Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


İslam inqilabı - ümmət imamının gözəl yadigarı



Yüklə 0,68 Mb.
səhifə34/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
1   ...   30   31   32   33   34   35   36   37   38

İslam inqilabı - ümmət imamının gözəl yadigarı


Eşq və iman, ayıqlıq və amal - bunlar əsas şərtlərdir. İmanı olmayan insanın hərəkət üçün əsası olmaz, eşqdən və qəlbin güclü duyğusundan məhrum olan insan da hərəkəti davam etdirə bilməz. Uca amalı olmayan insan kiçik işlərlə və məhdud məsələlərlə kifayətlənər, yüksək zirvələrə baxa bilməz. Ayıq olmayan insan yolu səhv gedər, eşq və imanı olsa da, onları yanlış yolda işlədər. Eşq və iman, amal və ayıqlıq! Bunları inqilab bizim xalqımıza və cəmiyyətimizə verdi. Buna görə inqilab Quranda deyilən gözəl ağac oldu: “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər”1. Bu, xoş sözdür. İnqilab belə bir şeydir. Bizim böyük imamızın – müqəddəslərin, övliyaların, şəhidlərin, məsumların və siddiqlərin həqiqi davamçısının bizə göstərdiyi inqilabi hərəkət həmin xoş sözdür.

Bir vaxt cəmiyyət daxilində müdafiəyə ehtiyac vardı, bir vaxt ölkə sərhədlərini müdafiəyə ehtiyac vardı, bir vaxt elmə ehtiyac olur, bir vaxt etiqad və imanları gücləndirməyə, bir vaxt xalqa xidmət göstərməyə. İnqilab bütün bu şəraitlərdə xalqa fəslə münasib meyvələr verir.

Bəzi adamlar elə bildilər ki, inqilab köhnəldi, yaxud köhnələsidir; dedilər ki, inqilab bitdi. Özləri bitmişdilər, ehtiyatları tükənmişdi, yolu davam etdirə bilmirdilər, dünyanı, cəmiyyəti, inqilabı da özləri ilə müqayisə edirdilər: “Allahı unutduqları üçün Allah da onları özlərinə unutdurdu”.2 Allahla əlaqə kəsiləndə insan hətta özünü də yaxşı tanıya bilmir, nəinki cəmiyyəti və onun amallarını. İnsan Allahla əlaqəni necə kəsir? Maddi həvəslər, meyllər və eqoistlik insana hakim olanda, bu meyllər hörümçək toru kimi onun zəif iradə və imanını tutanda. Bizdə belələri olmuşdur; keçmişdə də olmuşdur, gələcəkdə də olacaq. Bunlar töküntülərdir. Yarıyolda qalanlar mütləq əvvəldən inqilabla düşmənlik edənlər deyillər. Maddi təmayül hakim olanda insan yolda qalır. Kiçik şəxsi məqsədlər - mal-dövlət istəyi, dəbdəbə, vəzifə, hakimiyyət həvəsi insana məqsəd olanda əsas məqsəd yaddan çıxır.

Quruculuq Bəsici təşkilatının üzvləri ilə görüşdəki çıxışdan: 2010.



Qumun iki tarixi və qəhrəmanlıq yaradan dönəmi


Müasir dövrdə də həmin xüsusiyyətlər mövcuddur; yəni Qum ən böyük dini və ilahi elm mərkəzidir, böyük alimlərin yaşaması, mübarizəsi və ayıqlığı sayəsində burada İslam dünyasının şərqinin və qərbinin bəhrələndiyi bir bulaq çağlayır.

Mən iki mühüm dönəmi yada salmaq istəyirəm. Bu iki dönəmdə qumlular həqiqətən təsirli və həmişəyaşar rol ifa etdilər: Biri 1963-cü ilin Aşura günü və ondan iki gün sonra baş verən 15 Xordad (5 İyun) hadisəsidir. Qum əhalisi Aşura günü Feyziyyə mədrəsəsinə toplaşıb imamı dinlədi, onun sözləri ilə qəlbini doyurdu, iki gündən sonra Böyük İmamın saxlanması xəbərini eşitdikdə isə müqəddəs məqbərəyə toplaşdılar. Onların bu möhtəşəm hərəkəti böyük imamımızın rəhbərlik etdiyi ruhani hərəkatının hövzənin divarları arxasında qalmamasına və cəmiyyətə çıxmasına bais oldu. Bu işin avanqardı qumlular oldular; onlar bu böyük işi gördülər.

Başqa bir dönəm 1977-ci ildir. O zaman düşmənin Böyük İmamı təhqir etməklə başlayan təxribatının əsl mahiyyətini dərk etdilər, məsələnin nə olduğunu anladılar; çünki məsələ yalnız təhqirlə bitmirdi. Həmin vaxt Qum şəhərində sözügedən xəyanətkar hərəkət əleyhinə izdihamlı yürüş təşkil olundu, bu küçələrdə - İrəm xiyabanında, Çaharmərdan xiyabanında qumlu gənclərin qanı töküldü. Onlar canları və qanları ilə sözlərinin doğruluğunu sübuta yetirdilər. İnqilabın qələbəsindən sonrakı bu otuz il boyu bu xalq bütün dönəmlərdə ixlasla, sədaqətlə, səmimiyyətlə və nümunəvi ayıqlıqla meydana çıxmışdır. Düşmənin Quma dair xüsusi proqramı və layihəsi vardı. Əgər Qum əhalisi ayıq-sayıq olmasaydı, bu təhlükəli layihələr çox ziyan vuracaqdı. Xalqın oyanışı və bu şəhərdə elmi hövzənin olması onun ayıqlıq mərkəzinə çevrilməsinə bais oldu.

Elmi hövzənin təsisçisi olan mərhum Ayətullah Hairinin dövründən bu şəhərdə böyük təqlid müctəhidləri olmuşdur: mərhum Ayətullah Bürucerdi, mərhum Ayətullah Gülpayiqani, mərhum Ayətullah Əraki, mərhum Ayətullah Mərəşi, mərhum Ayətullah Bəhcət. Bu gün də Allaha şükür olsun ki, bu şəhərdə böyük təqlid müctəhidləri və görkəmli din alimləri var. Elmi hövzə xeyir-bərəkət amilidir. Doğruçu, ayıq və Allah yolunda mücahid olan bu şəhər hövzənin və ruhanilərin qədrini bildiyini, lazımi yerdə meydana atıldığını göstərmişdir. Bu şəhər dövrün böyük insanı olan həzrət İmam Xomeyninin hərəkata başladığı yer olduğuna görə inqilabın mərkəzinə və ümidinə çevrilmişdir.

Bizim bu izdiham qarşısında çıxış müddətimiz məhduddur. Təəssüf ki, gələrkən xalqın sevgisi üzündən küçələrdə çox gecikdik; odur ki, vaxt ötmüşdür. Mən yalnız bir neçə qısa cümlə deyəcəyəm.

Qum əhalisinin böyük toplantısında çıxışdan: 2010.



İnqilabın beşiyi və düşmən hücumlarının hədəfi: Qum


Əvvəla Qum inqilabın vətəni, ölkənin ən dindar şəhəri və müasir dövrün ən böyük inqilabının mərkəzidir. Bunun mənası nədir? Bunun mənası odur ki, bütün dünya bu inqilabın dini bir inqilab olduğunu bilsin. Bu inqilab barədə heç bir yanlış və materialist təhlil yürütmək olmaz. Onun vətəni Qumdur, rəhbəri bir fəqih, filosof, böyük bir alim və ruhanidir. İnqilab bütün dünyada belə tanınmışdır. Bu bir məsələ.

Bu sözün davamı odur ki, düşmənlər bu müddət ərzində bu inqilaba və quruluşa zərbə vurmaq istəyəndə onların hücumlarının hədəfi nə olmuşdur? İki mühüm amil düşmən hücumlarının hədəfi olmuşdur: biri din, biri isə xalq və onun vəfadarlığı. Bilirlər ki, bu inqilab dini inqilab olmasaydı, dirəniş gücü olmazdı. Çünki öz ardıcıllarına zülmə tabe olmağı qadağan edən, onları zülmlə mübarizəyə həvəsləndirən, insanların həyatına ədalət, azadlıq, mənəviyyat və inkişaf təklif edən dindir. Bu, dinin xüsusiyyətidir. Deməli, dinə əsaslanan bir quruluşun düşmənlərin, hegemonların və artıqtamahların təzyiq və şiddətinə tabe olması mənasızdır. Əgər bu inqilabda din elementi olmasaydı, inqilabın məsul şəxslərinin və rəhbərlərinin düşməndən bir imtiyaz almaqla güzəştə getmələri və düşmənin istismarına yenidən yol açmaları mümkün idi. Amma dinin bu inqilabın fəqərə sütunu olduğuna görə indiyədək belə bir şey baş verməmişdir və bundan sonra da baş verməyəcək.

Bizim əziz imamımızın bizə və bütün xalqa böyük dərsi bu idi: öz gücünüzə inanın, bu gücü daim artırmağa çalışın, Allah-Taalaya və Onun vədinə güvənin. Əgər duruş gətirib ağılla hərəkət etsəniz, əmin olun ki, Allahın yardımı sizinlə olacaq. Bu, xalqın dindar olmasına, inqilabın və İslam quruluşunun dini inqilab və quruluş olmasına görədir.

Xalq inqilabı o deməkdir ki, bu inqilab xalq tərəfindən sədaqətlə himayə olunur. İslam quruluşu xalq tərəfindən tam təsdiqlənir və dəstəklənir. Bu da bu müddətdə təmin olunmuşdur.

Qum əhalisinin böyük toplantısında çıxışdan: 2010.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin