əsərində “Elçi,peyğəmbər və mühəddis arasında fərq” fəslində yazır: “İmamlar bizim Peyğəmbər (s.a.s)-dən başqa bütün peyğəmbərlərdən üstündürlər.” (Miratul uqul c.2,səh 290)

Xomeyni “Hukumətul İslamiyyə” adında məşhur kitabında yazır: ”İmam üçün tərifəlayiq elə bir məqam vardır ki,aləmin hökmranlığı,kainatın bütün zərrələri ilə İmamların vilayətinə və hökmünə boyun əyir.Məzhəbimizin əqidə əsaslarından biri də budur ki,İmamlarımız bir məqama sahibdir ki,o məqama nə yaxınlaşdırılmış mələklər,nə Rəsullar,nə də Peyğəmbərlər sahib olmamışdır. Əlimizdəki rəvayyət və hədislərdən çıxan nəticəyə görə ən böyük Peyğəmbər (s.a.s) və İmamlar bu aləmin yaradılmasından öncə xəlq olunmuş bir nurdular və Allah onları özündən başqa heç kimin bilmədiyi bir məqama ucaltdı.İmamlarımızdan rəvayyət olunur ki, ”Bizim Allah ilə aramızda bəzi xüsusi hallarımız vardır.Ona nə yaxınlaşdırılmış mələklər,nə Rəsullar,nə də Peyğəmbərlər sahib olmamışdır.Həmçinin,Fatimə Zəhra (r.a)-da belə bir məqama sahibdir...( “Hukumətul İslamiyyə” səh 52)

Xomeyninin sirdaşlarından olan Ayətullah Dəstaqeyb yazır: “Əli hər şeydir və O bütün dünyanı əhatə edə bilər.” (“Quranın mənəvi dəyəri” səh 256)

Müsəlmana görə isə şübhəsiz ki,Allahın ən sevimli məxluqu Muhəmməd (s.a.s)-dir.



240) Rafizi yazır: Mühəqqiqlər şiələrin İslami elmlərin tədvinində (yazılmasında, yaradılmasında) başqalarından irəlidə olduğunu çox gözəl bilirlər.Çünki, birinci əsrdə Əlidən və alim şiələrdən savayı heç kim bu işi öz öhdəsinə götürməmişdir.Bəlkə də bunun səbəbi səhabənin elmlərin yazılıb-yazılmamasınındakı ixtilafları idi.” (Məktub 110)

Biz rafizinin bu iddiasını hədis elminin tarixi əsasında nəzərdən keçirəcəyik. İslam alimləri hələ tabeinlərin dövründə müəyyən bir hədisin ravilərini araşdırmağa başlamışdılar.İmam Tirmizi “Sünən” (3/327 ) kitabında Muhəmməd ibn Sirinin belə dediyini yazır: “İlk zamanlarda hədisin isnadını soruşmazdılar.Fitnə çoxaldıqda isə sünnə ilə gedənləri bidət əhlindən fərqləndirmək üçün isnadı soruşmağa başladılar.”

Yenə eyni yerdə Tirmizi yazır: “Yəhya ibn Səid əl Qəttan nəql edir ki,o Süfyan əs Səvri,Şubə,Malik ibn Ənəs və Süfyan ibn Ueynədən soruşmuşdur: “Əgər mən bir adamın qəbahətini və dində zəifliyini bilsəm,onu insanlara danışım,yoxsa susum?” Onlar dedilər: “Danış.”

Əhli Sünnədən ilk olaraq,ravilərin halını dəqiqliklə və diqqətlə təhqiq edən ilk alim Şubə ibn əl Həllac (öl.160) olmuşdur.Abdullah ibn Mubarək (öl.181) deyir: “Zənnimcə isnad dinin bir hissəsidir.Əgər isnad olmasaydı hər kəs istədiyini danışardı...” (Tirmizi “Sünən” №4341)

Hədis elmi baradə yazılan ilk kitablar Ramaxurmuzi (öl.360) və Hakim (öl.405)-in “Mərif ulm əl hədis” əsərləridir.Bu iki alimə qədər hədis elminin müəyyən qaydaları haqqında imam Şafi (öl.204) “Risalə”, Müslim (öl.261) “Səhih” və Tirmizi (öl.279) “Sünən” kitablarında yazılar yazmışlar.

Şiələrə gəldikdə isə məşhur alimləri əl Hairiri “Muqtəbəs əl əsər” (c.3,səh 73) əsərində yazır: “Doğruluğunda şübhə olmayan xəbərə görə alimlərimizdən hədis elmi baradə şəhid əs Sanidən öncə kitab yazan olmamışdır.”

Şəhid əs Sani bu Həsən ibn Zeynəlabiddin əl Cəbi əl Amilidir ki,hicrətin 965-ci ilində ölmüşdür. Şiə alimi Hurr Amili yazır: Səhid Sani imamilərdən ilk şəxs olmuşdur ki,hədis elmi haqqında kitab yazmışdır.Lakin,o oğlu və digərlərinin qeyd etdiyi kimi bu qaydaları “əmma”(sünnilər) dan əxz eləmişdi.” (“Əmal əl amil” 1/86)

Digər rəyə görə isə hədis elmi baradə kitab yazan ilk şəxs ibn Muttəhar əl Hilli (öl.726) olmuşdur.Dolayısı ilə şiələrin hədis elmi haqqında yazdıqları ilk kitab İslam alimləri tərəfindən yazıldıqdan min.300,bəlkə də 500 il sonra qələmə alınmışdır. Şiələrin ən mötəbər rical kitablarından biri Nəcaşinin əsəridir.Şiə alimi Baqir əl İrəvani “Durus təmhidiyyə fi ulumul ər ricaliyyə” (səh 86)-də yazır: “Nəcaşinin bu kitabı yazmasına səbəb müxaliflərin bu töhməti idi ki,şiələrin sələfi və kitabları yoxdur.”



241) Rafizi yazır: Əsqəlani “Fəthul-Bari” kitabının müqəddiməsində qeyd edir ki, Ömər ibn Xəttab və bir neçə nəfər (sünnə və hədisləri) yazmaq istəsələr də, qorxmuşlar ki,bu Quranla qarışıq düşər.” (Məktub 110) Səhabələrdən əgər kimsə Qurandan başqa bir kitab tərtib olunmasına qarşı olmuşsa,bu Peyğəmbər (s.a.s)-in sözləri əsasında olmuşdur.Əbu Səid əl Xudri Peyğəmbər (s.a.s)-in belə buyurduğunu rəvayyət edir: “Qurandan başqa məndən heç nə yazmayın.Əgər kimsə mənim öz sözlərimi yazmışsa,onu pozsun...” (Müslim “Səhih” № 72 - ( 3004)

Həmçinin,Yəməndən olan bir nəfərə Peyğəmbər (s.a.s) öz sözlərini yazmağa izn vermişdi. (“Muxtəsər Səhih Buxari” № 92. (112)

İbn Hacər bu məsələni “Fəth əl bari” (1/277)-də belə izah edir:


  1. Hədis yazmağa qadağa Quranın nüzulu zamanı idi ki,vəhylə digər yazılar arasında qarışıqlıq düşməsindən ehtiyyat edilirdi.

  2. Quran ayələri və hədislərin eyni yerlərə yazılmasına yasaq vardı.Ayrı-ayrı yerlərə yazılmasına isə icazə verilirdi.

  3. Yasaq ilk zamanlarda qüvvədə idi.Hədislərin Quranla qarışıq düşməyəcəyi məlum olduqdan (hafizlər çoxaldıqdan) sonra qadağa qalxdı.

Əgər səhabələrdən kimsə Peyğəmbər (s.a.s)-in ikinci göstərişi ilə tanış deyildisə,biz onu tənqid edə bilmərik. Onlar birinci göstərişi əsas alırdı. Qeyd etmək lazımdır ki,Peyğəmbər (s.a.s)-in sözlərini sağlığında yazan səhabələr vardı.Əbu Hureyra deyir: “Səhabələrdən Abdullah ibn Amr ibn əl Asdan başqa heç kəs məndən daha çox hədis nəql etməyib.Çünki,o yazır,mən isə yazmırdım.” (Buxari “Səhih” №113)

242) Əbdulhüseyn yazır: “Əmirəl-möminin qələmə aldığı ilk kitab Quran olmuşdur.” (Məktub 110)

Nəfsinin əsiri və şeytanın qulu yalan danışır. İmam Suyuti “İtqan fi ulumil Quran” (1/138)-da yazır: “İbn Əbu Davud “Məsahif” də yaxşı isnadla Əbdulxeyrdən Əlinin belə dediyini nəql edir: “Qurana etdiyi xidmətə görə ən üstün mükafat Əbu Bəkrə məxsusdur.Allah Əbu Bəkrdən razı olsun.O,ilk olaraq Quranı toplamışdır.” Əmirəl-möminin sözləri bizə kifayətdir!

Daha sonra Suyuti yazır: “Əbu Davud Muhəmməd ibn Sirindən Əlinin belə dediyini nəql edir: “Peyğəmbər (s.a.s) vəfat etdikdə mən Quranı toplamayınca, cümə namazından savayı evdən çıxmamağa and içdim. Beləcə mən Quranı topladım.”

İbn Hacər deyir: “Bu rəvayyət isnadın qopuq olmasına görə zəifdir.Əgər bunu səhih qəbul etsək belə, Quran toplamada məqsəd onun əzbər hifz olunmasıdır.Əbdulxeyrdən nəql olunan rəvayyət daha səhihdir.” (“İtqan fi ulumil Quran” 1/138)

Qeyd etmək lazımdır ki,Əhli Sünnə bu məsələdə ayrı seçkiliyə yol vermir.Bizim üçün fərqi yoxdur bu işi Əbu Bəkr,yoxsa Əli və ya digər səhabə ilk olaraq görmüşdür.Onların hər biri bizim üçün sələfdir. Şiə mənbələrinə görə Əli ibn Əbu Talibin Quranı haqqında bəhs edək.

Nemətullah Cəzairi yazır: “Xəbərlərdə deyilir ki, onlar (yəni imamlar) öz şiələrinə əmr etmişlər ki, mövlamız Sahibəzzaman zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və başqa hallarda oxusunlar və onun ehkamlarına əməl etsinlər. Bir zaman bu Quran adamların əllərindən çıxıb səmaya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi Quran üzə çıxacaq. Onda onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər" ("Ənvar ən Numaniyə”" c.2,səh 306-363)

Əgər ilk olaraq Quranın Əli tərəfindən yazılması şiələrin İslami elmləri ilk olaraq,yazmalarına dəlildirsə, onda bizim əlimizdə olan Quran Zeyd ibn Sabit tərəfindən toplanmışdır.Məhz bu Quran indi müsəlmanların əlindədir.Elə çıxır ki,söhbət iki Qurandan gedir.Biri səhabələrin iştirakı ilə Zeyd ibn Sabit,digəri isə Əli tərəfindən toplanmışdır.Burada “Kafi” kitabından sitat gətirmək yerinə düşərdi.

"Mən İmam Əbu Cəfərin belə dediyini eşitmişəm: "Yalnız yalançı bütün Quranı nazil olduğu kimi topladığını iddia edə bilər.Onu nazil olduğu kimi Əli ibn Əbu Talib və ondan sonrakı İmamlardan başqa heç kəs toplamamış və hifz etməmişdir" ("Kafi” "Kitab əl-hüccə", "Imamlardan başqa heç kəs bütün Quranı toplamamışdır" fəsli, səh 228, 1-ci cild, Tehran çapı)

Bunları Əbdulhüseyn də yazısında 110-cu məktubda təsdiq etmişdir.O,yazır: “Əlbəttə,Quranı digər səhabələr də yazmağa təşəbbüs etmişlər.Lakin,onlara nazil olduğu kimi Quranı toplamaq müəyyəsər olmamışdır.”

Sual yaranır.Misal üçün, Abdullah və İbrahimdə şeyx Əbdurraufun kitabı vardır.Abdullahın əlində olan kitabda fəsil və bu fəsildə olan sözlərin hamısı müəllifin istədiyi şəkildə yazılmışdır.İbrahimin əlində olan nüsxədə isə fəsil və fəsildə olan sözlərin ardıcıllığı original nüsxədən fərqlidir.İbrahimin nüsxəsi nə adlanacaq? Təhrif. Eləcədə Quranla bağlı.Surələrin nazil olduğu kimi Quranda yerləşdirilmədiyini deməklə şiələr nəyi nəzərdə tuturlar? Bu tərtib Allahın istədiyi şəkildə olmamışdır?

Məclisi bu məsələni belə izah edir.O, yazır: “....Bizə şiələrdən və sünnilərdən varid olan xəbərlərə görə Quranda nöqsan və təhrif olması hədisləri mütəvatirdir.Məntiq bizə deyir ki,əgər Quran Əhli beytdən ayrılıb,insanlar arasında yayılıb və adi insanlar onu toplamağa cəhd ediblərsə,onun tam və həqiqətə uyğun şəkildə toplanması ehtimalı azdır.Nə olursa olsun Mehdi gələnə qədər insanlara vacibdir ki,müshəflərdə olanlarla işləsinlər və onları oxusunlar.Bu məsələ çox saylı xəbərlərlə sabitdir və mütavatirdir və Quranda naqisliyin olmasını təsdiq edir....” (“Miratul uqul” kitabında c.3,səh 31)

Əbul Həsən əl Amili əl Fəttuni yazır: “Dediklərimizdən aydın olur ki,Allahın nazil etdiyi Quran o Qurandır ki,onu Əli (r.a) toplamışdır.Sonra onu Həsən (r.a)-ə,sonra isə digər İmamlara,nəhayət Qaim Mehdiyə ötürmüşlər.Bu gün Quran onun yanındadır.” ("Təfsiru mirətul-ənvər və mişkətul-əsrar" “Mətbəatul əftab”nəş.Tehran,səh 36)

Şiələr etiqad edirlər ki,əsl Quran Mehdinin yanındadır və o zühur edəndə onu gətirəcəkdir. Təbərsinin bütün şiələrin əsaslandıqları "əl-İhticac" kitabında yazır: "Əbuzərr rəvayyət edir ki, Rəsulullah (s.a.s) öləndən sonra Əli Quranı topladı və mühacirlərin və ənsarların yanına gəlib topladığı Quranı, Rəsulullah (s.a.s)-in vəsiyyət etdiyi kimi, onlara göstərdi. Əbu Bəkr onu açanda birinci səhifədə özlərinin biabırçılıqlarının yazıldığını gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi: "Əli, onu buradan rədd elə, bizim ona ehtiyacımız yoxdur”. Əli (r.a) onu götürüb getdi. Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər. O, Quran oxuyan bir şəxs idi. Ömər ona dedi: "Əli bir Quran gətirmişdi, orada mühacirlərin və ənsarların pis əməlləri yazılmışdı. Biz belə qərara gəldik ki, özümüz Quran yazıb ondan mühacir-ləri və ənsarları biabır edib hörmətdən salan yerləri çıxaraq. Zeyd yazdığı Quranı onun yanına gətirdi və dedi: "Mən sizin dediklərinizi Qurandan çıxarandan sonra o öz yazdığı Quranı mənə göstərsə, sizin bütün etdikləriniz batil olmazmı?". Ömər dedi: "Onda nə edək?". Zeyd dedi: "Tədbir işlətməkdə siz məndən yaxşısınız". Ömər dedi: "Onu öldürüb canımızı qurtarmaqdan başqa çarəmiz qalmır". O, Əlini Xalid ibn Vəlidin əli ilə öldürmək tədbirini tökdü. Xalid isə bunu bacarmadı. Elə ki Ömər xəlifə oldu, onlar Əli (r.a)-dan xahiş etdilər ki, o Quranı gətirsin. Məqsəddləri də o idi ki, onu öz aralarında təhrif etsinlər. Ömər dedi: "Ya Əbülhəsən! (Imam Əli nəzərdə tutulur) Gəlsənə Əbu Bəkrə göstərdiyin Quranı gətirəsən, onun hökmləri əsasında birləşək". Əli dedi: "Artıq buna ehtiyyac yoxdur, mən onu Əbu Bəkrə gətirmişdim ki, sizin əleyhinizə sübut olsun və Qiyamət günü deməyəsiniz ki, bizim bundan xəbərimiz olmayıb, yaxud deməyəsiniz ki, onu bizə göstərməmisən. Məndəki Quran elə bir Qurandır ki, ona mənim övladımdan olan pak adamlardan və vəliəhdlərdən başqa heç kəs toxunmamalıdır”. Ömər dedi: "Onun zühuru vaxtı məlumdurmu?". Əleyhissəlam dedi: "Bəli, o vaxt ki mənim övladlarımdan bir nəfər müdafiəçi ayağa qalxacaq və onu üzə çıxarıb adamları onunla ayağa qaldıracaq". (Təbərsi "əl Ihticac" səh.76, 77, Iran çapı, 1302 h)

Daha sonra rafizi ibn Sirinin belə dediyini nəql edir: “Əgər əlimizdə bu Quran olsaydı biz əsl biliklərə yiyələnərdik.”

Haşiyədə “Səvaiq” kitabına istinad edilir.Lakin,isnadın olmaması bunu yoxlamağı mümkünsüz edir.

243) Rafizi yazır: Quranı cəm etdikdən sonra Fatimeyi-Zəhra (r.a) üçün kitab təlif etməyə başladı ki, bu əzəmətli xanımın pak övladlarının yanında “Fatimə müshəfi” adı ilə məşhurdur.Hikmətli sözlər, zərbi-məsəllər, moizələr, ibrətamiz nəsihətlər və bəzi xəbərlərlə zəngin olan bu kitab atasının vəfatından sonra o xanıma yeganə təsəlli verən mənbə idi.” (Məktub 110)

Güman etmirəm ki,bu rafizi öz mənbələrindən o qədər qafil ola bilər ki,Fatimə müshəfinin nə olduğunu bilməsin.Adətinə görə o yenə yalan danışır.Çünki,şiə mənbələrinə görə Fatimə müshəfi Qurandan sonra nazil olan vəhylərdir.



Fatimə müshəfi nədir?

Kuleyni imam Cəfərdən rəvayyət edir ki,Əbu Bəsir ondan soruşmuşdur: “...Yaxşı, Fatimə Müshəfi nə olan şeydir? O dedi: Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur" ( “Kafi”c.1, səh.239)



Bu kitab nə zaman yazılıb?

Kuleyni yazır: ”Həmmad ibn Osman dedi ki,Əbu Abdullah buyurdu: ”Şübhəsiz ki,mən Fatimənin Quranına baxtım və gördüm ki,yüz iyirmi səkkiz illərində zındıqlar peyda olacaqlar.Mən soruşdum: ”Fatimənin Quranı nə olan kitabdır?”O,dedi: ”Şübhəsiz Allah Peyğəmbər (s.a.s)-in ruhunu aldıqdan sonra Fatiməni Allahdan başqasının bilmədiyi bir hüzn bürüdü.Allah Fatiməni təsəlli etmək və onunla danışması üçün bir mələk göndərdi.Sonra Fatimə bu hadisəni Möminlərin əmiri Əliyə danışdı.Əli dedi:”Əgər bunu hiss etsən və bir şeylər eşitsən bunu mənə xəbər et.”Sonra Fatimə bunu Əliyə xəbər verdi və bütün eşitdiklərini Əliyə çatdırdı.Bu qayda ilə bir Quran əmələ gəldi.O Quranda halallardan və haramlardan bir şeylər yoxdur.Lakin,içərisində gələcəkdə olacaq hadisələrdən bəhs olunan bir elm vardır. ”(“Kafi” c.1 səh 240)

əl Kafidə yazılan başqa bir hədisdə Əbu Ubeydədən rəvayyət olunur: ”Bəzi dostlarımız Əbu Abdullaha Fatimə Quranı haqqında sual etdilər.O,uzun bir müddət susdu,sonra dedi: ”Sizlər istədiklərinizi və istəmədiklərinizi axtarırsınız.Fatimə (r.a) Peyğəmbər (s.a.s)-dən sonra yetmiş beş gün yaşadı.Atasının vəfatı ilə əlaqədar olaraq O çox hüznlü idi.O vaxtlar Cəbrayıl ona gəlirdi və kədərini azaldırdı,ona təskinlik verirdi.Ona atasından və onun məkanından xəbər verirdi.Özündən sonra zürriyyətinə nələr olacağını xəbər verirdi.Bütün bunları da Əli (r.a) bir yerə yazırdı.Fatimə (r.a)-ın Quranı məhz budur.”(“Kafi” c.1,səh 241)

Məclisi bu hədisi səhih hesab etmişdir. Digər rəvayyətdə isə imam demişdir: “Bu dünyada hökm sürəcək elə bir hakim yoxdur ki,onun və atalarının adı bu müshəfdə yazılmasın.” (“Kafi” c.1,səh 242)

İndi isə şiə imamının sözlərini yalançı Musəvinin sözləri ilə müqayisə edin! Şiə rəvayyətlərində görüldüyü kimi Fatimə müshəfi Quran kimi mələk tərəfindən gətirilmiş xəbərlər əsasında yazılmışdır.

244) Rafizi yazır: Sonra isə o həzrət “diyələr” (cəza və qanbahası hökmləri) barəsində kitab yazaraq, onu da “Səhifə” adlandırdı.” (Məktub 110)

Səhih Buxaridən olan hədis bizə kifayətdir ki,söhbətin nədən getdiyini anlayaq.

“Bizim yanımızda Allahın kitabından və Peyğəmbər (s.a.s)-dən miras qalmış bu vərəqdən başqa heç nə yoxdur. Orada bunlar yazılıb: “Mədinə Ahir dağından filan yerə qədər haram bölgədir.Kim burada günah etsə və ya fasiqə himayədarlıq etsə Allah,mələklər və bütün insanlar tərəfindən lənətə düçar olacaqdır və onlardan nə vacib,nədə müstəhəb əməllər qəbul olunmayacaqdır. Müsəlmanların himayəsi vahiddir və hər kim onlara bu işdə zərər vurarsa, Allah,mələklər və bütün insanlar tərəfindən lənətə düçar olacaqdır və onlardan nə vacib,nədə müstəhəb əməllər qəbul olunmayacaqdır.” (“Müxtəsər səhih Buxari” № 856. (1870)

245) Rafizi yazır: “Əsbəğ ibn Nubatədən də söhbət açmaq yerinə düşərdi. Bu həmin şəxsdir ki, Malik Əştər və Əlinin oğlu Muhəmmədə etdiyi vəsiyyəti nəql etmişdir.Bizim alimlər bunu ona mötəbər isnadlarla şamil edirlər.” (Məktub 110)

Əbu Bəkr ibn Əyaş qeyd etdiyi kimi Əsbəğ yalançı olmuşdur.İbn Muin deyir: “dürüst deyil.” Nəsai və ibn Hibban onu mətruk adlandırmışlar.” (“Mizanul itidal” 1/271/№1014)



246) Rafizi yazır: “O adamlardan biri də Əmirəl mömininin dostu Səlim ibn Qeys Hilalidir.Səlim, İmamdan və Salman Farsidən hədis nəql etmişdir.Onun “imamət” barəsində bir kitabı da var ki,Muhəmməd ibn İbrahim Numani “Qeybət” kitabında onun adını çəkmiş və demişdir: “Bütün şiə alimləri və hədis söyləyənlər arasında şəkk-şübhə yoxdur ki,Səlim ibn Qeysin kitabı o kitablardandır ki, Əhli beytin hədislərini nəql edənlər qədimdən bəri ona istinad edərək, hədis nəql etmişlər.” Bu kitab şiənin mötəbər sandığı “əsl” (birinci dərəcəli) kitablardan biridir.” (Məktub 110)

Allaha həmd olsun ki,bidətçilərin zəlalətlərini öz dilləri ilə açığa çıxarır! Şiə mənbələrinin bu mötəbər mənbə haqqında dediklərinə nəzər salaq.

1) İbn Davud əl Hilli “Rical” (səh 106, №732) kitabında yazır: “Bu kitab uydurmadır və orada yazılıb ki,imamlar 13 nəfər olacaqdır və bu kitabın isnadları fərqli və dolaşıqdır.”

2) İbn Qədiri deyir: “Bizim əshabımız deyir ki,Suleym məchuldur və onu heç bir rəvayyətdə zikr etmirlər.” (ibn Muttəhar əl Hilli “Xulasət” səh 162)

3) İbn Uqdə dedi: “Şübhə yoxdur ki,bu kitab uydurmadır.” (həm.yer)

4) Əllamə Hilli həmçinin yazır: “Bu kitabın ravi silsilələri sökülmüş haldadır.Yəni,bəzən Ömər ibn Uzeynə - İbrahim ibn Ömər əs Sənani – Əbban ibn Əbu Əyaş – Suleymdən.Bəzən də Ömər – Əbban və isnadsız sənədlə qeyd olunur.” (“Xulasət” səh 162)

Əbban ibn Əbu Əyaşın təsvirində Hilli yazır: “Bizim yoldaşlarımız hesab edirdilər ki,o Suleym ibn Qeysin kitabını uydurmuşdur.” (“Xulasət” səh 325)

İndi bizə aydın oldu ki, ”ən mötəbər kitablardan biri” olan bu kitab şiə alimlərinə görə uydurulmuşdur.Əbdulhüseyn nəinki bizim kitablardan,hətta şiə mənbələri haqqında da cahil olmuşdur.



247) Rafizi yazır: “İndi isə bizim ikinci dövr qədim alimlərimizə (tabein) baxaq....Müsəlmanlar İmam Əli ibn Hüseyn Zeynəlabidinin rəhbərliyini qəbul edərək dinin üsul və firuundan xəbərdar olmaq üçün o həzrətə qoşuldular.Quran və sünnə məsələlərində, bütün islami və qeyri-islami elmlərdə o həzrətə müraciət etdilər. Ondan sonra isə oğlu İmam Baqirə üz tutdular.” (Məktub 110)

Əli ibn Hüseyn Zeynəlabiddin müsəlmanların imamlarından idi.O,təqvası və zahidliyi ilə seçilirdi. Fəqət,şübhəsiz ki,o tebeinlərdən yeganə şəxs deyildi ki,dini məsələlərdə ona müraciət edirdilər.Tabeinlər arasında Mücahid,Ata,Muhəmməd ibn Sirin,Urvə ibn Zubeyr və s. böyük alimlər vardı.



248) Rafizi yazır: Əgər Buxari Əbbandan bir şey nəql etməyibsə bunun heç bir zərəri yoxdur.Çünki o (Əban), Əhli beyt imamlarına,yəni İmam Sadiq,imam Kazım,imam Rza,imam Cavad,imam Həsən Əskəriyə təqlid etmişdir.Buxari isə bu böyük şəxsiyyətlərdən rəvayyət etməmiş,əksinə Mərvan ibn Həkəm,İmran ibn Hətan, Əkrəmə Bərbəri və s. kimilərə etimad etmişdir.” (Məktub 110)

Bu əsassız və səfeh irada cavab belədir.

1) İmam Buxarinin Əhli beyt imamlarından rəvayyət etməməsi,onun onlara etimad etməyib,onlara düşmən olması mənasına gəlməz.Buxari hic.194-cu ildə anadan olmuş,254-cü ildə vəfat etmişdir. Əli ibn Musa ər Rza vəfat edəndə onun 7 yaşı vardı. İmam Sadiq,Kazım,Rzadan rəvayyət edən ravilərin əksəriyyəti şiələr idi.Buxarinin onlardan nəql etməməsinin səbəbini bu imamlara etimad etməmədə deyil,ravilərə etimad etməməsində axtarmaq lazımdır.Onun müasiri olduğu imamlara gəlincə,qeyd etmək lazımdır ki,Buxari Əbu Hənifədən də rəvayyət etməmişdir.Halbuki,bu ona etimad etməmək mənasına gəlmir.

Buxari yazır: “Mən “Cami” kitabına yalnız səhih hədisləri yazmışam.Lakin,kitabın çox böyük həcmdə olmaması üçün bir hissəsini bura daxul etməmişəm.” Yəni,digər hədislər və ya digər ravilərin nəql etdiyi hədisləri onun səhih hesab etməməsindən söhbət belə getmir. Onun Həsən ibn Əlidən heç nə nəql etməməsi də belədir.”Səhih” də Həsənin fəziləti baradə olan hədis ona bu məsələ irad tutana yetərli cavabdır.

2) Buxarinin İkrimədən nəql etdiyinə gəlincə ibn Hacər “Təqrib”də onun haqqında demişdir: “Dürüst,mətin və təfsiri biləndir.İbn Ömərin onu yalanda ittiham etməsinə və onun bidətə yol verməsinə dair dəlil yoxdur.”

Həmçinin,qeyd etmək lazımdır ki,şiə müəllifləri də İkrimədən nəqllər etmişlər.Misal üçün məşhur “Şişqiyyə” xütbəsi onun nəqli ilə varid olmuşdur.Buna baxmayaraq,şiələr bu xütbəni bütün dövrlərdə mötəbər qəbul etmişlər.Şiə hədis kitabları Vaqifi şiələrdən olan ravilərlə doludur. Onlar imam Rzanın imamətini qəbul etmir,imam Musa Kazımın ölməyib,onun Mehdi olduğunu iddia edirdilər.

Belə ravilərdən İshaq ibn Cəriri nümunə çəkmək olar.Əllamə Hilli “Xulasət” (səh 318)-də bu ravinin doğru danışan vaqifi olduğunu bildirmişdir.İbrahim ibn Əbu Bəkr.Bu ravini də Nəcaşi “Rical” (səh 21)-də dürüst vaqifi adlandırmışdır.Əbu Abdullah Hüseyn ibn Əbu Səid,Əbu Muhəmməd Həsən ibn Muhəmməd ibn Səmah,İdris ibn Fəzl ibn Süleyman,Cəfər ibn Muhəmməd ibn Səmah ibn Musa,Əbul Qasim Humeyd ibn Ziyad ibn Həmmad,Abdullah ibn Cəbəl ibn Həyyan əl Kinani,Əbu Abdullah Muhəmməd ibn Abdullah ibn Qalib əl Ənsari və s. Şiə alimləri heç bir problemsiz onların rəvayyətlərini nəql etmiş və onları dürüst ravi hesab etmişlər. İndi isə şiə alimlərinin bu firqə haqqında nə dediklərinə baxaq.

Hurr Amili “Vəsailuş şia” (28/351-352/№34943)-da,Məclisi isə “Bihar” (50/274-275)-da belə nəql edirlər:

....Əhməd ibn Muhəmməd ibn Muttəhardan rəvayyət olunur ki,o demişdir: “Bizim əshabımızdan biri imam Əbu Muhəmməd (ə)-ə imamətin Əbul Həsən Musa (ə)-da dayandığı haqqında sual yazdı.Cavabında imam yazdı: “Öz əmin üçün bağışlanma diləmə və ondan uzaq ol.Mən ondan Allaha sığınıram. Onlara (Vaqifilərə) dost olma,onların xəstələrini ziyarət etmə,onların cənazə hazırlıqlarında iştirak etmə və onlardan heç kimin, heç zaman cənazə namazını qılma. Hər kəs Allahdan olan imamı inkar etsə və ya Allahdan olmayan imamı qəbul etsə,o “Allah üçüncüdən üçünçüsüdür” deyənlər kimidir.Həqiqətən,bizlərdən sonuncunu inkar edən,birincimizi inkar etmiş kimidir.”

Şiə alimi Muhəmməd Həsən Cəvahiri “Cəvahirul kəlam” (6/67)-da belə nəql edir: “Zeydilər,vaqifilər və nasibilər eyni səviyyədədirlər.”

Əbu Cəfər ət Tusi “İxtiyar mərifətul rical” (2/756) və Hurr Amili “Vəsailuş şia” (9/229)-da belə nəql edirlər: “....Yunis ibn Yəqubdan: “Mən Əbul Həsən ər Rza (ə)-a dedim: “Mən sizin atanızın guya sağ olduğunu iddia edənlərə zəkatdan bir pay verməliyəmmi?” O,buyurdu: “Onlara heçnə vermə.Həqiqətən onlar kafir,müşrik və bidətçilərdir.”

Yəni,Əhli beyt imamlarına görə vaqifilər – müşrik,bidətçi,kafir və nasibidirlər.Lakin,bu şiə alimlərinə onlardan rəvayyət etməyə və onların nəqllərini səhih hesab etməyə mane olmamışdır.

3) Bilindiyi kimi Buxari Əli və Hüseyndən hədislər nəql etmişdir.Əhli Sünnə kitablarında Əlidən nəql olunan hədislərin sayı Əbu Bəkr və Osmanın bir yerdə nəql etdiyi hədislərdən çoxdur.Əlidən 536,Osmandan 146,Əbu Bəkrdən isə 142 hədis nəql olunmuşdur.


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin