TəSDİq ediLMİŞDİr azərbaycan Respublikası


Farmakoloji xüsusiyyətləri



Yüklə 303,19 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix02.01.2022
ölçüsü303,19 Kb.
#44884
1   2   3   4   5   6   7   8   9   ...   12
eqlonil kaps

 

Farmakoloji xüsusiyyətləri 

Farmakodinamikası   

Sulpirid – baş beyində dofaminergik sinir keçiriciliyini tormozlayan (sulpirid əsasən limbik 

sistemin dofaminergik reseptorlarını blokadaya alır, neostriat sistemin reseptorlarına isə cüzi 

təsir göstərir) əvəzedilmiş benzamidlər qrupuna aid olan atipik neyroleptikdir.  

Onun neyroleptik effekti antidoaminergik təsiri ilə bağlıdır. Bundan əlavə sulpirid dofamino-

mimetik effekti sayəsində MSS-in aktivliyini gücləndirir. Bu səbəbdən sulpirid stimuləedici və 

timoanaleptik (antidepressiv) təsirləri ilə yanaşı orta dərəcəli neyroleptik aktivliyə malikdir. 

Sulpiridin antipsixotik təsiri gündə 600 mq-dan yüksək dozalarda özünü büruzə verir, 600 mq-a 

qədər dozalarda daha çox stimulə edici və antidepressiv təsiri üstünlük təşkil edir. 

Sulpirid adrenergik, xolinergik, serotonin, histamin və QAYT reseptorlarına nəzərəçarpan 

dərəcədə təsir göstərmir. Sulpirid prolaktinin sekresiyasını gücləndirir və qusma mərkəzinin 

trigger zonasının dofamin D2-reseptorlarının blokadası sayəsində mərkəzi antiemetik (qusma 

mərkəzinin tormozlanması) təsirə malikdir. 


Yüklə 303,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin