Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


İslam inqilabının nəticəsi: asılılıqdan qurtuluş



Yüklə 0,68 Mb.
səhifə29/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

İslam inqilabının nəticəsi: asılılıqdan qurtuluş


Bizim ölkəmiz tağut dövründə qəsdən geridə saxlanır, istedadları məhv edilir və zəncirlənirdi. O zaman hegemon dünya digər ölkələrə qarşı olduğu kimi bizim ölkəmizə qarşı da istismarçı siyasət yürüdürdü. Buna görə də ölkənin inkişafını istəmirdilər. Onlar ölkənin neftindən, mədənlərindən, sərvətlərindən və istehlak bazarından istifadə etmək istəyirdilər. Bir ölkənin elmi cəhətdən inkişaf edib onlara rəqib olmasını istəmirdilər. Onlar özlərinə istehlakçı və süfrələrinin artığını yeyən istəyirdilər. Hökumət onlardan asılı idi, siyasət və proqramlar da onlarınkı idi.

İslam inqilabı və İslam quruluşu ölkəni asılılıqdan qurtardı, zəncirləri götürüb xalqın yolunu açdı. Bu gün ölkə sənayedə, istehsalda, texnologiyada, elmdə, ölkənin gələcəyini qurmaq üçün mühüm infrastruktur işlərində inqilabdan öncə ilə müqayisəolunası deyil. Statistika və göstəricilərə baxdığımızda bəzi sahələrin yüzlərlə faiz, bəzilərinin min faiz, bəzilərinin isə minlərlə faiz inkişaf etdiyini görürük.

Kerman əhalisinin böyük toplantısında çıxışdan: 2005.

Mübarizə dövründə Ciroft əhalisinin imanı və fədakarlığı

Təxminən 27 il öncə isti bir yay günündə mən bir neçə polis məmuru ilə birgə Ciroft şəhərinə daxil oldum. Şəhərdə heç kimi tanımırdım. Daxil olanda məmurlar mənə Ciroftun polis idarəsini göstərdilər. Bu vəziyyətdə Cirofta daxil oldum, amma hələ bir neçə gün ötmədən öz qohumlarımın, qardaşlarımın və əzizlərimin arasında olduğumu hiss etdim. Ciroft əhalisi bu zəif bəndəyə və o zaman tağut rejimi tərəfindən bu şəhərə sürgün olunan digər şəxslərə qucaq açdılar, haqq və həqiqət yolunun əsgərləri saydıqları bu şəxslərə dəstək verdilər və onlarla həmrəylik nümayiş etdirdilər. Düzdür, o zaman Ciroft şəhəri bu qədər böyük və gözəl deyildi, bir neçə xiyabanı olan kiçik bir şəhər idi, amma məhəbbət və səmimiyyət dəryası idi. Ramazan ayında, isti yay fəslində Ciroftun bu Came məscidi çoxlu qadınları, kişiləri və gəncləri özünə cəlb edirdi və onlar sürgün olunmuş hövzə tələbələrinin dilindən həqiqətləri dinləyirdilər. Mənim özüm həmin gecələrdə Ciroftun Came məscidində bir neçə dəfə çıxış etmişəm. Tağut rejiminin məmurları mane olurdular, amma xalqın istəyi və sevgisi bu maneələri ortadan götürürdü. Mən xüsusən Ciroftun şücaətli, ayıq və sayıq qadınlarını yada salmaq istəyirəm. Came məscidində sürgün olunan digər dostlarla keçirdiyimiz və xalqın iştirak etdiyi həmin məclislərdə birinci inqilab şüarını və tağut rejimi əleyhinə etiraz fəryadını ucaldan pərdə arxasında oturmuş qadınlar oldu. Ciroft qadınları həmin gün öz məscidlərində uca səslə Qumun, Tehranın və digər böyük şəhərlərin əhalisinin az-çox verdiyi şüarları təkrar etdilər. Bu bölgənin əhalisi imanlı, vəfalı, dinə və vilayətə böyük inamı olan insanlar idilər. Bu insanlar inqilab illərində və həmçinin məcburi müharibə dövründə çox yaxşı imtahan verdilər.

Ciroft əhalisinin böyük toplantısında çıxışdan: 2005.

Məlumatsızlıq - bütün geriliklərin kökü

Əziz qardaşlar! Əziz bacılar! İran xalqı son bir-iki əsrdə elm və sivilizasiya karvanından geri qaldı. Ölkə əcnəbilərin, düşmənlərin, yaxud onların təyin etdiyi adamların vasitəsilə idarə olundu. Bütün bunların səbəbi məlumatsızlıq idi. Ölkənin başına gələnləri dərk etməmələri üçün xalqı, gəncləri və müxtəlif təbəqələri məlumatsız və xəbərsiz saxlamışdılar. Dünyanın hər bir nöqtəsinə tamah salan müstəmləkəçilər bu iki əsrdə öz maraqları və şeytani məqsədləri naminə ölkəmizin hər bir yerində bacardıqları hər bir işi gördülər, qarşılarında maneənin olmaması üçün xalqı məlumatsız saxladılar. Əcnəbilərin özləri bu işi görə bilməzdilər, bu işdə asılı və azğın hökumətlər - Qacar və Pəhləvi sülalələri onlara yardım etdilər. Bunlar İran xalqından olsalar da, oğruların şəriki idilər. Özləri bu xalqa mənsub və ona borclu olsalar da, əcnəbiyə çalışırdılar. Əcnəbi də onların maraqlarına zəmanət verirdi. Əcnəbilərin vasitəsilə Qacarların maraqları bir şəkildə təmin olunurdu, mənfur, asılı və azğın Pəhləvi hökumətinin maraqları da başqa şəkildə. Onlar xalqı məlumatsız saxladılar və ona qarşı əllərindən gələni etdilər.

Ciroft əhalisinin böyük toplantısında çıxışdan: 2005.

İslam inqilabı və oyanış hərəkatı

İranda İslam hərəkatı bizim böyük imamımızın, ayıq və mübariz ruhanilərin, mömin və dindar ziyalıların rəhbərliyi ilə bu ölkədə oyanış dalğası yarada bildi və bu, inqilabla sonuclandı. Bir xalqın inqilabı hegemonluğun ən möhkəm qalalarını belə uçurmaq gücünə malikdir və uçurdu da. İslam inqilabı Amerika və İngiltərə müstəmləkəçilərinə arxalanan Pəhləvi rejiminin istibdad qalasını məhv etdi, onun ardınca xalq və İslam hakimiyyəti yarandı. İslam Respubilkasını siz xalq yaratdınız. İslam Respubilkası – xarici qüvvənin müdaxiləsi olmayan, totalitarizmin və istibdadın olmadığı, aristokrat təbəqəsinin qarışmadığı, feodalizmin və mülkədarlığın xalqın işlərinə müdaxilə etmədiyi bir hökumətdir. Biz Ciroftda olanda xalq mülkədarların əlindən təngə gəlmişdi. Mülkədarlar mənfur Pəhləvi rejiminin, onlar da Amerikanın aləti idilər; yəni fəsad şəbəkəsi mövcud idi.

İslam Respubilkası - tağut hökumətinin sarayı, əcnəbilərin və mülkədarların müdaxiləsi olmayan bir quruluş, xalqın və ləyaqətli insanların hökumətidir. İslam Respublikasında hökumətin təsirli postlarına yiyələnmək səlahiyyətlərdən asılıdır. Kimin səlahiyyəti varsa, ölkənin hansı bölgəsindən və hansı ictimai təbəqədən olmasından asılı olmayaraq, vəzifəyə təyin olunmalıdır. Bunların hamısı İslamın hidayəti ilə, ilahi mətnlərdən və Qurandan ilham almaqla baş verir. İslam Respubilkası quruluşunun mənası budur. Yoxsul və varlı arasında, zadəgan və qeyri-zadəgan arasında ayrıseçkilik salmaq, xüsusi bir təbəqəyə üstünlük vermək İslam Respubilkası quruluşuna uyğun deyil. İslam Respubilkası quruluşunun hər hansı bir sahəsi hər hansı bir yerdə bu halların birinə düçar olsa, deməli, İslam Respubilkasının və İslam quruluşunun düzgün yolundan çıxmışdır və onu düzəltmək lazımdır.

Ciroft əhalisinin böyük toplantısında çıxışdan: 2005.



Keçmişdə xalqın ixtiyarsızlığı

Qarşıdan seçkilər gəlir. Seçkilər həmrəyliyin mühüm yerlərindən biridir. Seçkilər haqda danışmışıq, hamı danışıb və seçkilərə qədər lazım olsa, yenə danışacağıq. Önəmli olan isə budur ki, xalq bu seçkilərdə öz həmrəyliyini göstərsin. İran xalqı İslam inqilabına qədər heç zaman bu seçim imkanına malik olmamışdır. İslam inqilabı İran xalqının ixtiyarında bu imkanı qoymuşdur. İslam inqilabından öncə İran xalqı oturub tamaşa edirdi ki, kim hakimiyyətə gəlib istədiyi qərarı verəcək. Onları kim hakimiyyətə gətirirdi? Dünyanın müxtəlif gücləri və müxtəlif siyasi cinahları; bir gün ruslar, bir gün ingilislər, bir gün amerikalılar. Bu hadisələrdə İran xalqı tamaşacı idi və heç bir ixtiyara malik deyildi.

Şəhid ailələri ilə görüşdəki çıxışdan: 2005.

Müsəddiq dövrünün demokratiyasının İslam Respublikası quruluşu ilə müqayisəsi

İnqilabın bizə veridiyi azadlıq və demokratiya, hətta nisbətən azad və öz sözləri ilə desək, demokratik bir dövr olan Müsəddiqin dövründə də yox idi. Doktor Müsəddiq o zamanın Şura Məclisini - yəni demokratiyanın atributu olan parlamenti buraxdı. Düzdür, onda demokratiya da yox idi, lakin Müsəddiq dedi ki, mən səlahiyyət istəyirəm. Səlahiyyəti aldı - əvvəl altı ay, sonra daha altı ay. Özünün ikiillik hökumətində bir il, yaxud bir qədər artıq mütləq səlahiyyətlərlə rəhbərlik etdi; özü qanun çıxarır, özü imzalayır və özü icra edirdi. Bunun harası İslam Respubilkası quruluşu ilə müqayisəolunasıdır?! Bu 26 il ərzində İslam Şurası Məclisinin və xalqın nümayəndələrinin iş başında olmadığı bir gün də olmamışdır.

Şəhid ailələri ilə görüşdəki çıxışdan: 2005.

İmamın müstəsna şəxsiyyətinin müxtəlif cəhətləri

Bizim böyük imamımız tariximizdə həqiqətən müstəsna bir şəxsiyyət və İran xalqının hərəkətində uca bir zirvə idi. Bunu onu sevdiyimizə görə demirik, hər bir insaflı adam bunu təsdiqləyər. İmam həqiqətən müstəsna bir şəxs idi. Biz ölkənin tarixi şəxsiyyətlərini tanıyırıq. Mən tarixlə az-çox tanışam. Bu kamil şəxsiyyətin nə bizim böyük alimlərimiz arasında bənzəri var, nə bu ölkənin başçıları arasında, nə də siyasi dəvətçilər və islahat tərəfdarları arasında. Bizim ölkəmizdə, hətta bütün İslam dünyasında dəyişiklik istəyənlər, mərhum Seyid Camal kimi böyük şəxsiyyətlər hara, həqiqətən vəsfəgəlməz, güclü və çoxcəhətli bu insan hara?! Bizim böyük alimlərimiz, fəqihlərimiz olmuşdur. Onların sözləri qalır. Böyük İmam belə şəxsiyyətlərin birinci sırasında durur. Mən bir çox filosofların, ariflərin, əqli elmlər üzrə mütəxəssislərin, siyasətçilərin, təcrübəli qocaların və görkəmli insanların həyatını ya kitablarda oxumuşam, ya həyatımda onlarla rastlaşmışam. Onlarla Böyük İmam arasında fərq çoxdur. Bu şəxsiyyətin müxtəlif cəhətlərinin hər biri təklikdə də öz oxşarlarından üstün və öndədir.

Bu insanın təqvası, zahidliyi və dünyaya etinasızlığı başqa bir mövzudur. Biri var ki, insan evinin dörd divarı arasında oturub nə dünya ilə maraqlansın, nə xalqla maraqlansın, nə imtahan olunsun, amma zahid olsun. Biri də var ki, bütün bu inqilabın səbəbkarı olan, xalqın da bu qədər hörmət və qəbul etdiyi dünya şöhrətli bir insan bu şəkildə zahidlik etsin. Onun böyük işlərdə qətiyyəti, güclü iradəsi və polad əzmi də belədir. Yəni insan bu geniş okeanın hansı tərəfinə baxırsa, həqiqətən vəsfəgəlməz olduğunu görür. Okeanın dərinliyində başqa aləmlər var. İnsan okeanın sahilində bir qədər su görür və ilk baxışdan onunla böyük bir hovuz arasında fərq hiss etmir. Amma okeanın dərinliyinə baş vuranda orada başqa aləmlər aşkara çıxır, insan yaxınlaşdıqca və dərinliyə getdikcə daha yeni şeylər kəşf edir. İmam da həqiqətən belədir.

Bizim qeyd etdiyimiz təriflərin tarixi tətbiqi ola bilər, amma bu müstəsna şəxsiyyət yalnız tarix üçün deyil. İran tarixində böyük iş görmüş, xalqı hərəkətə gətirmiş, bütün əzəməti və gözlənilməzliyi ilə yanaşı güclü İslam Respublikası yaratmış şəxsiyyətimiz var. Çox gözəl! İndi bu böyük şəxsiyyəti qiymətli əşya kimi tarixin vitrininə qoyub tamaşa etməli və tərifləməliyik?! Belə olmalıdır?! Biz imamı bu cəhətdən peyğəmbərlərə bənzətməliyik. Peyğəmbərlərin varlığı və kimliyi yaşadıqları dövrlə bitmir, tarix boyu davam edir. Yəni onların həyatı özlərindən sonra təlimləri, dinləri və yolları ilə davam edir; beləliklə əzm və şəriət sahibi olan peyğəmbərlər olurlar. Belə olmasa, peyğəmbərlərin həyatı da digər insanlar kimi olar; əlli il, altmış il, yüz il bu dünyada yaşayıb böyük işlər görər, sonra da gedərlər. Buna əsasən, məsələ bununla bitmir. Əgər belə olsaydı, bu gün peyğəmbərlərin din və təlimlərindən dünyada əsər-əlamət qalmazdı. Halbuki belə deyil. Bu gün bütün uca bəşəri bilgilər, vasitəli olsa da, peyğəmbərlərin təfəkkürünün məhsuludur. Ədaləti, əxlaqı, Allaha diqqəti, özündə qapanıb qalmamağı, insanlar üçün fədakarlıq etməyi və bu gün bütün dünya xalqlarının qəbul etdiyi digər dəyərləri söyləyən və ortaya qoyanlar onlar olmuşlar. Hegemonların və zalımların əlində olan bir dünyada nə üçün ədalət, azad düşüncə, qardaşlıq və fədakarlıq sözləri yaşamış və həmişə dəyər sayılmışdır? Bu, peyğəmbərlərin təliminə görədir. Onlar bu təlimləri qoyub getmişlər. Onların həyatı 50-60 illə bitmir. Onların həyatı bu təlimlərin insanların hidayətindən ötrü tarix boyu qalması ilə davam edir. Bizim imamımız da belədir.



İmam Xomeyninin vəfatının ildönümü tədbirlərinin təşkilat komitəsinin üzvləri ilə görüşdəki çıxışdan: 2005.

İmamla əhdi yeniləmək və onun yolunu davam etdirmək

Bu gün bizim böyük imamımızın vəfatının kədərli xatirəsinin canlandığı gündür. Bu kədərli gün İran xalqı üçün unudulmazdır. Bizim bu yerə gəlişimiz isə əhdi yeniləməkdən ötrüdür. Biz böyük imamımızın yatmış cismi kənarında onun pak ruhuna müraciətlə deyirik: “Biz əhdimizə sadiqik”. Böyük imamımızla bağladığımız əhd-peyman onun yolunu davam etdirmək və məqsədlərinə çatmaq üçün səy göstərməkdir. Biz imamı yalnız adı və işi ilə fəxr etməkdən ötrü istəmir, yalnız İslam Respublikasının bəzəyi hesab etmirik. Bunlardan daha üstün və daha mühüm məsələ budur ki, imam bizi bir yola yönəltdi, qarşımıza məqsədlər qoydu, yolu itirməmək üçün bizə meyarlar göstərdi. Biz yalnız bu yolla getdikdə gözəl həyata nail ola və onu dada bilərik. Biz bununla cəmiyyətimizdən və xalqımızdan yoxsulluq və gerilik kabusunu uzaqlaşdıra, bəşərin qədim arzusu olan ədaləti həyata keçirə, müsəlman xalqların təhqirinə son qoya, hegemon güclərin tamahını yaltaqlıqla və rəzilliklə yox, qüdrətlə özümüzdən dəf edə bilərik. Biz bununla əxlaqı, təqvanı və imanı həm öz fərdi rəftarlarımıza, həm də ölkənin ümumi proqramlarına hakim edə, Allahın böyük neməti olan azadlığı bütün faydaları ilə birgə qazana bilərik. Bunlar imamın məqsədləridir. İmamın hərəkəti, inqilabı və yaratdığı quruluş bu məqsədləri həyata keçirməkdən ötrüdür. Deməli, imamın yolu iman, ədalət, maddi inkişaf və şərəf yoludur. Biz bu yolu davam etdirməyi əhd etmişik və Allahın yardımı ilə davam etdirəcəyik. İmam bizim qarşımızda bu yolu açdı, bu məqsədləri bizə başa saldı. O özünün qətiyyətli iradəsi, güclü qolu və xalqın yardımı ilə bu uzun yolun ən mühüm mərhələsini arxada qoydu və İslam dünyasını dəyişdirdi. Allah adamları belədirlər: dünya bəzəklərinə etinasız olmalarına rəğmən, dünyanı dəyişdirə bilirlər. Onların gücünün əsas amili dünyaya etinasızlıqdır. Allah adamlarının hər şeyə və hər kəsə baxışları Allaha baxışları ilə tənzimlənir. Allah adamları tarixə ruh bəxş edirlər və etmişlər. Bəşərin həqiqi və mənəvi tarixini Allah adamları yazmışlar. Siz baxın, bu gün İbrahimin, Musanın və İsanın (ə) dövründən min illər keçsə də, onların bəşəriyyətə töhfə verdiyi düşüncələr bu gün bəşərin ən gözəl düşüncələridir. Əgər bu gün azadlıqdan və insan hörmətindən söhbət gedirsə, cəmiyyətlərdə insan hüquqlarından danışılırsa, ədalət, ayrıseçkiliyi aradan qaldırmaq dünyada hələ də müqəddəs missiya sayılırsa, fəsadla, fəsad törədənlərlə və zülmlə mübarizə və haqq uğrunda fədakarlıq hələ də insanlar üçün xoşagələndirsə, onları peyğəmbərlərin - Allah adamlarının tarixə təqdim etdiyinə və bəşəriyyətin ixtiyarında qoyduğuna görədir. Buna əsasən, Allah adamları tarixi dəyişdirir, Allaha ümidlə və Ondan qorxmaqla qeyri-mümkünləri mümkün edirlər. Maddi və heyvani qorxu və ümidlə insanı və insaniyyəti dəyişdirmək olmaz. Allah adamlarının qorxu və ümidi dünya adamlarının qorxu və ümidi kimi deyil. Onlar Allahı sevirlər, Allaha arxalanırlar, Ona itaətsizlikdən qorxurlar. Onlar Allahın qüdrətlə yaratdığı bütün təbiət qanunlarını öz məqsədlərinin xidmətində görür və Allaha güvənərək hərəkət edirlər. Məhz buna görə də bütün dünyanı dəyişdirirlər. Bizim böyük imamımız belə insanlardan idi.

İmam Xomeyninin vəfatının on altıncı ildönümü mərasimində çıxışdan: 2005.



Allah adamlarının hakimiyyətinin digər hakimiyyətlərlə fərqi

Allah adamları qəlblərə hökumət edir, Allaha bağlı olduqlarına görə qəlblərin sultanı olurlar. Allah adamlarının hakimiyyəti mənəvi hakimiyyətdir. Siyasi hakimiyyət də bu onların mənəviyyatından və mənəvi hakimiyyətindən irəli gəlir. Allah Öz adamlarına, peyğəmbərlərinə və onların canişinlərinə Öz gücünü verib onları qəlblərə hakim edir. Mənəvi hakimiyyətdən payı olmayan hakimiyyət gözəl olsa da, yalandan, hiylədən başqa bir şey olmayacaq. Buna görə də Allah adamlarının və ilahi hakimlərin hakimiyyət növü digərləri ilə fərqlidir. İmam bizə bu örnəyi göstərdi və biz onu yaxından gördük. Biz özümüzlə Allahın peyğəmbərləri, övliyaları, böyük ilahi və mənəvi insanlar arasında fərqin olduqca böyük olduğunu bilirik. Amma bizim dövrümüzdə yaşayan Böyük İmam ilahi peyğəmbərlərin və vəhyin olmadığı şəraitdə öz varlığı, düşüncəsi və rəftarı ilə mənəvi hakimiyyətə dair canlı bir nümunə göstərə bildi. Bu gün də imamın yolu, düşüncəsi və məqsədi İran xalqı və İslam ümməti üçün qurtuluş amilidir.

İmam Xomeyninin vəfatının on altıncı ildönümü mərasimində çıxışdan: 2005.


İmamın sayıqlığı və inqilabın müsadirəsinin qarşısını alması

İslam inqilabından sonra məhz İslam quruluşu yarandı. İslam inqilabı və İslam hərəkatı baş verə, lakin qeyri-islami quruluş da yarana bilərdi. Çox yerlərdə belə olmuşdu. Əlcəzairdə belə oldu. Orada hərəkat İslam hərəkatı, hərəkatın sosial dayağı və rəhbərləri müsəlmanlar idilər, amma qələbə çalandan sonra İslamın düşüncə əsaslarına etiqadı olmayanlar hakimiyyəti ələ keçirdilər. Burada da həmin işlər görülürdü; 21, 22 və 23 bəhməndə bu işləri görürdülər. Mən bəzi işləri yaxından müşahidə edirdim. Öz sözləri ilə desək, bir fəhlə hərəkatını bu ümumi hərəkata hakim etməyə, dünyada sosialist quruluşların hakimiyyətə gəlməsində işlədilən formulu - yəni fəhlə inqilabını həyata keçirməyə və sonra da bir neçə nəfəri hakimiyyətə gətirməyə çalışırdılar. Lakin onlar imamı nəzərə almamış, plan cızarkən bu sarsılmaz və məğlubedilməz qüvvəni yaddan çıxarmışdılar. Buna görə də güclü zərbə aldılar. Hətta inqilabın qələbəsindən üç gün sonra imamın Ələvi mədrəsəsindəki evinin qarşısına toplaşıb piket keçirdilər, dırnaqarası sosialist və fəhlə tələbləri irəli sürdülər, lakin İslam quruluşu yarandı.

Prezident və nazirlərlə görüşdəki çıxışdan: 2005.

Ədalətin zəruri şərti: ağıl

Əgər ədalətin cəmiyyətdə həqiqi şəkildə həyata keçməsini istəyiriksə, onu mütləq başqa iki amillə birgə nəzərə almalıyıq: bunların biri ağıl, biri isə mənəviyyatdır. Əgər ədalət ağıl və mənəviyyatdan ayrı olsa, sizin istədiyiniz ədalət yaranmayacaq və bu ümumiyyətlə ədalət olmayacaq. Əgər ədalətin nümunələrini təyin etməkdə ağıl işlədilməsə, insan sapqınlığa və səhvə düşər; bəzi işlərin ədalətli olduğunu düşünər, halbuki belə olmaz, yaxud bəzi ədalətli işləri görməz. Buna əsasən, ağıl və düşüncə ədalətə nail olmaq üçün zəruri şərtlərdəndir.

Ağıl və düşüncə deyəndə mühafizəkarlıq başa düşülməsin. Ağıllı olmaq və ağlı işlətmək mühafizəkarlıqdan fərqli bir şeydir. Mühafizəkar mövcud vəziyyətin tərəfdarı olub, hər bir dəyişiklikdən qorxandır. O heç bir yeniliyə dözmür və ondan qaçır. Ağıl isə belə deyil. Əqli düşüncənin özü bəzən böyük dəyişikliklərə səbəb olur. Bizim əzəmətli İslam inqilabımız ağıldan irəli gəldi. Xalq düşünmədən küçələrə çıxıb belə bir rejimi devirə bilməzdi. Bunun üçün əqli işlər görülmüş və düşüncə işlədilmişdi. Uzun illər xalq arasında haqsevərlik, ədalətsevərlik və azadlıqsevərlik mövzuları aktual olmuşdu. Bu, xalqın potensialını işə salıb əzəmətli cihad meydanına gətirdi və düşmən üzərində qələbə ilə nəticələndi. Buna əsasən, ağıllılıq bəzən belə böyük dəyişikliklərə səbəb olur.

Prezident və nazirlərlə görüşdəki çıxışdan: 2005.




Xalqın sükut günahının cəzası: repressiya illəri

Bəzən bir xalq, yaxud bir xalqdan olan təsirli toplum bir günah edir. Bu günahın da öz bağışlanma üsulu var. Bəzən bir xalq uzun illər pis işin və zülmün qarşısında sükut edir, heç bir reaksiya vermir. Bu da bir günah və bəlkə də daha ağır günahdır. Bu, "Hər hansı bir tayfa öz vəziyyətini dəyişmədikcə, Allah onun vəziyyətini dəyişməz"1 məsələsidir. Bu, böyük nemətləri məhv edən günahkar qruplara və xalqlara ağır bəlaları yönəldən günahdır. Bir xalq Tehranda durub Şeyx Fəzlullah Nuri kimi böyük bir müctəhidin dar ağacından asılmasına tamaşa etdi və yerindən tərpənmədi; Məşrutənin ingilis və qərbpərəst qoluna qoşulmadığına görə onun əsasını qoyanlardan və rəhbərlərindən olan bu şəxsə antiməşrutə damğası vurduqlarını - hələ də bizim bir qrup qələm adamımız, natiq və yazıçımız bu əsassız və məntiqsiz yalanı çeynəyir və təkrarlayır – gördü və əlli ildən sonra altını çəkdi: bu Tehran şəhərində Təsisçilər məclisi təşkil olundu və orada şahlığın və hakimiyyətin Rza şaha keçməsini qəbul etdilər. Onlar xüsusi bir qrup deyildi. Bu, ümumi və milli bir günah idi: "Sizin aranızda təkcə zalımlara toxunmayacaq bəladan qorxun"2. Bəzən cəza təkcə günahı törədənlərə şamil olmur, ümumi olur. Hamı onda birbaşa iştirak etməsə də, hərəkət ümumi olmuşdur. Həmin xalq küçələrə çıxıb Məhəhəmmədrza Pəhləvinin tankları önündə sinələrini sipər edəndə və ölümdən qorxmayanda - yəni əlliillik dözüm və sükut günahını tərk edəndə isə Allah-Taala onların mükafatını verdi; zülm hakimiyyəti devirildi və xalq hakimiyyəti yarandı; rüsvayçı siyasi asılılıq götürüldü, müstəqillik başlandı. Bu müstəqillik davam edir, davam edəcək və bu xalq Allahın yardımı və öz istəyi ilə amallarına qovuşacaq.

Quruluşun məsul şəxsləri ilə görüşdəki çıxışdan: 2005.


Qum şəhərinin ixlaslı qiyamı

Qumun qəhrəmanlıq dolu günlərinin, xüsusən də 19 deyin xatirəsi İran xalqının yaddaşından silinməyəcək. Qum 1962-ci ildə İslam hərəkatı qəsidəsinin mətləi olduğu kimi, 1977-ci ildə də inqilabın möhtəşəm və fəxr dolu qələbəsinin başlanğıcına çevrildi. Biz 28 ildən sonra həmin günün, həmin gündə şəhid olan məzlumların, həmin misilsiz və anoloqu olmayan qəhrəmanlığın xatirəsini uca tutmalı, Allaha doğru əl açıb dua etməli, Allah-Taaladan həmin şəhidlərin ruhunun ucalığını və Qum əhalisinin uğurlarının davam etməsini istəməliyik. Qum əhalisi uzun illər boyu - həm müqəddəs müdafiə dövründə, həm də ondan sonra bu ruhiyyəni qorumuşdur.

Sabah Ərəfə - dua, zikr, münacat və raz-niyaz günüdür. Xüsusən siz gənclər bu böyük günlərin və dəyərli saatların qədrini bilin. Allahla rabitə qəlbləri genişləndirir, yolu açır, insana iradə və ixlas, işlərə isə bərəkət verir. İlahi yardıma səbəb olan bu rabitənin nəticəsində əsl İslam dəyərləri istiqamətində inkişaf hasil olur. Bu dəyərli günləri və saatları heç vaxt əldən verməyin.

Qum əhalisinin qiyamı ixlaslı olduğuna görə qlobal İslam inqilabı ilə nəticələndi. Siz bu gün İslam dünyasının hansı nöqtəsinə baxsanız, xalqın, xüsusən də gənclərin, universitet tələbələrinin və ziyalıların qəlbində İslam hakimiyyəti və İslam ucalığı hissini müşahidə edərsiniz. Keçmişdə belə bir şey yox idi. Haqq və xoş söz budur: “Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər”1. Qum xalqının qiyamı xoş söz idi. Tam ixlasla bu hərəkətə başlayan imamın gördüyü iş xoş söz idi. Bu xoş söz bəhrəsini verdi. Bunu kim düşünərdi?!

Qum əhalisi ilə ümumi görüşdəki çıxışdan: 2006.

İmamın qiyamında əsas amil: əxlaq və vəzifəyə əməl etmək

İmam birinci gündən buyurdu ki, biz vəzifəmizə əməl etməyə əmr olunmuşuq, nəticəyə yox. Bu, ixlasın son həddidir. Bu zaman iş yalnız Allahdan ötrü həyata keçir, belə bir qəlbdə zərrə qədər də hakimiyyət istəyi və maddi maraq olmur. İmam üzərinə düşən vəzifəni yerinə yetirdi, Allah da ona nəticə bağışladı: imamın səsi bütün dünyanı dolaşdı. Biz o zaman nə beynəlxalq təbliğat aparmağı bacarırdıq, nə də inqilabın və yeri quruluşun uyğun imkanları vardı. Lakin bununla yanaşı kim İslam dünyasının və hətta digər yerlərin hansı nöqtəsinə qədəm qoyurdusa, orada imamın nəfəsinin, adının və xatirəsinin yaşadığını görürdü. Allah-Taala gözəl sözə belə bərəkət verir və onu inkişaf etdirir. Zaman-zaman imamın yolunu və xəttini məhv etməkdən ötrü çox çalışdılar. Amma həmin möhtəşəm hərəkatın başlanmasından, inqilabın qələbəsindən və İslam Respublikasının yaranmasından iyirmi yeddi il ötəndən sonra bu gün inqilab şüarlarının və xalqa xidmət ətrinin bütün ölkədə duyulduğunu, xidmət, cavabdehlik, sadə yaşayış və ədalətsevərlik şüarlarının geniş yayıldığını görürsünüz. Bu, inqilabın səmərəsidir. Düzdür, hələ də xalqı zalım düşmənlər qarşısında təslimçiliyə və xarlığa dəvət edənlər var, lakin xalq öz yolunu seçmişdir.

Qum əhalisi ilə ümumi görüşdəki çıxışdan: 2006.

19 Bəhməndə Hərbi Hava Qüvvələrinin qorxmaz hərəkəti

19 Bəhmən şərəfli bir gündür. Hərbi Hava Qüvvələrinin gəncləri - pilot və zabitlər həmin gün qorxmaz bir iş gördülər. Bu məclisdə iştirak edən siz əziz gənclər həmin təyinedici və möhtəşəm dövrdə baş verən bu işin çəkisini və əhəmiyyətini düzgün anlaya bilməzsiniz. Bu iş yalnız həmin gün yox, bütün bu 27 ildə təsirli və işıqlı bir nöqtəyə çevrilmişdir.

Hərbi Hava Qüvvələri bu illərdə silahlı qüvvələrdən gözlənilən bütün fəxrli işlərin ön sıralarında durdu. Müqəddəs müdafiə dövründə Hərbi Hava Qüvvələri parlaq işlər gördü. Mən bilmirəm ki, siz əziz gənclər bu macəra dolu dövrdə onların fəaliyyətlərindən xəbərdarsınız, yoxsa yox. Bu qədər bilin ki, müqəddəs müdafiədə bir quruluş üçün lazım olan ən üstün fədakarlıqlar Hərbi Hava Qüvvələri tərəfindən edildi və bu qüvvələrinin rəşadətli döyüşçüləri onun öhdəsindən gəldilər. Bu məsələlər dəqiq, düzgün və şişirdilmədən gənc nəslin ixtiyarına qoyulmalıdır. Bunları şişirtməyə ehtiyac da yoxdur. Həqiqətlər o qədər möhtəşəm və əzəmətlidir ki, hamının heyrətinə səbəb olur.

...Bu gün Hərbi Hava Qüvvələrinin siz əməkdaşları və bu mühüm sahədə fəaliyyət göstərən hərbçilər öz mövqeyinizi düzgün tanımalısınız. Hərbi Hava Qüvvələri çox əhəmiyyətli və müəyyən mənada təyinedici qüvvədir. Bu gün sizin müdafiə bölməniz İran xalqının başucalığını və müstəqilliyini müdafiə etmək üçün ölkənin ən təsirli hərbi qurumlarındandır. Sizin səyiniz, iradəniz, özünəinamınız, Allaha güvəniniz və yorulmazlığınız olmadan bu uca zirvələri fəth etmək mümkün deyil. Bir zaman Hərbi Hava Qüvvələri özünün 19 bəhməndə etdiyi bəlli böyük hərəkəti ilə bütün ölkədə dəyişiklik yaratdı. Bəlkə də həmin gün imamın yanına gələn gənclər necə mühüm iş gördüklərini bilmirdilər. İman və eşq onları buna vadar etmişdi. Onların işi bütün inqilab prosesinə böyük təsir göstərdi. Buna əsasən, silahlı qüvvələrin hər bir sahəsi və digər qurumlar xüsusi zamanlarda böyük təsir buraxa bilərlər. Özünüzə inanın, daxili qüvvələrinizdən istifadə edin və bilin ki, iradəniz, yaradıcılığınız, yeniliyiniz və fəallığınızla öz sahənizi xalqınızın başucalığına mühüm vasitə edə bilərsiniz. Bu mümkündür. İndiyədək sınamışıq və mümkün olmuşdur. Proqramla, nizam-intizamla və özünəinamla işləmək, dəqiq və incə hərbi qaydalara riayət etmək, ixlasla və Allaha etimadla çalışmaq bütün sahələrdə böyük təsirlər buraxa bilər.

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ilə görüşdəki çıxışdan: 2006.



İranın Aşura rəngli və şərəfli inqilabı

Uzun illər bizim xalqımızı asılı bir xalqa çevirmiş, ardıcıl təbliğatla öz mədəniyyətindən, özünəinamdan uzaqlaşdırmış və ümidsiz etmişdilər. Belə tarixi keçmişə malik olan, belə həssas coğrafi mövqedə yerləşən, bu qədər insan kapitalı və zəngin təbii potensialı olan bir xalq əcnəbi güclərin meydanına çevrilmişdi; bir müddət İngiltərənin, sonra da Amerikanın. Bu inqilab isə bizi oyatdı, özümüzə gətirdi. Bu, Aşuraç rəngli hərəkət idi. Bu böyük addım bizim taleyimizi və yolumuzu dəyişdirdi. Biz bu gün öz şərəfimiz, müstəqilliyimiz, təbii və insani potensiallarımızdan istifadə edir və yüksəlirik. Dünya da böyük həddə bu yüksəlişi etiraf və qəbul etməyə məcbur olur. Lakin biz bu yolu davam etdirməliyik. Heç bir xalq tənbəlliklə başucalığına nail ola bilməz. Müstəqilliyə, mill başucalığına, insani hörmətə nail olmağın bir xalq üçün bədəli vardır. Bu bədəli ödəmək və çalışmaq lazımdır. İşin aqibətinə ümidlə və realistcəsinə baxmaq lazımdır. Realist baxış insana ümid verir.

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ilə görüşdəki çıxışdan: 2006.

İmamın sayıqlığı və əsas məqsədin unudulmasının qarşısını alması

Mən öz inqilabımıza baxanda görürəm ki, imamın böyük hünəri bu diqqətsizliyə yol verməməsidir. İmamın əsas işi budur. İmam dediyi sözü və seçdiyi məqsədi digərlərinin qınağı və şüarlarının təsiri altında itirib yaddan çıxarmadı. İmamın uğurunun əsas səbəbi bu idi ki, birbaşa məqsədə doğru getdi. Onu açıq və şəffaf şəkildə göz önündə saxladı və ona doğru hərəkət etdi. Təəssüf ki, Məşrutənin ruhani və digər başçıları bu işi görmədilər və bu diqqətsizliyi etdilər. Buna görə də ixtilaf yarandı. İxtilaf yarandıqda onlar hakim oldular və daha bir iş görmək mümkün olmadı. Mən İraq hadisələrində də bu məsələni eynilə gördüm. İraqda da din alimləri əvvəlcə ciddi şəkildə işə qoşuldular, sonra isə tərəddüd və bəhanələr başlandı: "bəlkə bunlar doğru deyirlər", "bəlkə məqsədləri pis deyil" və s. İngilislər İraq xalqı arasında belə fikirlər yayırdılar: “Biz sizi osmanlılardan azad etməyə gəlmişik, müstəmləkəyə çevirməyə yox”. Amerikalılar da son dövrdə iraqlılara buna bənzər söz dedilər: “Biz sizi Səddamın əlindən xilas etməyə gəlmişik, sizə hakim olmağa yox”. Eyni zamanda ingilislər 1920-ci ildən 1958-ci, yaxud 57-ci ilə qədər İraqı elə günə saldılar ki, insan bu uzun dövrün tarixini görəndə və oxuyanda onu ağlamaq tutur. Bunlar İraqda və təbii ki, əksərən elə iraqlıların əli ilə nələr etdilər: xalqı qırmaq, talamaq, aşağılamaq, ölkəni qarət etmək və geridə saxlamaq.

Məşrutə hərəkatının yüzilliyinə dair konfransının Mərkəzi şurasının və elmi komitələrinin üzvləri ilə görüşdəki çıxışdan: 2006.

İnqilabdan ibarət olan gözəl ağacın1 şirin meyvələri

Biz tanınmaz xalq və əcnəbi güclərin siyasətinə tabe idik. Nüfuzlu dövlətlərin - bir gün Amerikanın, ondan öncə İngiltərənin, bir gün də rusların qərarlarına tabe idik, amma bu inqilab bizi dünyanın ən təsirli xalqlarından birinə, regionun isə ən təsirili ölkəsinə və xalqına çevirdi. Bunu bizim düşmənlərimiz də etiraf edirlər. Biz özünəinamı olmayan, öz daxili qüvvəsini tanımayan, ona güvənməyən, əcnəbilərin bərbəzəyinə göz dikən və aldanan bir xalq idik. İnqilab isə bizi yaradıcı, özünə inanan, müxtəlif sahələrdə yeni sözü olan bir xalqa çevirdi. Bu gözəl ağacın şirin meyvələri bu gün minlərlə tədqiqatçı, minlərlə alim, minlərlə mütəfəkkir beyin və müxtəlif sahələrin bacarıqlı kadrlarıdır; istər humanitar elmlərdə, istər təcrübi elmlərdə, istər ictimai elmlərdə, istər siyasətdə, istərsə də dində. Biz bu gün əksəriyyəti gənclərdən ibarət olan aktiv, imanlı və bütün inkişaf şərtlərinə cavab verən bir ölkəyik.

Bu gözəl acağın meyvələri İslam dünyasının hər bir yerində müşahidə olunur. Müsəlmanlar oyanmış və öz İslam kimliklərinə qayıtmışlar. Onlar müsəlman olmaları ilə şərəf duyurlar. Müsəlman ölkələrində gənclərin, universitet tələbələrinin, ziyalıların və müxtəlif elitaların qəlbi İslam məqsədlərinə yönəlmişdir, onun üçün dəyər tanıyır və uğrunda çalışırlar. İslam dünyasında xalqlar bu gözəl ağacın sayəsində öz həqiqi, milli və müsəlman kimliklərini əldə etmiş, uzun illər böyük güclərin pəncəsində olmalarına baxmayaraq, qüdrət duymuşlar. Bu gün Fələstin bir nümunədir, İraq bir nümunədir. Şimali Afrikada da çoxlu nümunələr var. Livan başqa bir nümunədir. Bu xalqların amalı İslam və müstəqillikdir. Onlar ümid və həvəslə çalışırlar. Bunlar sözügedən gözəl ağacın meyvələridir. Həmin ağacı bu böyük kişi, bu saleh bəndə öz qiyamı və özünəməxsus xüsusiyyətləri ilə ərsəyə gətirdi.

Həzrət İmam Xomeyninin vəfatının on yeddinci ildönümü tədbirində çıxışdan: 2006.



Quranda buyurulan ilahi yardımın inqilabda həyata keçməsi

Bizim böyük imamımızın uğurunun əsas səbəbi budur ki, bir Quran ayəsinə bütün vücudu ilə iman gətirib bütün səyi ilə onun naminə çalışdı. Quranın bu şərafətli ayəsində deyilir: “Əgər Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (möhkəm, qüvvətli) edər”1. Həmçinin digər ayələrdə də deyilmişdir ki, Allaha yardım etsəniz, Allah da sizə yardım edər; Allah yolunda bir addım atsanız, Allah sizi onlarla və yüzlərlə addım irəliyə salar. Bu bir qayda və Allahın qanunudur. Allaha yardım etmək Onun dininə yardım etmək deməkdir. Allahın dini isə yalnız murdar-təmizdən və dinin zahiri əməllərindən ibarət deyil. Allahın dini insanın dünya və axirətdə xoşbəxtliyinə dair proqramdır. Bu proqram cəmiyyətlərin mənəvi inkişafının təminatçısı olduğu kimi düşüncə istedadlarını dirçəltməyin, onların şəxsiyyət və bacarıqlarını inkişaf etdirməyin də təminatçısıdır. Allahın dini mənəviyyata diqqət yetirdiyi kimi insanın dünya həyatına da diqqət yetirir və insanın xoşbəxtliyi üçün proqram ortaya qoyur. Əmirəlmöminin (ə) Nəhcül-bəlağədə əziz İslam peyğəmbərinin peyğəmbərliyə seçilməsinin məqsədini belə izah edir: “Ağıl xəzinələrini aşkar etmək üçün (peyğəmbər seçildi)”. İmam Hüseynin (ə) Ərbəin ziyarətnaməsində isə belə oxuyuruq: “Bəndələrini cəhalət və azğınlıqdan xilas etmək üçün qiyam etdi”. İmam Hüseynin (ə) qiyamı insanların həyatındakı cəhalət və qəflət buludlarını dağıtmaq, insanları elmli etmək və həqiqi hidayətə çatdırmaq üçündür. Allah-Taalaya yardım etməyin mənası ilahi ənənələri dirçəltmək istiqamətində addım atmaqdır. Təbiətə və cəmiyyətə təsir göstərək, fitrətləri oyatmağa çalışaq, insanın bədbəxtlik amillərindən xilasına səy göstərək. Bu bizim Allahın dininə yardımımızdır. İmam öz ölkəsini və xalqını xilas etmək üçün bu Quran əmrini yerinə yetirdi, Allaha yardım etdi, çalışdı və qiyama qalxdı. Allah-Taala da ona yardım etdi, hərəkətinə bərəkət verdi, bir addımına yüz addım təsiri bağışladı. Biz özümüzün Allahın dininə etdiyimiz yardımı Allahın bizə yardımı ilə ölçsək, bu, birin yüzə və minə nisbətindən də böyük olar. Biz bir addım atırıq, amma Allah-Taala bizi yüz və min addım irəliyə salır. Allahın yardımı ilə bizim yardımımız arasında fərq olduqca böyükdür.

Həzrət İmam Xomeyninin on yeddinci ildönümü tədbirində çıxışdan: 2006.

Allah üçün qiyam etmək və onun uğura təsiri

Bir ölkənin xilası üçün milyonlarla amil və səbəb lazımdır: təbii amillər, insani amillər, beynəlxalq amillər, siyasi və iqtisadi amillər. Bir xalqın öz həyatında dəyişiklik yarada bilməsi üçün bütün bu amillər cəm olmalıdır. Bu amillər biz insanların əlində deyil və bizim iradəmizlə birbaşa əlaqəsi yoxdur. Amma biz Allah üçün qiyam etdikdə Allah-Taala bizim bir hərəkətimizlə ictimai həyatda minlərlə və milyonlarla hərəkət yaradır və dəyişiklik baş verir; eynilə təbiətdə olduğu kimi. Siz balaca bir budağı torpağa əkirsiniz. Sizin işiniz yalnız bu kiçik işdir. Amma bu budaq torpaqda, özündə və havada olan olan milyonlarla reaksiyadan sonra böyük bir ağaca çevrilir, qol-budaq atır, meyvə verir və birinci vəziyyətinə nisbətən yüzlərlə, minlərlə dəfə dəyişir. Bütün bu amillərə baxanda sizin işiniz heçə bərabərdir, amma siz bu kiçik işi görməsəniz, bütün bu reaksiyalar da baş verməz. İmam Allah üçün qiyam etdi, bütün varlığı ilə səhnəyə çıxdı, öz fəryadı, fəaliyyəti və zəhmətləri xalqı meydana çıxardı. Bu hərəkətdən və bu güclü iradədən sonra Allah-Taala sözügedən milyonlarla amili və reaksiyanı yaratdı və baş verən iş bir möcüzəyə bənzədi: həssas bir bölgədə İslam quruluşu yarandı. Düzdür, bu hərəkət bütün dünyanın güc və pul sahiblərinin kin və ədavətlərinin hədəfinə çevrildi, amma onların istəyinin əksinə olaraq həyata keçdi.

Həzrət İmam Xomeyninin on yeddinci ildönümü tədbirində çıxışdan: 2006.


İmamın böyük hünəri: xalqı tanımaq və ona inanmaq

Fikrimizcə, bizim mərhum imamımızın ən böyük işlərindən biri xalqın gücünü tanımaq, kəşf etmək, ondan bəhrələnmək və xalqa inanmaq idi.

İnqilabın qələbəsindən öncə İranın vəziyyəti yaxşı deyildi, xalq başlı-başına qalmış, düşmənlər ona hakim olmuşdu. Bura İsrailin bazası və sionizm rejiminin başçılarının istirahət mərkəzi idi. Onlar gəlib aparırdılar, yeyirdilər, siyasi və maliyyə cəhətdən istifadə edirdilər. Bəzi ərəb ölkələri neftdən İsrail əleyhinə təzyiq vasitəsi kimi istifadə etmək istəyəndə İran şahı sionistləri arxayın edib dedi ki, mən sizə neft verəcəyəm. O zaman İran belə idi, heç kəsdə ümid qalmamışdı. Bizim mərhum imamımız böyük iradə ilə bu mübarizəyə başlayanda xalqdan başqa heç bir qüvvəsi yox idi. O bu qüvvəyə inandı, arxalandı və Allah-Taala da ürəkləri yönəltdi. Hər şey Allahın əlindədir: "(Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı".1 Ürəklər yönələndə qüvvələr meydana çıxdı, tağut rejimi və asılı şah hakimiyyəti silkələndi və İslam quruluşu yarandı. Biz İslam dünyasının ən həssas nöqtəsində və dörd yolayrıcındayıq. Bu regionda Amerikanın və hegemonluğun əsas etimad nöqtəsi şah rejimi idi.

Xalqın gücünü tanımaq lazımdır. Bu güc möhtəşəmdir. Bu potensialı işlətmək üçün güclü iradə, ixlas və mücahidlik lazımdır. Əgər xalq meydana atılsa, siyasətçi və rəhbərlər ölkələrinin milyonluq izdihamlarına yaxınlaşsalar, onların qarşısında heç bir qüvvə dura bilməz, onlara heç bir təhdid təsir etməz. Əlbəttə, çalışmadan və çətinliklərə dözmədən insan nəyəsə nail ola bilməz. İslam ümməti özünün uca məqsədlərinə çatmaq üçün çətinliklərə dözməyi bacarmalıdır. Bunlar bu gün İslam dünyasında bizim mühüm vəzifələrimizdir.

İslam birliyi konfransının iştirakçıları ilə görüşdəki çıxışdan: 2006.


Pəhləvi hökumətinin əcnəbilər qarşısında xar olması

Bizim xalqımızı oyadan və onun gücünü işlədən böyük imamımıza Allah rəhmət eləsin! Biz də elə idik. Biz də əl-ayaq altda əzilirdik. Bu Tehran şəhərində ən böyük günahlar baş verirdi və heç kim qaşını da çatmırdı. İslamın ən böyük düşmənləri Tehranda öz evlərindəki kimi tam təhlükəsiz halda yaşayırdılar. Bu məmləkətin sərvətlərini talayırdılar, nefti aparırdılar, inkişafın qarşısını alırdılar, öz xain və zalım proqramlarını bu xalqın üzərində icra edirdilər. Ölkənin başçıları, yəni Məhəmmədrza şah və onun ətrafı əlləri sinələrində onların fərmanına müntəzir dayanırdılar. Zahirdə lovğalıqları vardı, amma əslində tabe idilər, icazəni onlardan alırdılar. Bu Tehran şəhərində şahın sarayı ən mühüm məsələlərdə qərar vermək üçün Amerika və İngiltərə səfirlərinin fikrini öyrənirdilər. Bunlar bu gün sənədlərimizdə mövcuddur. Təəssüf ki, bu gün İslam ölkələrinin çoxunda vəziyyət belədir. O zaman bu qüdrətli, sayıq, çox əzəmətli tarixə malik olan, bu gün elmdə, cihadda, texnologiyada, siyasətdə parlayan xalq əl-ayaq altda əzilirdi. İmam xalqı səhnəyə gətirdi, xalqa etimad etdi, xalq da etimadı doğrultdu. O, xalqa etimad edəndə, xalq da ona etimad etdi. Küfrün ümid yeri olan bu nöqtə əsl Məhəmməd (s) İslamının bayraqdarı oldu. İran xalqı inşallah bu yolda günbəgün irəliləyəcək.

Əzəmətli Peyğəmbərin (s) Məbəs bayramı münasibəti ilə İslam ölkələrinin səfirləri, İslam birliyi konfransının qonaqları və quruluşun məsul işçiləri ilə görüşdəki çıxışdan: 2006.

İran xalqının dəyərləri qorumaqda qərarlı olması

İnqilabdan müəyyən zamanın ötməsindən və böyük imamımızın vəfatından sonra xalqın dəyərlərdən uzaqlaşacağını güman edənlər səhv etmişlər və səhv etdiklərini görürlər. Biz bu dəyərlərə sadiqik. Biz İslam dəyərlərini milli başucalığımızın səbəbkarı bilirik. Biz bu dəyərləri xalqımızda istedadların inkişafının amili hesab edirik. Biz Allahın gücü və qüvvəsi ilə və İslamın sayəsində normaldan artıq sürətlə elm zirvələrinə yüksələcək və bu zirvələri fəth edəcəyik. Biz uzun illər məcburən salındığımız zəifliyə üstün gələcək və özümüzü gücləndirəcəyik. Təbii ki, hegemonluq bunu istəmir. Təbii ki, güclülər ajiotajla, təbliğatla, siyasi işlərlə və iqtisadi təzyiqlərlə bu hərəkətə mane olmaq istəyirlər, amma bacarmayacaqlar. Biz möhkəm dayanmışıq. Bu xalq möhkəm dayanmışdır və müsəlman xalqlar oyanmışlar. Bu gün müsəlman xalqların qəlbi sionistlərə və Amerikaya nifrətlə doludur. Bu gün Orta Şərqin, Şimali Afrikanın və Asiyanın hər bir yerində gənclər və müsəlman ölkələr öz İslam kimliklərini aşkar etməyi xoşlayırlar. Xaqlarda bu hiss yaranmışdır.

Əzəmətli Peyğəmbərin (s) Məbəs bayramı münasibəti ilə İslam ölkələrinin səfirləri, İslam birliyi konfransının qonaqları və quruluşun məsul işçiləri ilə görüşdəki çıxışdan: 2006.

Müstəqillik və xalqın yanında olmaq - şiə elm hövzələrinin iki xüsusiyyəti

Ümumiyyətlə şiə ruhanilərinin həmişə özünəməxsus xüsusiyyətləri olmuşdur. Bu gün də İslam Respublikası quruluşunun yaranmasına, bəzi məmurların bu hövzələrdən çıxmasına və bu hökumətdə ruhani və din rənginin aydın görünməsinə baxmayaraq, şiə elm hövzələri yenə də bu xüsusiyyətləri qorumuşdur. Bu xüsusiyyətlər hansılardır? Bunlar müstəqillikdən və xalqın yanında olmaqdan ibarətdir.

Bu, dünyanın heç bir yerində yoxdur. İstər müsəlman, istər məsihi və istər yəhudi olan qeyri-şiə ruhani təşkilatları xalqla əlaqədə olurlar, yəni xalq kilsələrə gedir, amma oradakı ruhaninin bizim məscid imamımızla yerlə-göy qədər fərqi var. O, dövlətə, hakim rejimə və yaxud məsihilər kimi hansısa təşkilata bağlı adamdır; misal üçün, katoliklər bir yerə bağlıdırlar, protestantlar başqa bir yerə və müxtəlif firqələrin hər biri bir hakim mərkəzə bağlıdır; onların tərəfindən təyin olunur və işdən azad edilirlər. Şiə ruhaniliyi isə belə deyil.

Şiə ruhanisi yalnız xalqa bağlıdır və xalqa xidmət göstərir. Buna görə ruhanilərin maliyyə mənbəyi də xalqdır. Qumun bəzi mötəbər və məşhur adamları dəfələrlə mənə deyiblər ki, dövlət imkanlarından hövzələrə aylıq büdcə verin. Mən illərdir buna qarşı çıxmış, bundan boyun qaçırmışam. Mənim hövzə tələbələrinə verdiyim aylıq təqaüd də şəriət ödəncləridir. Bu çox mühüm məsələdir. Bizim maliyyə dəstəyimiz xalqdandır.

Ölkədə icraçı fəaliyyətlə məşğul olan ruhani məmurların hər biri birinci növbədə ruhani, sonra məmurdurlar. Yəni bu vəzifəni kənara qoysalar, yaxud işdən çıxarılsalar, bir ruhanidirlər və ruhani fəaliyyəti ilə məşğul olacaqlar. Bu çox böyük və mühüm məsələdir və buna əhəmiyyətli yanaşmaq lazımdır.

Xalqla əlaqə ikitərəfli və sıx əlaqədir. Xalq ruhaninin qayğısına qalır, ruhani də xalqın. Ruhaninin xalqın qayğısına qalması yalnız şəriət hökmünü söyləmək deyil. Biz adətən belə başa düşürük, amma əslində ruhani düyünləri açır, düşüncə baxımından məsləhət verir, düşmənlikləri və ixtilafları həll edir. İndi də belədir; oturub danışır, xalqa nəsihət və ürək-dirək verirlər. Biz dostları, hövzə tələbələrini və ruhaniləri müxtəlif işlərə göndərəndə onlara bu haqda tövsiyə edirik. Məsələn universitetə göndərəndə deyirik: orada elə rəftar edin ki, sanki məsciddə imamsınız, xalqla danışırsınız, soruşurlar, cavab verirsiniz, gileylənirlər, psixoloji və düşüncə probelmlərini deyirlər.

Simnan vilayətinin ruhaniləri ilə görüşdəki çıxışdan: 2006.

İctimai dəyişikliklərdə şiə ruhanilərinin öndə olması

Bu, xalqla birlik deməkdir. Bu xüsusiyyət ən mühüm şiə ölkəsi olan ölkəmizin böyük ictimai dəyişikliklərində ruhanilərin öndə olmasına səbəb olmuşdur. Siz görün ölkədə baş verən hansı böyük və mühüm dəyişiklikdə və siyasi hadisədə ruhanilər ön sırada olmamışlar?! Xaricilərin iqtisadi soyğunçuluğuna ruhanilər etiraz etdilər. Bunun nümunəsi Mirzə Şirazinin dövründə tənbəki hadisəsi və Reji müqaviləsidir. Başqa bir nümunə yenə də ruhanilərin qarşı çıxdığı Röyter müqaviləsidir. Başqa bir nümunə Məşrutə hərəkatında Nəcəfdən tutmuş digər bütün şəhərlərə qədər ruhanilərin öncül olmasıdır. Əgər ruhanilər olmasaydı, zalım Qacar sülaləsini devirmək mümkün olmazdı. Məşrutədən sonrakı hadisələrdə də müxtəlif müxalifətlər olurdu. Ruslar və digər siyasi soyğunçular şəhərlərdə iğtişaş törədəndə yenə də ruhanilər önə çıxıb qorudular və vəziyyəti düzəltdilər. Hətta bir siyasi məsələdə xalq iki dəstəyə ayrılanda da hər iki dəstənin başında ruhani dururdu; yəni xalq ruhanilərə inanırdı. Məşrutə məsələsində iki dəstəyə bölünəndə də xalq başda dayanan ruhaniyə inandığına görə bir düşüncəni dəstəklədi; Məşhəddə bir cür, Zəncanda bir cür, Tehranda bir cür, digər bölgələrdə bir cür. Əlbəttə, bunu bilin ki, ruhanilərdən heç kim Məşrutəyə müxalif deyildi. Müxalifət ingilislərin ortaya çıxmasından və Məşrutə daxilində gizli əllərin görünməsindən sonra başladı. Əvvəldə isə hətta Nəcəfdə də heç kim Məşrutəyə qarşı çıxmırdı.

Neft sənayesini milliləşdirmə hadisəsində də ruhanilər qabağa düşdülər. Əgər mərhum Ayətullah Kaşani olmasaydı, əmin olun ki, bu ölkədə neft sənayesi heç zaman milliləşməzdi. Məncə bəziləri milli hərəkatın çörəyini yeyir və sonra mərhum Ayətullah Kaşanini pisləyirlər. Halbuki o bu hərəkatın öncülü idi. Əgər o olmasaydı, bu ölkədə neft sənayesini milliləşdirmə işi əsla nəticəyə çatmazdı.

İslam inqilabında da məsələ aydındır. Baxın, xalqın yanında olmaq budur. Ruhani hərəkətə başlayanda xalq da ardınca hərəkət edir. Şiə ruhanilərinin xüsusiyyəti belədir.

Simnan vilayətinin ruhaniləri ilə görüşdəki çıxışdan: 2006.

İnkişafın qərbləşməklə şərtlənməsinə dair yanlış təfəkkür

Dünyada "inkişaf nədir?" sualına müxtəlif cavablar verilir. Hər növ cavab var. Saxta sözlər, ziddiyyətli, qəribə və bəzən xəyanətkar tövsiyələr bu ölkənin modernləşdirilməsinin əvvəllərində biz iranlıların canına salınan bir bəla idi. İranlılar Avropanın inkişafından xəbərdar olanda yavaş-yavaş fikrə düşdülər ki, görsünlər Avropada, dünyanın o tərəfində nə baş verir. Ondan əvvəl ümumiyyətlə dünyada nə baş verdiyini bilmirdilər. Qacar şahlarının başı hərəmxanalara, ziyafətlərə, şəxsi problemlərə və öz dəyərsiz işlərinə o qədər qarışmışdı ki, ümumiyyətlə dünyada nə baş verdiyindən xəbərsiz idilər. Renessans nə idi? Necə yarandı? Nə üçün yarandı? Nəticəsi nə oldu? Fətəli şahın dövrünə qədər və ondan sonra bu məsələləri ümumiyyətlə bilmirdilər. Sonra İranla Rusiya arasında müharibə başlandı. Qacar rejimi rusların inkişaf etmiş silahları tərəfindən güclü zərbələrə məruz qaldı. O zaman bəzi şəxsləri Avropaya göndərdilər. İranda yaşayan Avropa səfirləri də əl-ayaq açdılar, siyasi nüfuza şərait yaratmaq üçün İrana xüsusi elçi və məmurlar göndərildi. Modernizmlə qarşılaşan ilk şəxslər kimlər idilər? Şahzadələr, saray adamları və o zamanın nüfuzlu siyasi şəxsiyyətləri. Ümumi xalqın xəbəri yox idi, din alimlərinin xəbəri yox idi, digərləri də bir şey bilmirdilər. Çox az adamları çıxmaq şərti ilə, bunlar ümumi və bəlkə də istisnasız olaraq Qərbin bu mədəniyyəti və inkişafı ilə qarşılaşanda ona heyran oldular, əl-ayaqlarını itirdilər, öz beyinlərini və ağıllarını işlədə bilmədilər, tərəf-müqabilin inkişafını görüb öz inkişafları haqda fikirləşmədilər. Nəticə nə oldu? Nəticədə Məşrutə zamanı və onun yaradılmasından sonra bizim birinci dərəcəli ziyalılarımızın fikri bu oldu ki, İran inkişaf etmək istəyirsə, gərək təpədən-dırnağa qədər qərbləşsin. Bu, mütləq təqlidçilik demək idi. Elə də etdilər və bu proses Pəhləvi hökumətinə qədər davam etdi.

Pəhləvi hökuməti bu işin daha sürətlə həyata keçməsi üçün xüsusi proqram hazırladı, Qacar dövründə olanla kifayətlənmədi. Pəhləviləri bundan ötrü hakimiyyətə gətirmişdilər. Qərb bu işi görmək üçün öz təsiri altına düşmüş iranlılardan, özünün inandığı ziyalılarından bir neçəsini mədəni məmurlar adı altında şahın ətrafında yerləşdirdilər. Hicab qadağası, geyim formasının dəyişdirilməsi, yerli əlamətlərdən olan mirzə, seyid, xan və ağa adlarının çıxarılması, neftə dair çoxlu imtiyazlar vermək, günbəgün artan xarici müstəşarları gətirmək belə işlərdəndir. Sonra ingilislər Rza xanı hakimiyyətdən kənarlaşdırdılar və 1953-cü ildən etibarən amerikalılar ölkədə tam ixtiyar sahibi oldular. Bu bizim tağut dövründə qeyd etdiyim təhlükəli idarəçiliklə fundamental dəyər və prinsipləri məhv etməyə doğru gedən yenilik sərgüzəştimizdir. Kaş bunun qarşısında heç olmasa nəsə almış olaydılar - heç nə almadılar. Yəni İran uzun illər boyu, 60-70 il ərzində ingilislərin və qərblilərin ixtiyarında idi. Buna gücləri çatmadı ki, misal üçün, ölkədə bir elmi tədqiqat mərkəzi açsınlar və o, əlli il ərzində iki şey ixtira etsin; elə alimlər yetişdirsinlər ki, iki-üç yeni elmi kəşf etsinlər. Yəni bunlar Qərbdən bu qədər də istifadə etmədilər. Onlar nə istəyirdilər? Onlar istehlakçı istəyirdilər; həm də təbii olaraq mədəni və siyasi təslimçiliklə yanaşı olan iqtisadi istehlakçı. Onlar bunu istəyirdilər. Bunlar da asanlıqla təslim oldular və istədiklərini verdilər. Bütün bu iğtişaşlar, çəkişmələr, sizin Qacar rejimi zamanı tənbəki hərəkatından Rza xanın dövrünədək və ondan sonra gördüyünüz bu problemlər, bir tərəfdən alimlərin rəhbərlik etdiyi mömin cəbhə, bir tərəfdən də zalım hakimlər arasında baş verən toqquşmalar həmin məsələlərdən qaynaqlanırdı. Reji imtiyazı məsələsində Mirzə Şirazi ölkənin böyük bir gəlir mənbəyinin müftə şəkildə qərblilərə verilməsinə etirazını bildirdi; Röyter imtiyazı məsələsində də həmçinin. Vüsuquddövlə müqaviləsi adı ilə tanınan və əslində bütün ölkənin ingiltərəlilərə verildiyi müqavilədə də belə oldu. O zaman görkəmli ruhani olan Müdərris etiraz etdi.

Mərhum Ayətullah Kaşaninin qoşulduğu Neft sənayesini milliləşdirmə hərəkatında da belə oldu. Alimlərin müxtəlif dövrlərin hökumətləri ilə bu problemlərinin hamısı - xalq və bir çox ziyalılar da onlara dəstək verirdilər - milli maraqlar və qarşı tərəfdən də əcnəbi qüvvələrin iradəsindən və qərarından irəli gələn yenilik ətrafındadır. Deməli, Qərbin əcnəbi inkişaf proqramları bəzən hətta xaincəsinədir.

Simnan vilayəti universitetlərinin müəllimləri və tələbələri ilə görüşdəki çıxış: 2006.


İranın birinci nəsil ziyalılarının böyük günahı

Uzun illər, bəlkə də on illərlə müstəmləkəçilər İran xalqını özünə, öz dəyərlərinə və keçmişinə inamsız etməyə çalışdılar. Bu ölkənin Qərb təfəkkürlərini və Qərb mədəniyyətini təbliğ edən birinci nəsil ziyalılarının böyük günahı budur. Onlar İran xalqına təkidlə başa saldılar ki, sən heç bir şey deyilsən, sənin dəyərlərin, etiqadların, keçmişin, tarixin və böyüklərin heç bir işə yaramır. Onlar özünə inamsız olan bir nəsil yetişdirə bildilər və bu nəsil quldur Rza xan rejimi kimi muzdur və zalım bir hökuməti qəbul etdi. Bizim düşmənlərimiz uzun illər bu işi görmüşlər.

İnqilabın qələbəsi ilə nəticələnən İslam hərəkatı, ruhanilərin və xalqın möhtəşəm hərəkəti xalqı öz kimliyinə, bacarıqlarına, keçmişinə və tarixinə nikbin etdi, düşmənlərin milli inamlarımız üzərinə çəkdiyi yalan və xəyal pərdəsini götürdü. Onlar buna nail oldular.

Şahrud əhalisi ilə görüşdəki çıxışdan: 2006.



Keçmişdə xalqın siyasi məlumatsızlığı

İslam inqilabından öncə bizim böyük xalqımızın problemi yalnız bu deyildi ki, əcnəbilər ölkənin siyasi məmurlarını xalqın xəbəri olmadan vəzifəyə gətirir və vəzifədən kənarlaşdırırlar. Təbii ki, bu, böyük dərd idi. Amma əsas məsələ bu idi ki, xalq ölkənin hadisələrindən, inkişafından, digər ölkələrlə müqayisəsindən və məqsədlərinə doğru hərəkət sürətindən tamamilə xəbərsiz və uzaq idi. Əgər kimsə işləyən idisə, özü üçün işləyir, öz işi ilə məşğul olurdu və ölkənin vəziyyəti xalqı maraqlandırmırdı. Nəticəni görürdünüz; gənclər də ya kitablarda oxuyurlar, ya da böyüklərdən eşidirlər. Bəziləriniz isə ölkənin qlobal güclərin oyuncağına çevrilmiş azsaylı bir qrup tərəfindən necə idarə olunduğunu xatırlayırsınız. Xalq müxtəlif sahələrdə geriqalmış bir xalqa çevrilmişdi. Çünki onun ölkənin vəziyyəti və böyük məsələlərlə işi yox idi, ölkədə nə baş verdiyindən, hansı siyasətin aparıldığından, ölkəni hansı gələcəyin gözlədiyindən, ölkəyə kimlərin müdaxilə etməkdə olduğundan xəbəri də yox idi. Xalq bu kimi məsələlərə diqqət yetirmirdi və kimsə onları məlumatlandırmırdı. Nəticəni də görürdük: ölkəni xalqın nə imanına, nə dünyasına, nə də axirətinə zərrə qədər ürək yandıran bir qrup idarə edirdi. Onlar öz şəxsi həyatlarını düşünür, onu qorumaq üçün xarici ərbablarla işbirliyinə gedirdilər. İnqilabdan öncə bizim xalqımızın vəziyyəti belə idi. İniqlab isə səhifəni çevirdi, xalq ölkənin sahibi oldu və müxtəlif məsələlərdə qərar verdi. Xalqın iştirakı budur.

Xalqın müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 2006.

İranın geriliklərinin müstəmləkə və istibdadın nəticəsi olması

Həqiqət budur ki, bizim ölkəmiz və cəmiyyətimiz inqilabdan bu günə qədər həssas anlar yaşamışdır. Bu arada gənclərin rolu, gəncliyin və gənclik istedadının təsiri səciyyəvi olmuşdur. Biz istedadlı xalqıq, əvvəldən istedadlı olmuşuq, lakin müstəmləkə və diktatura hökmranlığının, sülalə hakimiyyətlərinin, haqsız və zalım hökumətlərin təsirindən iki-üç əsr ərzində dünyanın elm karvanından geri qaldıq.

Elmi gerilik özü ilə birgə iqtisadi, mədəni, hərbi və digər gerilikləri də gətirir. Öz istedadlarına, özünün təbii və insani potensialına, coğrafi mövqeyinə, - dünya xəritəsinə baxsanız, İranın necə həssas nöqtədə yerləşdiyini görərsiniz - yeraltı sərvətlərinə görə dünyanın ən mütərrəqi və ən sərvətli ölkələrindən birinə çevrilməli olan bir ölkə Qacar və sonra Pəhləvi rejimləri dövründə geriqalmış, asılı, yoxsul, zəif və başıqapazlı bir ölkəyə çevrildi. Bu bizim tariximizdə baş verdi. Günah kimdədir? İlk növbədə fəsad içərisində olan bacarıqsız və asılı başçılarda. Qərbin müstəmləkə siyasəti başlayanda onlar həm də asılı oldular. Onların iradə və təəssübləri yox idi, təkcə özləri, ağalıqları və hökumətləri haqda düşünürdülər. Günah ilk növbədə bunların boynuna düşür - ən azı Qacar və Pəhləvi sülalələrinin.

İran xalqının qiyamətdə və Allah-Taala yanında bu zalımların yaxasını tutmağa, onların əleyhinə böyük və dəhşətli ittihamlar irəli sürməyə haqqı var. Bunlar istedadlı, zəngin, böyük və misilsiz mədəni keçmişə malik olan bir ölkəni aşağı səviyyəli, həm yoxsul, həm zəif, həm təhqir olunmuş, həm başıqapazlı, həm də ümidsiz bir ölkəyə çevirdilər. Belə bir ölkə ən azı dünyanın birinci dərəcəli ölkələri sırasında olmalı, əslində isə ən birinci olmalı və ölkələrin başında durmalı idi.

Ölkə üzrə şagirdlərin İslam birliklərinin üzvləri ilə görüşdəki çıxışdan: 2007.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin