Doza həddinin aşılması
Simptomları
Sulpiridin doza həddinin aşılmasına dair məlumatlar məhduddur. Səciyyəvi simptomlar mövcud
deyil, aşağıdakı simptomlar qeyd oluna bilər: spastik əyriboyunluq ilə diskineziya, dilin
çıxardılması və trizm. Bəzi pasiyentlərdə - həyati təhlükəli parkinsonizm sindromu və koma.
Sulpirid hemodializ zamanı qismən xaric olur.
Müalicəsi
Xüsusi antidotu olmadığı üçün simptomatik və dəstəkləyici müalicə aparılır, pasiyent tam
sağalana qədər tənəffüs funksiyasının və ürək fəaliyyətinin (QT intervalının uzanması riski və
mədəcik aritmiyanın inkişafı) daimi ciddi nəzarəti aparılır; nəzərə çarpan ekstrapiramid sindrom
inkişaf etdiyi halda m-xolinoblkokator preparatlar təyin olunur.
Doza həddinin aşılması zamanı, xüsusilə də sulpiridin digər psixotrop vasitələr ilə yanaşı
istifadəsi zamanı, ölüm halları haqqında məlumat qeyd olunmuşdur.
Buraxılış forması
Kapsullar 50 mq.
15 və ya 30 kapsul, PVX/Al folqa blisterdə.
1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdə istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Delfarm Dijon, Fransa.
Qeydiyyat vəsiqəsinin sahibi
SANOFİ-AVENTİS FRANS, Fransa.