Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


İmamın İslamı qürbətdən çıxarmaq məharəti



Yüklə 0,68 Mb.
səhifə17/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

İmamın İslamı qürbətdən çıxarmaq məharəti


Bizim böyük imamımızın böyük məharəti və əvəzsiz xidməti İslamı qürbətdən çıxarmasıdır. Müsəlmanlar hətta öz evlərində və şəhərlərində də qərib idilər. İslam hətta öz vətənində də qərib idi. İslam düşmənləri ateizm mədəniyyəti, fəsad və tağut rejimləri ilə özləri haqda düşünmək imkanını da müsəlmanlardan almışdılar. Belə bir şəraitdə bizim böyük imamımız – peyğəmbərlərin varisi və Allahın bu dövrdəki qüdrətli əli bu İslamın simasından qürbət tozunu silib-təmizlədi.

İmam Xomeyninin vəfatının ikinci ildönümü mərasimində iştirak edən xarici qonaqlarla görüşdəki çıxışdan: 1991.



Əsarət mədəniyyəti ilə xilas mədəniyyətinin qarşıdurması

İslam hərəkəti və İslam inqilabı cahil dəyərlərə və tağut quruluşlarına qarşı üsyandan ibarətdir. Onlar bəşəri zəncirləmiş, zülmə, fəsada, təbəqələrarası ayrıseçkiliyə, irqi diskriminasiyaya, ümumi pozğunluğa, kütlələrin məzlumluğuna və xalqların digər bədbəxtliklərinə bais olmuş, hər şeyi pul və güc sahiblərinin daha çox sərvət qazanmasına, daha uzun hakimiyyətinə qurban vermişdilər. Deməli, düzgün İslam hərəkəti iki dəyər sistemi arasında qarşıdurma və iki mədəniyyət arasında mübarizə deməkdir: bəşəri buxovlamaq mədəniyyəti və bəşərin xilası mədəniyyəti. Buna görə hər bir İslam təşkilatı özünü dünyanın bütün güclərinə qarşı müqavimətə hazırlamalı və gecikməməlidir.

Hörmətli Allah evinin ziyarətçilərinə müraciətdən: 1991.

Geriliyin və cəhalətin tağut hakimiyyətinin nəticəsi olması

Tağut dövrünün acı nəticələri hansılardır? Birinci növbədə ölkəmizin bir çox bölgələrində olan yoxsulluq, gerilik və cəhalətdir. Bu istedadlı və ağıllı xalq, bu yararlı və hər cəhətdən zəngin torpaq, bu İslam təlimləri - bunların hamısı bu gün İranın ən inkişaf etmiş ölkələrdən və onun xalqının ən sərvətli xalqlardan olmasına səbəb olmalı idi, amma görürük ki, belə olmamışdır.

Hansı amil bais oldu ki, bu istedadlı xalq uzun illər, bəlkə də bir-iki əsr, yaxud daha çox müddət ərzində elm və bilik karvanından bu qədər geri qalsın? Şübhəsiz, bu xalqa xəyanətkar əllərin hökmranlığı və bu illər ərzində zalım, avtoritar və yaxıngörən şahlar bu ölkənin başına bu bəlaları gətirdilər və beləliklə abadlıq işi dayandı. Əgər bir ölkədə İslam qanunları icra olunsa və İslam hökuməti qurulsa, xalqın yolundakı bu maneələr götürülər. İranda İslam inqilabı bu böyük hünəri və bu möcüzəni göstərməlidir.

Quruculuq Cihadı Naziri, nazirliyin məsul işçiləri, əməkdaşları, Gilan və Zəncan vilayətlərinin şəhid ailələri, əşirətləri və zəlzələdən zərər çəkənlərlə görüşdəki çıxışdan: 1991.



İnqilabın məqsədi: dəyərlərin dəyişməsi

İnqilab kimlərinsə işdən çıxıb, kimlərinsə işə girməsi üçün deyil. İnqilab cəmiyyətdə dəyərlərin dəyişməsi üçün, insanın dəyər-qiymətinin Allah bəndəliyinə görə olması, insanın Allaha bəndə olması, Allah üçün işləməsi, Allahdan qorxması, Allahdan qeyrisindən qorxmaması, Allahdan istəməsi, Allah yolunda çalışıb-işləməsi, Allahın əlamətləri haqda fikirləşməsi, dünyanı düzgün tanıması, dünyanın və bəşəriyyətin fəsadlarının islahına çalışması və özündən başlaması üçündür. Bizim hamımız özümüzdən başlamalıyıq.

Tehranın cümə namazı xütbələrindən: 1991.

İslamın və ruhanilərin müstəmləkə hücumuna mane olması

İslam ölkələrində gənc nəsli korlamaq üçün hərtərəfli proqramın icrasına başlandı. Bilirsiniz ki, müstəmləkəçilik dövrü, yəni Qərb ölkələrinin Asiya və Afrika ölkələrinə soxulması təxminən iki yüz il qabaqdan başlandı. Onlar bilirdilər ki, bu vəziyyət davam etməyəcək və gənclər yetkinləşib mədəniyyətli və iradəli olsalar, əcnəbilərin və soyğunçuların boğazından su keçməyə qoymayacaqlar. Buna görə də gənc nəsli korlamaq üçün proqram hazırladılar.

Siz bəlkə bəzi kitablarda, yaxud məqalələrdə oxumusunuz ki, Latın Amerikası və ya Şərqi Asiya ölkələrinin bəzisində gənc nəsil müxtəlif fəsadlara, narkotikaya, spirtli içkilərə və cinsi pozğunluğa qərq olub. Orada vəziyyət əvvəldən elə olmayıb. Bu, yürüdülən siyasətin nəticəsidir. Təəssüf ki, zalım şah dövründə biz də bu məsələdən kənarda qalmadıq. Bu ölkədə də xəyanətkar və rəzil Pəhləvi ailəsi və onların alətləri vasitəsilə bacardıqları qədər bu siyasəti icra etdilər.

Əlbəttə, İslam ölkələrində İslam adlanan bir xüsusiyyət vardır. Bizim ölkəmizdə isə bundan əlavə, həm də xalq ruhaniliyi vardı. Bilirsiniz ki, digər İslam ölkələrində İrandakı kimi olmayıb, hələ də belə deyil. İslam və İslam təbliğatı o böyük dalğanın qarşısında dayandı. İnqilab şüarları və Böyük İmamın kəskin hərəkəti düşmənin işini çətinləşdirdi. Bu ölkəyə hakim olan həmin fəsad dalğasının qızğın yerində iman əlamətləri və dinə boyun əymək həvəsi yenə də əvvəlcə gənclərin arasında özünü göstərdi.

Mən orta səviyyəli elə atalar və analar tanıyırdım ki, öz gənclərinin dini duyğuları ilə ayaqlaşa bilmirdilər. Hətta bəzən gənclərindən müşahidə olunan dini duyğulardan, bəndəçilikdən, zahidlikdən, dünyaya, yeməyə və rifaha olan etinasızlıq hissindən bizə şikayət edirdilər. O ata-analar yanlış tərbiyələr əsasında yetişmişdilər, müsəlman idilər, amma onlarda İslam imanının coşqusu yox idi. Onların övladı inqilabın tərbiyəsinin təsiri altına düşmüşdü. Bundan irəli gələrək gənclər ailələrini öz arxalarınca çəkirdilər. Bunun nəticəsində, imamın rəhbərliyi, xalqın çox böyük əksəriyyətinin dəstəyi və gənclərin canfəşanlığı ilə əzəmətli xalq qiyamı və dünyada bənzərsiz olan o hərəkət, yəni bizim İslam inqilabımız qələbə çaldı. Bu bir fəth idi. Həm hegemonluqla mübarizə meydanının fəthi idi, həm də ondan üstünü, gənclərin qəlbinin fəthi idi. Bunu İslam, inqilab və imam etdi. Bu, ən böyük zəfər idi. İmamın ən böyük işi gəncləri belə yetişdirməsi idi.

13 Aban - Hegemonluğa qarşı Milli Mübarizə Günü münasibəti ilə tələbə və şagirdlərlə görüşdəki çıxışdan: 1991.



İslama qayıdış - yeganə qurtuluş yolu

İslam xalqları İslama qayıtmalıdırlar. Əlbəttə, darvazalar açılmışdır. Ötən əsr – yəni hicri tarixi ilə on üçüncü əsr İslam carçılarının fəryad əsri idi. Əsrin əvvəllərində İslamın böyük təqlid müctəhidi olan Mirzə Şirazi İngiltərə kompaniyasına qarşı özünün qətiyyətli fətvasını verib, bir xalqı hərəkətə gətirdi. Bu müddətdə İranda Məşrutə hadisəsi, Hindistanda İslam hərəkatı, İslam dünyasının qərbində - Orta Şərqdə və Şimali Afrika bölgəsində İslam oyanışı baş verdi, böyük şəxsiyyətlər, seyid cəmaləddinlər və digərləri uyğun çıxışlar etdilər. Həmin əsr təxminən fəryad və mübarizələr əsri, sonrakı əsr isə təcrübə əsri oldu. Bizim yaşadığımız indiki əsr təcrübə əsridir. Hicrətin on dördüncü əsri fəryad, oyatmaq və elan əsri idi. Bu on beşinci əsr isə əvvəldən və başlanığıcdan təcrübə və iş əsri olmuşdur.

Bu gün müsəlman xalqların təcrübə qazandığını və işlədiyini görürük. Bir nümunəsi İslam Respubilkası idi. Bu birinci nümunədir. Birinci nümunə olduğumuza görə biz çoxlu problemlərlə üzləşdik. Müsəlmanlar bu nümunədə təcrübə toplamalıdırlar. Bu gün öz ölkələrində İslam hərəkatını reallaşdırmaq istəyən xalqlar İran xalqından daha kompleks bir iş görə bilərlər; əgər Allah kömək etsə və onlar iradə göstərsələr.

Müsəlmanların İslama qayıtmaqdan, İslam hakimiyyəti qurmaqdan, İslamı həyata keçirməkdən və icra etməkdən başqa yolları yoxdur. İslamın köhnə və ədavətli düşmənlərinə əsla bel bağlamaq olmaz. Onların dözməsini də gözləmək olmaz. Siz görün İslam İnqilabının qələbəsindən ötən bu on üç ildə İran xalqına nə etdilər, nə dedilər, nə yazdılar, onunla necə rəftar etdilər. Bunlar müsəlman xalqlar üçün təcrübədir.

Mübarək Məbəs bayramında İslam Respublikası quruluşunun məsul işçiləri və Şəfəq ongünlüyü mərasimində iştirak edən xarici qonaqlarla görüşdəki çıxışdan: 1992.

İslama sarılmaq - qələbənin yeganə yolu

Bir əsr fəryad çəkmək İslam dünyasında öz bəhrəsini verməkdə, İslam inqilabının qələbəsi və bu fədakar xalqın uğurlu təcrübəsi öz nəticə və təsirlərini göstərməkdədir. Xalqlar İslama sarı yönəlirlər və bütün əngəllərə rəğmən, sonda qələbə çalacaqlar. Allaha şükür olsun ki, biz İslamın təcrübəsini şərəf və izzətlə daşıyırıq. Biz bunu anlamışıq ki, İslama sarıldığımız təqdirdə bu möhkəm ilahi kəndir hər zaman bizə kömək edəcək: "Kim tağutu (şeytanı, bütləri və ya zalım hakimləri) inkar edib Allaha iman gətirsə, o, artıq qırılmaq bilməyən ən möhkəm bir kəndirdən (dəstəkdən) yapışmış olur"1. Allahın bu möhkəm kəndiri heç zaman qırılmır. Biz əllərimizi bərkitməli və bu ilahi kəndirdən möhkəm tutmalıyıq.

Mübarək Məbəs bayramında İslam Respublikası quruluşunun məsul işçiləri və Şəfəq ongünlüyü mərasimində iştirak edən xarici qonaqlarla görüşdəki çıxışdan: 1992.

Uğurun şərtləri: iman və mübarizə

Dünya və tarix zalım güclərin məhvinə və dəyərlərin inkişafına doğru gedir. Təbii ki, bunun şərti çalışmaq və mübarizə aparmaqdır. Mübarizə aparmadan heç bir şey əldə olunmaz: "Mömin olub axirəti istəyən və onun uğrunda çalışanlar..."1 Şərti bunlardır. Müsəlmanlar çalışmalı, mömin olmalıdırlar ki, Allah-Taala rəhmət qapılarını onların üzünə açsın. Bu, İran xalqının, mömin gənclərin, İslamdan ötrü bu günə qədər ixlasla mübarizə aparan xalqın yoludur. Allah-Taala bizə və bütün müsəlman xalqlara əl tutacaq, bizi hidayət, bizə kömək edəcək və inşallah dövrün imamının müqəddəs qəlbi bizdən razı olacaq.

Mübarək Məbəs bayramında İslam Respublikası quruluşunun məsul işçiləri və Şəfəq ongünlüyü mərasimində iştirak edən xarici qonaqlarla görüşdəki çıxışdan: 1992.

Xalqın önündə olan uzun yol

Biz yolun əvvəlindəyik. Bizim İslam cəmiyyətinə dair təsəvvürümüz indiki vəziyyətimizlə çox fərqlidir. Biz İslam dövləti, İslam cəmiyyəti və İslam dünyasına sarı hərəkət yolundan maneəni götürə bildik. Allaha deyə bilərik ki, biz çalışdıq, bizim xalqımız sədaqətlə hərəkət etdi, imamımız yaxşı rəhbərlik etdi. Lakin bu qaranlıq cahiliyyət əsnasında getdiyimiz yol sonradan getməli olduğumuza nisbətən şübhəsiz ki, çox azdır.

Şəfəq ongünlüyü mərasimində iştirak edən xarici qonaqlarla səmimi söhbətdən: 1992.

Mənəvi dəyişiklik - hərəkətin ilk addımı

Bizim önümüzdə olan ilk və ən mühüm iş insanların mənəvi və ruhi dəyişikliyidir. Biz uzun müddət qeyri-dini tərbiyələrdən təsirlənmişik. Şübhəsiz ki, inqilabın və müharibə dövrünün əzəmətli həyəcanı möcüzə idi, amma bu məsələ dərinləşənə və ruhları dəyişdirənə qədər çox iş görmək lazımdır.

Şəfəq ongünlüyü mərasimində iştirak edən xarici qonaqlarla səmimi söhbətdən: 1992.

Qurtuluş intizarı - hərəkətin amalı və məqsədi

İmam Mehdi (ə) yer üzündə ilahi ədalət simvoludur. Məhz buna görə bütün bəşəriyyət hansısa formada o həzrətin gəlişini gözləyir. Müsəlmanlar bu böyük intizarı konkret şəkildə məlum və müəyyən etmişlər. Şiələrin bu libasın biçildiyi şəxsə dair isə aydın və bəlli məlumatları var. Bu baxımdan İmam Mehdi (ə) mövzusu nə şiəyə və nə də hətta müsəlmanlara məxsusdur. Bu intizar bütün təbəqələrin və bütün xalqların qəlbində var. Hər bir Adəm övladının qəlbində bu ümid var ki, bəşər tarixi qurtuluşa doğru hərəkət edir. Bu ümid qollara qüvvə verir, ürəkləri işıqlandırır və hər bir ədalət hərəkətinin bu dünyanın və bəşər tarixinin qanunu və təbii gedişi istiqamətində olmasını göstərir. Məhz buna görə bizim xalqımız inqilabın qələbəsindən öncə mübarizə apardığı zaman bəşəriyyətin amalına doğru inkişaf istiqamətində hərəkət etdiyini hiss edirdi. İnqilabın qələbəsindən sonra da İran xalqı hiss edir ki, hər bir hərəkət və işimiz, apardığımız hər bir mübarizə, çəkdiyimiz hər bir əziyyət bütün insanlar və bütün inanclılar arasında müştərək məqsəd istiqamətindədir. Məqsəd ədalətin bərpasıdır. İslam bu ədaləti təmin edir.

Şəban ayının on beşində Şəfəq ongünlüyünün xarici qonaqları və xalqın müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 1993.


İnqilabın qələbəsinn dünya mübarizlərinə təsiri

İranda İslam inqilabının qələbəsi xalqlarda və dünyanın müsəlman mübarizlərində ümid yaratdı, ölü qəlbləri canlandırdı, İslamın və ümumiyyətlə dinin əleyhinə aparılan təbliğat və fəaliyyətlərin dünyanın mübariz xalqlarına təsirini silib məhv etdi. Buna görə İslam inqilabının qələbəsindən sonra dünyanın dörd bir tərəfində inqilab hərəkatları baş qaldırdı, yaxud gücləndi. İslam inqilabının qələbəsindən öncə bir xalqın gəncləri və qeyrətli insanları öz regionlarında hakim olan və o xalqa zülm edən rejim əleyhinə mübarizə aparmaq istəyəndə solçu təfəkkürlərə üz tutur, solçulardan ilham alır, onlardan broşür, yazı və proqram götürürdülər. Dünyanın harasında zülm əleyhinə hərəkat və ya mübarizə vardısa, onda bir solçu rəng vardı, yaxud ona bu rəngi verməyə çalışırdılar. Belə güman olunurdu ki, marksizm məktəbi kimi bir təfəkkürə, yaxud ideologiyaya bağlı olmadan mübarizə aparmaq, onu idarə edib qələbəyə nail olmaq mümkün deyil. Lakin İslam inqilabı qələbə çalandan sonra dünyanın harasında bir inqilabçı, yaxud zülmə qarşı qeyrət hərəkatı başladısa, din rəngi götürdü. İslam ölkələrində belə hərəkatlar İslam rəngi götürdü, qeyri-müsəlman ölkələrində də başqa bir məzhəbə təmayül göstərdi, hətta marksist təmayüllü bəzi hərəkatlar da İran İslam İnqilabının qələbəsindən sonra nəinki təmamilə marksist təmayüldən uzaqlaşdı, hətta onda dindar təmayüllər də meydana çıxdı və yaxud ona dini bir qüvvə qoşuldu. Bütün bunlar İslam inqilabının qələbəsinin nəticəsi idi.

İran İslam İnqilabı qələbə çalandan sonra bir tərəfdən dünya mübarizlərinə ümid verib zülm və haqsızlıqla mübarizə aparmaq istəyən qeyrətli insanları həvəsləndirdi və digər tərəfdən müsəlman xalqlara İslam kimliyini qaytardı. Bunda heç bir şübhə yoxdur. Bu, İslam inqilabının bütün dünyaya buraxdığı müsbət təsir idi. Lakin bu təsirlə eyni zamanda dünyada başqa bir təsir də yarandı və o, İslam cəbhəsinin düşmənlərinin oyanması və təcrübə toplamasıdır. Düşmən kimdir? Antiislam cəbhəsidir, hegemonluqdur, dünyaya hakim güclərdir. Bir gün hegemonluğun timsalı Amerika və SSRİ idi. Bu gün isə SSRİ yoxdur və hegemonluğun başında Amerika durur. Mürtəce, antidemokratik hökumətlər, təcavüzkar qüvvələr, zəif xalqları özlərinə tabe etmək istəyən və dünyanı özlərinki hesab edən güclər də hegemon cəbhəyə ad yazdırmışlar. İslam və İslam inqilabı bunlarla qarşı-qarşıya dayanmışdır. Bunlar İslam inqilabından sonra təcrübə topladılar. İslam inqilabı baş verəndə hegemonluğun əzəmətli İslam hərəkətlərinə dair heç bir təcrübəsi yox idi. Keçmişdə qeyri-mütəşəkkil hərəkətlər baş vermişdi, amma bu inqilab və mübarizə hegemonluğun çaş-baş qaldığı bir hadisə və möhtəşəm hərəkət oldu.

Şəban ayının on beşində Şəfəq ongünlüyünün xarici qonaqları və xalqın müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 1993.



Qurtuluş intizarının qorxuya mane olması

İran xalqı dinin, sayıqlığın və birliyin sayəsində bu günə qədər bütün maneələri keçə bilmişdir. Ehtiyatlı olun və bu sayıqlığı qoruyun. Etiqaddan və dini inancdan irəli gələn bu sayıqlıq bizi bəzi məsələlərə, o cümlədən söz birliyinə yönəldir. Bütün vücudunuz və var-gücünüzlə bu sayıqlığı qorumalısınız. Bizim düşmənlərimiz bilsinlər ki, İran xalqı din təlimləri sayəsində bu vaxta qədər düşmən təhdidindən qorxmadığı kimi, bu gün də onların təhdid və zorakılığından qorxmur. Böyük güclər dünyanı zülm içində boğmaq istəyirlər. Dilləri ilə söyləməsələr də, əməlləri bunu göstərir. Onlar öz maraqlarını təmin etmək üçün ayrılarına zülm edirlər. Biz zülm və quldurluğa müxalifik. Biz ədalətin bərqərar olunması üçün qiyam etmiş, çalışmışıq və bu xalq yenə də həmin yolda çalışacaq. Ədalət uğrunda hərəkət qələbə çalacaq. Bunda şübhə yoxdur. Dünya ədalətə doğru gedir. Dövrün imamının və qurtuluşun intizarının mənası da budur. Qurtuluş intizarının mənası budur ki, bəşəriyyətin taleyində böyük bir qurtuluş var və biz ona doğru gedirik. Nədən qorxaq? Nə üçün qorxaq? Nə üçün öz əminliyimizi əldən verək? İslamın göstərişləri bizə yol göstərən çıraqdır. Bizim əlimizdə İslamın dəyərli irsi vardır. İmamın İslamdan əxz etdiyi sözlərinin məcmusu bizə yol göstərən dəyərli irs və böyük sərvətdir.

Şəban ayının on beşində Şəfəq ongünlüyünün xarici qonaqları və xalqın müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 1993.

Dindarlığın və ruhaniliyin qələbə amili olması

Bu unudulmaz gün (19 dey) bu il Zeynəb-Kübranın (ə) vəfatına təsadüf edir. Bir neçə cəhətdən bu günə diqqət yetirmək lazımdır. Biri budur ki, müasir tarixdə belə bir gün həqiqətən inqilab tarixinin mühüm dövrünün başlanğıcıdır. Ruhani və qeyri-ruhanilərdən, gənclərdən və digər təbəqələrdən ibarət qumlular qanlı inqilab səhnəsinə qədəm qoydular və qanlı mübarizəyə başladılar. Bu, kiçik məsələ deyil. İnqilabı qələbəyə çatdıran bu proses idi. İkinci cəhət budur ki, Qum şəhəri həqiqətən qiyam yeri, xalqın inqilab fəryadının mərkəzi olmuşdur və həmişə belə qalmalıdır. Bu şəhər həm elm hövzəsinə, həm də fəal gənclərinə, fədakar və inqilabçı xalqına görə əsas mərkəzdir.

Həm 1962-ci ilin hərəkatında, həm bu dövrdə mübarizə Qumdan başlandı. Bu da başqa bir cəhətdir. Lakin daha diqqətəlayiq cəhət inqilabın dinlə, İslam təlimləri ilə, İslam ruhaniliyi ilə və din elmlərinin mərkəzi ilə bağlılıq cəhətidir. Mən bu gün bu mühüm məsələ barədə bir qədər danışacağam. Əgər bizim inqilabımız bir din inqilabı olmasaydı və onun başında din alimləri durmasaydılar, qələbə çalmazdı. Bu ölkədə müxtəlif qiyamlar baş vermişdir. Onların hansı biri dinlə və din alimləri ilə əlaqədar olmamışsa, nəticəsiz qalmışdır. Bu inqilab da dinlə və din alimləri ilə bağlı olmasaydı, qələbədən sonra məğlub olardı, düşmənlər ona üstün gələrdilər. Siz gördünüz ki, inqilabın qələbəsindən sonra ölkənin hər hansı bir yerində düşmən tərəfindən bir iş görüldüsə, əzəmətli rəhbərin, imamımızın və öndərimizin əmri, ruhaniliyin nüfuzu və dinin bayrağı ilə xalq tez meydana atılıb fitnəni yatırtdı. Hətta bu problem səkkizillik bir müharibə həddində olduqda da onu həqiqətən xalq həll etdi. Əgər xalq bu müharibədə iştirak edib müqəddəs müdafiəni dəstəkləməsəydi, belə uğur və qələbə ilə bitməzdi. Deməli, inqilab dini inqilab olduğundan və onun başında din alimləri durduğundan düşmən qələbədən sonra də onu məğlub edə bilmədi.

Başqa bir məqam budur ki, inqilab dini inqilab olduğundan və onda din alimlərinin rəhbərliyi mühüm rol ifa etdiyindən yolundan yayınmadı. Əgər belə olmasaydı, düşmən və başqa bir hadisə onu məğlub edə bilməsəydi də, nəhayət daxildən yolunu dəyişər, məsələn böyük güclərlə razılaşardı; onunla-bununla razılaşar, daxildən çürüyər və şüarlarını əldən verərdi. İslam inqilabı üçün belə problemlərin qarşıya çıxmasına nə mane oldu? Şübhəsiz ki, inqilabın dini inqilab olması, din alimlərinin rəhbərliyi və dini öndərlik inqilabı öz düzgün yolundan yayınmağa qoymadı. Başqa ölkələrdə də inqilablar olmuş və getdikcə yoldan yayınmışdılar.

Bundan öncə bizim öz ölkəmizdə Məşrutə inqilabı baş verdi, amma qələbədən sonra din alimlərini kənarlaşdırdıqda yoldan yayındı və elə bir həddə çatdı ki, bütün Məşrutə amallarının ziddi olan quldur Rza xan hakimiyyət başına gəldi. Əgər bizim İslam inqilabımız dini rəhbərlik altında olmasaydı, Məşrutə inqilabının taleyini yaşayardı. Əvvəla bu hərəkatın başlanması və qələbəsi, ikincisi İslam Respublikasının yaşaması və süquta uğramaması və üçüncüsü, İslam Respublikasının düzgün hərəkət etməsi və yoldan yayınmaması dinin və dini rəhbərliyin sayəsində mümkün oldu. Hər bir ağıllı insan buna diqqət yetirdikdə arxasınca başqa bir məsələni də dərk edər. O budur ki, İslam inqilabının istər xaricdə, istər daxildə olan düşmənləri dini və dini rəhbərliyi bu inqilabdan almağa çalışmalıdırlar. Bu qəti bir məsələdir. Əgər bacarıqlı bir gənc bir qalanı fədakarcasına müdafiə edirsə, o qalanın düşməni həmin gənci məhv etməkdən başqa bir şey düşünməz.

Düşmən həmişə qarşı tərəfin müdafiəçi qüvvəsini vurub məhv etməyə çalışır. Bu inqilabı müdafiə edən və inkişaf etdirən qüvvə din və dini rəhbərlik elementi olduğundan düşmən bunu məhv etməyə çalışır. Siz görün qələbədən sonra inqilabın dini rəhbərliyi əleyhinə nə qədər danışdılar. Bu sözlər yalnız imamdan sonrakı dövrə aid deyil. Elə bilməyin ki, dini rəhbərliyə qarşı çıxmaq imamın vəfatından sonra peyda oldu. Əsla belə deyil. İnqilabın qələbəsindən başlayaraq bu inqilab tərəfindən ziyan görən bütün şəxslər onun dini rəhbərliyinə və idarəsinə müxalif olmuşlar. Nə üçün? İnqilabı məhv etməkdən ötrü. Düşmən bu hədəfi nişan almışdır və indi də alır.

Qum əhalisinin müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 1993.

13 Abanda baş verən taleyüklü hadisələr

Qəribə şəkildə bir-birinə bağlı olan üç tarixi hadisənin qovuşması baxımından 13 aban günü bizim tariximizdə mühüm bir gündür. Bu gün böyük və qlobal bir dərddən, bəşər dünyasına hakim olan və çoxlu xalqların əziyyət çəkdiyi həlakedici bir siyasi xəstəlikdən danışmaq üçün münasib fürsətdir. Təsadüfən bu üç hadisə də həmin əsaslı məsələ ilə əlaqədardır.

Birinci hadisə imamın sürgün edilməsidir. Bir xalq zalım hakimiyyət altında əl-ayaq çalırdı, xalqın böyük bir qismi qəzəb və narahatlıq içində idi. Xalqın hisslərini yönəldib onların düşüncələrinə istiqamət verə bilən, onların dərdini söyləyən və bu yolun təhlükələrindən qorxmayan şəxs isə yalnız bizim böyük imamımız idi. Onu belə bir gündə gecəyarısı öz evindən oğurlayıb bu xalqın arasından əvvəlcə həbsxanaya və sonra sürgünə apardılar. Onların məqsədi bu idi ki, xalqın qəzəbini yönəldə bilməsin və mübarizə baş tutmasın. Amma onların gözlədiyinin əksinə olaraq, imam öz rəhbərliyini sürgündə də davam etdirdi, rejimi ifşa edib həqiqətləri söyləməkdən və xalqı yönəltməkdən əl çəkmədi. Bu xalq, xüsusən də gənclər on beş il davam edən ümumi bir mübarizəyə qoşuldular. Bu mübarizənin davamında belə bir gündə həmin zalım, asılı, fəsadlı və çirkin siyasətlərin təsiri altında olan rejim növbəti cinayəti törədib şagirdləri şəhid etdi. Amma nəhayət, haqq qələbə çaldı. İran xalqının haqlı mübarizəsi qalib gəldi, həmin zalım və azğın rejim devrildi, Amerika ölkəmizdən getməyə məcbur oldu. Yenə belə bir gündə bir qrup müsəlman gəncin və tələbənin müqəddəs və haqsevər qəzəbi üçüncü hadisəyə - yəni casus yuvasının ələ keçirilməsinə səbəb oldu.

13 Aban günü münasibəti ilə şagird, tələbə, müəllim və feldşerlərlə görüşdəki çıxışdan: 1992.



Başucalığı və müstəqilliyin gənclərin mənəvi islahından asılı olması

Bizim müsəlman gənclərimiz və mömin uşaqlarımız bu inqilabda böyük rol oynadılar. Bu gün həmin tələbələrin bir qrupunun qana boyanmasının ildönümüdür. Mənfur Pəhləvi rejimi mömin və inqilabçı şagirdlərə də müxalif idi, onları tələf etmək, fəsada uğratmaq, mümkün olmadıqda isə öldürmək istəyirdi. Bu gün xoşbəxtlikdən hegemonluğun və beynəlxalq istibdadın bizim əziz şagirdlərimizə fiziki ziyan vurmağa gücü yetmir. Allaha şükür olsun ki, İslam Respublikası kimi uca bir sədd qüdrətlə düşmən təcavüzünün önünü kəsmişdir. Lakin onlar mənəvi baxımdan tələf etmək və fəsada çəkmək üçün işlər görə bilirlər. Ehtiyatlı olmaq lazımdır. Bu sizin üzərinizə düşən vəzifədir. Böyük İmam bizim aramızda bir neçə gün yaşadı. Həmişə belədir, insan əbədi deyil. İnsan özünün bu bir neçə günlük qısa ömründə öz vəzifəsini yerinə yetirməlidir. İmam getdi, bizim hamımız da gedəsiyik, amma bu inqilab qalasadır, bu ölkə qalasıdır, bizim başucalığımız və müstəqilliyimiz inşallah qalasıdır. Bu siz gənclərin köməyi və mənəvi islahı ilə mümkündür. Özünüzü islah edin.

13 Aban günü münasibəti ilə şagird, tələbə, müəllim və feldşerlərlə görüşdəki çıxışdan: 1992.

Mühüm və daha mühüm vəzifəni təyin etməyin əhəmiyyəti

Bir gün bizim bu ölkəmizdə müstəmləkə əleyhinə, diktatura əleyhinə, küfr və tağut rejimi əleyhinə mübarizə məsələsi aktual idi. Lakin bəziləri bu vəzifəni başa düşmür və digər işlərdən yapışırdılar; kiminsə tədrisi vardısa, kitab yazırdısa, kiçik bit təbliğat dairəsi vardısa, dini işlərdə xalqın məhdud bir çevrəsinin hidayətini üzərinə götürmüşdüsə, düşünürdü ki, mübarizəyə qoşulsa, həmin işlər tətil ediləcək; bu işlərdən ötrü o qədər əzəmətli və əhəmiyyətli mübarizəni tərk edirdi; yəni lazım, əhəmiyyətli və daha əhəmiyyətli olanı tanımaqda səhvə yol verirdi.

Din alimləri və ruhanilərlə görüşdəki çıxışdan: 1992.
İmamın xəttinin on bir xüsusiyyəti

Mən imamın xətti adlandırdığımız və onun səmərəli həyatının on ilində İslam Respublikası quruluşunun hərəkətinin səciyyəsi olmuş bu xəttin və bu istiqamətin xüsusiyyətləri haqda başlıqları deyirəm. İmamın xətti - ümmət imamının hökumət yolu və üslubu, yəni İslam Respublikası quruluşunu izah edən məsələlərdir. İslam Respublikası müxtəlif xətlərlə reallaşa bilər. Bu xətləri düzgün səmtə yaxınlaşdıran, həm də imamın qəbul etdiyi və etiqad bəslədiyi amillər aşağıdakılardır:

Birincisi xarici güclərin təsiri və məcburiyyəti qarşısında duruş gətirmək və onlara güzəştə getməməkdir. Bu, bizim böyük imamımızın hərəkətinin ilk xüsusiyyətidir.

İkincisi bəndəliyə, fərdi əmələ əhəmiyyətli yanaşmaq və nəfs şeytanının hökmranlığı qarşısında duruş gətirməkdir. İmam bu iki böyük məsələni və iki mübarizə meydanını bir-birindən ayırmırdı, ictimai və siyasi məsələlərdə, böyük şeytanın və digər şeytanların qarşısında möhkəm dayanırdı. İmam insanın daxilində olan nəfslə mübarizə aparırdı, bəndəliyə, İslam əməlinə və fərdi əmələ təkidlə yanaşırdı.

Üçüncüsü xalqların gücünə əhəmiyyətli yanaşmaq və onları əsas bilmək idi. İmam xalqlarla danışırdı və inanırdı ki, dünyanın böyük hadisələri xalqların əli ilə baş versə, məğlubedilməz olar və xalqlar dünyada dəyişiklik yaradıb öz mühitlərini əvəzləyə bilərlər.

Dördüncüsü müsəlmanların birliyi və hegemonluğun təfriqə planlarına qarşı mübarizə üzərində təkid idi.

Beşincisi dövlətlərlə sağlam dost münasibətləri qurmağa təkid idi. Bunda bəzi istisnalar vardı və hər birinin arxasında güclü dəlil dayanırdı. İmam bizə öyrətdi ki, İslam Respublikasının dünyanın xarici dövlətləri ilə sağlam münasibətləri ola bilər və olmalıdır. Sözsüz ki, Amerika ilə rabitə yolverilməzdir. Çünki Amerika hegemon, təcavüzkar və zalım bir dövlətdir, İslamla və İslam Respublikası ilə müharibə vəziyyətindədir. Sionizm rejimi ilə münasibət də mümkün deyil. Digər dövlətlərlə münasibətlər isə İslam Respublikası quruluşunun maraqlarından asılıdır və mümkündür.

Altıncısı İslamı dərk və ona əməl etməkdə qapalılıq və eklektizm çərçivəsindən çıxıb əsl İslama sarılmaqdır. İmama görə sözdə və əməldə həm qapalılıq yolverilməzdir, həm də eklektizm.

Yeddincisi məhrum insanların xilasını əsas saymaq və ictimai ədaləti təmin etməkdir. Xalq imamın gözündə həmişə əsas faktor sayılırdı. Ümmət imamının məntiqində və hakimiyyət proqramında məhrum və məzlum insanlar idarəetmənin əsas mərkəzi sayılırdılar, bütün iqtisadi və digər fəaliyyətlər onların xilasına hesablanırdı.

Səkkizincisi Qüdsü işğal edən təcavüzkar sionizm rejimi ilə mübarizəyə xüsusi diqqətdir. İmamın məntiqində - hökumət yolunda və ənənəsində İsraillə mübarizə xüsusi önəm kəsb edirdi. Ümmət imamının baxışında müsəlman xalqlar üçün güzəştə getməyin əsla mümkün olmadığı məsələlərdən biri də sionistlərlə mübarizə idi. Çünki Böyük İmam bu zorakı rejimin dağıdıcı və məhvedici rolunu inqilabın qələbəsindən illər öncə yaxşı dərk etmişdi.

Doqquzuncusu milli birliyi qorumaq, İran xalqının vəhdətinə çalışmaq və təfriqə yaradan hər bir şüarla mübarizəyə təkid idi.

Onuncusu hakimiyyətin xalq hakimiyyəti olmasını təmin etmək, xalqla rabitə yaratmaq və onu qorumaq idi. Buna görə imam məmurlara belə tövsiyə edirdi: "Xalqdan ayrılmayın, xalqla olun, xalq kimi olun və xalq barədə düşünün”. İmam həm məmurlar tərəfindən rabitəni təmin edirdi, həm də qarşılıqlı olaraq məmurları və hökumətləri xalqa tapşırırdı. Yəni imam quruluşun və hökumətin orqanlarını zəiflədən şəxslərlə müəyyən formada mübarizə aparırdı.

On birincisi ölkə quruculuğu və dünyaya İslam ölkəsi və İslam cəmiyyətinə dair praktiki bir nümunə təqdim etmək idi. İmam səmərəli ömrünün son aylarında buna xüsusi diqqət yetirir, ölkənin iqtisadi cəhətdən, infrastruktur layihələri və gəlir mənbələri baxımından yenidən qurulması və xalq üçün İslam quruluşuna dair real və əməli nümunə göstərilməsi üzərində təkid edirdi.

Mənim fikrimcə, imamın baxışının, əməli və hakimiyyət rəftarının əsas xətləri bunlardır.

Həzrət İmam Xomeyninin vəfatının ildönümü mərasimində çıxışdan: 1992.

Hegemonluq və İran xalqının mübarizələrə məcbur edilməsi

Ola bilsin hansısa bir ölkədə xalq yoxdur, yaxud mədəniyyətsiz xalq var. Bəllidir ki, müstəmləkəçilər üçün o ölkənin istismarı asandır. Amma bir ölkə mədəniyyətli, özü üçün şəxsiyyət və tarix tanıyan iddialı bir xalqa malikdirsə, o zaman müstəmləkəçilərin o ölkəyə daxil olması elə də asan olmaz. Çünki həmin ölkənin xalqı tərəfindən müstəmləkəçiliyin əleyhinə mübarizə yaranacaq. Bu gün bizim hegemonluq adlandırdığımız amil İran xalqını sözügedən mübarizəyə məcbur etdi. Keçmişdə hegemonluq bir ölkəyə daxil olduqda, birbaşa müstəmləkəçilik formasında girib o ölkəni tuturdu. Amma bu gün xalqları və onların sərvətlərini ələ keçirmək üçün daha mütərrəqi üsullardan istifadə edirlər. Buna əsasən, İran xalqının 150, yaxud daha artıq müddətdə müstəmləkəçi ölkələrlə apardığı mübarizə - tənbəki mübarizəsindən tutmuş sonrakı hadisələrə, milli hərəkata və İran xalqının imperializm siyasətləri, Amerika və digərləri ilə bugünkü mübarizələrinə qədər hamısı bizim xalqımızın məcbur edildiyi mübarizələrdir. Əgər İran xalqını rahat buraxsaydılar, özü öz işi, öz ölkəsi, öz maraqları və sərvətləri ilə məşğul olsaydı, bu formada belə bir mübarizə meydana çıxmaya da bilərdi. Bu mübarizəni İran xalqına onlar yaratdılar. Bu gün də onlar təcavüzkardırlar.

Ordu günü münasibətilə ordu mənsubları ilə görüşdəki çıxışdan: 1994.

Keçmiş hökumətlərin hegemonluq və müstəmləkə qarşısında xar olması

Yaxın keçmişdə ölkənin paytaxtı olan bu Tehranda elə bir hökumət iş başında olmuşdur ki, o zamanın şahı özü üçün Baş nazir təyin etmək istəyəndə əvvəlcə amerikalıların razılığını almalı olurdu. Neft şirkətinin prezidentini, Müdafiə nazirini, yaxud qərargah rəsini dəyişdirmək istəyəndə, Amerikanın səfirindən xahiş edirdi ki, mənim iqamətgahıma təşrif buyurun, görək bu dəyişikliklərə etirazınız var, yoxsa yox. Sadə formada desək, onlardan əmr alırdı. Hegemonluğun da kompliment vərdişi olmadığına görə qarşı tərəfin güzəştə getdiyini gördükdə demir ki, bağışlayın, bizim sizə sözümüz yoxdur. Əsla belə deyil. Siz hegemonluğun və müstəmləkəçiliyin qarşısında nə qədər əyilsəniz, daha çox təzyiq göstərəcək. Əgər başınızı aşağa salsanız, başınızdan vuracaq ki, səcdəyə düşəsiniz. Qarşısında torpağa düşüb, səcdə etdikdə ayağını üzərinizə möhkəm qoyacaq. Bu, hegemon və təcavüzkar qüvvvələrin xüsusiyyətidir.

Bəli, onlar əmr alan belə bir şahın qarşısında bəzən deyirdilər ki, eybi yoxdur, filankəsi filan vəzifəyə gətirməyinizə etiraz etmirik və razıyıq. Bəzən də buna qarşı çıxırdılar, ürəyi istədiyi hər hansı bir şəxsi çıxarmağa, yaxud təyin etməyə qoymurdular. Təsəvvür edin, 15 il öncəyə qədər bu ölkədə və bu Tehran şəhərində belə bir rejim hakimiyyət sürmüşdür.

Bəs belə bir hökumətin vaxtında bu məmləkətin nefti, poladı, daş kömürü, mədənləri, əkinçiliyi, univeristeti və ordusu hansı vəziyyətdə idi və kimə xidmət göstərirdi? Bəllidir ki, həmin hegemon və zalım güclərə. Əlbəttə, o hegemon güc də həmişə bir ölkə deyildi. Bir müddət ingilislər idilər, sonra təzənəfəsli, pullu və gənc bir qüvvə kimi amerikalılar meydana atıldılar, qoca, qədim və köhnə rəqibi bayıra atıb, özləri hər şeyi ələ keçirdilər.

Belə bir vəziyyətdə inqilab baş verdi, o nökər, qulağısırğalı, “siz nə buyurursunuz” deyə hörmət bildirən rejimi bayıra tulladı və fələyin qarşısında da baş əyməyən, təslim olmayan bir hökuməti iş başına gətirdi. İnqilabın iş başına gətirdiyi hökumət hətta bir an da Amerika və SSRİ kimi böyük güclərə təslim olmadı.

Ordu günü münasibətilə ordu mənsubları ilə görüşdəki çıxışdan: 1994.




Mənəvi və dini təmayülün İslam inqilabının təməli olması

İnqilabdan öncə məşhur ərəb yazıçılarından biri İrana gəlmişdi. O mənimlə görüşündə dedi: “Mən bütün müsəlman ölkələrinə səfər etmişəm, amma heç birində görməmişəm ki, namaz vaxtı qatar dayansın və hamı namaz qılmaq üçün qatardan ensin. Mən bunu ilk dəfə İranda gördüm”.

Bəli, bu mənəvi və dini təmayül sonrakı müsbət cəhəti yaratdı. Bu müsbət cəhət bu xalqın həyatının həssas dövründə tarixin ən böyük milli sınaqlarından və qorxmaz qiyamlarından birinin - yəni bizim Böyük İslam İnqilabımızın qələbəsi idi. Xalq bu inqlabın arxasında durdu və onun əsasında İran İslam Respublikasından ibarət olan bir dövlət yaratdı. Bunlar sözügedən dindarlığın səmərələridir. Gördünüz ki, azadlıqsevərlik, mübarizə və inqilabçılıq iddiası edən, lakin vücudları dinə yad olan bəzi şəxslər necə yolun ortasında yıxılıb qaldılar və irəliyə gedə bilmədilər. İran xalqı isə irəlilədi, irəlilədi və imanı sayəsində hələ də irəliləyir.

Deməli, İran xalqının sonrakı müsbət cəhəti qorxmaz bir qiyam etməkdən ibarətdir. Siz tarixdə zalım hakimlər əleyhinə baş verən qiyamlara baxın. Hansına diqqətlə baxsanız, görərsiniz ki, İran xalqının əməli mərhələləri on beş il sürən əzəmətli qiyamının həm kökləri on beş ildən uzağa gedib çıxır, həm də fədakarlıqları və şəhid vermələri. Bu inqilabda nə qədər fədakarlıq edildi! Məgər zarafatdır?! Məgər fədakarlıq asan işdir?! Siz avtobus növbəsində durarkən yerinizi başqa birinə verdikdə deyirsiniz ki, mən fədakarlıq etdim; həm özünüz sevinirsiniz, həm də digərləri bu fədakarlığa görə sizə "afərin" deyirlər. Fədakarlıq hətta zahiri baxımdan çox da əhəmiyyətli olmayan bir məsələdə - avtobus növbəsini başqasına verməkdə də bu qədər mühümdür. Çünki hər halda on beş dəqiqədən sonra başqa bir avtobus gələcək və siz minəcəksiniz. İndi görün candan keçmək, əzizlərdən keçmək, maddi həyatın bütün gözəlliklərindən keçmək nə qədər əhəmiyyətlidir. Məgər bunlar zarafatdır?!

Ordu günü münasibəti ilə ordu mənsubları ilə görüşdəki çıxışdan: 1994.

Keçmişdə İran parlamentinin vəziyyəti

Bu ölkədə on illərlə Məşrutə adı mövcud idi, lakin mənfur, ziyanverici və rəzil Pəhləvi sülaləsinin İrana şahlığı dövründə demək olar ki, parlament yox idi. Mərhum Ayətullah Kaşaninin və milli hərəkatın çalışdığı və parlamentin dirçəldiyi qısa bir dövrdən başqa həmin əlli ilin hamısında nə vardısa, məzmunsuz bir forma, məğzi və mənası olmayan bir ad idi.

Bu həmin əlliillik dövr haqqında. Əlliillik dövrdən qabaqkı 20 ilə yaxın müddətdə də bu ölkədə Məşrutə vardı. Məşrutənin əvvəlində yaradılmış Milli Şura Məclisi tətillərlə, bağlanmaqla, topa tutulmaqla və digər hadisələrlə yanaşı, ümumilikdə təxminən dörd dəfə işlədi. O məclislərin tarixi çox ibrətamizdir. İslam Respubilkasının və İslam inqilabının bu ölkəyə və bu xalqa doğrudan da nə verdiyini bilmək üçün İran xalqının hər bir fərdinin keçmişi öyrənməsi lazımdır. Necə olduğumuzu bilməyincə, bu gün nəyə malik olduğumuzu bilmərik. Həmin ilk bir neçə ildə hələ məclis şahın, komandanın, dövlətin və xarici səfirliyin təsiri altında olmadığında, ibtidai olmasına baxmayaraq, ölkənin vəziyyətinə təsir göstərən bir məclis idi. Harada azca xarici təsir əlaməti olsaydı, o məclis var gücü ilə dayanırdı; Rusiya ultimatum verəndə müqavimət göstərdi; xaricilərdən kredit alınmasında müqavimət göstərdi; Vüsuqüddövlə müqaviləsində müqavimət göstərdi. O məclisdə Müdərris kimilərdən az-çox vardı. Zaman onların həmişə Müdərris kimi qala və Müdərris kimi ola bilmədiklərini göstərsə də, Müdərris, Xiyabani və digər müstəqil və imanlı şəxslərin sayəsində o həqiqi parlamentə bənzəyirdi.

Bu, ilk iki məclis haqda. Sonra həmin şəxslərin olduğu həmin məclisdə xarici siyasətlərin təsiri göründü. İş elə bir yerə çatdı ki, çevrilişdən sonra Baş nazir olan Həsən Müşirüddövlə Pirniya öz kabinetini Milli Şura Məclisinə təqdim edəndə və məclis nazirlərin bir-ikisini rədd edəndə üzünü deputatlara tutub dedi: “Bizim cənub qonşumuz (yəni İngiltərə) bu iki nəfərin bizim kabinetimizdə olmasını istəyir”. Sonra məclis səs verdi. Qondarma cənub qonşunun iradəsi ilə əvvəlcə rədd olunmuş iki nazir məclisin səsini qazandı. İngiltərə Hindistanı və Bəhreyni işğal etdiyindən və Fars körfəzində olduğundan onu cənub qonşu adlandırırdılar. Hətta Pəhləvilər dövrünə qədər İngiltərə cənub qonşu adlandırılırdı. Avropada yerləşən və İrandan minlərlə kilometr uzaqda olan bir ölkənin adı qonşu idi. Çağırılmamış bu qondarma qonşu nəzərdə tutduğu iki nəfərin həmin kabinetdə olduğunu istədiyindən, nə Müşirüddövlə “cənub qonşumuz bu iki nəfərin olmasını istəyir” deməyə xəcalət çəkirdi, nə də məclis bəyənmədiyi iki naziri cənub qonşunun istəyinə görə qəbul etməyə. Əvvəllər Rusiya ultimatumu, Vüsuqüddövlə müqaviləsi və digər hadisələr qarşısında etirazını bildirən məclis bu səviyyəyə endi.

Mən birinci və ikinci məclisin müqavimət göstərib möhkəm dayandığı yerləri qeyd etmişəm. Güman ki, on, yaxud ona yaxın nümunə var. Bu məclis möhkəm dayanmış, xalqı həvəsə gətirmiş və hökumətləri gücləndirmişdi. O zamanın hökumətləri mahiyyətcə gücsüz və xəstə hökumətlər olsa və çoxusunun beyni qərbli müftəxorlara bac vermək əsasında qurulsa da, hər halda bu məclis onları imkan daxilində qoruyurdu.

İslam Şurası Məclisinin deputatları ilə görüşdəki çıxışdan: 1994.



Parlamentin səhlənkarlığına görə əlliillik ziyan

İlk dövrlərinə görə tarixdə başıuca qalan bu parlament tədricən elə bir vəziyyətə düşdü ki, bəzi deputatların müxalifət cəsarəti itdi və problemli hesab etdikləri iclaslarda iştirak etmədilər. Məgər siz iştirak etməyəndə üzərinizdən məsuliyyət götürülür?! Siz deputatsınız və məsuliyyət hiss etməlisiniz.

Onların bəzisi fəxr edirdilər ki, İran şahlığının azğın və rüsvayçı Pəhləvi sülaləsinə verildiyi iclasda iştirak etməyiblər; halbuki iştirak edib qarşı çıxmalı idilər. Bəziləri asılı və qeyri-müstəqil idilər. Şücaətləri də vardı, lakin o şücaəti batil və haqqın ziddinə olan yerdə işlədirdilər. Cibləri və qarınları haram malla dolu idi. Rüşvət tamahı, vəzifə tutmaq tamahı, hakimiyyətə gəlməsi mümkün olan, yaxud bu gün hakimiyyətdə olan şəxsə kömək etmək tamahı onları elə gic etmişdi ki, məsuliyyətin nə olduğunu dərk etmirdilər. Məsuliyyət hissi yox idi, müstəqillik yox idi, şücaət yox idi, məlumat, elm və bilgi yox idi və buna görə də bəlli vəziyyətə düşdülər. Əgər Məşrutə bu hərəkatın həqiqi, ixlaslı və mömin rəhbərlərinin - şübhəsiz, onların ən üstünü böyük din alimləri idilər. Kim bu həqiqəti inkar etsə, qəti və aydın məsələləri inkar etmişdir. Bəzi qüvvələr inkar edir, bizim keçmişimiz haqda tarix yazıb, həqiqətləri dəyişdirirlər - əvvəldə istədiyi kimi getsəydi, ölkəmiz dünya tarixinin ən həssas dönəmlərində əlli il geri qalmazdı. Biz 50 il ziyan gördük. Biz İran xalqı o savadsız quldurun, ailəsinin, övladlarının, qohumlarının və yaxınlarının, yəni bu ölkəyə hakim olan qüvvələrin - inqilabın qələbəsindən öncəki son yarım əsrdə ingilislərin və sonra da amerikalıların hökmranlığına, eləcə də parlamentin səhlənkarlığına görə zərər gördük və ziyana düşdük.

Parlament əvvəldən bu ziyanın qarşısını ala bilərdi. Siz Məşrutə dövrünün tarixinə baxanda görürsünüz ki, harada parlament cəsarət göstəribsə, hamı öz yolunu və üsulunu düzəltməyə məcbur olub. Buna görə də düşmən ozamankı parlamenti ələ keçirdi: “Onlar bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir”.1 Bunlar ibrətdir.

İslam Şurası Məclisinin deputatları ilə görüşdəki çıxışdan: 1994.

İmamın üç xüsusiyyəti: iman, saleh əməl və mənəvi paklıq

İmam barədə natiqlər danışmış, yazıçılar yazmış, bəstəkarlar bəstələmişlər. Lakin mən bu gün zehnimdə Böyük İmamın şəxsiyyətini Taha surəsinin burada oxunan iki mübarək ayəsinin məzmunu ilə ölçdüm. Əziz imamda üç parlaq xüsusiyyət vardı. Həmin üç xüsusiyyət bu şərafətli ayələrdə də qeyd olunmuşdur. Birinci ayədə buyurur: “Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mömin kimi olaraq gələrsə...”1. Birinci xüsusiyyət iman, ikinci xüsusiyyət isə saleh əməldir. Üçüncü xüsusiyyət də ikinci ayənin sonunda qeyd olunmuşdur: “Bu, mənən pak olanların (təmizlənənlərin) mükafatıdır”2. Bu, mənəvi paklıq xüsusiyyətidir. Qurani-kərim bu xüsusiyyətlərə malik olan insan üçün “ən yüksək” dərəcələr vəd etmişdir: “Belələrini ən yüksək dərəcələr gözləyir”.

Bu üç xüsusiyyət Böyük İmamda vardı. O böyük insanın imanı nümunəvi və mistəsna idi. Onun saleh əməli erkən İslam çağından bu günədək heç kimin yerinə yetirmədiyi əməl - yəni İslam quruluşu yaratmaq idi. Bu gün bu haqda bir qədər danışacağam. Onun mənəvi paklığı elə həddə idi ki, şan-şöhrətin, qüdrətin və nüfuzun zirvəsində özü üçün sonsuz bəndəlik yolunu seçdi, hər ötən gün onun Böyük Allaha ibadəti, münacatı və təvəssülü artdı.

Böyük İmamda bu üç xüsusiyyət vardı. Buna görə belə deyilməsi doğrudur: O, “Belələrini ən yüksək dərəcələr gözləyir” deyilən şəxslərdəndir. Bu gün sizin bütün dünyada Böyük İmam üçün gördüyünüz bu hörmət həmin üç xüsusiyyətdən irəli gəlir. Harada insaf varsa, orada imamın yeri ucadır; harada ədalətsevərlik varsa, orada imam ən gözəl simadır; harada bizim Böyük İmam Xomeynimizə rəğbətsizlik varsa, orada ədalət yoxdur, insaf yoxdur, haqsevərlik yoxdur, dünyasevərlik və fəsad var. Bu, Böyük İmama aid üç xüsusiyyətdir. Bu gün bizim söhbətimizin mövzusu da əzəmətli imamızdır.

Qeyd etdiyimiz kimi, saleh əməl bu üç xüsusiyyətdən biridir. İmamın saleh əməli İslam hakimiyyətinin və İslam quruluşunun təməlini qoymaq idi. Yaxşı olar ki, dəyərli qardaş və bacılar diqqət yetirsinlər və imamın saleh əməlinin malik olduğu əhəmiyyət və əzəmət tam aydınlaşsın. Bizim böyük imamımız İslam quruluşu yaratdı. Bu quruluşun əsasında bir İslam hökuməti və İslamın siyasi təşkilatı var, arxasında da bir İslam proqramı durur. Bu üç cəhətin hamısı diqqətəlayiqdir.

Həzrət İmam Xomeyninin vəfatının beşinci ildönümü mərasimində çıxışdan: 1994.



İnqilabın ən böyük töhfəsi

Mənim əzizlərim! İslam inqilabının ən böyük töhfəsi bu ölkənin, xalqın və bu ilahi nemətlərin uzun illər onlara hakim olan azğın və asılı hökumətlərdən qurtulmasıdır.

Həzrət İmam Xomeyninin vəfatının beşinci ildönümü mərasimində çıxışdan: 1994.

İsrailin adını çəkməyə görə istintaqa cəlbolunma

Siz baxın, sionist düşmənlə barışığa görə ərəb ölkələrində nə qədər insanın qəlbi kədərlə doludur, amma bir söz deyə bilmirlər; eynilə bizdə keçmiş rejimin dövründəki kimi. Biz burada sionistlərin əleyhinə bir söz deyə bilmirdik. O zaman bizim ürəyimiz dolu idi, amma bir söz deyə bilmirdik. Mən həmin illərdə bir dəfə tələbələr arasında Bəqərə surəsinin əvvəllərində Bəni-İsrailə aid ayələri təfsir edərkən bəzi sözlər demişdim. Sonra həbslərin birində məni istintaq məngənəsinə saldılar ki, siz İsrailin adını çəkmisiniz. Bəni-İsrailə aid ayələrdən danışmışdım. Dedilər nə üçün İsrailin adını çəkmisiniz. Yəni Quranı təfsir edən şəxsin də Bəni-İsrail barədə bir söz deməyə haqqı yox idi. Çünki o zaman İsraillə isti münasibətləri olan xəbis və xain rejimin acığına gələ bilər. Bu gün bəzi İslam ölkələrində vəziyyət belədir.

İmam Cavadın səadətli doğum günü münasibətilə ümumi görüşdə çıxışdan: 1994.

İslam inqilabının digər inqilablarla fərqi

Barəsində az danışılan məsələlərdən biri budur ki, bizim əzəmətli inqilabımız qələbənin keyfiyyəti baxımından müstəsna bir inqilab idi. Yəni doğrudan da xalqın belə əzəmətli izdihamı ilə qələbə çalan bir inqilab o zamana qədər, ən azı bizim dövrümüzün inqilablarında görünməmişdi. Bu inqilabda xalq küçələrdə, şəhər və kəndlərdə ayağa qalxdı, bütün xalqın iştirakı ilə rejim əleyhinə mübarizə aparıldı. O zamana qədər dünyanın müxtəlif yerlərində baş verən bütün inqilablar – o cümələdən, Latın Amerikasının, Afrikanın, Asiyanın və digər yerlərin solçu və marksist inqilabları başqa növdən və başqa formada idi.

Bizim inqilabımızın digər inqilablarla fərqi bu idi ki, xüsusi bir partizan qrupun vasitəsilə qələbə çalmadı. Düzdür, İranda partizan əməliyyatları keçirən partiyalar vardı. Lakin bunlar təxminən 75-76-cı illərdə bütünlüklə iflic olmuşdular. Bu məsələni o zaman meydanda olan şəxslərdən soruşa bilərsiniz. Biz bu vəziyyəti öz gözümüzlə gördük. O dövrün vəziyyətindən bilavasitə xəbərdar olmayan bugünkü gənclər hadisələrdə iştirak edən şəxslərdən soruşsunlar.

O zaman İranda silahlı mübarizə aparan, istər marksist, istər eklektik təfəkkürlərə malik qrup və qruplaşmalar 75 və 76-cı illərdən 77-ci ilə qədər təxminən sıradan çıxmışdılar, işləri yalnız ölkənin bir tərəfində bomba qoyub haranısa partlatmaqdan, yaxud kimisə terror etməkdən ibarət olmuşdu. O zaman İranda qrup və qruplaşmaların gördüyü işlər bu gün misal üçün, Ərəb ölkələrinin birində - bəzi şəxslərin çətinliyə düşməməsi üçün heç bir ölkənin adını çəkmirəm - baş verənlərin onda biri qədər də deyildi. Siz xəbərlərdə eşidirsiniz ki, filan ərəb ölkəsində müsəlmanlar polislə toqquşdular, bəzi işlər gördülər. İndi bunların qələbəyə nə qədər yaxın olduqlarına baxsanız, o zaman onların qələbəsinin nə qədər mümkün olduğunu anlayarsınız. Ümumiyyətlə partizan mübarizəsinin nə zamansa İranda qələbə çalması mümkün idi; necə ki, çevriliş təsəvvürü də imkansız görünürdü.

Müasir dövrdə bəzi inqilablar, yaxud dırnaqarası inqilablar bir çevrilişlə başlayır. Lakin o zaman İranda ordu tam məhdud bir çərçivədə amerikalıların əlində idi. Xüsusən gənc və aşağı səviyyəli təbəqələr arasında mənfur şah rejimindən narazı olan zabitlərin sayı çox idi. Ordunun çoxu narazı idi. Amma heç kəs o rejimlə vuruşmaq barədə düşünməyə cürət etmirdi. Misal və müqayisə olaraq belə demək olar ki, onlar bugünkü İraqın silahlı qüvvələri kimi hakimiyyətin pəncəsində möhkəm saxlanmışdılar.

Əlbəttə, onların problemi bu gün İraqdakıların problemindən çox idi. Çünki İranın zabitləri təkcə hakimiyyət tərəfindən nəzarətdə deyildilər. Onların arasında amerikalı ünsürlər də vardı. Qarnizonların çoxunda, xüsusən də həssas qarnizonlarda bir neçə min amerikalı vardı. Bəzi qüvvələrdə onların işi daha qabarıq idi. Buna əsasən, o zaman İranda hərbi çevriliş təsəvvürü və imkanı mövcud deyildi. Ozamankı siyasi partiyalar da çox aciz vəziyyətdə idilər. Bu gün İslam Respublikası dövründə quruluşun azadlığından və alicənablığından istifadə edib daim hökumətin əleyhinə danışan, müsahibə verən, proklamasiya yayan və İslam Respublikasını repressiyada ittiham edən bu milli partiyalar o zaman da vardılar, amma İranın azadlığı üçün heç bir iş görə bilmirdilər. Bundan əlavə, onların bəzisi Pəhləvi saray adamları ilə yaxından dostluq edir, bir yerdə yeyib-içirdilər, başqa sözlə desək, başları bir axurda idi. Mühəndis və mütəxəssis olan başqa bir qrup Pəhləvi sarayının müxtəlif qurumlarında çalışır, onlardan pul alır, çörək qazanır və çox ehtiyatla hərəkət edirdilər ki, birdən həmin rejimlə vuruşmağın mümkünlüyünü düşünməsinlər.

Bunlar o zaman belə bir vəziyyətdə idilər. İslam Respublikası yaranandan sonra isə Allahın lütfü ilə azad şərait yarandı, xalq siyasiləşdi və bunlar da dil açdılar. İran xalqının bu siyasi partiyalara heç bir inamı yoxdur, buna görə də onlara baxmırlar və onlar acıqlarını İslam Respublikasının üstünə tökürlər. Əgər xalq siyasi partiyalara tərəf baxmırsa, onlara inanmırsa, bu kimin təqsiridir? Məgər kimsə xalqın önünü kəsmişdir?

O zaman ən yaxşı siyasi partiyalar içərilərində bir qədər şücaəti olan iki-üç nəfərin yer aldığı partiyalar idi. Misal üçün, bir hadisə ilə əlaqədar bəyanat verirdilər və o bəyanat da xalqın arasında yox, öz tərəfdarları arasında yayılırdı. Fərz edin bir məsələyə qarşı etiraz olan bir bəyanatın min nüsxəsi yayılırdı, sonra da onları tutub həbs edirdilər. Bir qədər həbsxanada qaldıqdan sonra ya müsahibə verirdilər və o müsahibə azad olmalarına səbəb olurdu, ya da həbs dövrünü bitirib azad olurdular.

Ən yaxşıları bunlar idilər. Onların əməli və sözü xalq arasında əsla dalğa yaratmırdı. İran xalqı dindar, ruhanilərə və din alimlərinə inanan bir xalq idi və bu xüsusiyyət şah rejimi əleyhinə əzəmətli xalq partlayışına səbəb oldu. Hamının qəbul etdiyi bir təqlid müctəhidi, yaxşı insan olmasını hətta düşmənləri belə etiraf edən hörmətli və əzəmətli bir ruhani, elmli və çox təqvalı bir insan Allahın yardımı ilə mübarizə meydanına qədəm qoydu. Düşmənlərinə görə onun yeganə eybi filan yerdə onlara məhəl qoymaması, yaxud filan fəlsəfi düşüncəyə malik olması idi. O on beş il ərzində öz ətrafına bir qədər şagird, bir qədər əməkdaş, bir qədər digər təqlid müctəhidləri səviyyəsində olan din alimi topladı. Xalq da etimadlı din alimlərini gördükdə əvvəlcə yavaş-yavaş, sonra dəstə-dəstə, axırda isə bütünlüklə meydana atıldı.

1977-ci ildə bizim bir qrupumuzu ölkənin müxtəlif şəhərlərinə sürgün etdilər. Bu sürgün 1978-ci ilin payızında sona çatdı. Mən sürgündən Məşhədə qayıdanda bu müqəddəs şəhərdə gördüklərimə inanmırdım. Sürgündə olarkən xəbərləri eşitsəm də, gödüklərim həqiqətən möhtəşəm idi. Məşhəddə xalq gecə-gündüz yürüş edirdilər və bu onlar üçün adət halına düşmüşdü. Yalnız Məşhəddə yox, ölkənin hər yerində belə idi.

Bu baxımdan Tehran əsas rolu ifa edirdi. Sonra böyük şəhərlər, daha sonra kiçik şəhərlər və nəhayət kəndlər hərəkətə gəldi və xalq hər yerdə yürüşə çıxdı. Hansısa bir tədbirdə bir mərkəz tərəfindən elan olunurdu ki, filan münasibətlə filan gün yürüşdür. Yaxud o zaman Parisdə olan imamın tərəfindən, yaxud Tehranda və digər şəhərlərdə olan yüksək rütbəli bir ruhani tərəfindən belə elanlar verilirdi və xalq da sel kimi küçələrə axışırdı.

Tədricən dövlətə bağlı qurumlar, idarələr, hərbçilər və hətta ozamankı məmurlar da xalqa qoşuldular. Beləliklə şah rejiminin dağılmasının əlamətləri göründü və nəhayət rejim çökdü. Məhəmmədrzanın İrandan qaçdığı gün əslində şah rejimi devrilmişdi. O gördü ki, qalmağın faydası yoxdur. Buna görə sonralar daha bədnam olan bir bədnam, bədbəxt və yazığın1 heykəlini oturtdular ki, tam uçmaqda olan rejimi bir neçə gün saxlasın. O 30-40 gün iş başında qaldı, sonra imam gəldi və onun bir işarəsi ilə hər şey alt-üst oldu.

İranda şah rejimi çürümüşdü. Nəyə görə? Xalqın fəallığına görə. Xalq nə üçün meydana axışdı? Dinə görə. Çünki şüar İslam şüarı və rəhbərlər xalqın etimad etdiyi İslam rəhbərləri və ruhanilər idilər.

Xalq arasında ruhanilərə kömək edən, onlara məsləhət verən çoxlu insanlar vardı. Hətta bəzi şəhərlərdə ruhanilərə yol da göstərirdilər. Lakin ölkə boyu ümumi və milyonluq xalq böyük alimlərin və hörmətli ruhanilərin başında Böyük İmamın durduğunu, onun həm təqlid müctəhidi, həm yüksək səviyyəli bir ruhani olduğunu bilib səhnəyə çıxırdılar. Bu müstəsna inqilab belə baş verdi və qələbə çaldı. Başqa sözlə desək, bizim inqilabımız xalqın fəallığı sayəsində formalaşdı və xalqın fəallığı onun dini etiqadlarından irəli gəlirdi.

O zaman həbsxanada, yaxud bayırda dostlaşdığımız, münasibət qurduğumuz, get-gəl etdiyimiz və birgə iclaslar keçirdiyimiz solçu partizan qrupları, kommunistlər və eklektik düşüncəli insanlar vardı. Onların hamısı və bütün siyasətçilər yekdilliklə etiraf edirdilər ki, İranda yaranmış bu vəziyyət imam kimi bir rəhbər və dini şüarlar olmadan yarana bilməzdi. İnqilaba dair deyiləsi sözlərdən biri budur. Bu hamının gözü önündə baş verən bir prosesdir. Kimsə təhlil etsə, bundan başqasını deyə bilməz. Necə ki, ilk günlərdə heç kəs bundan başqasını demirdi. Yalnız bir qrup həyasız qruplaşmalar belə deyildi. Onlar dörd-beş il həbsxanada yatmış, sonra inqilabın və xalqın fəallığı sayəsində azadlığa çıxmışdılar. Onlar xilas olan kimi xalqın önündə bayraq ucaltdılar. Xalq da onların bayrağını alıb sındırdı və kənara tulladı. Bu qruplaşmalar o zamandan xalqa kin bəslədilər, xalqdan üz çevirdilər, ona qan düşməni oldular, camaatın evinə, mağazasına, Tehranın və digər şəhərlərin meydanlarına bomba qoymağa başladılar. Bunlardan əlavə, bir qrup inadkar insan da haqqı qəbul etmədilər. Başqa kim baxırdısa, həqiqətləri görürdü.

Bir məsələni də deyim ki, inqilabın qələbə çalmasına çoxlu amillər kömək etdi. Kim inqilab haqda bir söz demişdisə, həmin bir söz qədərincə inqilabın qələbəsinə kömək etmişdi. Bunda heç bir şübhə yoxdur. Lakin inqilaba bir söz, yüz söz və bir kitab qədərincə kömək etmək bir məsələdir, inqilab dalğası yaratmaq başqa bir məsələ. Bunlar bir-biri ilə müqayisəediləsi deyillər. Həm də belə deyil ki, kimlərsə nə vaxtsa bir yerdə inqilabı təsdiq edən, yaxud ona dair bir kəlmə söz dediklərinə görə “biz də bu inqilabın rəhbərlərindənik” - deyə bilsinlər. Bir məsəldə deyildiyi kimi, bir kişi yüznəfərlik bir aş qazanına bir çəyirtkənin budunu atıb deyir ki, hacı, mən də şərikəm.

Şübhəsiz ki, bütün xalq – canından keçib düşmənin qarşısına çıxan xalq bu inqilabın sahibidir. Bundan üstün nə ola bilər?! Tutaq ki, mən inqilab haqda min yerdə söhbət etmişəm; məgər bu söhbət bir insanın canı qədər dəyərlidir?! Məlum məsələdir ki, inqilabın qələbəsi üçün canlarını fəda edənlər bizdən öndədirlər. Əgər biz bu barədə insafla danışmaq istəsək, belə deməliyik. Hər halda, xalqın inqilabdakı fəallığı bir həqiqətdir.

Ramazan ayının üçündə Tehranın cümə namazı xütbələrindən: 1995.





Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin