Təsdiq edirəm: Kafedra müdiri ( Şirinzadə İ. )



Yüklə 138,45 Kb.
tarix06.03.2017
ölçüsü138,45 Kb.
#10369
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

( Şirinzadə İ. )

___ ___________2015___ il


Fənn proqramı (sillabusu)
Kafedra: İnşaat materialları

Fənnin adı: Biotexnologiyanın əsasları

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili: 2014 – 2015 semestr II

Fakültə : İnşaat texnologiyası

Qrup : M674a

dədris yükü: mühazirə 45 saat, laboratoriya 15 saat.

Cəmi 60 saat.

Kredit: ______________

Auditoriya: № 913

Saat: ________



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi : Yəhyayev A. B. , dosent

Kafedranın ünvanı: A. Sultanova – 5, AzMiU, I kor, 911 otaq.

Məsləhət saatları:

E-mail ünvanı:

İş telefonu: 0125391034



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1.Yəhyayev A.B.. Meşə təsərrüfatının əsasları, Bakı, 2010, 375s.

2. Qənbərov X. Q., Abuşov P.A., İbrahimov A.Ş. Biotexnologiyanın əsasları. Bakı, 1994. 283s.

3. Сафаров И. С., Олисаев В.А. Леса Кавказа. Владикавказ, 1991, 270 с.

4. Кадималиев Д. А. и др. Экологические характеристики прессованных материалов из отходов растительного

сыpья, обработанного грибом P. TIGRINUS. // Лесн. журн., 2006 №4, С. 83-89.

5. Жигунов А.В. Применение биотехнологий в лесном хозяйстве России // Лесн. журн., 2013 №2, С. 27-35.

6. Выпуск журнала Дерево. RU делевой журнал по деревообработки. 2008 -2013гг.

7. Яхьяев А.Б. Об использовании древесного сырья лесов Азербайджана. Тр. Ин-та ботан. НАН Азерб.,

т. ХХV, 2004, С. 118-124.



4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)



Fənn üzrə Respublikanın meşə fondundan tədarük edilən biokütlənin, müxtəlif təyinatlı məhsul istehsalına yönəldilmə imkanları, uyğun texnoloji proseslər, sahənin respublika əhəmiyyəti və perspektivləri haqqındakı materiallar tədris edilir.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmalları


Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№ 1. Biotexnologiya elminin inkişaf tarixi.

Biotexnologiya- istehsal prosesi olub canlı orqanizmlərin iştirakı ilə faydalı məhsulların alınmasını öyrənən sahə kimi. XX əsrin 2-ci yarısından bu sahənin keçdiyi mərhələlər, müasir biotexnologiyanın əhatə etdiyi əsas istiqamətlər. Respublikada biotexnologiyanın inkişaf perspektivləri.



2

27.01

1

Mövzu№ 2. Biotexnologiya elminin nəzəri əsasları.

Bioloji aktiv maddələrin produsentləri və biosintez texnologiyalarının ilkin anlayışları. Produsentlərin taksonomik vəziyyətləri və ştamm fərqləri. Produsentlərtin əsas faydalılıq kriteriyaları. Mikrobioloji proseslərin mühiti və əsas məhsulları.



2

27.01

2

Mövzu№ 3. Biotexnologiya elminin əsas istiqamətləri.

Biotexnoloğiyanın əsas istiqamətləri – texniki mikrobioloğiya, mühəndis enzimoloğiyası, gen mühəndisliyi, hüceyrə mühəndisliyi. Bu sahələrin əsas tədqiqat obyektləri, tətbiq sahələri və inkişaf perspektivləri.



2


3.02



3

Mövzu № 4. Meşəçilikdə toxumaların becərilmə üsulu – in vitro.

Toxumaların becərilmə üsulu – xloroplastların təmiz yetişdirilmə şəraitinə çıxardılması. İlk becərilmə toxumalarının alınması. Toxumaların becərilməsinin in vitro üsulu. Qidalanma mühitinin seçilməsi. Əsmə qovağın klonlarının yığılması və saxlanması.



2

10.02

3

Mövzu № 5. Respublikada biokütlənin yaranması və ehtiyatı.

Yer kürəsində meşələrin rolu – onların faydalı xüsusiyyətləri. Yaranan biokütlənin həcmi və xarakterizə edən əsas göstəriciləri. Meşəqırmada qeyri likvid xammalının həcmi və çeşidi.



2

10.02

4

Mövzu № 6. Biokütlənin tərkib hissələri və keyfiyyət göstəriciləri.

Bitki mənşəli biokütlənin əsas növləri və onların qruplara bölğüsü. Bu kateqoriyalara aid biokütlədə əsaslı tullantıların yayılması, tədarük imkanları, daşınması və ilkin emalında yaranan texniki çətinliklər. Sahələr üzrə alınan biokütlənin ölçü xarakteristikaları, tərkibi, nəmliyi.



2

17.02

5

Mövzu № 7. Oduncaq biokütləsinin tərkib hissələri və onların ümumi ehtiyatda payı.

Meşəqırmadan alınan kol, kiçikölçülü ağaclar, budaqlar, ağacların başları, yarpaqlar və yerüstü kök hissələri. Ağacbiçmə tullantıları və onların tərkibi.Oduncağın mexaniki emalında yaranan təkrar xammal biokütləsinin çeşidi, həcmi, forması və ümumi həcmdə payı.



2

24.02

5

Mövzu № 8. Təkrar oduncaq xammalının keyfiyyət və ölçü xarakteristikası.

Ağacbiçmədə oduncaq balansı.Qabıq və xırda fraksiyaların, tərkibi, həcmləri və balansda payları. Faner istehsalının tullantıları, onların tərkibi və həcmləri. Dülgər məmularları istehsalında yaranan tullantılar, onların tərkibi və istifadə imkanları



2

24.02

6

Mövzu № 9. Plantasiya meşəçiliyinin yaranma yaranma perspektivləri və onun meşəçilik-iqtisadi qiymətləndirilməsi.

Plantasiya meşəçiliyinin yaranma tarixi. Respublikanın meşə fondunda plantasiya meşəçiliyinin yaradılma zərurəti və perspektivləri. Kürboyu, Samur-Dəvəçi və Lənkəran areallarında plantasiya meşəçiliyinin yaradılma imkanları.



2

3.03

7

Mövzu №10. Qovaq və söyüd plantasiyalarından alınan oduncaq biokütləsi və onun tətbiq edilmə imkanları.

Qovaq və söyüd agac cinslərinin meşəçilik və ekoloji xasusiyyətləri, yayılması və meşə əkinlərində becərilmə təcrübəsi. Qazax-Tovuz bölgəsində söyüd plantasiyalarının salınma və onlardan istifadə təcrübəsi.



2

10.03

7

Mövzu № 11. Meşəqırma işlərində likvid olmayan biokütlə xammalının tədarükü və istifadəsi.

Respublika meşələrində qırıntıların aparılma təcrübəsi. Xidməti qırıntıların intensivliyi və keçirilmə dövriyyəsi, bu zaman tədarük edilən oduncaq xammalının tərkibi və keyfiyyət göstəriciləri. Bu oduncaq xammalının istifadə təcrübəsi.



2

10.03

8

Mövzu №12. Oduncağın mexaniki emalında yaranan təkrar biokütlə xammalının ilkin emalı və istifadəsi.

Respublikada fəaliyyət göstərən ağac emalı və mebel müəssisələrinin strukturu və məhsul çeşidi. Bu istehsallarda yatranan tullantıların çeşidi və həcmi, onların istifadə təcrübəsi. Xırdalanmış oduncağın istifadə perspektivləri.



2

17.03

9

Mövzu № 13. Meşə sənayesində biokütlənin yağılması və daşınması.

Meşəqırma işlərində yaranan yaranan qeyri likvid oduncaq xammalının çeşidi və həcmi. Bu xammalın yığılması və daşınması təcrübəsi. İstifadə edilən qurğular və vasitələr. Dağlıq şəraitlərdə yayılan meşələrdən belə xammalın yığılma və daşınma variantları.



2

24.03

9

Mövzu№ 14. Meşə sənayesində biokütlənin saxlanması və çeşidlənməsi.

Xammalı xırdalanmış oduncaq biokütləsi olan müəssisələrdə saxlanma və çeşidləmə işlərinin aparılma təcrübəsi. Açıq meydançalar və ya bunkerlərdə xırdalanmış biokütlənin saxlanma şərtləri. Xırdalanmış oduncaq xammalının çeşidlənməsində istifadə edilən maşın və qurğular.



2

24.03

10

Mövzu№ 15. Meşə sənayesində biokütlənin qurudulması.

Çeşidlənmiş biokütləyə verilən tələblər, onun son nəmliyi, qurudulma prosesi, istifadə edilən əsas quruducu tipləri. Hazır kütlənin təkrarən növləşdirilərək bunkerlərə ötürülməsi.Biokütlənin qurudulmasında tətbiq edilən aqentlər və onların əsas parametrləri.



2

31.03

11

Mövzu№ 16. Biokütlədən preslənmə məhsullarının – briketlərin, pelletlərin, qranulların alınması.

Preslənmə məhsullarının təyinatları, ölçü və formaları, möhkəmlik xüsusiyyətləri. Bu tip məhsulların dünyada istehsal həcmləri və xammal bazası. Tətbiq edilən preslər, onların iş prinsipi və əsas texniki göstəriciləri. Respublikada bu tip məhsulların istehsal perspektivləri.



2

7.04

11

Mövzu№ 17. Biokütlədən yarımfabrikatların alınmasında tətbiq edilən tipik texnoloji proseslər.

Dünyanın aparıcı kompaniyalarının xırdalanmış biokütlədən yarımfabrikat istehsalında tətbiq etdiyi tipik texnoloji proseslər və istifadə edilən xəttlər. Texnoloji proseslərin ardıcıllığı.



2

7.04

12

Mövzu№ 18. Bioenerqetika sahəsinin yaranması və inkişaf perspektivləri.

Yer kürəsinin yanacaq ehtiyatları və onların istismar dinamikası. Bərpa olunan bioyanacağın ehtiyatı, keyfiyyəti, istilikyaratma qabiliyyəti və ekoloji xüsusiyyətləri. Bioenergetika sahəsinin xammalı, texnoloji prosesləri, istifadə edilən avadanlığı.



2

14.04

13

Mövzu№ 19. Briket əsasında panel istehsalının texnoloji prosesləri.

Xırdalanmış biokütlənin ilkin emalı, panel istehsalı üçün tələb edilən ölçü və keyfiyyətdə briketlərin hazırlanması, üzlük materiallarının seçilməsi, paketlərin yığılması, preslənməsi, formata biçmə, stabilləşdirmə və daşınma əməliyyatları



2

21.04

13

14


Mövzu№ 20. Oduncaq tavaları istehsalında tətbiq edilən biotexnoloji proseslər.

Oduncaq tavaları istehsalında tətbiq edilən yapışqanlar və onların fiziki-kimyəvi xüsusiyyətləri. Sintetik qətranların əvəz edilməsində tətbiq edilən biotexnoloji üsullar. Lignolitik göbələklərin tətbiqi.Lignosellülozik substratın fermentativ biodestruksiyası. Bioemaldan sonra kütlənin isti preslənməyə hazırlanması, tətbiq edilən rejimlər və hazır tavaların texniki və ekoloji göstəriciləri.



4

21.04

14

15


Mövzu№ 21. Meşə təsərrüfatında tətbiq edilən biotexnoloji proseslər.

Tezböyüyən ağac cinslərinin keyfiyyət göstəriciləri. Belə cinslərin çoxaldılma üsulları. Klonlaşdırmanın meşə təsərrüfatında rolu, aparılan elmi-tədqiqat işlərinin analizi. Hal-hazırda ən çox yayılan cinslərin əkinləri, onların inkişafı, dayanıqlığı, meşəçilikdə və ekoloji durumun saxlanmasında rolu. Yaşıllıq zolaqlarındakı iynəyarpaqlı cinslərin inkişaf dinamikalarının analizi.



4

28.04

5.05



5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmalları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

2


Mövzu№ 1. Bitki toxumalarının ayrılması və becərilməsi prosesinin izləınməsi (MNB MEA).

Müsbət model ağaclarının seçilməsi, nümunələrin kəsilib götürülməsi. Toxumaların ayrılması və saxlanması vasitələrinin hazırlığı. Saxlanmadakı maye mühitin sterilizə edilməsi. Toxumaların kəsilib, saxlanma mühitinə yerləşdirilməsi.



2


3.02



4

Ağac bitkilərindən birinin toxumalarının inkişaf dinamikasının müxtəlif vaxtlarda təcrübəyə qoyulmuş nümunələr üzərində izlənməsi və müvafiq analizlərin nəticələrinin yazlışının aparılması.

2

17.02

6


Mövzu№ 2. Meşəqırmada yığılan biokütlənin tərkib hissələrinin təyin edilməsi (MNB MEA).

Meşəqırma işlərində yaranan qeyri likvid hissənin tərkib hissələrinə ayrılması, oduncaq xammalının kateqoriyasına görə onların forma və ölçülərinin yazlışının aparılması. Texnoloji talaşa və texniki göy təyinatlı biokütlənin keyfiyyətinin təyin edilməsi.



2

3.03




8

Texnoloji talaşanın təyinatına görə əsas markaları və ölçü xarakteristikaları. Oduncaq tavaları istehsalına yararlı talaşanın ölçü və keyfiyyət göstəricilərinin təyin edilməsi. Texniki göyün oduncaq və göy hissələrinin təyin edilməsi.

2

17.03

10

Mövzu№ 3. Tezböyüyən agac bitkilərinin əkinlərdə becərilmə üsullarının izlənməsi (MNB MEA).

Respublikada yayılan tezböyüyən agac cinslərinin meşəçilik və ekoloji xüsusiyyətləri. Perspektivli agac cinslərinin seçilməsi və əkin materialının tədarükü və hazırlanması. Əkin yerinin hazırlığı, cərgələrin çəkilməsi, toxumların səpilməsi.


2



31.03


12

Qapalı şəraitlərdə əkin materialının çecərilməsi üsulları, Əkin sahəsi üçün nəmlik, işıqlanma və istilik şəraitlərinin təmin edilməsi, xidmətin təkrarlanma müddəti. Müşahidələrin aparılma qaydası və müddəti.

2

14.04

14

Mövzu№ 4. Əkinlərdə agac cinslərinin yeniyetmələrinin biometrik ölçülərinin təyini (MNB MEA).

Qapalı şəraitlərdə aparılan əkinlərdə müxtəlifyaşlı agac cinslərinin yeniyetmələrinə baxışın keçirilməsi. Tədqiqat obyekti kimi hər bir agac cinsi üçün model yeniyetmələrin seçilib nişanlanması və onların ilkin yazlışının aparılması.



2

28.04



15

Seçilmiş yeniyetmələrin biometrik ölçüləri kimi onların torpaq səthindən və ondan 10 sm hündürlükdən diametrlərinin, hündürlüklərinin, gövdədə çətirin yayılma hündürlüyünün, çətirin proyeksiyasının sahəsinin və budaqlanma dərəcəsinin təyin edilməsi.

2

6.05

5.3. Fənn üzrə sərəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Biosintez prosesinin mahiyyəti və əsas komponentləri

2.

Biotexnologiyanın qen və hüceyrə mühəndisliyi istiqamətləri.

3.

İn vitro üsulunun mahiyyəti və tətbiq obyektləri.

4.

Biokütlənin tərkib hissələri və xarakteristik ölçüləri.

5.

Plantasiya meşəçiliyinin yaranma vacibliyi və perspektivləri.

6.

Meşəqırma işlərində yaranan biokütlənin strukturu və həcmi.

7.

Oduncağın ilkin və təkrar emalında yaranan tullantıların biotexnologiyalarla emalı.

8.

Respublikada yaranan biokütlənin yığılması, daşınması və ilkin emalı məsələləri.

9.

Bioenerqetika sahəsinin yaranma vacibliyi, xammalı və perspektivləri.

10.

Oduncaq tavaları istehsalı sahəsinə biotexnologiyaların tətbiq edilmə imkanları.

6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənn üzrə tələbələr Respublikada ən geniş yayılan agacların cinslərinin müəyyən etməyi bacarmalı, onların meşəçilik-təsərrüfat əhəmiyyəti, meşə fondu, torpaq kateqoriyaları, qırıntı üsulları, meşələrin qorunması və mühafizəsi, agacların xəstəlikləri, agacın və meşəliklərin taksasiya göstəriciləri, meşələrin inventarizasiya qaydaları haqqında tədris edilən biliklərə yiyələnməlidir.

Meşələrin məhsuldarlıgının artırılması, qoruyucu xüsusiyyətlərinin gücləndirilməsi, dag meşələrində tətbiq edilən qırıntı texnika və tyexnologiyası, meşələrin qorunması və xəstəlikləri haqqındakı yerli və xarici nəşrli elmi və praktiki əhəmiyyətə malik əsərlərin izlənməlidir. Vaxtaşırı AMEA-nın Nəbatət bagında aparılan təsərrüfat tədbirləri ilə yaxından tanış olmaq lazımdır.

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

İxtisas sahəsi kimi gələcəkdə işlə təmin olunmaq baxımından həm də bir təbiət elmi kimi çox maraqlı bir fənndir.



Müəllim: ____________ ( Yəhyayev A.B. )

“_____” yanvar 2015-ci il.



Meşə materiallarının tədarükü fənnindən imtahan sualları


s/s

Suallar

Mürəkkəblik dərəcəsi

1
2

3

4


5

6.

7.


8.

9

10



11

12

13



14

15

16



17

18

19



20
21

22

23



24

25

26



27

28

29



30

31

32



33

34
35

36

37

38



39

40
41

42

43

44


45

46

47



48

49

50



51
52

53

54



55

56

57



58
59
60

61

62



63
64

65
66


67

68

69


70
71

72

73



74
75
76
77

78
79

80

81

82



83
84

85
86

87

88

89



90

91

92



93

94

95



96

97

98


99

100


101

102


Azərbaycan Respublikasının meşə fondu və onun əsas torpaq kateqoriyala-rına bölgüsü

Bölgülərin ölçüləri və onların işlənmə üsulları

Qırıntıya ayrılmış sahələrin ölçüləri və onların daglıq şəraitlərdə tətbiqi

Meşə materiallarının tədarükündə əməliyyatların yerinə yetirilmə ardıcıllığı

Yıxılmış ağacların qol-budaqdan təmizlənməsi əməliyyatları.

Daşınma yollarının radial və diaqonal yerləşmə sxemləri.

Respublika meşələrində yayılan əsas ağac cinsləri,onların meşəçilik xüsusiyyətləri və oduncag ehtiyyatı.

Qırılacaq sahələrin işlənməsində tətbiq edilən texnoloji xəritələr

Seçmə qırıntı üsulunun əsas xüsusiyyətləri

Əsas baş istifadə qırıntı formaları və onların xüsusiyyətləri

Kompleks qırıntıların əsas formaları və tətbiq edilmə şərtləri

Agaclıgın boniteti, dolulugu və sıxlıgı

Gövdənin həcminin hesablanma üsulları

Gövdənin görnüş ədədi və forma əmsalları

Əsas meşəəmələgətirici cinslərin meşəçilik xüsusiyyətləri

Daşınma yollarının radial və dioqonal yerləşmə sxemləri

Meşə, meşəlik və agaclıgın terminoloji izahının yazlışı

Agaclıgın diametrə və hündürlüyə görə quruluşu

Qırılacaq sahədə daşınma yollarının yerləşmə sxemləri və onların təsnifatı

Qırılacaq sahədə daşınma yollarının yerləşmə sxemlərinə görə orta daşınma məsafəsinin hesablanma qaydası

Cücətilər, cavan agac bitkiləri, yeniyetmələrin terminaloji izahı

Qalınlıq pillələri, təbii pillələr

Meşələrin qruplara bölünməsinin əsas xüsusiyyətləri

Qırılacaq sahənin işlənməsində tətbiq edilən texnoloji xəritələr.

Qırıntı yerlərinin bitişmə müddəti və əsas bitişmə üsulları

Meşəqırma fondunun strukturu və əsas xarakterik xüsusiyyətləri

Xidməti qırıntıların əsas formaları

Aralıq istifadə qırıntılarının tətbiq sahələri və müddəti

Xidməti qırıntılarda agacların seçilmə ardıcıllıgı

Xidməti qırıntıların keçirilmə üsulları: yuxarı və aşagı üsul

Agaclıqların texniki və kəmiyyət yetişkənliyi

Əsas meşəəmələgətirici cinslərin qırıntı yaşları

Yıxılmış agacların qol-budaqdan təmizlənmə əməliyyatları

Dikliyi çox olan qırılacaq sahələrdə yıxılmış agacların qol-budaqdan təmizlənməsinin xüsusiyyətləri

Girdə meşə materiallarının daşınma üsulları və onların təsnifatı

Meşəqırnada gövdə və sortiment texnologiyaları

Agacların ilkin kəsilmə sxemləri və onların tətbiqi

Daglıq şəraitlərdə agacların kəsilmə sxemlərinin tətbiq xüsusiyyətləri

İriölçülü agacların kəsilməsində nəzərə alınacaq əsas xüsusiyyətlər

Manipulyatorlarla təchiz edilmiş traktorlarla sortimentlərin daşınmasında əməliyyatların yerinə yetirilmə ardıcıllıgı

Qolların yerləşmə ardıcıllıgı və burada agacların yıxılma xüsusiyyətləri

Qollar daxilində dəhlizlərin açılması ardıcıllıgı

Seçmə qırıntılarında qoldaxili bölğülərin ayrılma xüsusiyyətləri

Seçmə qırıntılarında agacların maqistral və qoldaxili daşınma yollarında yıxılması və daşınması ardıcıllıgı

Seşmə qırıntılarında qolların işlənmə texnologiyası

Yaşıllıq zolaqlarında aparılan xidməti qırıntılartın xarakteristikası

Tətbiq edilən xidməti qırıntı üsulları: dəhliz və xətti üsullar

Xidməti qırıntı üsulları:aktiv və qrup üsulu

Mühərrikli əl mişarlarının konstruksiyası və iş prinsipi

Universial mühərrikli əl mişarlarının əsas markaları və tətbiq sahələri

Gövdənin qol-budaqdan təmizlənməsi üçün tətbiq edilən mühərrikli əl mişarlarının markaları və iş prinsipi

Qırılacaq sahənin işlənməsində tətbiq edilən texnoloji sxemlər-qollar üsulu

Qırılacaq sahənin qoldaxili bölgü üsulu ilə işlənməsi

Özüyükləyən avtodaşıyıcılar və onların iş prinsipi

Xidməti qırıntıların aparılmasında tətbiq edilən enli qolllar üsulu

Sanitar qırıntıların keçirilməsində məqsəd və əsas tətbiq edilmə obyektləri

Daglıq şəraitlərdə sanitar-seçmə qırıntılarının tətbiqi

Kompleks qırıntılarında cavanlaşdırma və formalaşdırma qırıntılarının təyinatı

Kompleks qırıntılarında yetişkənlik yaşına qədər baş cinsin yetişdirilmə qırıntısının mahiyyəti və tətbiqi

Agacların yıxılmasında kəsilməyən gövdə hissəsinin ölçüsü və onun rolu

Daglıq şəraitlərdə iriölçülü agacların yıxılma xüsusiyyətləri

Oduncaq düşürücülərinin tətbiqi ilə qırılacaq sahələrin işlənməsi

Yıxılmış agacların qol-budaqdan təmizlənməsi əməliyyatları və istifadə edilən maşın və mexanizmlər

Agacların mexanikləşdirilmiş yıxılma üsulları

Daglıq şəraitlərdə relyef elementlərindən asılı olaraq qırılacaq sahələrin təsnifatı və xüsusiyyətləri

Daglıq şəraitlərdə meşəqırma işlərinin yamacların dikliyuinə görə planlaşdırılması

Xidməti qırıntıların dar və orta qollar texnologiyaları ilə aparılması

Meşə materiallarının avtodaşıyıcılar vasitəsilə daşınması

Agacların yıxılmasında istifadə edilən yıxma vasitələri, onların konstruksiyaları və iş prinsipi

Meşə materiallarının daşınmasında tətbiq edilən bucurqadlar və onların iş prinsipi və əsas markaları

Meşə materiallarının kanat qurguları ilə daşınma xüsusiyyətləri

Biraçırımlı kanat qurguları, onların tətbiqi və iş prinsipi

Çoxaçırımlı kanat qurguları, onların tətbiqi və iş prinsipi

Agacların yıxılmasında tətbiq edilən köməkçi vasitələr və onların iş prinsipi

Meşə materiallarının daşınmasında tətbiq edilən baglayıcı komplektlər, onların forma və istifadəsi

Meşə materiallarının daşınmasında tətbiq edilən təkərli traktorlarvə onların iş prinsipi

Seçmə qırıntılarında hərəkətli daşıma kanat qurgularının tətbiqi

Aralıq istifadə qırıntılarında əsas əməliyyatların yerinə yetirilmə xüsusiyyətləri

Agaclıgın məhsuldarlıq göstəricisi – boy sinifləri

Hündürlük və diametr əyrilərinin tərtib edilmə qaydası

Meşə materiallarının əmtəəlilik sinifləri

Meşə materiallarının irilik kateqoriyalarına görə bölgüsü

Respunlikada ən çox tləb edilən sartimentlər və onların olçü-keyfiyyət xarakteristikaları

Keçid qırıntılarında agacların seçilmə ardıcıllıgı və tətbiq edilən təsnifatlar

Daglıq şəraitlərdə tətbiq edilən LL-26B daşıma-nəqletmə kanat qurgusunun konstursiyası və iş prinsipi

LL-25 daşıma kanat qurgusunun konstruksiyası və iş prinsipi

Forvarderlərin tətbiq olunma imkanları və iş prinsipləri

Kiçikhəcmli daşıma vasitələri və onların tətbiq olunma imkanları

Kanat qurgularının tətbiqində yaranan müsbət və mənfi cəhətlər

UK-1S kanat qurgusunun tətbiqi ilə texnoloji sxemin işlənməsi

Mühərrikli əl mişarlarının məhsuldarlıgının hesablanması

Baglayıcısı olan kanatın uzunlugunun hesabatı

Daşıma traktorlarının yayılan markaları və iş prinsipləri

Daşıma traktorlarının məhsuldarlıgının hesablanması

Kanat qurgularının məhsuldarlıgının hesablanması

Gövdələrin dogranma üsulları və nazilmənin nəzərə alınması

Qırım yerlərinin təmizlənmə xüsusiyyətləri

Daglıq şəraitlərdə yamacların dikliyindən asılı olaraq qırıntı üsullarının tətbiq edilmə imkanı

LL-26A kanat qurgusunun tətbiqi ilə texnoloji sxemin işlənməsi

LL-33 kanat qurgusunun tətbiqi ilə texnoloji sxemin işlənməsi

Asma-kanat qurguları ilə qırılacaq sahələrin işlənmə sxemləri

Qırılacaq sahənin təkərli traktorlarla işlənməsinin texnoloji sxemi



çox asan
çətin

orta


çətin
orta

çox çətin

asan
çətin

çox asan


çox çətin

çətin


asan

asan


çox asan

çox asan


orta

asan


orta

çətin


asan
çox asan

çox asan


çox asan

çətin


orta

orta


çox asan

asan


çətin

orta


çətin

asan


orta

çətin
çox çətin

çox çətin

çətin


çox asan

orta


çətin
çox çətin

çətin


orta

çətin
çox çətin

asan

çox çətin



asan

çox çətin

asan

çətin
çox çətin



çox çətin

orta


asan

çətin


çox çətin

çox asan
çox asan


asan

çətin


çox çətin

çətin
orta

çox asan
çox asan
çox çətin

asan


asan
orta
çox çətin

çətin


çətin

asan
orta


orta
asan

çox asan
asan

çox asan

çox asan


asan

çox çətin


çətin

orta
orta

orta

orta


çox çətin

çox asan


çox asan

orta


çox asan

çox asan


orta

asan


asan

çox çətin


çox çətin

çox çətin



çox çətin

çətin

Yüklə 138,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin