Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Allahın təqvalılara yardımı



Yüklə 0,68 Mb.
səhifə36/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
1   ...   30   31   32   33   34   35   36   37   38

Allahın təqvalılara yardımı


Cümə namazında iştirak edən siz əziz qardaş və bacıların hamısını ilahi təqvaya çağırıram. Bu gün Əli ibn Musa Rzanın (ə) şəhadət günüdür. Qabaqkı günlərdə bizim xalqımız əziz və əzəmətli İslam Peyğəmbəri (s) həzrət Məhəmməd ibn Abdullahın (s) vəfatını və "böyük oğul" olan həzrət Müctəbanın (ə) şəhadətini qeyd etdi. Bu böyük müsibətlər, tarixin bu acı və dərdli hadisələri münasibəti ilə namazda iştirak edən siz möminlərə, bütün İran xalqına və bütün dünya müsəlmanlarına başsağlığı verirəm. Allah-Taala Öz Peyğəmbərinə (s) buyurur: "Ey Peyğəmbər! Allahdan çəkin və təqvalı ol". Təqva və onun zəruriliyi hətta müqəddəs peyğəmbərə də xatırladılır. Allahı yaddan çıxarmayaq, öz əməllərimizdən, rəftarımızdan, sözümüzdən, hətta düşüncə və təsəvvürlərimizdən ehtiyatlı olaq. Təqvanın mənası budur. Əgər bu baş versə, bütün bağlı yollar açılacaq və Allah-Taala bütün mərhələlərdə təqvalı xalqa yardım edəcək.

Tehranın cümə namazı xütbələrindən: 2011.




İslam ümməti arasında ixtilaf yaratmaq üçün hegemonların planı

Mənim inqilabımız barədə, İran xalqının bizim üçün bu ibrətli və əzəmətli hadisəsi haqda demək istədiyim əvvəla dünya hadisələrinin təsvirinə aiddir. Görək hegemonlar, müstəmləkəçi və hakim qüvvələr nə istəyirdilər və nə oldu; hansı məqsədi güdürdülər və nəticədə nə baş verdi. Bundan sonra inqilabın bizim dövrümüzə aid olan iki xüsusiyyətini qeyd edəcəyəm.

Mövcud vəziyyətə, onun dünyanın hegemon və quldurlarının istədiyi ilə müqayisəsinə aid olan birinci hissədə deyirəm: Birinci və İkinci dünya müharibələrinin əsasən bir neçə Avropa ölkəsindən və Amerikadan ibarət olan qalibləri mühüm region olan Orta Şərq üçün bir siyasət planladılar. Çünki bu region həm strateji mövqe baxımından əhəmiyyətli olub Asiya, Avropa və Afrikanın kəsişdiyi nöqtədə yerləşirdi, həm dünyanın ən böyük neft anbarlarına sahib idi və neft dünyaya hakim olan bütün burjua gücləri üçün həyati əhəmiyyət daşıyırdı, həm də burada qədim, köklü və tarixi keçmişi olan xalqlar yaşayırdılar. Odur ki, bu region üçün bir siyasət planladılar. O siyasət bu regionda yerləşən ölkələrin və siyasi vahidlərin aşağıdakı xüsusiyyətlərə malik olmasından ibarət idi:

Əvvəla, zəif olsunlar; ikincisi, bir-birinə düşmən və müxalif olsunlar, razılaşa və birlik yarada bilməsinlər - gördünüz ki, uzun illər ərəb, türk və iranlı nasionalizmi deyilən faktorlar gücləndirildi; üçüncüsü, hökumət başçıları muzdur, müti və Qərb dövlətlərinin boyunduruğu altında olsunlar, sözə qulaq assınlar; dördüncüsü, iqtisadi baxımdan istehlakçı olsunlar, yəni təxminən müftə qiymətə satdıqları neftin pulunu yenidən idxalata və istehlaka xərcləsinlər və Qərb zavodları rövnəqlənsin; beşincisi, elmi baxımdan geridə qalsınlar, elmdə inkişaf etmələrinə imkan verilməsin. Mən başlıqları qeyd etdim. Bunların hər birinin həqiqətən bir kitab izahı var. Onlar bizim İranımızda və digər ölkələrdə elmin inkişafının qarşısını aldılar. Məqsəd bu idi ki, region xalqları mədəni baxımdan avropalıların sırf təqlidçisi, hərbi baxımdan xar və zəif, əxlaqi baxımdan pozğun və müxtəlif əxlaq problemləri içərisində, dini baxımdan tamamilə dayaz, fərdi dindarlığa qane olan və bəzən formal məzhəbçi olsunlar. Onlar bu region haqda özlərinə belə bir plan cızdılar, siyasət təyin etdilər. Bəlkə də qərbli strateqlər minlərlə saat oturub bu məsələlər üzərində araşdırma apardılar, fikirləşdilər, proqram hazırladılar, bu region ölkələrindəki adamlarını müəyyən etdilər və onların vasitəsi ilə işlər gördülər. Bu təhlillə Rza xanın rəftarını düzgün anlamaq olar, Məhəmmədrzanın işlərini, Türkiyədə Mustafa Kamalın və digərlərinin işlərini anlamaq olar. Onların planı bu idi. Onlar yuxarıda sadalanan məqsədlərini uğurla həyata keçirdilər. Bəzi qısa dönəmlərdə bunların bəzisini çıxmaq şərtilə İslam inqilabının qələbəsinə qədər işləri həmişə uğurlu oldu. Yalnız bəzi qısa dönəmlərdə, məsələn Misirdə bir neçə il sürən bir milli hökumət quruldu; İranda və digər yerlərdə də buna bənzər işlər baş verdi, lakin ümumi götürsək, inqilaba qədər onlar bütün bu sahələrdə məqsədlərinə nail oldular.

Tehranın cümə namazı xütbələrindən: 2011.

İslam inqilabı və hegemon qüvvələrin planlarının pozulması

Amma gözlənilmədən böyük bir hadisə və möhtəşəm partlayış baş verdi, bütün planlar pozuldu, İranda İmam Xomeyni adlı dəyərli alim, filosof, fəqih, mücahid, riskdən qorxmayan, nüfuzlu və şücaətli bir insan meydana çıxdı. Bu kişinin meydana çıxması, bu böyük insanın yetişməsi həqiqətən Allahın işi, ilahi lütf idi. İran xalqı da hazırlıqlı idi, onu yaxşı qarşıladı, qəbul etdi, təhlükələrdən çəkinmədi, meydana atıldı, canını, malını verdi, imtahandan keçdi və İslam inqilabı qələbə çaldı. İnqilabın qələbəsindən sonra bütün bu planlar pozuldu, proqnozlar səhv çıxdı. İranda İslam inqilabı qüdrətlə qələbə çaldı və qüdrətlə davam etdi. Yəni belə deyildi ki, birinci, ikinci və üçüncü illərdə coşqu yaransın və sonra hər şey bitsin. Xeyr! Bu inqilab davam etdi. Mən sonra onun davam etməsi haqda bir qədər danışacağam.

İmam və onun arxasında xalq möhkəm dağ kimi dayandılar. Düşmən bir deyildi, bütöv bir cəbhə idi. Bu cəbhə bacardığı qədər çalışdı, əllərindən gələn hər bir işi gördülər, küçə döyüşlərindən milli davalara, hərbi çevrilişə, səkkizillik müharibəyə, iqtisadi embarqolara və bu 32 il ərzində güclü psixoloji müharibəyə qədər hər şeyi etdilər. 32 ildir İran xalqının, inqilabın və imamın əleyhinə psixoloji müharibə aparılır: yalan danışırlar, böhtan atırlar, şayiə yayırlar, ixtilaf yaratmağa, daxili qüvvələri parçalamağa çalışırlar.

Tehranın cümə namazı xütbələrindən: 2011.



Müxtəlif təxribatlarda düşmənlərin məqsədləri

Onların qarşılarına qoyduqları məqsəd birinci növbədə inqilabın və İslam Respublikası quruluşunun süqutu və onu devirmək idi. İslam Respublikası quruluşunu devirmək mümkün olmadıqda sonrakı plan onu dəyişdirmək idi; yəni inqilabın forması qalsın, əsl həqiqətini və ruhunu isə itirsin. Bu sahədə çox çalışdılar. Onların tamaşaya qoyduqları son pyesləri 2009-cu il fitnəsi idi. Bu əslində bir cəhd idi. Daxildə bəziləri xudbinlik, vəzifə həvəsi və bu qəbildən olan digər təhlükəli mənəvi xəstəliklər səbəbindən bu təxribata qoşuldular. Mən dəfələrlə demişəm: səhnənin müəllifi və rejissoru bu sərhədlərdən kənardadır, daxildəkilərin bəziləri bilərəkdən, bəziləri də bilmədən onlarla əməkdaşlıq etdilər. Bu da ikinci məqsəd idi.

Üçüncü məqsəd budur ki, İslam quruluşu yaşayacağı təqdirdə ələ alınması mümkün olan zəif kadrlardan istifadə edib onları öz əsas tərəfdaşlarına çevirsinlər. Hər halda, elə bir quruluş yaransın və davam etsin ki, yetərli qüvvəsi olmasın, mütləq asılı, zəif və müti olsun, Amerikaya qarşı çıxmasın, onun önündə baş qaldırmasın. Məqsəd bunlardır.

Bu işlər və müxtəlif məqsədlər bu günə qədər iflasa uğramışdır, bu günə qədər bacarmamışlar. Düzdür, çox cəhd etmiş və müxtəlif işlər görmüşlər. Mən söhbət əsnasında bu işlərin bəzisinə toxunacağam. Onlar kifayət qədər səy göstərmiş, lakin bacara bilməmişlər. Çünki xalq ayıq olmuşdur. Bizim cəmiyyətimizdə yaxşı aparıcı adamlar var, yaxşı xalqımız, məmurlarımız var. Allaha şükür olsun ki, bu günə qədər düşmən öz məqsədlərinə çata bilməmiş, inqilab öz yolunu davam etdirmiş və irəliləmişdir.

Tehranın cümə namazı xütbələrindən: 2011.

Ölkədə baş verən dəyişikliklərdə İslam inqilabının mühüm təsirləri

Bəs inqilabda nə baş verdi? Baxın, bunlar mühüm məsələlərdir. İranda baş verən bu inqilab çox mühüm və əsaslı dəyişikliklər yaratdı. Bu dəyişikliklərə əsaslanaraq cəmiyyəti inkişaf etdirmək və böyük yeniliklər yaratmaq olar. Əsas təməllər möhkəmdir.

Mən baş verən bu dəyişikliklərin bir neçəsini deyəcəyəm. Təbii ki, hamınız və hamımız bunları bilirik, bunlar bizim gözlərimiz önündə baş vermişdir. Lakin Allah-Taala da Quranda bizim diqqətimizi günəşə yönəldir: "And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta)!" Günəş bizim gözümüzün önündədir, amma ona and içir ki, biz onun nə qədər əzəmətli olduğuna diqqət yetirək. Biz də öz ətrafımızdakı bu əzəmətli məsələlərə diqqət yetirməliyik. Bunları demək bu baxımdan vacibdir.

Əvvəla, inqilabdan öncə ölkəyə hakim rejim çox islamofob bir rejim idi. Onlar zahiri işlərlə çox da maraqlanmırdılar, amma xalqın İslam inancının köklərini həqiqətən kəsmək istəyirdilər. Bu barədə mənim yaddaşımda çoxlu misallar, faktlar və xatirələr var, amma indi deməyə vaxt yoxdur. İnqilab həmin vəziyyətin düz 180 dərəcə əksinə olaraq, İslamı ölkə idarəçiliyində əsas faktora çevirdi, İslamın hökm və qanunları ölkə qanunlarında, eləcə də icra orqanının rəftarında meyar seçildi.

Tehranın cümə namazı xütbələrindən: 2011.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin