Ədəbiyyat siyahısı
-
Qasımov M. Azərbaycan terminologiyasının əsasları. Bakı, 1973.
-
Qurbanov A. Ümumi dilçilik. Bakı, 2004.
-
Məmmədli N. Alınma terminlər. Bakı, 1997.
-
Məmmədova Təhminə. İngilis və Azərbaycan dillərində beynəlmiləl sözlər. Bakı, 2010.
-
Sadıqova S. Azərbaycan dilinin terminologiyası. Bakı, 2011.
-
Xəlilova S. İnternasional terminlər. Bakı, 1991.
-
Xuluflu V. Bir imla olmalıdır. “Yeni yol” qəzeti № 59, 1925.
-
Акуленко В.В. Существует ли интернациональная лексика? Вопросы языкознания, № 3, 1961.
-
Бyлаховский Л.А. Введение в языкознание. Москва, 1954.
-
Бельчиков Ю.А. Интернациональная терминология в русском языке. Москва, 1959.
-
Исенгалиева В.А. Интернациональные основы в тюркских языках. Советская тюркология, № 5, 1970.
-
Шахрай О.Б. К вопросу о смысловых взаимоотношениях интернациональных слов в разных языках. «Иностран.яз. в школе», № 1, 1955.
-
Serjeantson M.S. A history of foreign words in English. New York, 1961.
-
http://ru.wiktionary.org/wiki
-
http://www.perunica.ru/yazikoznanie/6551-slova-prishedshie-v-russkiy-yazyk-iz-inostrannyh-yazykov-i-ih-znachenie.html
-
www.wikipediya.az
Гусейнова Айтен
Интернациональные термины, возникшие в процессе взаимосвязи языков
Резюме
В статье исследуется термины и слова вошедшие в язык в процессе взаимосвязи языков на современном этапе.
Расширение международных связей, межкультурных отношений, процессы интеграции, прогресс научно-технический отрасли усиливают приток новых слов и терминов в язык. Эти термины обогащают словарный состав языка и его терминологию.
В статье делаются попытки определить место интернациональных терминов в языке и рассматриваются причины образования терминов.
Kuseynova Ayten
International terms arising in the process of
interconnection languages
Summary
The article deals with terms and words entered the language in the process of interconnection languages at the present stage. The expansion of international relations, intercultural relations and integration processes, the progress of scientific-technical industry increase the influx of new words and terms in the language. These terms enrich the vocabulary of language and its terminology.
The article attempts to define the place of international terms in the language and with the reason for the formation of terms.
Çapa tövsiyyə edən: AMEA, Nəsimi adına Dilçilik
İnstitutu Terminologiya şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru,
professor S.Sadıqova
fil.ü.fəl.dok.N.Hüseynova
Səbinə Qasımova
Azərbaycan Memarlıq və İnşaat Universiteti.
İNGİLİS DİLİNDƏ QRAMMATİK ŞƏKİLÇİLƏRİN LEKSİKLƏŞMƏSİ
Açar sözlər: leksikalizasiya, qrammatik, leksik, şəkilçi, sözdüzəltmə, sözyaradıcılığı.
Key words: lexicalization, grammatic, lexic, suffix, word- formation, word- building.
Ключевые слова: лексикализация, грамматический, лексический, аффикс, словообразование, словопроизводство.
Müasir ingilis dilinin qrammatik sistemində yer tutan bir sıra qrammatik kateqoriya göstəriciləri eyni zamanda leksikləşərək müəyyən şərait daxilində yeni mənalı leksik vahidləri təşəkkülündə işlənir. “Müəyyən məfhum, anlayış ifadə edən səslər kompleksi, toplusu olan söz”lər [1, 6] dövrün inkişafı ilə əlaqədar olaraq hər zaman təşəkküldədir və sözlərin hər hansı bir dildə yaranması müxtəlif yollarla reallaşır. Dildə sözyaratmanın üsullarından biri də həmin dildə olan qrammatik, sözdəyişdirici şəkilçilərin leksikalizasiyasıdır [2, 111]. Qrammatik şəkilçilərin leksikalizasiyası dedikdə sözə əlavə olunan sözdəyişdirici şəkilçinin təkcə sözün formasını deyil, həm də eyni zamanda semantik tutumunu da dəyişdirdiyi, sözə yeni məna verdiyi anlaşılır. S. Cəfərov söz yaradıcılığında təzahür edən bu hadisəni “qrammatik şəkilçilərin leksikləşməsi və ya leksik şəkilçi yerinə keçmə” adlandırır [3, 157; 4, 45]. İ.V.Arnold ingilis dilində qrammatik formaların leksikalizasiyası hadisəsindən bəhs edərək qeyd edir ki, bu hadisənin mahiyyətinin əsasında belə bir izah dayanır: “sözə əlavə olunan qrammatik göstərici yeni mənalı yeni bir sözü yaradır” [5, 18].
Bu baxımdan aşağıdakı şəkilçilərə diqqət edək: I. -ed şəkilçisi. İngilis dilində bu şəkilçi həm grammatik, həm də leksik şəkilçi kimi fəaliyyət göstərir. –ed sonluğu qrammatik göstərici şəklində ingilis dilində iki funksiyada təzahür edir:
1)–ed qrammatik şəkilçisi bir qayda olaraq qaydalı feillərin sonuna əlavə olunaraq keçmiş zamanın qeyri-müəyyən formasını (The Past İndefinite Tense Form) düzəldir. Bu şəkilçini qəbul etmiş feil bütün şəxslərdə eyni formada özünü göstərir. Məsələn: to help- helped (kömək etdim, etdik, etdin, etdiniz, etdi, etdilər,), to open- opened (açdım, açdıq, açdın, açdınız, açdı, açdılar), to close- closed (bağladım, bağladıq, bağladın, bağladınız, bağladılar, bağladı), to study- studied (oxudum, oxuduq, oxudun, oxudunuz, oxudu, oxudular), to translate- translated (tərcümə etdim, etdik, etdin, etdiniz, etdi, etdilər) və s.
2) –ed qrammatik şəkilçisi qaydalı fellərə artırılaraq keçmiş zaman feli sifətinin yaranmasında işlənir. Belə yaranmız vahidlərin semantik tutumunda eyni zamanda məchulluq anlayışı da özünü biruzə verir. Məsələn: ), to open- opened (açmış- açılmış), to close- closed (bağlamış- bağlanılmış), to translate- translated (tərcümə etmiş- tərcümə edilmiş) [6] və s.
II. –ed şəkilçisi leksik şəkilçi olub sözdüzəldici şəkilçi kimi sadə sözlərə əlavə olunaraq düzəltmə sifətlərin düzəlməsində işlənir:
-
İsim kökləri ilə birgə işlənərək düzəltmə sifətlərin yaranmasında işlənir. Məsələn: Colour (rəng)- coloured (zənci, mulat, rəngli), culture (mədəniyyət)- cultured (mədəni, ziyalı, oxumuş), talent (istedad)- talented (istedadlı), wood (meşə)- wooded (meşəli, ağaclı), feature (xüsusiyyət)- featured (məhşur), bear (saqqal)- beared (saqqallı),
-
Feil köklərinə artırılaraq düzəltmə sifətlər yaradır. Məsələn: to accomplish (bitirmək, oxumaq, yerinə yetirmək)– accomplished (mədəni, ziyalı, oxumuş), to educate (təhsil vermək, oxutmaq)- educated (ziyalı, təhsilli), to feature (ekranda göstərmək)- featured (məhşur),
-
– ed leksik şəkilçisi mürəkkəb sözləri təşkil edən komponentlərin birinə əlavə olunaraq mürəkkəb sözlərin yaranmasında işlənir. Məsələn: long- legged (uzundraz), long- lived (uzunömürlü), blue- eyed (mavi gözlü), kind –hearted (mərhəmətli, xeyirxah), faint- hearted (qorxaq, ürəksiz, ağciyər), broken- hearted (qəlbi sınıq, dərdli), middle-aged (orta yaşlı), pear-shaped (armudu) və s.
-
th şəkilçisi. İngilis dilində bu şəkilçi iki ampulada fəaliyyət göstərir:
-
– th şəkilçisi grammatik sonluq kimi miqdar saylarından sıra saylarının yaranması zamanı işlənir. Məsələn: four (dörd)- fourth (dördüncü), five (beş)- fifth (beşinci), six (altı)- sixth (altıncı), seven (yeddi)- seventh (yeddinci), eight (səkkiz)- eighth (səkkizinci), ten (on) –tenth (onuncu) və s.
-
- th şəkilçisi leksik vasitə kimi düzəltmə isimlərin yaranmasında işlənir [7, 26].
-
Sadə sifətlərin sonuna artırılan –th şəkilçisi düzəltmə isimlərin yaranmasında işlənir. Məsələn: long (uzun)- length (uzunluq), strong (güclü)- strength (güc, qüvvə), wide (geniş, enli)- width (en), warm (mülayim, isti)- warmth (mülayimlik, istilik) və s.
-
Sadə fellərin sonuna əlavə olunaraq düzəltmə isimlərin əmələ gəlməsinə səbəb olur. Məsələn: to grow (böyümək)- growth (artma, böyümə), to die (ölmək)- death (ölüm), bear (doğmaq)- birth (məhsəb, anadan olma),
-
ing şəkilçisi ingilis dilində qrammatik və leksik şəkilçi kimi işlənir.
-
–ing şəkilçisi ingilis dilində qrammatik şəkilçi kimi fel köklərinə artırılaraq felin şəxssiz formalarından indiki zaman feli sifəti (The Present Participle, yaxud Participle One) və Cerundun (The Gerund) yaranmasında işlənir:
-
– ing qrammatik sonluğu feil köklərinə əlavə olunaraq indiki zaman feli sifətinin (The Present Participle, yaxud Participle One) yaranmasında işlənir. Bu feli sifətlər təyin funksiyasında işlənərkən –an, -ən, -yan, -yən, zaman zərfliyi funksiyasında işlənərkən –andə, -əndə, -yandə, -yəndə, tərz- hərəkət zərfliyi funksiyasında işlənərkən –araq, -ərək, -yaraq, -yərək şəkilçiləri vasitəsilə tərcümə olunur. İndiki zaman feli sifəti təyin funksiyasında ingilis dilində ən fəal şəkildə işlənir. Zərflik funksiyaları isə çox az hallarda müşahidə olunur. Məsələn:
To write (yazmaq)- writing (yazan), to read (oxumaq)- reading (oxuyan), to do (etmək)- doing (edən), to meet (qarşılamaq)- meeting (qarşılayan) və s.
-
– ing qrammatik şəkilçisi feil köklərinə artırılaraq felin şəxssiz formalarından Cerundun (The Gerund) yaranmasında işlənir. – ing qrammatik şəkilçisi qəbul etmiş Cerund Azərbaycan dilinə -maq, -mək və -ma, -mə şəkilçiləri ilə tərcümə olunur. Məsələn: to write (yazmaq)- writing (yazma), to read (oxumaq)- reading (oxuma), to do (etmək)- doing (etmə), to meet (qarşılamaq)- meeting (qarşılamaq), to speak (danışmaq)- speaking (danışma, danışmaq) və s.
-
– ing leksik şəkilçisi düzəltmə isimlərin və sifətlərin yaranmasında işlənir:
-
– ing leksik şəkilçisi feil əsaslarına artırılaraq düzəltmə isimlərin yaranmasında işlənir [8, 19]. Məsələn: to begin (başlamaq)- beginning (başlanğıc), to meet (görüşmək)- meeting (görüş, iclas), to mean (nəzərdə tutmaq) – meaning (məna), to write (yazmaq)- writing (yazı), to read (oxumaq)- reading (oxu), to knit (toxumaq)- knitting (toxuma), to wed (elçi getmək)- wedding (toy), to build (tikmək)- building (bina, tikinti) və s.
-
– ing leksik şəkilçisi feil köklərinə əlavə olunaraq düzəltmə sifətlərin əmələ gəlməsində işlənir. Məsələn: to interest (maraqlandırmaq)- interesting (maraqlı), to amuse (əyləndirmək)- amusing (gülməli, məzəli), to bore (bezdirmək)- boring (bezdirici), to annoy (zəhləsini tökmək)- annoying (zəhlətökən) bvə s.
-
–ing leksik şəkilçi kimi əsas nitq hissəsi olan feildən köməkçi nitq hissəsi- sözönülərin və bağlayıcıların yaranmasında işlənir. Məsələn: to concern (aid olmaq)- concerning (sözönü) (haqqında, barəsində), to regard (baxmaq, aid olmaq)- regarding (sözönü) (haqqında, barəsində, xüsusunda), to respect (hörmət etmək)- respecting (sözönü) (dair, haqqında, barəsində, xüsusunda), to provide (təmin etmək, təchiz etmək)- providing (bağlayıcı) (o şərtlə ki,) və s.
-s şəkilçisi. Bu şəkilçi ingilis dilində qrammatik və leksik şəkilçi kimi işlənir.
I. Qrammatik şəkilçi kimi –s sonluğu aşağıdakı hallarda özünü göstərir:
1. –s (-es) ismin kəmiyyət kateqoriyasının göstəricisi kimi tək isimlərdən cəm isimlərin yaranmasında (The Plural Form) işlənir və -lar, - lər cəm göstəricisi kimi Azərbaycan dilinə tərcümə olunur. Məsələn: a pen- pens (qələmlər), a book- books (kitablar), a bench- benches (skamyalar), a doctor- doctors (həkimlər) və s.
2. –s sonluğu ’ (apostrof)-la birlikdə mənsubiyyət kateqoriyasının göstəricisi kimi ingilis dilində yiyəlik halı (The Possessive Case) düzəltmək üçün bir qrup isimlərə əlavə olunur və Azərbaycan dilinə yiyəlik hal şəkilçisi –ın, -in, -un, -ün kimi tərcümə olunur. Məsələn: the girl’s mother- qızın anası, the teacher’s book- müəllimin kitabı, the children’s room- uşaqların otağı, yesterday’s problem- dünənin problemi və s.
3. – s (- es) sonluğu ingilis dilində indiki zamanın qeyri- müəyyən formasının (The Present Indefinite Tense Form) III şəxsin tək formasının düzəlməsində işlənir və Azərbaycan dilinə -dır, -dir, -dur, -dür indiki zaman III şəxs tək şəxs sonluqları ilə tərcümə olunur. Məsələn: She goes.- O gedir. He reads.- O oxuyur. It plays.- O oynayır.
II. – s leksik şəkilçisi vasitəsi ilə ingilis dilində müxtəlif nitq hissələrinə aid olan yeni leksik vahidlər yaranır. Məsələn: beside (yanında) (sözönü)- besides (yanaşı, başqa) (sözönü, zərf), look (baxış, görünüş) (isim) – looks (xarici görünüş, görkəm) (isim), belonging (sahiblik, mənsibiyyət)- belongings (ləvazimat, aid olan şeylər) (isim), possession (sahib olma, yiyələnmə) (isim)- possessions (mülkiyyət) (isim), to mean (nəzərdə tutmaq, məna kəsb etmək) (fel)- means (vasitə) (isim), new (təzə, yeni) (sifət)- news (xəbər) (isim), custom (adət, ənənə)- customs (gömrük), colour (rəng)- colours (alay bayrağı, şüarı), good-yaxşı- goods (əmtəə, mal) və s.
A.İ.Smirnitski qrammatik şəkilçilərin leksikalizasiyası yolu ilə yaranan bəzi sözlərin omonimik sözformalarının mövcudluğunu, bəzilərinin isə belə formalardan məhrum olduğunu göstərir [2, 111]. Məsələn: meeting-görüşən- iclas, colours- rənglər, alay bayrağı, looks- baxışlar- xarici görünüş və s. Eyni halı goods (mal, əmtəə), possessions (mülkiyyət), means (vasitə) sözləri üçün demək olmaz. Bu sözlərin yalnız bir forması var.
-er ingilis dilində qrammatik və leksik şəkilçi kimi işlənir.
I. Qrammatik göstərici olaraq –er şəkilçisi sifətin müqayisə dərəcəsinin (The Comparative Degree of the Adjectives) düzəlməsində işlənir. Məsələn: old (köhnə)- older (daha köhnə), big (böyük)- bigger (daha böyük), happy (xoşbəxt)- happier (daha xoşbəxt), large (böyük, geniş)- larger (böyük, geniş) və s.
II. Sözdüzəldici şəkilçi olaraq –er leksik göstəricisi məhsuldar şəkilçilər qrupundandır. Belə ki, bu şəkilçi vasitəsilə ingilis dilində fellərdən əsasən peşə anlayışı bildirən isimlər yaranır. Məsələn: to read (oxumaq)- reader (oxucu), to write (yazmaq)- writer (yazıçı), to sing (mahnı oxumaq)- singer (müğənni), to speak (danışmaq)- speaker (natiq), to translate (tərcümə etmək)- translater (tərcüməçi), to plant (əkmək)- planer (əkinçi), to teach (dərs demək)- teacher (müəllim), to work (işləmək)- worker (işçi, fəhlə), to rule (idarə etmək)–ruler (hökmdar) və s.
Bəzən bu şəkilçi vasitəsilə ümumi isimlər də düzəlir: to sew (tikmək, calamaq)- sewer (kanalizasiya trubası), to rule (xətt çəkmək)–ruler (xətkeş), to rub (pozmaq, silmək)- rubber (pozan) və s.
İngilis dilində qrammatik formaların leksikləşməsi- leksikalizasiyası yolu ilə yaranmış sözlərin təhlili onların hər hansı bir qrammatik kateqoriyanın göstəricilərini qəbul etmiş sözlərdən fərqini aydınlaşdırmaqda, tərcümə zamanı sözlərin dəqiq məna tutumunu müəyyənləşdirməkdə əhəmiyyət daşıyır.
Ədəbiyyat siyahısı
1.Verdiyeva Z., Ağayeva F., Adilov M. «Azərbaycan dilinin semasiologiyası» Bakı- Maarif nəşriyyatı-1979.
2.Смирницкий А. И. Лексикология английского языка. Москва- издательство «Литературы на иностранных языках»-1956.
3.Cəfərov S. A. Azərbaycan dilində söz yaradıcılığı. Bakı-ADU nəşriyyatı-1960.
4.Cəfərov S. A. Müasir Azərbaycan dili. Leksika. Bakı- “Maarif”- 1982.
5.Arnold I. V. The English Word. Moscow-“Vysshaya shkola”-1986.
6.Koбрина H.A., Koрнеева Е.А., Оссовская М.И., Гузеева К.А., Грамматика английского языка С.Петербург- «Союз»- 1999. -496c. (ingilis dilində).
7.Hajiyeva A., Najafli E. Contrastive lexicology. s.63. Bau-“Science and Education”-2010.
8.Abdulrahimova K. A Guide to English Word-Study. Baku-“Science and Education”-2013.
Gasimova S.
The Lexicalization of the Grammatical Suffixes in the
English Language
Summary
This article deals with the lexicalization of the grammatical suffixes in the English language. The author analyses the suffixes such as -ed, -th, -ing, -er and –s, explaines the grammatical and lexical peculiarities of these suffixes on the basis of the materials of the English language.
Касимова С.
Лексикализация грамматических суффиксов в английском языке
Резюме
В этот статье рассматривается лексикализация грамматических суффиксов в английском языке. Автор анализирует суффиксы такой как - ed, -th, - ing, -er и -s, объясняет грамматические и лексические особенности этих суффиксов на основе материалов английского языка.
Çapa tövsiyə edən: Azərbaycan Memarlıq və İnşaat Universiteti
Rəyçilər: filologiya elmləri doktoru İ.Qasımov
filologiya elmləri doktoru R.Eyvazova
Şəhla İbrahimova
Gəncə Dövlət Universiteti.
V.B.BUDAQOVUN TƏDQİQATLARINDA
TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ
Açar sözlər: dilçilik, türkologiya, qrammatika, terminologiya, fonetik, qrafik.
Ключевые слова: лингвистика, тюркология, грамматика, терминология, фонетический, графический.
Key words: linguistics, turkology, grammar, terminology, phonetic, graphic.
Azərbaycan dilinin terminologiyası müasir inkişaf səviyyəsinə çatanadək müxtəlif mərhələlərdən keçmiş, müxtəlif mənbələrdən bəhrələnmişdir. Dilimizin terminoloji sistemləri struktur – genetik, qrammatik, leksik – semantik cəhətdən çox maraqlı xüsusiyyətlərə malikdir. Lakin ədəbi dilimizin inkişaf tarixi ilə sıx bağlı olan terminologiyanın tarixi, onun inkişaf mərhələləri ilə bağlı sanballı tədqiqat əsərləri yazılmışdır. Belə ki, terminologiya və onun problemlərinin məqsədyönlü şəkildə həlli, xüsusən son vaxtlarda Azərbaycan dilçiliyinin tədqiqat obyektinə çevrilmişdir. Hesab etmək olar ki, terminologiya üzrə onun ədəbi dilin zənginləşməsindəki rolu, terminlərin sistemləşdirilməsi hazırda dilçilikdə ən aktual problemlərdəndir.
Ədəbi dil sözləri içərisində alınma terminlərin yeri məsələsi həmişə mübahisələrə səbəb olmuşdur. Alınma terminləri “normalaşmış dil”ə qarşı qoymaq düzgün deyil, çünki elmi dil elə ədəbi dilin funksional üslubudur. Ədəbi dilin normalarına, qaydalarına tabe olan alınma terminlər söz yaradıcılığında xüsusi yer tutur. Terminoloji leksikanın müəyyən bir qismi yalnız müvafiq sahə mütəxəssislərinin leksikonuna aiddir. Belə terminlərin bəzisi müəyyən zamandan sonra, hətta milli ədəbi dilə də keçə bilir. Deməli, termin və qeyri – terminlər arasında kəskin sədd qoymaq olmaz.
Azərbaycan dilinə bir çox dillərdən alınma terminlər keçmişdir. Bura, əsasən, ərəb və fars dillərindən keçən terminləri misal göstərmək olar. Azərbaycan dilində elmi terminlərin yaranması əsasən XIX əsrin ikinci yarısına təsadüf edir. (1. s. 47) XIX əsr Azərbaycan dilində elmi üslub, xüsusən də filoloji terminlər V. Adilov tərəfindən tədqiq edilmişdir. O vaxta qədər Azərbaycan dilində işlənən terminlər əsasən ərəb dilində olmuşdur. Azərbaycan dilində ərəb mənşəli terminləri V. B. Budaqov tədqiq etmişdir.
V.B.Budaqov ərəb dilçilik terminlərinin Azərbaycan dilinə təsiri, terminyaratmada ərəb terminlərinin yeri və rolunu müəyyənləşdirmişdir. O, “Azərbaycan dilində ərəb alınmalarının semantik-struktur xüsusiyyətləri” adlı məqaləsində ərəb və fars dillərindən Azərbaycan ədəbi dilinə keçən terminlərin bir hissəsindən bəhs edərək yazır: “Ərəb və fars dillərindən Azərbaycan ədəbi dilinə keçən sözlər həm yazılı dildə, həm də ümumxalq danışığı dilində işlənmişdir. Forma və mənasını bir neçə dəfə dəyişmiş tək – tək sözləri istisna etməklə, Azərbaycan dilindəki ərəb və fars sözləri vasitəsiz alınmalardır. Yeni qrafik mühitdə fonetik tərkibi unifikasiya olunan ərəb və fars sözləri dilimizin leksik – qrammatik sisteminin qanunlarına uyğunlaşdırılaraq o dərəcədə mənimsənilmişlər ki, Azərbaycan sözlərindən çox vaxt fərqlənmirlər. Onlardan bəzisi sözdüzəldici şəkilçilərlə hazır şəkildə dilimizə keçmiş, əksəriyyəti isə dilimizin sözügedən şəkilçilərini qəbul edirlər. ” (1.. s. 75)
V. B. Budaqov məqaləsində ərəb və fars dillərindən bəhs edərkən, həmçinin onu da qeyd etmişdir ki, XIII əsrdən monqolların Azərbaycana axını sırasında ərəb və fasr dilləri bir – birinə qarışaraq vahid ərəb – fars leksikası əmələ gətirmişdir. V. B. Budaqov Azərbaycan ədəbi dilinə keçən ərəb və fars terminlərini araşdırarkən, əsasən Nəsiminin, Kişvərinin, Xətainin və Fizulinin əsərlərindən bəhrələnmişdir. O, bu əsərlərdə yer alan terminlərin mənalarına müqayisəli şəkildə aydınlıq gətirmişdir; “Lisan – bu söz klassik ədəbiyyatda “dil” mənasında işlənmişdir. Misal üçün; Əgərçi ərəbdə və əcəmdə və türkdə yeganə kamillər çoxdur, əmma sən kimi cəmi lisanə qadir cəmeyi fünuni – nəzmü nəsr yoxdur. (2. s. 43) Bu misal Fizulinin nəsr əsərlərinin birindən gətirilmişdir. O, öz əsərlərində “lisan” sözünü “dil” mənasında işlətmişdir. Bu söz Nəsiminin əsərlərində daha çox rast gəlinir. Belə ki, Fizulinin əsərlərindən fərqli olaraq, “lisan” sözü Nəsiminin əsərlərində “nitq” mənasında və semantik cəhətdən ona yaxın mənalarda işlənmişdir; Çek dilinivü əbsəm ol, mən bu lisanə sığmaz. (2. s. 315)
“Nitq” sözü “lisan” sözünə nisbətən Azərbaycanın qədim yazılı abidələrində daha çox işlənmişdir. Bu onunla əlaqədardır ki, “lisan” sözünün əsl mənası olan “dil” sözü Azərbaycan ədəbi dilində qədim zamanlardan mövcud olmuşdur. Bununla yanaşı fars dilindən keçən “zəban” sözü də “dil” mənasını ifadə edir, lakin bu dövrdə “nitq” sözü ilə eyni mənaya malik olan söz olmamışdır. Misal üçün; Nitq imiş aləmdə mövcud... (3. s. 30)
Azərbaycan ədəbi dilinə keçən “ləhcə” alınma termininin müasir mənası “dil, səs” olduğu halda, qədim Azərbaycan yazılı abidələrində isə “fərdi danışıq” mənasında işlənmişdir; Can təzələnir fəsahətindən, bu ləhceyi – pürməlahətindən. (4. s. 232) Əş`ari lətifü ləhcəsi pak. (4. s. 198) Tünki – şəkər olmasaydı dürci – dəhənin, olmazdı çıxan ləhceyi – gövtar ləziz. (2. s. 391)
Həmin dövrdə Azərbaycan ədəbi dilinə “ləhcə” sözü ilə yanaşı, həm də fars dilindən “danışıq” mənasını ifadə edən “gövhər” sözü keçmişdir.” (1. s. 76)
Ərəb alınmaları VIII əsrdə ərəblərin Qafqazı işğal etdikləri dövrdən başlayaraq, Azərbaycan dilinə keçən sözlərdir. Bununla yanaşı, fars dilinin də orta əsrlərdə mövqeyi çox güclü olmuşdur. XIII – XIV əsrlərdən başlayaraq, Orta Asiyada və Qafqazda ərəb dili sıxışdırılmış və bunun yerini fars dili tutmağa başlamışdır. V. B. Budaqov məqaləsində həmin əsrdə yazıb – yaradan yazıçıların əsərlərində istifadə olunan ərəb və fars sözlərini qeyd edərək, onların mənalarını yazmışdır: “ “Üslub” sözü “ləhcə” sözünün klassik mənasını ifadə etmişdir. Lakin “ləhcə” sözünün mənasından fərqli olaraq, “üslub” sözü daha dəqiq mənaya malik olmuşdu. Fizulinin əsərlərində bu söz “xüsusi bir şəxsə aid, kiminsə şəxsi fikri” mənasında işlənmişdir. Misal üçün; Fikr eylə və gör nədir bu üslub, Nə sənlədir bu vəz`i – mənsub ? (4. s. 22)
“Nöqtə” sözünə qədim Azərbaycan yazılı abidələrində rast gəlinmir. Bu sözə sadəcə “Kitabi – Dədə Qorqud” dun Vatikandakı (XVI əsrə aid) nüsxəsində rast gəlinir. Bu sözə Azərbaycan qədim yazılı mənbələrinin bir neçəsində rast gəlinir; Xal ilə əkbərmi saçın dal ilə nüqtədir, vəli, kim deyə zal əgər bənin nüqtəsi dala düşməyə. (3. s. 50) Gah bir nöqtə ilə məhəbbəti möhnət göstərər... (2. s. 46)
Bəzi hallarda isə “nöqtə” sözü “məna, anlayış” mənasında işlənir; Ey Nəsimi, gör nəhayət bildin isə nöqtə sən... (3. s. 403) Qulluğuna ərz qılsam nöqtə - nöqtə, mubəlid. (5. s. 89)
V. B. Budaqov öz məqaləsində dilimizə keçən bu sözlərlə yanaşı, həmçinin alınma dilçilik terminlərinə də aydınlıq gətirmişdir. O, “isim”, “fel”, “xitab” və s. kimi alınma terminlərin mənasını belə izah etmişdir: “İsim” sözü Nəsiminin dövründən başlayaraq, bütün Azərbaycan dilli yazılı abidlələrin hamısında “ad” mənasında işlənmişdir. Lakin bu söz həmin dövrlərdə termin kimi yox, ümumi söz kimi işlənmişdir; Nə sürətdir ki, oxurlar bu ismi eyni – zat addan. (3. s. 188) Bu ismi zikr edən bil kim, yanılmadı cavabından. (3. s. 183) Xəbər ver gəl, nə yüzdən oxunur ismin sənin? (6. s. 55)
Ancaq Nəsiminin bəzi qəzəlllərində “isim” sözünün termin kimi işlənməsinə rast gəlinir; Çünki zərqin ola ismü feli zərq, Aləmi bil, qüvvədən algil səbəq. (3. S. 625)
“Fel” sözü də “isim” sözü kimi, Azərbaycan ədəbi dilində termin kimi deyil, ümumişlək söz kimi işlənmişdir. Bu sözə həmin dövr yazılarında “iş” mənasında rast gəlinir; Qövli sadiq ola, hər feli həlal. (7. s. 38)
“Fəaliyyətdə olan” mənasında olan “fəil” sözü “fel” sözündən əmələ gəlmiş, cümlədə “mütləq” epitetilə bərabər işlənərək, dini məna daşıyan “yaradan” mənasında işlənmişdir; Faili – mütləqəm mən, həqləyəmü mən. (3. s. 397) Faili – mütləq – dürür hər şeydə məful ol rəhim. (3. s. 403)
Dilimizə keçən daha bir söz “xitab” sözü, qədim Aəzrbaycan yazılı mənbələrində ərəb dilindən keçən termin kimi yox, daha çox kiməsə müraciət mənasında yayılmışdır. “Xitab” sözü özü “müraciət, sual” mənasnda işlənir; Kim Leyliyə qılsa bir xitab, Qeys idi ona verən cavabı. (4. s. 57)
Beləliklə, V. B. Budaqov məqaləsində Azərbaycan dilinə keçən sözlərin müəyyən bir qisminə aydınlıq gətirmişdir. Onun məqaləsindən belə aydın olur ki, müasir Azərbaycan ədəbi dilində işlənilən ərəb və fars dillərindən keçmə terminlər qədim Azərbaycan yazılı mənbələrində termin kimi yox, ümumişlək sözlər kimi işlənmişdir. Zaman keçdikdə bu sözlər dilçilik terminlərə çevrilmişdir.
Dostları ilə paylaş: |