VII. Fənnin qısa məzmunu:
Mütəhərrik oyunların tədrisi metodikası - İFSB-06 VI seçmə fənn bloku. Bu fənn bakalavr təhsil səviyyəsində Kütləvi-tətbiqi idman fakültəsinin məşqçi ixtisası üzrə ümumi kurs tədris planına müvafiq olaraq, tələbələrə mütəhərrik oyunların yaranma və inkişaf tarixi, tələbələrin hazırlıq növləri (fiziki, texniki, taktiki) üzrə nəzəri və əməli biliklərə yiyələnməsini, oyun qaydaları, yarışların təşkili və keçirilməsi, idman cəmiyyətlərində, klublarda, ümumtəhsil məktəblərində məşqçi-müəllim kimi fəaliyyət göstərmək üçün tələbələrdə peşəkar-pedaqoji bacarığın formalaşması kimi anlayışları nəzərdə tutur.
Hər bir dərsdən əvvəl tələbə müəyyən olunmuş mətnləri və tapşırılmış bütün digər qiraət materiallarını oxumalıdır.
VIII. Fənn üzrə təlim nəticəsi FTN (Öyrənmənin nəticələri):
Bu fənnin öyrənilməsini başa vurmuş tələbə:
Kursun proqramına əsasən müvafiq nəzəri materialları mənimsəyir;
Mütəhərrik oyunların tədrisi metodikasını özünün peşə fəaliyyətində tətbiq edir.
Ümumtəhsil məktəblərində müəllim fəaliyyətini dərslərə olan müasir tələblərə müvafiq planlaşdırır və qurur .
Ümumtəhsil məktəblərində ayrı-ayrı hərəki qabiliyyətlərin planlı inkişafını müvafiq fiziki yüklə təmin edir.
Mütəhərrik oyunların keçirilmə metodikasını nümayiş etdirir,icra zamanı yol verilən səhvləri müəyyən edir, aradan qaldırılması üçün müxtəlif pedoqoji üsullardan istifadə edir .
Ümumtəhsil məktəblərində şagirdlərin hazırlığını “Fiziki tərbiyənin kurikulumu“ nun məzmun xətlərinə müvafiq diaqnostik, formativ və summativ qiymətləndirir.
Fənnin təlim nəticələrinin ixtisas üzrə peşə kompetensiyaları ilə əlaqəliliyi matrisi
Dostları ilə paylaş: |