Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı



Yüklə 0,68 Mb.
səhifə1/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
  1   2   3   4   5   6   7   8   9   ...   38
İnqİlab təlİmlərİ
İslam inqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin İslam inqilabı haqda fikirləri

Tərtib edən: Əlirza Muxtarpur

Tərcümə edən: Əlirza Sərablı

İlahi inqilabın sözçüsü


Mən İrandan gəlirəm - müasir dövrün ən şöhrətli, eyni zamanda ən tanınmaz inqilabının vətənindən; Allahın dini əsasında qələbə çalan, böyük peyğəmbərlərin və islahatçıların yolunun, bütün bəşər tarixi uzunluğunda bir yolun davamı olan bir inqilabın vətənindən! Bu inqilabın güclü əsası və təməl düşüncəsi monoteist İslam dünyagörüşüdür. İnsanın və tarixin dərki, indiki, keçmiş və gələcək hadisələrin təhlili, təbiətin izahı, insanı öz varlığından xarici aləmlə - dünya ilə, insanlarla, əşyalarla bağlayan bütün bağların izahı, insanın öz varlığına dair dərki, xülasə, cəmiyyətin dəyər sistemini təşkil edən və onu ideal şəkildə idarə etməyə qadir olan hər bir şey bu ilahi dünyagörüşdən doğur.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 42-ci sessiyasında çıxışdan: 1987.




İnqilabın əsas xüsusiyyətləri


1. Xalq inqilabı olması

Bizim barəmizdə, inqilabımız, prinsiplərimiz və fikirlərimiz haqda həddən artıq qərəzli və cahil sözlər danışılmışdır. Bizim inqilabımızda adi inqilablarda mövcud olmayan bir neçə spesifik xüsusiyyət vardır. Mən həmin xüsusiyyətlərdən danışacaq və sonda mesajımızı deyəcəyəm.

Birincisi budur ki, bu inqilab hətta başlanğıcda da yüz faiz xalq inqilabı idi; nə silahlı bir partizan qrupunun inqilabı idi, nə siyasi-hərbi bir partiyanın, nə də inqilabçı və azadlıqsevər zabitlər qrupunun. Bu yalnız xalq inqilabı idi. Tamamilə silahsız bir xalq öz vücudu və inqilabçı şüarları ilə Tehranın və başqa yerlərin küçə və xiyabanlarını elə doldurdular ki, hökumət üçün heç bir yer qalmadı. Onlar həm bir-bir, həm də kollektiv şəkildə saraylardan, hökumət binalarından və sonra ölkədən çıxmağa məcbur oldular. Şah, Baş nazir, ordu rəhbərləri, nazirlər və digər yüksək məmurlardan hansı bacardısa, xalqdan qaçdı. Bu onların bir ildən artıq bir müddətdə özlərinin bütün siyasi, hərbi imkanlarından və polis qüvvələrindən istifadə edib xalqı dağıtmağa, evlərinə və iş yerlərinə qaytarmağa çalışmalarından sonra baş verdi. Bu müddətdə minlərlə insan hamının gözü önündə - küçədə, məsciddə, universitetdə və iş yerində öldürüldü, lakin xalqın fəallığı günbəgün artdı. Sonrakı aylarda rejimin qəddarlığı çoxaldı və qarşılığında xalqın izdihamı da artdı. Canından əlini üzmüş xalqın qəzəbi qarşısında dayana bilməyən rejim özünün ən böyük imtiyazını verməyə məcbur oldu: şah getdi. Bundan sonra isə ardıcıl və sürətli geriçəkilmələr başlandı. Hər bir sözü hər adama ruh, ayıqlıq və dərs verən böyük inqilab rəhbəri bütün güclərin sahibi olan Allah-Taalaya güvənərək, xalqın əzəmətli və sarsılmaz iradəsinə arxalanaraq inqilab hökumətini qurdu. Zalım şahın kabineti öz-özünə və başqa yolu olmadan kürsünü tərk edib qaçdı. Son səngərlər əsgər və zabitsiz qalan boş qarnizonlar idi. Onlar da qaçmış və çoxu xalqa qoşulmuşdu. Son anlarda bir neçə qarnizon bir qədər müqavimət göstərdi, amma əbəs idi. Orada da xalq vardı və bu inqilabın möcüzəsi xalqın qələbəsindən ibarət idi. Yalnız qarnizonların süqutundan sonra xalq silah gördü, o zaman isə şah rejimi artıq süqut etmişdi. Bu silahlar inqilabın yeni ağacını qorumaq üçün işlədildi. Güclü və çox silahlı görünən və ən böyük güclər tərəfindən himayə olunan Pəhləvi rejimini məğlub edən, İslam Respublikası quruluşunu yaradan yeganə qüvvə xalq – gənclər, qocalar, qadınlar və kişilər idi. Onların silahı imanları, güclü iradələri, qanları idi və qan xəncərə qalib gəldi. Qanın xəncərə qələbəsi siyasəti belə məzlum müqavimət siyasətidir. Bizim rəhbərimiz inqilabımızın qələbəsindən öncə bunu elan etdi və bunun ilk möcüzəsi təpədən-dırnağa qədər silahlanmış, Amerika və Qərb tərəfindən tam himayə olunan rejim üzərində qələbə idi. Ondan sonra da elə qələbələr çalındı ki, bəziləri hətta şah rejimi üzərində qələbədən də böyük idi.

Bu, ən azı son bir əsrdə misli görünməyən təcrübə oldu. Həm istismar olunan ölkələr, həm də dünyanın istismarçı gücləri buna diqqət yetirsələr və bu haqda düşünsələr, yaxşı olar.


2. İslam inqilabı olması

İkincisi budur ki, bu inqilab dinə və İslama əsaslanırdı. Mübarizəsi dini inancdan qaynaqlanan, lakin inqilabın strukturunda bu imanın çox da, yaxud heç bir rolu olmayan inqilablar çoxdur. Bizim inqilabımız isə hər bir şeyini - məqsədlərini, prinsiplərini, hətta mübarizə üsullarını, eləcə də yeni quruluşun formasını və idarə tərzini də İslamdan götürdü. Bu, inqilaba möhtəşəm cəhətlər bəxş edir və onun qələbəsinə dair yeni tərif ortaya qoyur.

İslam belə əzəmətli inqilabçılıq və quruculuq potensialına sahib olduğuna görə ən azı 150 ildir müstəmləkəçi güclər və onların mürtəce, zəbun və rəzil muzdurları tərəfindən hücuma məruz qalır. Bundan əlavə, İslam əllidən artıq ölkə və bir milyard insan tərəfindən müqəddəs bir inanc və ilahi din sayılır. Ruhu və məzmunu İslamdan ibarət olan bir inqilabın qələbəsi əslində həmin düşmənlərin hamısı üzərində və bu bir milyardın hamısı üçün qələbədir. Yüz milyonlarla müsəlman kişi və qadın onlarla ölkədə bizim inqilabımızın qələbə çaldığına görə zəfər hissi keçirdilər. Bu xüsusiyyət həmçinin xalqa, inqilabın rəhbərinə və idarəçilərinə geriçəkilmə, məğlubiyyət, zəiflik və qorxu yollarını bağlayır. Allah yolunda məğlubiyyət olmadığı üçün zəiflik, qorxu və geriçəkilmə də yoxdur.
3. Şərqə və Qərbə bağlı olmaması

Bu inqilabın üçüncü müstəsna xüsusiyyəti onun Şərqə, yaxud Qərbə bağlı olmamasıdır. Bu siyasət indi də bizim inqilabçı quruluşumuzun qəti siyasətidir. Bunun özü bizim fərdi və ictimai həyatımızın bütün sahələrində Allaha etiqadın və güvənin əlamətlərindən biridir. Bu gün bütün siyasət aləminə hakim təfəkkür budur ki, böyük güc qütblərindən birinə arxalanmadan müasir siyasətdə qalmaq mümkün deyil. Bunun güclü, yaxud zəifliyinə dair fikir ayrılığı olsa da, özünə etiraz yoxdur. Hətta düşüncədə güvənməyi və öhdəçi olmağı qəbul etməyənlər belə bunu əməldə vacib sayırlar.

Bizim inqilabımız belə bir şəraitdə yeni bir fəlsəfə ortaya qoydu və bu günədək ona sadiq qalır. Bizim inqilabımız sübut etdi ki, istismarçı gücləri özünə yaxın buraxmamaq, onların quldurluqlarını ciddiyə almamaq və onlara bac verməmək mümkündür; bu şərtlə ki, hər bir maddi gücdən daha güclü olan Allaha güvənəsən. Biz bu etiqad və bu yol üçün ağır bədəl ödəməyin lazım olduğunu bilirik və özümüzü buna hazırlamışıq. Qoy bu təcrübə xalqları həqiqi və sarsılmaz müstəqilliyə, sonda isə dünyanın böyük istismarçılarının tam inkarına yönəltsin. İndiki güc bölgüsü də bəşəriyyəti daha acı gələcəklə hədələyir.

Bizim inqilabımızda dördüncü müstəsna xüsusiyyət də var və o bu inqilabın əleyhinə aparılan misilsiz düşmənliklər və hücumlardır.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 42-ci sessiyasında çıxışdan: 1987.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin