Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə27/30
tarix21.04.2017
ölçüsü2,45 Mb.
#15065
1   ...   22   23   24   25   26   27   28   29   30

228)100-cü məktubda rafizi yazır: Səhabələrdən bir çoxunun Əliyə kin bəsləyərək onunla düşmən olmasını yaxşı bilirsiniz.Ondan ayrılmaları, ona əziyyət etmələri, nalayiq söyüşlərlə təhqir etmələri, haqqında zülmləri, onu pisləməyi özlərinə vacib bilmələri, onunla döyüşləri, onun Əhli-beytinin və dostlarının müqabilində qılıncla dayanmaları tarixin acı həqiqətlərindəndir. Tarix dediklərimizə aşkar dəlildir.” (Məktub 100)

Şeytanın qulu yalan deyir!Məhz ona görə də o öz yalan iddiasını təsdiq etmək üçün heç nəyə istinad etməmişdir.Cəməl döyüşünə gətirib,çıxaran səbəbləri araşdırarkən aydın olur ki,səhabələrin Əliyə düşmənçiliyi və nifrəti olmamışdır.



229) Rafizi yazır: “Hamı bilir ki,İmam və dostları beyət zamanı “səqifə”də deyildilər.Onlar “səqifə”dən və oradakılardan ayrı olub,Peyğəmbər (s.a.s)-in vəfatı ilə əlaqədar bir sıra vəzifələrə –qüsl, kəfənləmə, dəfn və s. işlərlə məşğul idilər və ondan başqa bir şey haqqında fikirləşmirdilər.Onlar hələ Peyğəmbər (s.a.s)-i dəfn etməmiş “səqifə”dəkilər artıq işlərini başa çatdırmış,beyəti möhkəmləndirmişdilər.Çox böyük uzaqgörənliklə qərar qoymuşdular ki, kim beyət işinə xələl yetirmək istəsə, onun qarşısını alsınlar.” (Məktub 102)

Bu da açıq-aydın yalanlardandır.Səhabələrdən heç biri şurada iştirak etməyi dəfndə iştirak etməyə tərcih etməmişdir.

“Mubarəkfuri “Sirə”-də yazır: “İkinci gün Peyğəmbər (s.a.s)-in libasını çıxarmadan ona qüsl verdilər. Abbas,Əli,Abbasın oğulları olan Kuseyy,Fəzl və Peyğəmbər (s.a.s)-in azadlı kölələri olan Şükran,Usamə ibn Zeyd və Aus ibn Hauli qüsl verdilər.Abbas və oğlanları cənazəni çevirir,Usamə və Şükran su tökür,Əli yuyur,Aus isə yardım edirdi.”

Peyğəmbər (s.a.s)-in bədəni üç dəfə Qubada yerləşən Sədd ibn Heysəmin quyusundan götürülmüş su ilə yuyuldu.Üç bəyaz paltar kəfən olaraq,seçilmişdi.Bütün hazırlıqlardan sonra Əbu Təlha Peyğəmbər (s.a.s)-in vəfat etdiyi yerdə qəbir qazdı.Daha sonra insanlar 10 nəfərlik qruplar halında Aişənin otağına girərək, imamsız cənazə namazı qılmağa başladılar.İlk öncə qohumlar,mühacirlər,ənsarlar,gənclər,yeniyetmələr və qadınlar sırası ilə namaz qıldılar.Bütün bunlar çərşənbə axşamından,çərşənbənin gecəsinə qədər davam etdi. Gecə yarısında Peyğəmbər (s.a.)-in cənazəsini qəbrə endirdilər və torpaqla basdırdılar.”

İbn Hişam “Sirə”-də yazır: “Əbu Bəkrə beyət edildikdən sonra insanlar Peyğəmbər (s.a.s)-i dəfn etməyə hazırlaşdılar.Abdullah ibn Əbu Bəkr,Hüseyn ibn Abdullah və digər yoldaşlarımız mənə nəql etdilər ki,Peyğəmbər (s.a.s)-in cənazəsini Əli ibn Əbu Talib,Abbas,Fəzl,Kusəm,Usamə ibn Zeyd və Şukran qüsl etdilər.Aus ibn Hauli Əli ibn Əbu Talibə dedi: “Allah xətrinə icazə ver məndə Peyğəmbər (s.a.s)-in yanına gəlim.” Aus həmin səhabələrdən idi ki,Bədr döyüşündə iştirak etmişdi.Əli dedi: “Gəl” Aus daxil oldu və həmin mərasimdə iştirak etdi. Əli ibn Əbu Talib cənazəni sinəsinə sıxır,Abbas,Fəzl və Kusəm cənazəni çevirir,Usamə ibn Zeyd,Şükran suyu tökür,Əli isə qüsl verirdi.Peyğəmbər (s.a.s) öz köynəyində idi və Əli onun bədəninə toxunmadan qüsl verirdi.Əli deyirdi: “Ey əzizim! Sən sağlığında olduğu kimi necədə gözəlsən!”

Yəhya ibn Abbad ibn Abdullah ibn Zubeyr atası Abbaddan Aişənin belə dediyini nəql edir: “Peyğəmbər (s.a.s)-in cənazəsini yumaq ərəfəsində insanlar dedilər: “Biz bilmirik ki,necə edək: “Digər cəsədlərdə olduğu kimi onun paltarını çıxaraqmı,yoxsa onu paltarda yuyaq?” Onlar bu tərəddüdə ikən Allah onları yatızdırdı və aralarında elə biri olmadı ki,çənəsi sinəsinə toxunmasın.Sonra onlara evin kənarında olan tanımadıqları bir adam belə dedi: “Ona paltarda qüsl verin.” Nəhayət onlar cənazəyə yaxınlaşaraq,onu paltarda ikən yuxarıdan su tökərək,qüsl verməyə başladılar.Qüsl verdikdən sonra cəsəsdi üç kəfənə bükdülər.Bunu mənə Cəfər ibn Muhəmməd atasından,o da babası Əli ibn Hüseyndən,Zuhri də Əli ibn Hüseyndən nəql etmişdir.

Hüseyn ibn Abdullah İkrimədən,ibn Abbasdan rəvayyət edir: “Peyğəmbər (s.a.s) üçün qəbir qazıldıqda, Məkkəlilərdən bunu Əbu Ubeydə ibn Cərrah – o qəbir daşı hazırlayırdı.Mədinəlilərdən isə Əbu Təlha Zeyd ibn Səhl qəbir qazırdı.Abbas iki nəfər çağırdı.Onlardan birinə Əbu Ubeydənin,digərinə isə Əbu Təlhanın yanına gedərək “Ya Rəbb! Peyğəmbərini özünə yaxınlaşdır.” yazısını daşa yazmalarını istədi.Dəfn işləri tamamlandıqdan sonra cənazəni otaqda yatağa qoydular.Müsəlmanlar onun dəfni məsələsində fikir ayrılığına düşdülər.Biri Peyğəmbər (s.a.s)-in məsciddə,digəri isə səhabələrin yanında dəfn olunmasını tövsiyyə edirdi.Əbu Bəkr dedi: “Mən Peyğəmbər (s.a.s)-in belə dediyini eşitmişəm: “Bütün peyğəmbərlər vəfat etdiyi yerdə dəfn olunublar.” O,Peyğəmbər (s.a.s)-in ədyalını qaldırdı və o yerdə qəbir qazdılar.Sonra insanlar dəstə-dəstə gəlib,cənazə namazı qılmağa başladılar.Birinci kişilər,sonra isə qadınlar daxil olub, namaz qılırdılar.Qadınlardan sonra uşaqları buraxdılar və namazda heç kəs imamlıq etmədi. Beləliklə,Peyğəmbər (s.a.s) çərşənbə günü gecə yarısında dəfn edildi.” (ibn Hişamın sitatının sonu)

230) Rafizi yazır: Məgər indiki zamanda bir şəxs asudəliklə hökumət və səltənəti aradan aparmaq üçün qiyam edə bilərmi? Bu yolda açıq-aşkar mübarizəyə qalxa bilərmi? Əgər belə bir iş görərsə, onu başlı-başına,rahat buraxarlarmı? Əsla! Keçmişi indiki zamanla müqayisə et.” (Məktub 102)

Bu rafizinin yalan danışmaqla bərabər, tarixdən də qafil olduğunu zənn etmirdim.Məgər Abbasilər Əməviləri devirmədilərmi? Məgər İngilis qiyamçılar vaxtı ilə kralları olan birinci Karlı həbs edib,sonra edam etmədilərmi? Həmçinin, Fransada da 16-cı Lüdoviq edam edilmişdi. Komunistlər də 1917-ci ildə inqilabla hakimiyyətə gəlmişlər.Onlarla belə nümunələr qeyd etmək olar.

Daha sonra 104-cü məktubda “Nəhcul Bəlağa” kitabından və Əbu Bəkr əl Cəvahirinin sözlərindən çox saylı sitatlar gətirilir.Yuxarıda dəfələrlə qeyd olunub ki,adı çəkilən kitablar bizim əleyhimizə dəlil hesab oluna bilməz.Çünki,bizə görə onlar mötəbər deyil.Həmçinin,rafizinin “Nəhcul Bəlağa”kitabının Şişqiyyə xütbəsindən sitatlar gətirməsi təəcüblüdür.Bu xütbə Əlinin adından uydurulmuşdur.Hətta,şiə mənbələrində bu xütbənin öz standartlarına görə mötəbər ravi silsiləsi yoxdur.Bütün bunlardan sonra onlar bu xütbəni dəlil hesab edirlər?!

106-cı məktubun əvvəlində rafizi Ömərlə ibn Abbasın söhbətini qeyd edir.Bu yalan rəvayyət haqqında 84-cü məktuba cavab verilərkən,bəhs olunmuşdur.Təbəri bu hekayəni aşağıdakı isnadla nəql edir: İbn Humeyd – Sələmah – Muhəmməd ibn İshaq – bir nəfərdən – İkrimə - İbn Abbas.Bu rəvayyət ibn İshaq və onun məchul şeyxi səbəbiylə olduqca zəifdir.



231) Rafizi yazır: “Yenə bir gün o ikisinin arasında söhbət düşdükdə Ömər ibn Abbasdan soruşdu: “Əmin oğlu necədir? İbn Abbas deyir ki, elə bildim məqsədi Abdullah Cəfərdir. Dedim ki, o öz yoldaşları ilə gününü keçirdir. Dedi: “Məqsədim o deyil.” Məqsədim siz Əhli beytin böyüyüdür.” Dedim: “Su quyusu qazır, arx salır və Quran oxumaqla məşğuldur.” Dedi: “Əgər soruşacağım şeyi məndən gizlətsən, bütün qurban kəsilmiş dəvələrin qanı sənin boynunda qalsın.” De görüm, onun qəlbində yenə də xilafət arzusu vardırmı? Dedim: “Bəli.” Dedi: “Yəni, belə güman edir ki, Peyğəmbər (s.a.s) onun xəlifəliyinə aşkar surətdə işarə etmişdir?” İbn Abbas deyir: “Mən atamdan bu barədə soruşarkən, atam belə demişdi: “Əli düz deyir.(Yəni, Peyğəmbər (s.a.s) aşkar surətdə buyurub ki, Əli xəlifədir). Ömər dedi: “Doğrudur ki, Peyğəmbər (s.a.s) söhbətlərində onun (Əli) fəzilətini qeyd edirdi. Amma, bu söhbətlər heç bir şeyi sabit etmir.Peyğəmbər (s.a.s) hərdən istəyirdi ki, ümməti onunla (Əli) və xilafəti ona tapşırmaqla imtahana çəksin.Hətta, xəstələndiyi zaman onun adını aşkar surətdə çəkmək də istəyirdi ki,mən qoymadım.” (Məktub 106)

Haşiyədə ibn Əbil Hədidin sitat gətirdiyi Əbulfəzl Əhməd ibn Əbu Tahirə istinad edilir.Bidətçinin məchul mənbədən gətirdiyi sitat dəlil hesab oluna bilməz.Bu rafizinin yenə ibn Əbil Hədiddən nəql etdiyi, Ömərlə ibn Abbasın üçüncü söhbətinə də şamildir. Buxarinin ibn Abbasdan nəql etdiyi bizə kifayətdir. İbn Abbas deyir:

“Peyğəmbər (s.a.s) son xəstələyi ərəfəsində səhabələrə xitab edib dedi: "Həqiqətən, mənə ən yaxın yoldaş və mal-dövləti ilə ən çox qayğı göstərən Əbu Bəkrdir. Rəbbimdən qeyrisini sevmiş olsaydım, (ifrata varmaqla) Əbu Bəkri sevərdim. Lakin, o mənim müsəlman qardaşımdır. Elə isə, məscidə açılan Əbu Bəkrin qapısından başqa bütün qapıları bağlayın!”  (“Səhih Buxari”, c.7,səh 15, 3654-cü hədis)

232) Rafizi yazır: “Hətta, bir dəfə Həsən ibn Əli Əbu Bəkri Peyğəmbər (s.a.s)-in minbərində oturarkən gördükdə, irəli gəlib dedi: “Atamın yerindən qalx, düş aşağı.” Ömər də (xəlifə olduğu vaxt) minbərdə olarkən Hüseyn onunla bu cür rəftar etmişdi.” (Məktub 106)

Haşiyədə o “Səvaiq əl muhriqa”kitabını qeyd edir.Bu kitabda rəvayyətin isnadı mövcud deyil ki,onu yoxlamaq mümkün olsun.Kitabın müəllifi ibn Hacər əl Heytəmi tələbkar mühəddis deyildi və o kitabını zəif və mötəbər olmayan rəvayyətlərlə doldurmuşdur.Bundan başqa rafizi mətni ixtisar etmişdir.Orada Əbu Bəkr deyir: “Sən haqqlısan! Bu məclis sənin atanındır və onu dizinə qoyaraq,ağladı.”

Bu rəvayyətdən aydın olur ki,Həsən o zaman uşaq idi və onun məqsədi Əlini deyil,Peyğəmbər (s.a.s)-in minbərini qeyd etmək olmuşdur.Bənzər rəvayyət isnadı ilə birgə ibn əl Ərabininin “Mucəm” kitabında mövcuddur.İsnad belədir: Əhməd ibn Həzm – Cəfər ibn Aun – Usamə ibn Zeyd – Əbdurrahmən əl İsfəhani. Usamə bu ibn Zeyd əl Leysi Əbu Zeyd Mədənidir ki,o zəifdir.Onu Əhməd,Nəsai və Yəhya ibn Səid tənqid etmişlər.Həmçinin, Əbdurrahmənin kim olması da məlum deyil. ”Tarix mədinətul dəməşq” kitabında o əl İsfəhani kimi qeyd olunur.Lakin,bu məsələyə aydınlıq gətirmir.

233) Rafizi yazır: Səid ibn As Əbu Bəkrin xilafətini qəbul etməyib, ona üç aya kimi beyət etməyən şəxslərdən idi. Bu mətləbi Əhli-sünnənin böyüklərindən bəziləri qeyd etmişlər.Məsələn: İbn Sədd “Təbəqat” kitabının 70-ci səhifəsində olduğu kimi.” (Məktub 106)

İbn Sədd bu rəvayyəti şeyxi Muhəmməd ibn Ömərdən,o da Cəfər ibn Muhəmməd ibn Xalid ibn Zubeyrdən nəql etmişdir. Muhəmməd ibn Ömər bu Vahididir ki,müsəlmanların imamları onu dəfələrlə yalanda ittiham etmişlər.Buxarinin qeyd etdiyi kimi Cəfər ibn Muhəmməd ibn Xalidin hədislərinə etimad edilməz.”əl Yəzdi onun rəvayyətlərinin məqbul olmadığını söyləmişdir.” (“Mizanul itidal” 1/416/№1529)



234) Rafizi yazır: Bunlardan əlavə, behişt cavanlarının ağası olan İmam Həsən Müctəba Əmirəl-mömininin şəhadətindən sonra özünün çox dəyərli söhbətində bu həqiqətə işarə edərək buyurmuşdur: “Mən Peyğəmbərin övladı olmaqla yanaşı, onun vəsisinin də övladıyam.” (Məktub 108)

Zəhəbi “Təlxis”də qeyd etdiyi kimi rəvayyət səhih deyil.Hakim “Müstədrək” (№4802)-də bunu şeyxi Həsən ibn Muhəmməd ibn Yəhya Ələvidən nəql etmişdir.”Bu ravi ittiham altındadır.” (“Mizanul itidal” 1/521/№1943)

Həmçinin,isnadda Əli ibn Cəfər vardır ki,onun ravi kimi halı məchuldur.Rafizinin belə rəvayyətləri kitabında qeyd etməsi onların yalançı və məchul ravilərə istinad etmədə həya etməmələrinə dəlildir.Daha sonra o “Nəhcul Bəlağa”dan Cəfər Sadiqin sözlərini sitat gətirir ki,bu dəlil hesab oluna bilməz.Sonra o Salman əl Farsi və Əbu Əyyubun rəvayyətini nəql edir ki,buna 68-ci məktubda cavab verilmişdir.

Daha sonra o bir neçə beytlər yazır ki,orada “Nəhcul bəlağa” və Nəsr ibn Muzahimin kitabına istinad edir. Nəsr ibn Muzahim etimadlı şəxs olmamışdır.Ukeyli onun haqqında demişdir: “Rəvayyətlərində çoxlu dolaşıq və səhvlər olan şiədir.” Əbu Heysəmə onu yalanda ittiham etmişdir. “Əbu Hatim onun mətruk, Dəraqutni isə zəif olduğunu qeyd etmişdir.” (“Mizanul itidal” 4/253/№9046)

Həmçinin,haşiyədə Əbu Mixnəfə istinad edilir ki,bu məşhur şiə tarixçisi Lut ibn Yəhyadır ki,onun sözləri bizə qarşı dəlil hesab oluna bilməz.Şübhə yoxdur ki,bütün bu beytlər səhabələr adına uydurulmuş sözlərdir.

235) Rafizi yazır: “Agah olanlar şübhəsiz bilirlər ki, imamiyyə şiəsi həmişə üsuli din və firui-dində Peyğəmbər (s.a.s)-in pak Əhli beytinə tabe olmuş və bir zərrə belə olsun, onlardan ayrılmamışlar. Deməli, şiənin rəyy və nəzəriyyəsi həm üsuli-din, həm firui-din, həm Quran və həm də sünnətdən götürülən digər elmlərdə Əhli beytimamlarının rəyinə əsaslanır. Bu sahələrin heç birində Əhli beyt imamlarından başqasına etimad və müraciət etmirlər.” (Məktub 110)

Bu iddianın yalan olmasında şübhə yoxdur.Şiələr hamıdan daha çox Əhli beytin yolundan uzaq düşmüşlər. Biz şiə mənbələrində Əhli beyt imamları tərəfindən elə şiələrin özləri haqqında dedikləri sözlərdən bəzilərini burada nəql etmək istərdik.

“Nəhcul Bəlağa”da Əli onlara deyir: “Ey adamlar, ey cismən bir yerdə olub fikrən bir-birinə zidd olanlar, səsiniz karın qulağını açar, işiniz düşmən sevindirir! Məclislərdə deyirsiniz ki, belə etmək lazımdır, elə etmək lazımdır, döyüş vaxtı gələndə deyirsiniz: Mənə nə, mənə nə! Kim sizi dəvət etsə, dəvəti cavabsız qalar, sizinlə yoldaşlıq etməli olanın qəlbi rahat olmaz. Ey yalandan özlərini xəstəliyə vuranlar, siz məndən xahiş etdiniz ki, vaxtı uzadım. Borcunuzu verəndə canınız çıxır. Zəlil adam özünə qarşı edilən ədalətsizliyə mane ola bilməz! Haqq yalnız çalışıb-vuruşmaqla əldə edilə bilər. Öz evinizi itirəndən sonra hansı evi qoruyacaqsınız? Məndən sonra hansı sərkərdə ilə birlikdə vuruşacaqsınız? Allaha and olsun ki, sizə aldanan adam kordur. Kim sizin köməyinizlə qələbə çalıb, Allaha and olsun ki, bu qələbə təsadüfən olub. Sizinlə birgə vuruşmaq küt qılıncla zərbə endirmək kimidir. Allaha and olsun ki, daha mən sizin sözünüzə inanmıram, köməyinizi istəmirəm, düşmənə sizinlə hədə gəlmirəm. Sizə nə olub? Dərdiniz nədir? Əlacınız nədir? Onlar da sizin kimi adamlardır. Ey boş danışanlar! Düşüncəsiz qafillər! Haqları olmayan şeyi istəyən tamahkarlar!”. (“Nəhcul bəlağə”,xütbə 29, səh 72,73)

Əli (r.a) deyir: “Allaha and olsun ki, Müaviyyə sizi onlarla dinarı dirhəmlə xırdalayan kimi dəyişməyə razı olsaydı, sizin onunuzu verib onlardan birini alardım.Ey Kufə əhli! mən sizdə bir üç şey görmüşəm, bir də iki şey: qulaqlarınız var karsınız, diliniz var lalsınız, gözləriniz var korsunuz; üz-üzə gələndə doğru danışmazsınız, dara düşəndə bir-birinizə qardaş köməyi göstərməzsiniz. Sizi görüm başınız batsın! Ey çobanları itmiş dəvə sürüsünə bənzəyənlər! Bir tərəfdən bir yerə toplayanda o biri tərəfdən dağılışırsınız. Allaha and olsun ki, mən indi sizinlə birlikdəyəm, ancaq təsəvvür edirəm ki, vuruş başlasa, döyüş qızışsa, siz Ibn Əbu Talibdən aralanıb qabaqdan qıçlarını aralamış qadının qıçları kimi hərəniz bir yana gedərsiniz”. (“Nəhcul bəlağə”,xütbə 97, səh 141,142)

Əli (r.a) deyir: “Ey kişiyə oxşayıb kişi olmayanlar! Uşaq düşüncəli və qadın ağıllılar! Nə yaxşı olardı, mən sizi heç görməyəydim və tanımayaydım. Allaha and olsun ki, peşmançılıqdan, kədərdən yaxa qurtara bilmirəm. Allah sizi öldürsün! Qəlbimi irinlə doldurmusunuz, köksümü qeyzlə yükləmisiniz. Mənə sinə dolusu töhməti qurtum-qurtum uddurmusunuz. Mənim rəyimə mənə qarşı üsyan etməklə və məni arada qoyub qaçmaqla zay etmisiniz...”(“Nəhcul bəlağə”xütbə 27, səh.70-71 Beyrut çapı)

Əli (r.a) öz şiələrini və yoldaşlarını qınayır, onları qarğayır. O deyir: “Allaha and olsun ki, mən belə zənn edirəm ki, bu tayfa öz batil işlərində yekdil olduqlarından və sizin öz haqq işinizdə yekdil olmadığınızdan, sizin bu haqq işdə öz imamınıza asi olduğunuzdan, onların öz batillərində öz imamlarına itaət etdiklərindən, onların öz hökmdarına sədaqətli, sizin öz hökmdarınıza xain olduğunuzdan, onların öz diyarlarında yararlı işlər gördüklərindən, sizin öz diyarınızda yaramaz işlər gördüyünüzdən sizə qalib gələcək. Qorxuram ki, sizin birinizə bir çarıq etibar etsəm, bağı ilə birlikdə gedər. (Sizə etibar etmək olmaz: dəvəni palanı ilə birlikdə udarsınız ). Ey Allah, mən onlardan cana doymuşam, onlar məndən; mən onlardan bezmişəm, onlar məndən. Mənə onların əvəzində onlardan yaxşılarını ver, onlara mənim əvəzimdə məndən pisini. Ey Allah, onların qəlblərini duz suda əriyən kimi ərit”. (“Nəhcul bəlağə”, xütbə 25,səh 67,)

Əli (r.a) deyir: “Mən sizlərdən bezmişəm və narahatam. Sizi danlamaqdan əziyyət çəkirəm. Əbədi həyatın əvəzinə dünyanın müvəqqəti həyatından şadsınız? İzzət və başıucalığın yerinə rəzalət və alçaqlığa boyun əymisiniz? Sizləri düşmənlə müharibəyə çağıranda gözlərinizi döyürsünüz.Çətinliklə can verirmiş, huşsuzluqdan əziyyət çəkirmiş kimi mənimlə danışmaq üçün diliniz tutulur, qulaqlarınız bağlanır, sözlərimin müqabilində mat-məəttəl qalırsınız, elə bil ağlınızı itirib dəli olmusunuz və başa düşmürsünüz. Heç vaxt sizlərdən əmin olmadım və sizləri düz əməl sahibləri saymadım. Nə meyl salınası ordu, nə də ehtiyac duyulası güclü dostlarsınız. Siz, bir tərəfdən yığdıqda, digər tərəfdən dağılan sarvansız dəvələr kimisiniz.” (“Nəhcul bəlağə”,xütbə 34)

Əli (r.a) deyir: “Elələrinə düçar olmuşam ki, əmr etdikdə boyun əymir, çağırdıqda cavab vermirlər. Ey atasızlar, öz Allahınıza kömək və yardım üçün nəyi gözləyirsiniz? Sizi bir yerə toplayacaq din, sizi tərpədəcək bir qeyrət yoxdurmu? Sizin aranızda dayanıb fəryad çəkə-çəkə yar və yoldaş istəyirəm. Mənim sözümə qulaq asmır, pis hadisələr aşkar görünənə qədər əmrimə itaət etmirsiniz, sizlərlə intiqam almaq olmaz, sizlərlə məqsədə çatmaq olmaz. Sizi qardaşınıza kömək etməyə çağırdım göbəyi ağrıyan dəvə kimi nalə çəkdiniz,arxası yaralı xəstə dəvə kimi süstlük etdiniz. Sizlərdən mənə tərəf gələn azsaylı qoşun da narahat və acizdirlər. Sanki ölümə göndərilir və ölümü öz qarşılarında görür.” (“Nəhcul bəlağə”,xütbə 39)

Əli (r.a) deyir: “Ey ruhları fərqli, qəlbləri dağınıq, ağıllarını itirmiş insanlar, mən sizi (şiələri) haqqa yönəldirəm, siz isə keçi kimi qaçırsınız.” (“Nəhcul bəlağə”, səh 138, 131 -ci xütbə. Mubahilə çapı, Bakı 2006)

Həmçinin deyir: “Əgər mən düşmənlə qarşılaşanda bu qarşılaşma mənim üçün qara gün olsa belə şəhid olmaq arzusunda olmasaydım, hazırlığımı görüb sizdən uzaqlaşar, sağa-sola baxmadan başımı götürüb gedərdim; siz tənə etməkdən, başqalarına irad tutmaqdan başqa bir şey bilmirsiniz, özünüzü kənara çəkib yalan danışmaq, ara vurmaqla məşğulsunuz. Qəlbləriniz bir-birindən o qədər uzaqdır ki, sayınızın çoxluğunun heç bir faydası yoxdur”. (“Nəhcul bəlağə”,xütbə 118, səh 176)

O demişdir: “Sizin nə elə etibarınız var ki, adam sizə etibar etsin, nə də hörmətə layiqsiniz ki, qeyrətiniz çəkilsin. Siz nə yaman ara qızışdıransınız! Aman sizin əlinizdən! Sizə aşkar bir söz deyəndə də, sirr açanda da sizdən əziyyən gördüm. Siz nə adamın səsinə səs verən səmimi dost deyilsiniz, nə də sirr açanda etibarlı qardaş”(“Nəhcul bəlağə”xütbə 125, səh 183)

İmam Cəfər Sadiqdən rəvayyət olunur: “İmam əlini sinəsinə qoyaraq dedi: “Əclaflardan başqa heç kəs bizim köməyimizə gəlmədi.” (Numan ibn Muhəmməd ət Təmimi “Şərhul əxbər”c.3,səh 8; Əli ət Təbərsi “Mişkətul ənvər” səh 455;Məclisi “Biharul Ənvar”c.13,səh 137;Əyyaşi “Təfsir Əyyaşi” c.2,səh 24;Kəşani “Təfsir Səfi”c.2,səh 225;Huvəyzi “Təfsir nur əs Saqaleyn”c.2,səh 55)

Kuleyni “Kafi”-də Musa ibn Cəfərdən rəvayyət edir: “Uca Allahın şiələrə qəzəbi tutdu. Özümü və ya onları fəda etmək üçün sərbəst buraxdı. And olsun Allaha, mən özümü fəda edərək onları qorudum”(c.1, səh 260,Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 429 səhifəsinə baxın)

Cəfər Sadiq deyib: “Əqər insanların hamısı bizim şiələrimiz olsaydı, onların ¾ bizə şübhə ilə yanaşardılar, ¼ isə axmaq olardı”.( “Riçal Kəşşi” səh. 179)

İmam Zeynəlabiddindən rəvayyət olunur: “Bizim şiələrdən bir dəstə bizi o qədər sevəcəklər ki,Yəhudilərin Uzeyr haqqında,Xristianların da İsa (ə) haqqında dedikləri kimi deyəcəklər.Onlar bizdən deyil,biz də onlardan deyilik. (“Rical Kəşşi”səh 111)

Muhəmməd Baqir Məclisi “Məcalis əl-möminin”də qeyd edir ki, İmam Musa Kazımın belə dediyi rəvayyət olunmuşdur: “Abdullah ibn Yəfurdan başqa vəsiyyətimi qəbul edib əmrimə itaət edən bir nəfər görmədim” (Məcalis əl-möminin”, Beşinci məclis, səh.144, Tehran çapı)

Musa ibn Cəfər öz şiələri barədə demişdir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boşboğaz gördüm, onları imtahan etdim, amma mürtəd gördüm.”(Kuleyni “Kitabur-ravda” səh 107 Hindistan çapı və ya 8/228)

Bu azmışlar nədə Əhli beyt imamlarına tabe olurlar?!!! Əgər müasir şiələrin halına nəzər yetirsək,görərik ki,onlar nəinki,imamlara,hətta qədim məşhur şiə alimlərinə də müxalifət edirlər.Siffin döyüşü ərəfəsində Şamlıları söyən ordusunun əsgərlərinə Əli (r.a) deyir: “Mən sizin söyüşcül adamlar olmağınızdan xoşlanmıram.Lakin,siz onların əməllərini vəsf etsəniz və hallarını zikr etsəniz bu söz cəhətindən daha haqqlı və üzr cəhətindən daha yaxşı olardı. Onları söymək yerinə onlar haqqında belə deyin: ”Allahım! Onların da bizim də qanlarımızı qoru.Onlarla bizim aramızı islah et.Onları əyri yoldan döndər və onları hidayətə yönəlt ki,bilməyən haqqı tapsın və düşmənçilik edəndə yolundan dönsün. Nəhcul Bəlağa 206-cı xütbə (suffuh salih nüsxəsi,Muhəmməd Abduhun nüsxəsində isə 204-cü xütbə)

Müasir şiə və rafizilərin əməllərini möminlərin əmiri Əli ibn Əbu Talib (r.a)-in sözləri ilə müqayisə edin!

236) Əbdulhüseyn yazır: Keçmişdəki saleh şiələr bu minvalla ömür sürmüş,Əmirəl-möminin,Həsən, Hüseyn və o biri imamların zamanından indiyə kimi belə olmuşlar. Çoxlu etibarlı (sadiq) və hafiz (Quranı hafizi) şiələr imamların hər birindən öz məzhəblərinin üsul və füruunu öyrənmiş, yadda saxlamışlar. Onlardan çoxları ki, təqva və imanda yüksək dərəcələrə nail olmuş, bu mətləbləri nəql etmiş, onlardan sonra gələn nəsillər də o biri nəslə ötürmüş və bu beləcə indi bizədək dəyişilməmiş şəkildə gəlib çatmışdır.” (Məktub 110)

Şiə mənbələrində rafizinin dediklərinə əks olan dəlil vardır.Kuleyni “Kafi” (2/20)-də Əbu Abdullahın belə dediyini nəql edir: “Şiələr Əbu Cəfərə qədər nə həcc,nə halal-haram qaydalarını bilmirdilər.Əbu Cəfər gəldikdə isə onlara həcc qaydaları və halal-haramları öyrətdi.”

Məclisi “Miratul uqul”da qeyd edir ki,isnad səhihdir. Əbu Cəfər imam Muhəmməd Baqirdir ki,12 imamdan beşincisidir. Şiələrə görə səhih olan bu xəbərə görə ilk imamların zamanında şiələr dinlərindən agah olmamışlar.


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin