Antipsixotik preparatların istifadəsi zamanı venoz tromboembolik fəsadlar, bəzən ölümlə
nəticələnən, halları müşahidə olunurdu. Bu səbəbdən venoz tromboembolik fəsadların inkişafı
riski ilə pasiyentlərdə sulpirid ehtiyatla istifadə olunmalıdır (“Ehtiyyat ilə”, “Əlavə təsir”
Sulpirid qan plazmasında prolaktinin konsentrasiyasını yüksəldə bilər. Bu səbəbdən anamnezdə
(həmçinin, ailə anamnezində) süd vəzi xərçəngi olan pasiyentlərdə sulpirid ehtiyatla istifadə
olunmalıdır (“Ehtiyyat ilə” bölməsinə bax). Qeyd olunan pasiyentlər ciddi nəzarət altında
Neyroleptiklər epileptogen həddi azalda bilər, bu səbəbdən epilepsiya ilə pasiyentlərdə sulpiridin
Xüsusi hallar istisna olmaqla Eqlonil preparatı Parkinson xəstəliyi ilə pasiyentlərdə istifadə
olunmamalıdır. Dofamin reseptorları aqonistlərini qəbul edən Parkinsonizm xəstəliyi ilə
pasiyentlərdə neyroleptiklər ilə müalicə zəruri olduğu halda dofamin reseptorları aqonistlərinin
dozası tədricən azaldılmalı və nəticədə onların qəbulu tam dayandırılmalıdır (dofamin
reseptorları aqonistlərinin qəbulunun birdən dayandırılması pasiyentlərdə bədxassəli neyroleptik
sindromun inkişafına səbəb ola bilər) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Digər dərman
vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax).
Böyrək funksiyasının pozulması ilə pasiyentlər
Azaldılmış dozaların qəbulu tövsiyə edilir (“İstifadə qaydası və dozası” bölməsinə bax).
Şəkərli diabet ilə və ya şəkərli diabetin inkişafı riskinin faktoru ilə pasiyentlər
Atipik antipsixotik preparatlar qəbul edən pasiyentlərdə hiperqlkemiya inkişafı haqqında
məlumat verilmişdir, bu səbəbdən sulpirid təyin olunmuş təsdiq edilmiş şəkərli diabet diaqnozu
ilə və ya şəkərli diabet inkişafı riskinin faktorları ilə pasiyentlərdə qanda qlükoza səviyyəsinin
nəzarəti aparılmalıdır.
Etanolun istifadəsi
Eqlonil preparatı ilə müalicə zamanı etanol tərkibli alkoqollu içkilərin və ya etanol tərkibli
dərman preparatlarının qəbulu qəti qadağandır.
Leykopeniya, neytropeniya və aqranulositoz
Neyroleptiklər, həmçinin Eqlonil preparatı ilə müalicə fonunda leykopeniya, neytropeniya və
aqranulositoz qeyd olunurdu. İzahedilməyən infeksiyaların inkişafı və ya bədən hərarətinin
yüksəlməsi qan tərəfindən pozulmaların əlaməti ola bilər ki, bu da təcili hematoloji müayinələrin
aparılmasını tələb edir.
Uşaqlarda istifadəsi
Sulpirid uşaqlarda koqnitiv proseslərə təsir göstərir, bu səbəbdən uşaqlarda hər il öyrənmə
qabiliyyəti yoxlanılmalıdır. Uşağın kliniki vəziyyətindən asılı olaraq doza müntəzəm olaraq
tənzimlənməlidir.
• Ürək ritminin pozulması inkişafına meylliliyi olan pasiyentlərdə - sulpirid QT intervalının
uzanmasına və “piruet” tipli mədəcik taxikardiyası kimi ağır mədəcik ritm pozulmalarının
inkişafına səbəb ola bildiyi üçün:
- dəqiqədə 55 vurğudan aşağı bradikardiya ilə;
- elektrolit pozulmaları, məsələn, hipokaliemiya, ilə;
- QT intervalının anadangəlmə uzanması ilə;
- nəzərə çarpan dərəcədə bradikardiyanın (dəqiqədə 55 vurğudan aşağı), hipokaliemiyanın
inkişafına, ürəkdaxili keçiriciliyinin ləngiməsinə və ya QT intervalının uzanmasına səbəb ola
bilən preparatların yanaşı istifadəsi zamanı (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”,
“Xüsusi göstərişlər” bölmələrinə bax).
• Anamnezində bədxassəli neyroleptik sindromu ilə pasiyentlərdə (“Əlavə təsirləri”, “Xüsusi
göstərişlər” bölmələrinə bax).
• Ahıl yaşlı pasiyentlərdə (sedasiya, ortostatik hipotenziya, ekstrapiramid pozulmalar inkişafının
yüksək riski).
• Təcavüzkar davranış və ya impulsivlik ilə təlaş (sedativ preparatların yanaşı istifadəsi tələb
oluna bilər).
• Demensiya ilə ahıl yaşlı pasiyentlərdə (“Xüsusi göstərişlər” bölməsinə bax).
•İnsult inkişafının risk faktorları ilə pasiyentlərdə (“Xüsusi göstərişlər” bölməsinə bax).
•Parkinson xəstəliyi ilə pasiyentlərdə (“Xüsusi göstərişlər” bölməsinə bax).
•Venoz tromboembolik fəsadlar inkişafının risk faktorları ilə pasiyentlərdə (“Xüsusi göstərişlər”
bölməsinə bax).
•Şəkərli diabet zamanı və şəkərli diabet inkişafının risk faktorlarının mövcudluğu zamanı
(hiperqlikemiya inkişafı riski, qanda qlükoza konsentrasiyasının nəzarəti tələb olunur).
•Hamiləlik zamanı (istifadə təcrübəsinin məhdudluğu) (“Hamiləlik və laktasiya dövrü”
bölməsinə bax).
•Böyrək çatışmazlığı zamanı (dozalama rejiminin tənzimlənməsi tələb olunur, “İstifadə qaydası
və dozası” bölməsinə bax).
• Anamnezdə epilepsiya və ya qıcolma tutmaları zamanı (konvulsiv həssaslıq həddinin azalması
riski) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
• Etanol tərkibli preparatların yanaşı istifadəsi zamanı (“Digər dərman vasitələri ilə qarşılıqlı
təsirləri” bölməsinə bax).
• Anamnezdə qlaukoma, bağırsaq keçməməzliyi, həzm traktının anadangəlmə stenozu, sidik
ifrazının ləngiməsi və ya prostat vəzinin hiperplaziyası olan pasiyentlərdə (preparat m-
xolinoreseptorları blokada etdiyi üçün).
• Hipertonik kriz inkişafı riski ilə əlaqədar arterial hipertenziya ilə pasiyentlərdə (xüsusilə də ahıl
yaşlı pasiyentlərdə) (pasiyentlər tibbi nəzarət altında olmalıdır).
• Anamnezdə (həmçinin, ailə anamnezində) süd vəzisi xərçəngi olan pasiyentlərdə (“Xüsusi
göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Dostları ilə paylaş: