Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə29/30
tarix21.04.2017
ölçüsü2,45 Mb.
#15065
1   ...   22   23   24   25   26   27   28   29   30

249) Rafizi yazır: Bəziləri İmam Səccadın hüzuruna nail olmasalar da, İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövrünü yaşamışlar.Bunlardan Əbul-Qasim (Bureyd ibn Müaviyyə Bəcəli), Əbu Bəsir (oğul – yəni, Leys ibn Murad Bəxtəri Muradi) Əbul Həsən Zürarə ibn Əyun, Əbu Cəfər Muhəmməd (Müslim ibn Ribah Kufi) və bir çox başqalarının adını çəkmək olar. Bu dörd nəfər elə yüksək məqama nail olmuşlar ki, bunu təsvir etmək çətindir.” (Məktub 110)

İndi gəlin şiə kitablarından imamlarının bu şəxslər haqında nə dedyinə baxaq.Tusi “İxtiyar mərifətul rical” (səh 364/№237)-də Əbu Abdullahın belə dediyini nəql edir: “Allah Bureydəyə və Zürarəyə lənət etsin.”

Əbu Bəsir haqqında isə bunlar nəql olunur: “İmam Musa Kazımdan bir qadınınla onun əri olduğunu bimədiyi halda evlənən kişi haqqında soruşdular.İmam dedi: “Qadını rəcm etmək lazımdır.Kişini isə bilməyibsə cəzalandırmaq lazım deyil.” Əbu Bəsir öz sinəsinə əl gəzdirib,qaşıyaraq dedi: “Mən elə görürəm ki,bizim dostumuzun elmi kamil deyil.” (“İxtiyar mərifətul rical” 1/402/№293; “Ricalul-Kəşşi” səh 154)

Bir dəfə İbn Əbul Yəfur Əbu Bəsirlə bu dünya haqqında danışırdılar və Əbu Bəsir dedi: “Sizin dostunuz əgər ona bu dünya çatsa idi,onu mənimsəyərdi.” Bir müddətdən sonra Əbu Bəsir samanlıqda yatdı.Bir it ona yaxınlaşıb,üzərini bulaqmaq istədikdə Həmmad ibn Osman onu qovmaq istədi.Lakin,Əbu Yəfur ona dedi: “İtə mane olma.” (“İxtiyar mərifətul rical” 1/403; “Ricalul-Kəşşi” səh 154)

Həmmad ən Nab nəql edir ki,Əbu Bəsir İmam Əbu Abdullahın evinin qabağında içəriyə girmək məqsəddi ilə oturmuşdu.İmam ona icazə vermədikdə o dedi: “Əgər bizimlə kasa,qab olsa idi bizə icazə verərdi.” Bu an bir it gəlib,onun üzərini buladı.” (“İxtiyar mərifətul rical” 1/407/№297; “Ricalul-Kəşşi” səh 155)

Əbu Bəsir deyir: “Mən bir qadına Quran öyrədərək,onunla bərabər oxuyurdum və onunla zarafat etdim.Qadın gedib,bunu İmam Baqirə xəbər verdi.Sonra İmam mənə dedi: “Ey Əbu Bəsir! Sən qadına nə dedin?” Mən əlimlə işarə edib,gözümü bağladım.” İmam mənə dedi: “Onunla bir daha belə etmə.” (“İxtiyar mərifətul rical” 1/404/№295; “Ricalul-Kəşşi” səh 154)

Muhəmməd ibn Məsud deyir: “Mən İmam Əli ibn Həsəndən Əbu Bəsir haqqında soruşdum.İmam dedi: “Onun Əbu Muhəmməd künyəsi var idi.O,Bəni ƏSəddən idi və kor olmuşdu.” Mən İmamdan soruşdum: “Onu qulat fikirlərdə ittiham etmək olarmı?”

İmam dedi: “Qulat fikirlərdə onu günahlandıran olmamışdı.Amma,O ara-bir sayıqlayırdı.” (“İxtiyar mərifətul rical” 1/405; “Ricalul-Kəşşi” səh 154)

Zürarə ibn Əyun haqqında isə Zürarə özü deyir: "Mən Əbu Abdulladan təşəhhüd barəsində soruşdum və o, belə dedi: "Əttəhiyyətu vas-sələvatu...." Mən yenə təşəhüd haqqında soruşdum və o, yenə belə dedi: "Əttəhiyyətu vas-sələvatu...." Mən oranı tərk edən zaman onun saqqalına yel (qaz havası) buraxdım və: " O, heç vaxt müvəffəq etməz" dedim " (“İxtiyar mərifətul rical” 1/379/№265; 380/№267; “Rical əl-Kəşşi", səh 160, Hədis № 265)

İbn Miskan rəvayyət edir ki,mən Zürarənin belə dediyini eşitdim: “Allah İmam Baqiri əhv etsin.Mənim qəlbimdə ondan inciklik və ona kin var.Mən ondan soruşdum.”Bunu onu deməyə nə vadar etdi? Ravi dedi: “Zürarəni bunu deməyə vadar edən Əbu Abdullahın onun pis əməllərini üzə çıxarması olub.” (Rical əl-Kəşşi"səh 131,№228)

Əbu Abdullah dedi: “Zürarə azğın olaraq öləcək və onda Allahın lənəti vardır.” (“İxtiyar mərifətul rical” 1/365/№240; “Rical əl-Kəşşi"səh 134,№265)

İmam deyir: “Bu Zürarə ibn Əyundur.Allaha and olsun ki,o uca Allahın “biz onların əmələrini puç edəcəyik” dediyi kimsələrdəndir.” (“Rical əl-Kəşşi"səh 134,№245)

Yenə deyir: “Həqiqətən,bəzi insanlara iman əmanət olaraq verilir,sonra onlardan alınır.Qiyamət günü isə onları “borc götürənlər” adlandırırlar.Zürarə də onlardan biridir.” (“Rical əl-Kəşşi"səh 134,№263)

İmam Cəfər dostlarının birindən soruşur: “Zürarə ilə nə vaxt görüşmüsən?” O da, neçə gündür onu görmədiyini deyir. Sonra imam ona deyir: “İşin olmasın, xəstələnibsə, yanına getmə və ölübsə, cənazəsində iştirak etmə!” O, imamın sözündən təəccüblənərək soruşur: “Zürarənin?” İmam isə cavabında belə deyir: “Bəli, Zürarə yəhudilərdən, xristianlardan və “Allah, üç nəfərdən üçüncüsüdür” deyənlərdən də pis adamdır.”(“Ricalul-Kəşşi səh142, №267)

Həmçinin, onun haqqında Ibn Əbu Mənsur Vasitidən rəvayyət olunmuşdur: “Mən İmam Əbulhəsənin belə dediyini eşitmişəm: “Zürarə mənim imamlığıma şəkk edirdi, mən də Allah-Təaladan onu mənə hədiyyə etməsini dilədim” (“Rical əl-Kəşşi”, səh 138,№253)

250) Rafizi yazır: Bununla belə, Əhli beyt düşmənləri onlara açıq-aşkar töhmətlər vurmuşlar.” (Məktub 110)

Gördüyünüz kimi bu töhmətləri şiə imamları şiə kitablarında şiə ravilərinin nəqlləri ilə etmişlər.



251) Əbdulhüseyn yazır: Sünnə və rəvayyətləri özündə əhatə edən ən mötəbər mənbə “Kütubi-ərbəə”dir ki, indiyə kimi 12 imami şiələrin üsulid-din və firuid-dində dəlil və mənbələri sayılır. “Kütubi-ərbəə” mərhum Kuleyninin “Kafi”, Şeyx Tusinin “Təhzib” və “İstibsar”, mərhum Səduqun “Mən la yəhzuruhul-fəqih” kitablarından ibarətdir. Bu kitabların mötəbərliyində heç bir şəkk-şübhə yoxdur. Onların içərisində “Kafi” o birilərindən daha qədim və əzəmətlidir.” (Məktub 110)

Əbdulhüseyn bu kitabı mötəbər hesab edən yeganə şəxs olmamışdır.Birincisi,şiə alimlərinə görə Küleyni özü “Kafi” kitabını səhih hesab etmişdir.

Muhəmməd Mehdi əl Asifi “Tarix fiqh əhləl beyt” adlı məktubunda Küleyni haqqında belə yazır: “O,(Allah ona rəhmət etsin) kitabına imamlardan səhih hesab etdiyi hədisləri yazmışdır.” (Əli ət Təbətəbai (öl.1231) “Riyad əl məsail”c.1,səh 31)

Əbu Talib Təcli ət Təbrizi “Mucəm əl məhasin və əl məsami”(səh 17)-də yazır: “O, (Küleyni) kitabının müqəddiməsində hədislərin səhih olmasına işarə edərək,yazır: "Deyirəm ki,sən, (öz) nəzdində bütün dini elmlərinin fənnlərini özündə cəm edən,onunla öyrənənin və bilənin ona müraciət edərək, onunla kifayətlənməsini təşkil edən, ordan (istifadə edərək), sadiqlərdən rəvayyət edilən səhih rəvayyətlər ilə, dini elmləri və əməlləri götürməsi üçün, kifayət edici bir kitabın olmasını istəmisən.Mən ümid edirəm ki,bu kitab sənin istəklərinə cavab verəcəkdir."

Feyz əl Kəşani “Vafi” (1/24)-də yazır: “Bu dörd əsas kitab günümüzdə şəriət ehkamları üçün dirəkdir və onların müəllifləri kitablarının səhihliyinə şəhadət vermişlər.”

Muhəmməd Baqir İrəvani “Durus təmhidiyyə fi əl qəvaid ər ricaliyyə” (səh 49)-da yazır: “Hurr Amili “Vəsail” kitabında dörd kitabda varid olan hədislərin səhihliyini isbat edən dəlillər toplamışdır.Onlar bir yerdə cəmi 22 dəlildir.”

Eyni kitabın 100-cü səhifəsində İrəvani yazır: “Bu etiqad (dörd kitabın səhih olması) əxbarilər arasında məşhurdur.Lakin,bəzən olur ki,bu fikri bəzi üsulilər də dəstəkləyirlər.”

Muhəmməd Sadiq əs Sadr demişdir: "Oxuyan kəs bilər ki,şiələr hamılıqla dörd kitaba etibar etsələr də və orada, olan bütün rəvayyətlərin səhih olmasını desələr də,Əhli Sünnədən olan qardaşların etdikləri kimi, (bu kitablara) səhih adını verməmişlər.” ("Kitabuş-şiə" səh 127)

Ayətullah Əbul Qasim əl Xoyi “Mucəm ər rical” (1/81)-də deyir: “Bir çox hörmətli alimlər demişlər ki,”Kafi”də olan bütün hədislər səhihdir və ravi isnadı zəif olduğuna görə hər hansı bir hədisi kənara atmaq da yaramaz.Mən bizim ağamız və şeyximiz Muhəmməd Hüseyn əl Nəinin belə dediyini eşitmişəm: “Kafi” kitabında olan hədislərin isnadı və sənədləri haqqında mübahisə etmək cahillərin işidir.”

İndi isə rafizinin səhih hesab etdiyi “Kafi” kitabından nümunələr gətirmək zamanıdır.



Kafi” kitabına görə Qurana etiqad.

Nümunə olaraq,bir neçə şiə versiyası olan ayələr haqqında bəhs edən hədislər nəql ediləcək, haşiyədə isə əsl ayələr qeyd olunacaqdır.

(1/ 417): Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayə ilə nazil olmuşdu: “Əgər bəndəmizə Əli haqqında nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və doğru danışanlarsınızsa Allahdan savayı bütün şahidlərinizi gətirin.”

Əsl ayə belədir : “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (Baqara 23)

(1/414): Əbu Bəsir Əbu Abdullahdan rəvayyət edir: “(O) dedi: Ayə belə enib: “Hər kəs Allaha və Peyğəmbərinə Əli və imaların vilayət məsələsində itaət etsə, böyük bir səadətə nail olar.”

Əsl ayə belədir: “O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.” (Əhzab 71)

(1/416) Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: ”Bu ayə belə nazil olmuşdu. “Biz bundan əvvəl Adəmlə Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağı) tövsiyyə etmişdik.Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” Sonra imam dedi: “Allaha and olsun ki, Muhəmməd (s.a.s)-ə ayə belə nazil olmuşdur.”

Əsı ayə belədir: “Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” (Taha 115)

(1/417) Əbu Cəfərdən: “Cəbrayil Muhəmməd (s.a.s)-ə bu ayəni belə nazil etmişdi: Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun Əli haqqında nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir!”

Əsl ayə belədir: “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər kafirlərə alçaldıcı bir əzab vardır.” (Bəqara 90)

(1/417) Əbu Abdullah dedi: “Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayələri nazil etdi: “Ey Kitab verilmişlər! Bizim Əli barasində nazil etdiyimizə iman gətirin.”

Əsı ayə belədir: “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.” (Nisa 47)

(1/420-421) İmam dedi: “Allaha and olsun ki,bu ayə onlar ikisi və onların davamçıları haqqında nazil olmuşdu.Cəbrayılın gətirdiyi bu ayə belə idi: “Bu ona görədir ki, onlar Allahın Əli barasində nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.”

Əsl ayə belədir: “Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.” (Muhəmməd 26)

(1/424) Əbu Cəfər dedi: “Bu ayə belə nazil olmuşdu: “Əgər onlar özlərinə verilən Əli haqqında öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.”

Əsl ayə belədir: “Əgər Biz onlara: "Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!"– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (Nisa 66)

Kuleyni “Kafi”də imamın “Cəbrayıl Muhəmməd (s.a.s)-ə gətirdiyi Quran 17 000 ayədən ibarət olmuşdur.” rəvayyətini nəql etmişdir.Bu hədisi “Miratul uqul” (c.12,məsələ 525)-də şərh edən Məclisi yazır: "Sarih, səhih olaraq gələn xəbərlərin çoxundan gizli deyildir ki, Quranda naqislik və dəyişiklik vardır. Mənim nəzdimdə bu babda (fəsildə) olan xəbərlər mənaca mütəvatir səviyyəsindədir və onların hamısı, başdan (əvvəldən), ona (Qur`ana) etimadın qaldırılmasını vacib edir. Belə ki, mənim zənnimə görə bu babda (fəsildə) olan xəbərlər, heç də imamət barədə gələn xəbərlərdən az deyildir. Bəs, elə isə, xəbərin sabit olması necə təsbit edilir?"

Şiələrin böyük alimləri Quranın təhrif olunduğuna etiqad etmişlər.Adnan Ələvi Musəvi Bəhrani yazır:



Xülasə olaraq deyirik, Əhli beyt yolu gələn, əgər mütəvatir sayılmasa da, çox sayda olan xəbərlərə görə əlimizdə ki, bu Quran Muhammədə (s.a.s) nazil olmuş Quranın tamamı deyildir.Əksinə burda Allahın endirdiyinə müxalif olan və təhrif edilmiş, dəyişdirilmiş şeylər vardır və ordan çoxlu şeylər də çıxarılmışdır. Məsələn, Əlinin adı bir çox yerdən çıxarılmışdır və Muhammədin ailəsi sözü çıxarılmışdır və eləcədə münafiqlərin adları və bundan başqa şeylər də çıxarılmışdır. Əli ibn İbrahimin təfsirində deyildiyi kimi bu Quran həm də Allahın və Onun Elçisinin razı olduğu şəkildə tərtib edilməmişdir".

Allahın nazil etdiyinə bu da tərsdir.”Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.” Əbu Abdullah bu ayəni oxuyana dedi: "Ən xeyirli ümmət" möminlərin əmirini və Hüseyn bin Əlini,öldürüblər?!"Ondan soruşdular: "O zaman bu ayə necə nazil olmuşdur, ey Peyğəmbər övladı?" Dedi: "Belə nazil olmuşdur: "Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli imamlarsız..." Görmürsənmi ki, ayənin sonunda Allah onları mədh edir: "Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiz." ("Məşariquş-şumusud-durriyyə” səh 127)

Məclisi yazır: “....Bizə şiələrdən və sünnilərdən varid olan xəbərlərə görə Quranda nöqsan və təhrif olması hədisləri mütəvatirdir.Məntiq bizə deyir ki,əgər Quran Əhli Beytdən ayrılıb,insanlar arasında yayılıb və adi insanlar onu toplamağa cəhd ediblərsə,onun tam və həqiqətə uyğun şəkildə toplanması ehtimalı azdır.Nə olursa olsun Mehdi gələnə qədər insanlara vacibdir ki,müshəflərdə olanlarla işləsinlər və onları oxusunlar.Bu məsələ çox saylı xəbərlərlə sabitdir və mütavatirdir və Quranda naqisliyin olmasını təsdiq edir....” (“Miratul uqul” c.3,səh 31)

Şiə şeyxi Taib Musəvi əl Cəzairi Qümminin şərhində yazır: "Lakin digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki, onlar Quranda naqislik olduğunu söyləyirlər. Belələrinə Küleyni, Bərqi, Əyyaşi, Nümani, Fürat ibn Ibrahim, Əhməd ibn Əbu Talib Təbərsi, Məclisi, Seyyid Cəzairi, Hürr Amili, Fütuni, Seyyid Bəhrani kimilərini misal göstərmək olar. Onlar öz məzhəblərini elə ayələr və rəvayətlərlə sübut etməyə çalışmışlar ki, onlara göz yümmaq mümkün deyil." ("Təfsir əl-Qümmi"nin müqəddiməsi, səh.23,24)

Kafi” kitabında digər insanlara münasibət.

Kuleyni Əbu Abdullahdan rəvayyət edir: “İnsanlar üç qismə bölünür: Alimlər,öyrənən tələbələr və artıqlar.Biz Əhli beytİmamları alimlərik,bizim şiələr tələbələr,digər artıq insanlar isə zibildirlər.” (Kafi c.1,səh 51-52,hədis 4 (56)

İmam Əbu Cəfərdən: “Ey Əbu Həmzə! And olsun Allaha ki, bizim şiələrimizdən başqa bütün insanlar fahişələrin övladrarıdır.”( “Kafi” c.8, səh. 239)

İmam Rzadan gələn bir hədisdə: ”Şübhəsiz ki,bizim şiələrin adları atalarının və özlərinin adları ilə bir yerdə yazılıdır.Allah bizdən və onlardan söz almışdır.Onlar ki,bizim gəldiyimiz yoldan gəlirlər və getdiyimiz yola gedərlər.Biz və bizə tabe olanlardan başqa heç kəs İslamda deyil.Bizlər qurtuluşun dostlarıyıq.Bizlər vəsiyyət edilmişlərin övladlarıyıq.(“Kafi”c.1, səh 223)



Kafi”də coğrafiya dərsləri.

İmam Əbu Abdullahdan soruşdular: “Yer nəyin üzərində qurulub? İmam buyurdu: “Yer balinanın üzərindədir.”Ravi soruşdu: “Bəs,balina nəyin üzərindədir?” İmam: “Suyun içində” Ravi soruşdu: “Bəs,su nəyin üzərindədir?” İmam: “Qayanın üzərindədir.” Ravi soruşdu: “Qaya nəyin üzərindədir?” İmam: “Qaya öküzün buynuzları üzərindədir.” Ravi soruşdu: “Öküz nəyin üzərindədir?” İmam: “Öküz yerin üzərində dayanıb...” (“Kafi” c.8,səh 89)

Məclisi bu hədisi səhih adlandırıb (“Miratul uqul” hədis 55)

Əbu Abdullahdan: “Yeri daşıyan balığa elə gəlmişdir ki, o yeri öz qüvvəsi ilə daşıyır. Və ona görə Allah ölcüsü 22.5 sm balaca, 18 sm böyük bir balığ göndərdi və o balığ böyük balığın burnuna girdi. (Yeri daşıyan balığ) özünü ititirib, 40 gün belə qaldı. Allah ona rəhm edib, burnundan balaca balığı çixartdı. Allah yerə zəlzələ göndərmək istəyəndə, həmən balaca balığı yeri daşıyan böyük balığa göndərir, o diksinəndə isə, yer də titrəyir” (“Kafi” c.8, səh 212)



Kafi”də üç səhabədən başqa hamının küfrdə ittiham edilməsi.

Kuleyni imam Baqirdən rəvayyət edir: “İnsanlar Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr və Miqdaddır.” (“Kafi”c.8,səh 245-246; hədis 341)



Kafi”də imamların xüsusiyyətləri.

“Üsul Kafi”də (səh 678) Kuleyni imam Baqirdən rəvayyət edir: “İmamın 10 xüsusiyyəti vardır........7) “Onun artıqları müşk ətiri verir.”

Kuleyni Cəfər Sadiqdən rəvayyət edir: “Mən göylərdə və yerdə olanları bilirəm. Cənnət də olanları bilirəm. Cəhənnəmdə olanları bilirəm. Bu günə qədər olub keçənləri və olacaqlarıda.” (“Kafi” c.1, səh 431, hədis № 674)

Kuleyni imam Cəfərdən rəvayyət edir: " Kəbənin Rəbbinə and olsun. Üç dəfə belə deyib davam etdi: “Musa və Xızrın yanında olsaydım, onlara deyərdim ki, mən onların hər ikisindən çox bilirəm və onlara bildiklərini xəbər verərdim; Çünki,Musa və Xızra olub keçmiş şeyləri bilmək bacarığı verilib, onlara gələcəkdə olacaq və Qiyamət gününədək olan hadisələri bilmək bacarığı verilməyib"("Kafi" c.1, səh 261)

(1/407-408) Kuleyni imam Əlinin belə dediyini rəvayyət edir: “Bütün dünya bizə məxsusdur.” Məclisi hədisi yaxşı hesab etmişdir.

(1/408) Əbu Abdullahdan: “Bütün yer bizə məxsusdur.Beləliklə,Allahın oradan çıxartdığı hər şey bizə məxsusdur.”

(1/409) “Yeri əhatə edən okean imama məxsusdur.”

1/462) İmam Həsəndən: “Allahın iki şəhəri vardır. Biri şərqdə biri qərbdə. Onları dəmir divarlar əhatə edir. Hər birinin 1000 1000 (yəni 1000 000) qapısı var. Həqiqətən, orada 70 min min (yəni 70 000 000) dil var. Hər dildə danışanlar var. Mən isə bütün dilləri və onlarda (şəhərlərdə) olanları bilirəm. Onlara mən və qardaşım Hüseyndən başqa hüccət yoxdur” Məclisi “Mirat”da hədisi səhih hesab etmişdir.

(1/470) Əbu Cəfərdən soruşdular: “Siz ölüləri dirildib,kor olanları sağalda bilərsiz?” İmam dedi: “Allahın izni ilə bəli.” Məclisi “Mirat”da hədisi yaxşı hesab etmişdir.

Kafi”də Quranın təfsiri.

Allah Təala İnşiqaq surəsində buyurur:

15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

16. And içirəm şəfəqə,

17. gecəyə və onun ağuşuna aldıqlarına,

18. bədirlənmiş on dörd gecəlik aya!

19. Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.

20. Onlara nə olub ki, iman gətirmirlər


(1/413) İmam Cəfər dedi: “Ey Zürarə! Məgər bu ümmət Peyğəmbər (s.a.s)-də sonra filan və filan mərhələləri keçmədimi?” O,bu sözləri Allahın bu ayəsi haqqında dedi: “Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.” Məclisi və Behbudi hədisi səhih hesab etmişlər.

Allah Təala Qasəs surəsində buyurur:

51. Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.

52. Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.

53. Onlara Quran oxunduğu zaman: "Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!"– deyirlər.

(1/415) Kuleyni “Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.” ayəsi haqqında imamın belə buyurduğunu nəql edir: “imam ardınca imam.”

Allah Təala Bələd surəsində buyurur:

1. And içirəm bu şəhərə (Məkkəyə)!

2. Sən də o şəhərin sakinisən.

3. And olsun valideynə və onun törəməsinə!


(1/414) Kuleyni bu ayələr haqqında imamın belə buyurduğunu nəql edir: “Burada möminlərin əmiri və onun övladları olan imamlar nəzərdə tutulur.”

Allah Təala Bəqara surəsində buyurur:

40.Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim Təkcə Məndən qorxun!

41. Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.

42. Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.

(1/431) Kuleyni “Mənə verdiyiniz əhdə sadiq olun” ayəsi haqqında imamın,yəni “Əlinin vilayəti” dediyini nəql etmişdir.

Allah Təala Bəqara 245-də buyurur: “Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız.”

(1/537) Kuleyni rəvayyət edir ki,bu ayədə yəni,malın imama verilməsi nəzərdə tutulur.

Oxucunu belə nümunələrlə yormaq istəməzdik.Sadəcə qeyd etmək lazımdır ki,şiə müəllifləri Quranda mümkün olan və olmayan məsələlərin hamısını imamlarına aid etməyə çalışmışlar. İbn Quteybə Dinəvari “Təvil muxtəliful hədis” (səh 152) kitabında yazır: “Rafizilərin təfsirinə gəldikdə isə, “Süleyman Davuddan miras apardı” ayəsini onlar belə izah etmişlər ki,Süleyman onların imamıdır və o Peyğəmbər (s.a.s)-dən elm mirası alıb.

“Allah sizə inəyi kəsməyi əmr edir” ayəsi haqqında onlar deyirlər ki,inəkdən məqsədd Aişədir.

“Ona ölmüş inəyin ətini sürtün” ayəsi haqqında onlar deyirlər ki,vuran və vurulandan məqsədd Təlha və Zübeyrdir.

Onlar deyirlər ki,içki və qumar oyunlarından məqsədd Əbu Bəkr və Ömərdir. Cibt və tağut ayələrini isə onlar Müaviyyə və Amr ibn əl Asa aid edirlər.” (ibn Quteybənin sitatının sonu)


Kafi”də 13 imam.
(1/153) Kuleyni Əbu Cəfərdən rəvayyət edir: “Muhəmməd (s.a.s)-in əhlindən 12 imam olacaqdır və onların hamısı ilə mələklər danışacaqdır.Onlar Peyğəmbər (s.a.s)-in və Əli ibn Əbu Talibin nəslindən olacaqlar və Allah rəsulu və Əli onların əcdadlarıdır.”

Şərh : Peyğəmbər (s.a.s)-in soyundan olan 12 imam? Əli onun soyundan deyildi.Yəni,elə çıxır ki,Əli ilə birgə 13 imam.Əgər Əlinin soyundansa yenə 13 imam alınır.Şiələrdə 12 imamdan çox imamın olmasını başqa rəvayyətlərdə təsdiq edir.İmamların sayını dolaşıq salan rəvayyətlər də mövcuddur.

Şeyx Səduq “Xisal” (səh 477-478)-də Əbu Cəfərin Cabir ibn Abdullahdan belə rəvayyət etdiyini nəql edir: “Bir gün mən Fatimə (r.a)-ni ziyarət etməyə getmişdim və onun əlində vəsiyyət sahibi olanların adları yazılmış olan lövhəni gördüm.Mən saydım,onların sayı oniki idi.Onlardan biri Qaim (Mehdi) idi.Üçünün adı Muhəmməd,digər üçünün adı isə Əli idi.”

Şiələrin 12 imamından dördünün adı Əli idi. 1) Əli ibn Əbu Talib 2) Əli ibn Hüseyn 3 ) Əli ər Rza 4 ) Əli əl Hadi. Deməli biri artıq çıxır?

Kuleyni “Kafi” (1/534)-də Peyğəmbər (s.a.s)-in belə dediyini rəvayyət edir: “Mən və mənim nəslimdən olan 12 nəfər və sən Əli yerin dayaqlarıyıq....”

Yenə eyni yerdə Kuleyni Peyğəmbər (s.a.s)-dən rəvayyət edir: “Mənim nəslimdən 12 nəzarətçi olacaqdır.”

Beləliklə,Peyğəmbər (s.a.s) nəslindən 12 nəfər plyus Əli və bu 13 nəfər edir.


Kafi” kitabından əsas sünnənin təsdiqi.

Kuleyni (6/528) Əlidən nəql edir: “Peyğəmbər (s.a.s) məni qəbirləri yerlə-bir etmək və surətləri məhv etmək məqsəddi ilə yollamışdı.”

Hurr Amili “Vəsailuş şia” (3/209)-da bunu bu şəkildə nəql edir: “Peyğəmbər (s.a.s) məni göndərdi və surət (heykəl,obraz) məhv etmədən,yüksək qəbiri yerlə-bir etmədən və itləri öldürmədən geri qayıtmamağı tapşırdı.”

İndi isə bu hədisləri müasir şiələrin əməlləri ilə müqyisə edin.



800px-khomeinis_sarg

Şiələrin imamlarını vəsf etmələri

fn1973

Heç kəs deyə bilməz ki,bunlar cahillərin əməlləridir.Bu əməlləri onlara alimləri icazə vermişlər.



Kafi” kitabında zinaya yaşıl işıq.

Kuleyni Əli ibn Suveydin İmam Əbul Həsəndən belə soruşduğunu nəql edir: “Məndə gözəl qadınlara baxmaq baradə problem vardır.Onları görəndə onlara baxmaqdan çəkinə bilmirəm.İmam dedi: “Allah niyyətini bildiyinə görə bunda problem yoxdur.Amma,zinadan çəkin.Çünki,o həyanın və imanın itməsinə səbəb olur.” (“Kafi” c.5,səh 542)

Məclisi “Mirat”da rəvayyətin səhih olduğunu qeyd etmişdir. Bu hədis müasir məşhur şiə aliminin fətvasında təzahür etmişdir.Ayətullah Sistanidən soruşdular:

Sual 524. Yayda, yarı çilpaq gəzən,müsəlman olmayan qadınlara baxmağın hökmü nədir?

Cavab. Baxmaq fəsada gətirməsə və şəhvət istəyi daşımırsa, problem yoxdur. http://www.sistani.org/html/eng/menu/2/books/2/inside/52.htm

SubhənAllah! Yarı çılpaq qadınlara şəhvət oyatmadan necə baxmaq olar?! İndi isə bunu uca Allah və Peyğəmbər (s.a.s)-in sözləri ilə müqyisə edin.

Allah Təlala buyurur: “Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.” (Nur 30)

İbn Abbas deyir: “Kiçik günahlara gəlincə,mən Əbu Hureyranın Peyğəmbər (s.a.s)-dən nəql etdiyindən daha yaxşı izah bilmirəm.Rəsulullah (s.a.s) buyurur: “Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar.” (Buxari 6343, Müslim 2657)

Cərir rəvayyət edir ki,bir gün o Peyğəmbər (s.a.s)-dən təsadüfü baxış haqqında soruşmuşdu. Cavab belə oldu: “Gözlərini çək.” (Müslimə istinadən “Riyadus salihin” № 1625)

Kafi” də əqidənin gizli saxlanılması.

Bu baradə “Aldanmayalım” (“Не обманитесь”), adlı kitabda ətraflı yazılmışdır.Burada yalnız qısa mətnlərlə kifayətlənəcəyəm.

Kuleyni Əbu Ömər Əcəminin belə dediyini rəvayət etmişdir: "Bir dəfə Əbu Abdullah mənə dedi: "Ey Əbu Ömər! Dinin onda doqquzu təqiyyədədir, təqiyyəsi olmayanın dini yoxdur.İçki və xüffə məsh etmədən başqa.” (“Kafi”c.2,səh 217)

Bu hədisi Murtəza Ənsari “əl Təhara” kitabında (2/279-280) səhih hesab etmişdir.“Təqiyyə fi fikr əl İslami” kitabı səh 75-də isə yazılır: “Bu hədisə heç bir şübhə ola bilməz.”



Kafi” də sünnilərə münasibət.

Kuleyni imam Əbu Abdullahdan qəvayyət edir: “Əgər sizlərdən birinizin qardaşı ilə münaqişəsi olsa,şiə qardaşlarınızdan birini bu məsələni həll etmək üçün hakim təyin etsin.Bu məsələni onların (sünnilər) hüzuruna aparmasın.Yoxsa,o Allahın haqqında belə buyurduğu kimsələr kimi olar: “Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur.“ (“Kafi”c.7,səh 411)

Məclisi və Behbudi rəvayyətin səhih olduğunu qeyd etmişlər.

Kafi”də Allah elçisi (s.a.s) və onun əhlinə hörmətsizlik.

Kuleyni Əbu Abdullahdan rəvayyət edir: ” Peyğəmbər (s.a.s) doğulanda bir neçə gün südsüz qalmışdı.Əbu Talib ona öz döşünü verdi.Allah ona (döşə) süd verdi. Həlimə Səddiyyəni tapana qədər (Əbu Talib onu) bir neçə gün əmizdirdi” (“Kafi” c.1,səh 791) Allahu Əkbər!

Kuleyni nəql edir: “Əbu Abdullahdan dedi: “Peyğəmbər (s.a.s)-in yanına bir kişi gəlib dedi: “Ey Allahın elçisi! Məndə kişilərdə olanın çox böyüyü var məndə olan dişi eşşək və ya dəvə ilə yaxınlıq edim? Məndə olana qadınlar dözə bilmirlər”. Allahın elçisi (s.a.s) dedi: “Allah Təbərəkə və Taalə sənə dözə bilən məxluq yaratmadan (səni) yaratmazdı”. Kişi getdi, bir müddət keçmədi ki Peyğəmbərin (s.a.s) yanına qayıtdı. Ona əvvəlki sözləri dedi. Elçi (s.a.s) ona dedi: “Sən anatnata qarasına niyə baxmırsan?”. Kişi getdi, bir müddət keçmədi ki yenə qayıdıb dedi: “Şəhadət verirəm ki, sən Allahın doğrudanda elçisisən, sən dediyini mən etdim. Məndə olana dözəni tapdım...” (“Kafi” c.5,səh 336)

Bu rəvayyətdə problem ondadır ki,ondan soruşan adama Peyğəmbər (s.a.s) zoofilliyin haram olmasını deməmişdir.Şəkk yoxdur ki,bu rəvayyət uydurmadır! Onlar Peyğəmbər (s.a.s)-in nəvəsi haqqında olan çirkin sözləri imam Cəfərə nisbət vermişlər. Tarixdən məlumdur ki,Əli ibn Əbu Talib Fatimə (r.a)-dən olan öz qızı Ümm Gülsümü möminlərin əmiri Ömər ibn Xəttab (t.a)-a ərə vermişdi.Təkcə bu fakt kifayətdir ki,aqil insan Əlini beyətə məcbur etmə və ya Fatiməni incitmə kimi yalan iddiaları çöpə atsın. Düşünüb,dərk etmək istəyənlər varmı?!

Bu faktı Əbul Qasim əl Xoyi və Ayətullah Fədlullah kimi müasir şiə alimlərindən bir neçəsi təsdiq etmişlər. Əli həqiqətən öz qızını Ömər ibn Xəttaba ərə vermişdir sualına əl Xoyi belə cavab verir: “Bu tarix və hədislərdə varid olmuşdur.”

k09

Şiə kitablarında keçən rəvayyətdə Əbu Cəfərdən,o da atalarından belə nəql edir: “Ümm Gülsüm bint Əli və oğlu Zeyd ibn Ömər ibn Xəttab eyni saatda vəfat etdilər.Onlardan kimin birinci ölməsi məlum deyil və onların cənazə namazı eyni vaxtda qılındı.” (Tusi “Təhzib əl əhkam” 9/362-363)

Əli həqiqətən öz qızını Ömər ibn Xəttaba ərə vermişdir sualına Ayətullah Fədlullah belə cavab vermişdir: “Bu səhih hədislərdə varid olmuşdur.”

fadlullah_ala_zavaj_umm_qulsum1

Kuleyni Ümm Gülsümün Ömərə ərə verilməsi haqqında guya imam Cəfərin belə çirkin sözlər dediyini nəql etmişdir: “Həqiqətən, bu bizim namusumuz (ərəbcədə فَرْجٌ -fərcimiz (qadın cinsi orqanı) idi ki,əlimizdən zorla aldılar.” (“Kafi” c.5, səh 346)

Məclisi “Mirat”da rəvayyətin yaxşı olduğunu qeyd etmişdir. Allahu Əkbər! Məgər imam Cəfər Peyğəmbər (s.a.s)-in nəvəsi haqqında belə çirkin sözlər söyləyə bilərmi!!?

Kafi”də 12-ci imamın qeybətinin müddəti.

Kuleyni “Kafi” (səh 578)-də imam Əlidən belə rəvayyət edir: “Onun (Mehdi) qeybi 6 gün,6 ay və ya 6 il olacaqdır.”

Şiələr deyirlər ki,12-ci imam qeybə hicri 260-ci ildə çəkilmişdir.İndi isə 1431-ci ildir.

Kafi”də xalq təbabəti.

Kuleyni yazır: “Əbu Abdullah dostunun qara ayaqqabı geydiyini gördü və dedi: “Sən niyə qara ayaqqabı geymisən? Sən bilmirsənmi ki o, gözə ziyan verir, cinsi orqanı zəiflədir, özüdə o başqalarından daha bahadır, onu yalnız ədalanan şəxs geyinər”( “Kafi” c.6,səh 465)



Kafi” kitabından misirlilərə hədiyyə.

Kuleyni imam Əbu Həsən Rzadan belə nəql edir: ”Peyğəmbər (s.a.s) dedi: ”Başınızı misir (gil) ili ilə yumayın, o namusu aparır və dəyyusluq gətirir” (“Kafi” c.6, səh 386)

Məclisi rəvayyəti yaxşı və ya müvəssaq hesab etmişdir. Siyahını çox uzatmaq olar.Lakin,bu kitabda olan əcaib və qəribəliklərlə oxucunu yormaq istəməzdik. “Kafi” kitabı belə boş və yalan rəvayyətlərlə doludur,amma gördüyünüz kimi bu kitab Əbdulhüseyn və digərlərinə görə səhihdir.


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin