Kapitulyasiyanın ifşasında imamın rolu
Bizim böyük imamımız Amerikanın İrandakı müstəşarlarının və hərbçilərinin hüquqi toxunulmazlığı barədə tarixi və həlledici çıxışını əvvəlcə gənclər qarşısında etdi. Bu mesajı ilk dəfə gənclər Qum Elm Hövzəsinə və sonra bütün ölkəyə yayıb hamıya çatdırdılar və uzun illər boyu tədricən İran xalqının böyük mübarizəsində həssas məsələ formasına saldılar. Çünki xalq İrandakı Amerika müstəşarlarının hüquqi toxunulmazlığından xəbərsiz idi. Onlar kapitulyasiya adlanan bu məsələdən xəbərdar deyildilər və onun milli heysiyyətə nə qədər ağır və ziyanlı olduğunu bilmirdilər. İmam bu sözü dedi və elmi hövzənin gəncləri onu yaydılar. Sonra bütün ölkədə, mömin və mübariz çevrələrdə ciddi məsələ və bir ənənə formasına düşdü.
Bunun üstündə imamı sürgün etsələr də, bu düşüncə xalqın arasında qaldı, inkişaf etdi və kök saldı. Nəhayət 1978-ci ilin 13 abanında (4 noyabrda) bir qrup gənc şagird imamın həbs olunması və sürgün edilməsinin ildönümü münasibəti ilə izdihamlı mitinq keçirdi və onlarla gənc şəhadətə qovuşdu. Məsələ yenə gənclərin çiyni üzərində irəlilədi, şiddətləndi və keyfiyyəti artdı. Yenə növbəti ildə, yəni 1979-cu ilin 13 abanında - inqilabın qələbəsindən sonrakı ilk abanda (noyabrda) səfirlik adlanan və amerikalıların fəaliyyət göstərdiyi əsas mərkəzi düzgün tanıyan, hücum edib onu ələ keçirənlər gənclər idilər. Bura əslində Tehranda inqilab əleyhinə təxtibat planlarının mərkəzi hesab olunurdu.
13 Aban (4 noyabr) günü münasibəti ilə şagird və tələbələrlə görüşdəki çıxışdan: 1997.
Pəhləvi rejiminin ziyalı və ruhanilərə baxış fərqi
İnqilabda öncə mənim ölkənin ziyalı çevrəsi ilə yaxın əlaqəm olub. Onlar çox sözlər danışırdılar, amma beşnəfərlik, onnəfərlik və bəzən əllinəfərlik bir məclisdə danışılanlar elə oradaca qalırdı. İmam və nüfuzlu bir ruhani danışanda isə onun başına böyük bəla açmaları gözlənilirdi, həm də xalqla danışdığından güclü təsir buraxırdı. Buna görə Pəhləvi rejimi ozamankı ziyalıların çoxundan əsla qorxmur, onlara heç bir əhəmiyyət vermir və deyirdi nə istəyirlər danışsınlar; çünki heç bir təsiri yox idi. Amma bir ruhani bir məclisdə minbərə çıxıb danışsaydı, mövzusu rejimin siyasətləri ilə bir neçə vasitə ilə əlaqədar olsaydı da, tez həbs edir, incidir, türməyə salır və çıxışını qadağan edirdilər. O, xalqın içində olduğundan güclü təsir buraxırdı. Dünyada belədir: Nəsə demək istəyən və deyən ziyalılar təhdid olunmadıqda və yaxud tamahlandırılmadıqda belə, sözləri güclü sosial dalğa yaratmır.
13 Aban (4 noyabr) günü münasibəti ilə şagird və tələbələrlə görüşdəki çıxışdan: 1997.
İnqilabda İslamın faydaları
Biz İslam yolu ilə hərəkət edib cəmiyyətdə İslam qanunları yarada və onları öz imkanımız həddində həyatımızda tətbiq edə bilmişik. Biz İslam cəmiyyətində İslam dəyərlərini üstün dəyərlər kimi təqdim etməyi bacarmışıq. Biz Allahın sözünü xalqa təbliğ edib qəlbləri Allaha sarı yönəldə bilmişik. Yəni inqilab bu işi görmüşdür. Şəxslər belə işləri özlərinə aid edə bilməzlər. Allahın lütfü ilə bizim inqilabımız belə böyük işləri görmüşdür. Biz bu səadətə nail olmuşuq və bu yolu ciddi şəkildə davam etdirməliyik. Çünki eyni nisbətlə onun təsirlərini müşahidə etmişik və Allah-Taala bizi ucaltmışdır.
Bizim ölkəmiz və xalqımız tağut rejiminin hakim olduğu uzun illər boyu təhqir olunurdu və geridə qalmışdı. Xalq öz hüquqlarına vaqif deyildi. Dövlət məmurlarının xalqla rabitəsi yox idi və ölkəyə hakim quruluş dünya gücləri qarşısında heç bir etibara malik deyildi, sırf tabe və təqlidçi idilər. Onlara görə xalqa ilahi təlimlər lazım deyildi, təhsil sistemi İslama uyğun hazırlanmamışdı. Tağut hökuməti dövründə bizim ölkəmizə hər tərəfdən zəiflik, xarlıq, yoxsulluq, gücsüzlük sırınmışdı və bu, xalqımızı incidirdi.
Allah-Taala İslamın, İslam mənəviyyatına və onun siyasi sözünə diqqətin sayəsində bizi o əzablardan xilas etdi. Yəni peyğəmbərlik bunun üçün deyildi ki, bir qrup adam öz beynində bir etiqad yaratsın və fərdi əməllər yerinə yetirsin, ictimai quruluş isə Allahın düşmənlərinin əlində olsun. Peyğəmbərlik xalqın həyatını tənzim etməkdən ötrü həyata keçdi. Allaha şükür olsun ki, İslamın ictimai quruluşunda bu iş görüldü. Bizim xalqımız da təsirlərini müşahidə etdi və şirin meyvələrini daddı.
Əziz İslam peyğəmbərinin (s) məbəs bayramı münasibəti ilə ölkə məmurları ilə görüşdəki çıxışdan: 1997.
Amerikanın İranda törətdiyi cinayətlər
Mənim əzizlərim! Amerika dövləti təxminən 1942-1943-cü illərdə bizim ölkəmizə daxil oldu. Onlar tədricən ingilislərin yerini tutdular. Amerikalılar bu ölkəyə hakim olduqları təxminən 27-28 il ərzində bir hegemon dövlətin məzlum bir xalqa edə biləcəyi bütün təhqir, pislik və zülmləri etdilər; sərvətləri talan etdilər, avtoritar Pəhləvi rejimini gücləndirdilər, məmurlarımızı təhqir etdilər, xalqımızı aşağıladılar, kapitulyasiya tətbiq etdilər, milli hökumətləri devirdilər və çoxlu cinayətlər törətdilər. Amerikanın inqilabdan öncəki təxminən 27-28 illik cinayətlərini yazmaq istəsək, qalın bir kitab olar.
Tehranın cümə namazı xütbələrindən: 1998.
Repressiya illərindən xatirələr
Bu gün siz yeniyetmə və gənclər bəlkə də tam təsəvvür edə bilməzsiniz ki, o dövrdə ölkənin müxtəlif məsələləri, siyasət və dövlət işləri xalq üçün əsla önəmli deyildi. Bu gün bizim xalqımız nazirləri tanıyır, prezidenti tanıyır, Baş nazir olanda onu tanıyırdı. Xalq əsas işlərdən və siyasi proseslərdən xəbərdardır, bilir ki, hökumət bu gün hansı işi görüb və hansı qərarı qəbul edib. O zaman isə hökumətlər gəlib-gedirdilər, amma xalq əsla xəbər tutmurdu. Bir Baş nazir gedir, o birisi gəlir, kabinet dəyişir, seçkilər keçirilirdi və xalqın ümumiyyətlə xəbəri olmurdu. Ümumi şəkildə dövlət məsələlərinə qarşı laqeyd idilər. Xalq öz yolu ilə gedirdi, hökumət öz yolu ilə. Xalqın üzərində təzyiq də olduqca çox idi, azadlıq əsla mövcud deyildi.
Mənim yadımdadır, bizim dostlarımızdan biri Pakistandan gəlmişdi. O söhbət əsnasında bizə dedi ki, mən parkda bir nəfərin elanı başqa birinə verdiyini gördüm. Bu zaman mən təəccübləndim ki, məgər kimsə parkda birinə elan verə bilər? O cavab verdi ki, nə üçün olmaz, parkdır, insan elanı çıxarır və bir nəfərə verir. Mən dedim ki, məgər belə bir şey mümkündür?! Bu bizim mübarizə dövrümüzə aid idi. Mən o zaman yeniyetməlik dövrünü də keçirmişdim. Yəni İranda repressiya o qədər güclü idi ki, əsla təvəssür etmirdik ki, kimsə açıq-aydın şəkildə, xalqın gözü önündə kiməsə, yaxud bir dostuna siyasi bir söz deyə və yaxud bir kağız verə bilər. Təzyiq və repressiya o qədər şiddətli idi ki, ən kiçik ehtimalla insanları tutur və evlərinə tökülürdülər.
Dəfələrlə bizim evimizə girdilər, atamın evini, öz evimi axtardılar, kağızlarımı və yazılarımı götürüb apardılar. Mənim elmi və qeyri-elmi qeydlərimin çoxu məhv oldu; yığıb-apardılar, sonra da vermədilər, ya da verəndə hamısını qaytarmadılar.
Siyasi həyat olduqca ağır idi; azadlıq yox idi, repressiya vardı. Mən mübarizə dövründə bir müddət gənclərə və tələbələrə təfsir dərsi deyirdim. Bir dəfə Quranın Bəni-İsraildən söz açan ayələrinə çatdım və təbii ki, bu haqda da danışdıq. Mən Bəni-İsrail və yəhudilər haqda bir qədər söhbət etməli oldum. Bir az sonra məni saxladılar. Təbii ki, o bəhanə ilə yox, başqa bir adla saxlayıb həbs etdilər. İstintaq zamanı mənə deyirdilər ki, siz İsrailin və yəhudilərin əleyhinə danışmısınız. Diqqət yetirirsiniz?! Yəni kimsə Bəni-İsrailə aid Quran ayəsini təfsir etsəydi, bu barədə danışsaydı, sonra cavab verməli idi ki, nə üçün bu sözləri danışıb və Bəni-İsrail haqda pis sözlər deyib. Yəni siyasi vəziyyət belə çətin və ağır idi, məmurlar bu qədər xalqazidd və ərbablarının istəyinə tabe idilər.
Təbii ki, bu bir-iki kəlmə sözlə repressiya dövrünün vəziyyətini çatdırmaq olmaz. Mən sizə deyirəm ki, əgər o dövr barədə həqiqətən on cild kitab yazılsa da, yenə azdır. Bəzi sözləri ümumiyyətlə adi dillə demək mümkün deyil. Bəzi təsəvvürlər ədəbiyyat və incəsənət olmadan bəyan olunmur. Onları şeirlə, ədəbiyyat və incəsənət növləri ilə təsvir etmək olar.
Gənc və yeniyetmələrlə səmimi söhbətlərdən: 1998.
Bəndər-Abbasın əhəmiyyəti və tağut rejiminin ona qarşı zülmü
Bəlkə də ölkəmizin şəhərləri arasında Bəndər-Abbasdan başqa elə bir şəhər yoxdur ki, tarixi xalqın xaricilərə qarşı qəhrəman mübarizəsi ilə eyni zamanda başlanmış olsun. Bu şəhər bünövrədən bununla əlaqədar salındı. Əgər belə bir şəhər olsa da, çox azdır. Bəndər-Abbas şəhəri əvvəldən portuqaliyalı işğalçılarla mübarizə zamanı yarandı. Bütün müstəmləkəçilərin adətinə uyğun olaraq bu əcnəbilər də yeri, torpağı, dənizi, bütün imkanları və hətta xalqları da özlərinə məxsus və öz qulları hesab edirdilər. Dünyanın o başından bir qrup avropalı gəlib həssas Hürmüz boğazını, bu möhtəşəm tarixi və beynəlxalq ticarət keçidini işğal etmişdilər. Təxminən 400 il öncə İran xalqı qeyrətli və vətənpərvər sərkərdələrinin rəhbərliyi ilə özlərinə məxsus olan bu mühüm mərkəzi əcnəbilərdən ala bildi. O zamandan bura Bəndər-Abbas oldu, bir şəhər kimi həm ticari, həm də bu möhtəşəm və mühüm beynəlxalq keçidə nəzarət edən əsas bazaya çevrildi. Ondan sonra ingiltərəlilər, hollandiyalılar və digər əcnəbilər bu regionda öz müstəmləkə süfrələrini açdılar. Nəhayət İran xalqı onların hamısına zəfər çaldı, bu region və bu strateji sahil öz həqiqi sahiblərinə qaytarıldı. Bəndər-Abbas şəhərinin, bu böyük və uzun vilayətin min kilometr sahili, çoxlu imkanları, təbii potensialları, zəhmətkeş, istiqanlı və mehriban xalqı var. Bura Fars körfəzinin kənarında yerləşir. Mənim əzizlərim! İnqilaba qədər bu xalq öz istedadından, istər yeraltı, istər yerüstü təbii və coğrafi imkanlarından nəinki layiqincə, heç layiqindən də az istifadə edə bilmirdi. Bu həssas şəhər və bu mühüm mərkəz keçmiş rejim üçün sürgün zonasına çevrilmişdi. Dünyanın və ölkənin müxtəlif yerlərindən quldur və cinayətkar insanları buraya sürgün edirdilər, bu şəhərin və bu regionun geniş imkanlarını dirçəltmək barədə isə düşünmürdülər. Möhtəşəm İslam inqilabı ilə başlayan bütün fəaliyyətlərdən, investisiya qoyuluşundan və quruculuq işlərindən sonra bu gördükləriniz hələ vilayəti məhrum durumdan çıxara bilməmişdir. Səbəb budur ki, uzun tağut dövründə bu şəhərə və bu vilayətin digər şəhərlərinə tarixi zülm olunmuşdur.
Bəndər-Abbas əhalisinin böyük toplantısında çıxışdan: 1998.
İslamın, inqilabın və imamın İran xalqı üzərində haqqı
İran xalqı və hökuməti İmam Xomeyninin rəhbərlik etdiyi möhtəşəm inqilabından sonra onun xəttini və yolunu davam etidirərək İslamın və İranın əzəmət bayrağını ucaltmış, öz milli istiqalalına, başucalığına qovuşmuş və yeni tarixi həyatına başlamışdır. İslam inqilabının sayəsində İran xalqı artmaqda olan fəsadlardan, elmi və əxlaqi tənəzzüldən, despotizmdən və Amerikaya asılılıqdan xilas oldu, yenidən həyat və quruculuq həvəsi qazandı, kölə, ləyaqətsiz, etimadsız, azğın, əxlaqsız, avtoritar və zalım fiqurların hakimiyyətindən qurtuldu, xalq hakimiyyəti, qayğıkeş məmurlar, mömin, sədaqətli və bacarıqlı işçilər əldə etdi, ölkəsinin taleyinə, milli qaynaqlarına, Allahnı bəxş etdiyi və əcnəbilər tərəfindən qarət edilən sərvətlərinə sahib çıxdı, xəyanətkar və asılı şahların zəifliyi və fəsadı səbəbindən illərlə durğunluğa çəkilmiş yaradıcılıq və quruculuq qüvvəsini özündə canlandırdı, bütün elmi-praktiki sahələrdə iki əsr geriliyi düzəltmək üçün iri addımlar atdı, ondoqquzillik dövrün təcrübəsi ilə gələcək üçün güclü iradəni, qətiyyəti və aydın düşüncəni yolunun çırağı etdi.
İslamın, İslam inqilabının və onun Böyük İmamının İran və iranlı üzərində həyat haqqı vardır. Bizim xalqımız və hökumətimiz bunu yaddan çıxarmayacaq, bu aydın və düzgün yolu tərk etməyəcək.
Amerika rejimi İranın siyasi səhnəsinə qədəm qoyduğu son yarım əsrin ilk illərindən İrana və iranlıya zülm və xəyanət etdi, azğın və xalqazidd Pəhləvi rejimini dəstəklədi, asılı, zəif və nökər hökumətləri iş başına gətirdi, bizim xalqımızı öz iradəsinə məcbur etdi, milli sərvətlərimizi taladı, ziyanlı neft və silah bazarlığı ilə bu xalqın böyük sərvətini oğurladı, İranın silahlı qüvvələrini əlinə keçirdi, şahın təhlükəsizlik qurumuna və işgəncə məmurlarına təlimlər keçdi, İran xalqı ilə bir çox müsəlman xalqlar, o cümlədən ərəblər arasında ixtilaf saldı, İranda fəsadı və pozğunluğu yaydı, İslam hərəkatını əzmək üçün müxtəlif dönəmlərdə şah rejimi ilə əməkdaşlıq və ona rəhbərlik etdi.
Hörtməli Allah evinin ziyarətçilərinə müraciətdən: 1998.
Əcnəbi muzdurların əlliillik hökuməti
Bunları gənclərə öyrədin. Gəncləri İslam ümməti və İslam əxlaqı ilə maraqlanan insanlar kimi yetişdirin. Bunlar vacibdir. Xalqa, xüsusən də gənclərə xatırlatmalı olduğumuz məsələlərdən biri Allah-Taalanın əzəmətli, uca və misilsiz rəhbəri və bu möhtəşəm inqilabda İran xalqının əzəmətli hərəkəti vasitəsi ilə bizə verdiyi böyük nemətdir. Bugünkü gənclər bu inqilabdan qabaqkı dövrü görməyiblər, onunla tanış deyillər, bu məmləkətdə vəziyyətin necə olduğunu və İran xalqının necə xar edildiyini bilmirlər. İnqilabdan qabaqkı son əlli ildə bu məmləkətdə iki nəfər hakimiyyətdə oldu: ata və oğul! Onların hər ikisini əcnəbilər iş başına gətirdilər. Rza xanı ingilislər kazak alayından tapdılar. Onların qorxub-çəkinmək bilməyən bir quldura ehtiyacları vardı. Gətirib əlinə silah verdilər, nəhayət şahlıq məqamına çatdırdılar, sonra da onun vasitəsilə öz planlarını icra etdilər, bu məmləkətdə görmək istədikləri hər bir işi gördülər. Onlar dinə, ruhaniliyə, bu ölkənin qədim və milli ənənələrinə, bu ölkənin dini və etiqadi təməllərinə vurmaq istədikləri hər bir zərbəni onun vasitəsilə vurdular. Qorxusuz və həyasız bir adam olduğundan işlərinə yarayırdı. İngilislər Məşrutədən qabaq uzun müddət bu ölkədə təsir vasitəsi axtarır, amma tapmırdılar. Çox zaman da alimlər mane olurdu. Bu adamın isə alimlərə qarşı cəsarətli və qorxmaz olduğunu bilirdilər. Onu iş başına gətirdilər və istədikləri hər bir işi gördülər. Sonra siyasi baxımdan başqa bir səmtə yönəldiyini görüb onu götürdülər və yerinə oğlunu qoydular.
Bir xalq, eləcə də İran xalqı üçün bundan böyük rüsvayçılıq yoxdur ki, ölkənin hakimlərini, başçılarını və siyasətçilərini İngiltərə hökuməti öz səfirliyi vasitəsilə gətirib-aparsın. Bir xalq üçün bundan ağır nə ola bilər?! Pəhləvi dövrünün adamları haqda yazılmış xatirələri oxuyun. 1941-ci ildə Rza xanı işdən kənarlaşdırdıqdan sonra oğlu Məhəmmədrza bir neçə gün bilmirdi ki, onu padşah edəcəklər, yoxsa yox. Bir nəfəri İngiltərə səfirliyinə göndərdi, onlar dedilər ki, bəli, eybi yoxdur, padşah olsun, bu şərtlə ki, filan işi görsün, filan işi görməsin. Bunlar bu ölkənin həqiqətləridir.
İranın əlliillik diktatorluğu, tağut və azğın şah rejimi iki nəfərin vasitəsilə icra olundu. Onları da əcnəbilər iş başına gətirdilər, xalqın heç bir rolu olmadı. Ondan qabaq Qacar hakimiyyəti də şahların hakimiyyəti idi. Bu şahların bioqrafiyasına baxın. Xalq heç, xalq ümumiyyətlə onlar üçün deyiləsi deyildi, hətta dövlət adamlarını - Sədri-əzəmdən tutmuş aşağıya qədər hamısını öz nökərləri bilirdilər. Onlara deyirdilər ki, siz bizim nökərlərimizin arasında beləsiniz, eləsiniz. Bu ölkəyə belə insanlar hakim olmuşlar.
Məhərrəm ayı ərəfəsində din alimləri və ruhanilərlə görüşdəki çıxışdan: 1998.
İranı asılı etməyin Pəhləvi rejiminin ən böyük cinayətlərindən olması
Mənim fikrimcə, Pəhləvi rejiminin ən böyük cinayət və günahlarından biri ölkəni texnika, sənaye və iqtisadiyyat baxımından asılı saxlamaqdan və daha asılı etməkdən ibarətdir. Bu rejim ölkəni hər bir şeyində - çörəyində, buğdasında, buğda anbarında, dəyirmanında, qida məhsullarında xaricdən asılı etdi. İran qida məhsullarından və çörəkdən tutmuş digər əşyalara qədər hər bir şeydə xaricdən asılı oldu; düşmənlər nə zaman istəsəydilər, bu xalqı hər şeydən məhrum edə bilərdilər. Ölkəni bu şəkildə idarə edən və bu vəziyyətə salan şəxs elə xəyanət etmişdir ki, həmin səviyyədə olmadığı təqdirdə başqa heç bir xəyanət onunla müqayisəediləsi deyil.
Fəhlə və Müəllim günləri ərəfəsində fəhlə və müəllimlərlə görüşdəki çıxışdan: 1998.
İslamın və məzlumların inqilabın sərmayələri olması
Böyük İmamın hərəkətində mövcud olan iki mühüm məsələ bu inqilabın dəyərli sərmayəsi idi və indi də belədir: biri budur ki, bu inqilabın məqsədi İslamdır; ikincisi budur ki, bu inqilabın əsgərləri və ordusu məzlumlar, yoxsullar və həmçinin gənclərdir. Bu inqilabı yoxsullar qalib etdilər. Məcburən qatıldığımız bu səkkizillik uzun müharibəni bu məmləkətin gəncləri uğurla bitirdilər. Bu gün də gənclər Allah və İslam yolundadırlar. Əgər bu gün də bu inqilabı hər hansı bir təhlükə təhdid etsə, meydana atılan ilk şəxslər bu gənclər olacaqlar; hövzələrin gəncləri, universitetlərin gəncləri, bütün ölkənin və müxtəlif təbəqələrin gəncləri.
Vəfatının doqquzuncu ildönümündə həzrət İmam Xomeyninin əzadarlarının izdihamlı toplantısında çıxışdan: 1998.
İranın özünə inamsızlıq və asılılıq nəticəsində geridə qalması
Bu dövrdə elmi fəaliyyətlərlə uzun diktatura dövrünün fəsadlarını aradan qaldırmağa çalışmalıyıq. O zaman istedadları çiçəklənməyə qoymadılar, bu xalqın əsl və həqiqi kimliyinin göstərilməsinə imkan vermədilər. Qərbin elm və sənaye inkişafının nəticəsi olan məhsulların idxal edilməsinin ardınca, ölkənin hər bir şeyini Qərbdən asılı etdilər, elm və mədəniyyət məhsullarını da idxal etdilər. Gördükləri birinci iş bu ölkənin aparıcı təbəqəsini özünə inamsız etmək idi. Onları öz mədəniyyətlərinə, adət-ənənələrinə, elmlərinə, iranlı nəsildə mövcud olan parlaq istedada inamsız etdilər. Bu inamsızlıq uzun illər boyu öz təsirini göstərdi. Bu təhqiramiz düşüncəsinin bu ölkəyə daxil edilməsi, bu həqarət hissinin ölkənin seçilmiş təbəqələrinin beyninin dərinliklərinə qədər nüfuz etməsinə səbəb oldu. Qərbin bu vəziyyətin məhsulunu biçməsi, təbii ki, uzun illər çəkdi. Amma nəhayət onlar müvəffəq oldular və nəticəsi indi ölkəmizdə müşahidə etdiyiniz gerilikdir. Bütün bu insani və maddi resurslarla, malik olduğumuz mühüm coğrafi mövqe ilə, parlaq elmi və mədəni keçmişlə və möhtəşəm elmi irsimizlə bü gün bizim vəziyyətimiz elm, sənaye və müxtəlif tərəqqi sahələrində lazım olduğundan çox geridədir.
Pedaqoji universitetin tələbələrinin məzuniyyət tədbirində çıxışdan: 1998.
Pəhləvi rejiminin irsi: xaraba ölkə
İnqilabın, imamın və bu xalqın asılı və azğın Pəhləvi rejimindən təhvil aldığı ölkə tam mənada bir xarabalıq idi. Abadlıq, sərvət və gözəllik böyük şəhərlərə məxsus idi; o da rejimin əsas fiqurlarının maraqlarına bağlı olan həddə. Kəndlər bərbad, yolsuz, susuz, işıqsız, imkansız və yararlı istehsal fəaliyyətindən məhrum idi. Şəhərlər müxtəlif problemlərə düçar olmuşdu və ölkə ümumi olaraq bərbad vəziyyətdə idi.
Quruculuq Cihadı təşkilatının üzvləri ilə görüşdəki çıxışdan: 1998.
İnqilabın möcüzəsi: xarlıqdan başucalığına keçid
Siz gənclərin çoxu keçmiş dövrü xatırlamırsınız. Zalım diktatura dövründə İran xalqı üçün ən çətin dövr inqilabdan qabaqkı 50 il olmuşdur. Nə üçün? Çünki keçmiş dövrlərdə həmişə avtoritar şahlıqlar var idi, xalqa çox zülmlər edirdilər, lakin onlar zalım, diktator və pis olsalar da, xalqla münasibətləri yaxşı olmasa da, ən azı çox məhdud dövrlərdən başqa heç zaman xarici düşmənlərin əmri altında olmamışdılar; özləri hökmranlıq edirdilər, iranlı idilər. Şahlıq tarixinin bu son dönəmində, yəni Qacar dövrünün sonlarından Pəhləvi dövrünün axırına qədər isə istibdad, diktatura, xalqın fikrinə etinasızlıq, idarə fəsadı, zülm, ayrıseçkilik, dövlət rəsmilərinin və saray adamlarının özbaşınalığı tüğyan edirdi, bunların hamısı vardı və bunlardan əlavə, çox acı olan bir həqiqət də vardi və o, əcnəbilərin hökmranlığı idi. Bu ölkədə iranlı öz evinin içində ola-ola xaricilərə yaltaqlanmalı idi. İranlı rəis, iranlı hərbçi, iranlı müdir və nazir öz evinin daxilində Amerika səfirinə, İngiltərə səfirinə və bu ölkədə sayı yüz minlərə çatan tamahkar əcnəbi məmurlara yaltaqlanmalı idi. Gərək onların əlinin altında işləyəydi, onlardan əmr alaydı, onların istəyini yerinə yetirəydi. Bu bir xalq üçün ən pis haldır, rəzillikdir. Bir xalqın müəyyən bir dövrdə yoxsulluğu və iqtisadi problemləri qəbul etməsi mümkündür, amma xarlığı qəbul etməz. Əcnəbilər İran xalqını xar etdilər. İnqilab bu xalqı xarlıqdan, asılılıqdan, şah rejiminin fəsadlarından, qorxu və qaranlıqdan xilas etdi, xalqı azadlığa çıxardı, iranlı öz məmləkətini aldı, iranlı gənc, iranlı kişi və qadın, iranlı alim və tələbə özü üçün və öz iradəsi ilə işlədiyini anladı, gələcəyə ümidvar oldu.
Əzəmətli İslam quruluşu və inqilabı bu hərəkəti yerinə yetirdi. Heç kəs belə bir hadisənin baş verəcəyini düşünmürdü. O zaman bir siyasi söz danışan və bununla ürəklərini toxtadıb mübarizə apardıqlarını düşünən bəzi ziyalıların son istəyi bu idi ki, keçmiş Sovetin peyk ölkələri kimi, Afrikanın, Asiyanın və yaxud digər yerlərin zavallı kommunist ölkələri kimi, yaxud Türkiyə və Pakistan kimi bir ölkə olaq. Bundan artığını təsəvvür etmirdilər; bu xalqın müstəqil olmasını, öz ayağı üstə durmasını, öz istedadlarını çiçəkləndirməsini, öz sözünü deməsini, öz yolunu, öz məmurlarını seçməsini, ölkəni özününkü bilməsini və ölkə sərvətlərinin ölkənin özündə sərf olunmasını təsəvvür etmirdilər. İnqilab isə bu işləri gördü. Bu işlər imamın rəhbərliyi və bu imanlı xalqın iradəsilə həyata keçdi. Bu möhtəşəm qalanın dirəyi imandır - belə bir möcüzə edən parlaq həqiqətə iman, inqilabçı İslama və əsl Məhəmməd (s) İslamına iman. Düşmən də bunu anladı. Düşmən ilk gündən bunu anladı və bu imanı zəiflətməyə çalışdı. İyirmi ildir müxtəlif yollarla daim xalqın imanın zəiflətməyə çalışır. İnqilab tərəfindən cavabını alır, amma yenə başqa yolla buna nail olmaq istəyir.
Quruculuq Cihadı təşkilatının üzvləri ilə görüşdəki çıxışdan: 1998.
İran inqilabı - İslamın layihəsi
Müsəlman İranda baş verən möhtəşəm inqilab və İslam quruluşunun yaranması İslamın insanlara verdiyi təlimlərin bir hissəsi idi. İran xalqı pis vəziyyətdə yaşayırdı, güzəranı ağır keçirdi, öz insan məqamından çox uzaq düşmüşdü. İslamdan uzaq duşdüyünə görə ona elmi, insani, siyasi və iqtisadi cəhətdən zülm olunurdu. Bu xalq İslamla və İslam təlimləri ilə tanışlığı sayəsində möhtəşəm hərəkət edib özünü İslam mənbəyinə çatdırdı, İslamın hökmlərini özünün əməli proqramlarına çevirdi, özü üçün bu hökmlərə əməl etmək imkanı yaratdı, İslam haqda düşünüb ondan bəhrələndi, İslam maarifinin dərinliklərinə getdi və Quranla tanış oldu.
Məbəs bayramı münasibəti ilə İran İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 1998.
Əcnəbilərin maraqlarını müdafiə etmək və milli istedadların məhvi
Bir zaman bu ölkəyə, bu torpağa və bu sərvətlərə istedadları öldürən rejimlər hakim olmuşdular. İstedadları məhv etmələrinin dəlili budur ki, avropalıların bu ölkəyə daxil olmasından inqilaba qədər ötən yüz ildə - təxminən 1879-1979-cu illərdə, yəni əvvəlcə Qacarlar dövrünün ikinci yarısında, sonra da Pəhləvilər dövründə bu ölkədə elm, elmi inkişaf, mütəfəkkir beyin və müxtəlif elmi faktorlar görünmədi; yəni qoymadılar. Əgər görkəmli şəxs tapıldısa da, oğurlayıb başqa yerə apardılar və orada istifadə etdilər. Bütün dünyanın qələbəyə, inkişafa, sivilizasiyaya və maddi yenidənqurmaya sarı dördnala çapdığı bir dövrdə bizim ölkəmizi bədbəxt vəziyyətdə saxladılar və bir xalq üçün zəhərli işlərlə məşğul etdilər. Əlbəttə, bir dövrdə dırnaqarası universitetimiz, mətbuatımız və Şura Məclisimiz də vardı, amma zalım rejimin əlində idi. Onun üçün isə birinci növbədə əcnəbilərin və ölkənin ozamankı məmurlarının maraqları əhəmiyyət kəsb edirdi, xalqın mənafeyi və gələcək isə əsla düşünülmürdü.
Mübarək ramazan ayı ərəfəsində ruhani və təbliğatçılarla görüşdəki çıxışdan: 1998.
İlahi vədin həyata keçməsi təcrübəsi
Allahın başqa bir vədi budur: "Bizim uğrumuzda çalışanları mütləq öz yollarımıza yönəldərik". Kim Allah yolunda çalışsa, Allah ona mütləq yol göstərəcək. Biz gənclik çağında, İslam bilgiləri ilə tanışlığın əvvəllərində bunları oxuyurduq, deyirdik, etiqadımız vardı, inanırdıq, amma bizim üçün tam aydın deyildi. Bilirdik ki, Allahın sözü doğrudur, amma onu təcrübə etməmişdik. Bu gün isə təcrübə olunmuşdur. Siz gənclərin əsla yadınızda deyil, bəzi ortayaşlıların da yadında deyil, bəzilərinin isə yadındadır ki, İslam hərəkatı dövründə bu gün İslamın beşiyi və mərkəzi olan bu İranda, yaxud Tehranda kimsə yalnız özü müsəlman yaşamaq istəsəydi, həqiqətən mümkün deyildi, çətin idi. Yəni kimsə digərlərini hidayət və tərbiyə etmədən özü kamil şəkildə müsəlman yaşamaq istəsəydi, olmurdu, müxtəlif maneələr vardı. Əgər kimsə Qumda bir kişinin başladığı, bir qrup tələbənin də ətrafına toplaşdığı, fəryad qoparan kimi adamların tez tutulub zindana aparıldığı, vurulduğu, işgəncə verildiyi bu hərəkatın bir gün Allah adamlarının, həqiqət yolçularının dözümü və müqaviməti, hidayət olmuş və hidayət edən o şəxsin rəhbərliyi nəticəsində bütün ölkənin diqqətini özünə yönəldəcəyini, bütün qəlbləri cəzb edəcəyini və bütün xalqı səhnəyə gətirəcəyini desəydi, heç kəs inanmazdı. Əgər o zaman xalqın meydana atılması sayəsində İslam hökumətinin qurulacağını desyədilər, heç kim inanmazdı. Ancaq bu, Allahın vədi idi və şərtlərə əməl olunduğuna görə həyata keçdi.
Cümə namazı xütbələrindən: 1998.
Dostları ilə paylaş: |