Ədəbiyyat siyahısı
F.Sadıqov “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” Bakı 2005.
F.Rüstəmov “Pedaqogika tarixi” Bakı 2006
H.Əhmədov “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” Bakı 2014.
R.Hüseynzadə “Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir”. Bakı, 2007
Y.Talıbov, F.Sadıqov, S.Quliyev “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi”. Bakı, 2000
İslamiyyətin meydana gəlməsi özü ilə yeni maarif, mədəniyyət və yeni əxlaq gətirdi. İslamı qəbul etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da təhsil, tərbiyə islam prinsipləri əsasında qurulmağa başladı. İslamiyyətin yayıldığı bütün ölkələrdə təlim-tərbiyə, təhsil pedaqoji fikirlər, yazılan əsərlər islam qaydalarından nəşət etmiş, islami hökmlərə əsaslanmışdır. İslamiyyətin meydana gəlməsi elmin, təhsilin, mədəniyyətin və mənəviyyatın inkişafına qüvvətli təsir göstərdi. İslamdan əvvəl bilindiyi kimi ərəblərin yaşadığı yerlər çöl və səhralıq olmuşdu. Bu dövrdə onlar yalnız çöl həyatına alışmış elm və təhsildən uzaq olmuşdular. Məkkə şəhərində 11, Mədinədə 7 nəfər oxuma və yazma bilən adam var idi. Məhəmməd Peyğəmbərin (s) deyişi ilə öz dövrünün ərəbləri «Oxuma və yazma bilməyən» savadsız bir tayfa idilər. Onların bildikləri yalnız hafizəyə əsaslanan və nəsildən-nəslə keçən təcrübi biliklərdi. Qəbilələr arasında savaşlar olduğundan at, silah, dəvə kimi savaş vasitələri haqqında müəyyən bilikləri vardı. Bununla bərabər əxlaqi və mənəvi keyfiyyətləri çox aşağı idi. Xüsusilə qızlar və qadınlar tam hüqüqsuz idilər. Qız uşaqları heç bir dəyərə sahib deyildilər. Bəzilərinin qız uşaqları olduqda utandıqlarından ortalıqda görünməz olur və yaxud da yenicə doğulan qız uşaqlarını diri-diri torpağa basdırardılar. Qadın müti vəziyyətdə yaşayırdı. Belə bir zamanda cəmiyyəti islah etmək, onu doğru yola yönəltmək vəzifəsi Məhəmməd Peyğəmbərin (s) (570-632) üzərinə düşürdü. lə bir ülvi vəzifəni həyata keçirmək üçün mükəmməl bir maarif sistemi yaratmaq gərəkirdi. Məhəmməd Peyğəmbərin (s) əsl vəzifəsi toplumu maarifləndirmək, tərəqqi etdirmək idi. Ozü deyirdi: «Rəbbim məni təhsilləndirdi və mənim təhsilimi ən mükəmməl qıldı, mən bir müəllim olaraq göndərildim. Mən gözəl əxlaqı tamamlamaq üçün gəldim». Göründüyü kimi peyğəmbərimiz təhsillənmə sözünü işlədərkən «ədəb», «əxlaq» kəlməsini qəsd etmişdir. Ədəb zehnin və ruhun tərbiyəsidir. Quranda Peyğəmbərimizin vəzifəsinin öyrədici, tərbiyəedici olduğu göstərilməkdədir: «Ey Rəbbimiz! Onlara öz içlərindən özlərinə sənin ayələrini oxuyacaq, onlara kitab və hikməti öyrədəcək bir elçi göndər». İslam təlim və tərbiyəsinin əsas məqsədi kamil bir insan yetişdirməkdir. Elə bir insan ki, təkcə vətənində deyil, dünyanın harasında olursa olsun, yüksək insani keyfiyyətlərə malik olsun. İslam insanı maddə və mənadan, bədən və ruhdan mütəşəkkil bir varlıq kimi, bütov şəkildə görür və insaru bütün təmayül və davranışları ilə birlikdə öyrənir. İslam təlim və tərbiyəsinin əsas vəzifəsi insanı mükəmməlliyə, aliliyə, ən yaxşıya, ən gözələ çatdırmaqdır. İslam elm və mədəniyyətinin yayılması hər yerdə, o cümlədən Azərbaycan xalqının tərəqqisinə və inkişafına səbəb oldu. Pedaqoji elmlər doktoru, professor Z. Qaralov İslamın elm və mədəniyyətin inkişafma təsiri haqqında belə yazır: «İslam mədəniyyətinin, islam mənəviyyat və elminin sürətlə yayılması, dünyanın bir çox xalqlarının həyatında, dünyagörüşündə, məişətində dönüş yaratdığı kimi, Azərbaycan xalqının inkişafında da köklü dəyişiklərə səbəb oldu. Elmin, maarifin, mədəniyyətin, bütövlükdə həyat tərzinin yeni, daha mükəmməl əsaslar üzərində qurulması prosesi başladı. Ailə-nigah, valideyn-övlad, insan-cəmiyyət münasibətləri təzələndi. Tamamilə yeni elmi prinsiplə qurulan təhsil müəssisələri - ibtidai məktəblər, peşə məktəbləri, mədrəsələr əhalinin bütün təbəqələrinin maarifləməsinə imkan yaratdı. İslam elmi pedaqoji təfəkkürdə əsaslı dəyişiklik əmələ gətirdi...».
Dünya dinlərinin varisi olan İslam dininin hal-hazırda daha artıq bir sürətlə yayılması onun həyatiliyinə, yüksək humanizmində, ülviyyəti, daxili paklığı ön plana çəkməsində, ictimai ədalət prinsiplərini rəhbər tutmasında, demokratikliyində, sülhsevərliliyindədir. İslamın müqəddəs kitabı “Qurani-Kərim”dir.
“Qurani-Kərim” bir milyarddan artıq insanın etiqad etdiyi islam dininin müqəddəs kitabı, ərəb ədəbi dininin möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusudur. İlahi gözəlliyə malik olan bu kitab Ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanın qəlbinə hakim kəsilmiş, onların canına, qanına hopmuş, beyninə nüfuz etmişdir. Məhəmməd Peyğəmbərə (s) 23 il ərzində nazil olan Quran 114 surədən, 6204 (və ya 6236) ayədən, 77934 sözdən ibarətdir. Surələrin 90-ı Məkkədə, 24-ü Mədinədə nazil olmuşdur. “Quran”ın gətirdiyi davranış və ədəb-ərkan qaydaları hər bir cəmiyyətdə, hər bir dövrdə tərbiyə işinin məqsədlərini müəyyən edən qaydalardır. “Quran” yalnız dini kitab deyil, o, hər şeydən öncə, tərbiyə kitabıdır. İslamda tərbiyə fərdin təfəkkür qabiliyyətini inkişaf etdirmək, xasiyyət və davranışını islam dəyərləri əsasında tənzimləmək yolu ilə, öz taleyindən razı, xoşbəxt həyat tərzi sürməyə qadir şəxsiyyət yetişdirməkdir. Dini və dünyəvi məqsəd daşıyan islam tərbiyəsinin “düzgün xasiyyət” və “xoşxasiyyət” kateqoriyaları vardır. İslam tərbiyəsinin əsasları “Quran”da və Peyğəmbərin sünnəsində müəyyən edilmişdir. İslamda çox vaxt təlim və tərbiyə anlayışları eyni mənada işlədilir. Təlim dini ehkamları anlamağın, onun əqidə və məfkurə səciyyəli əsaslarını dərk etməyin, onlardan hər bir fərdin və ümumiyyətlə, cəmiyyətin tələblərinə uyğun şəkildə istifadə etməyin ən ümdə amillərindən və ibadətlərin tərkib hissələrindən biri hesab etməyin ən ömdə amillərindən və ibadətlərin tərkib hissələrindən biri hesab olunur. Tərbiyə müasir elmi pedaqogikada olduğu kimi islamda da daha geniş mənanı ifadə edir. Tərbiyə insanın inkişafının inkişafının ilkin mərhələsindən başlayaraq onu əhatə edir və ardıcıllıq baxımından təlimdən əvvəl gəlir. Çünki elmi biliklərin mənimsənilməsi üçün uşaqlar müəyyən əqli səviyyəyə çatmalıdırlar. Orta əsr Şərq təsəvvürlərinə görə, təlimlə tərbiyə arasında qırılmaz, qarşılıqlı əlaqə mövcuddur: tərbiyəsiz bilik-odunsuz ocaq, biliksiz tərbiyə-bədənsiz ruh kimidir. İslamda tərbiyə məsələsi sadəcə olaraq uşağa gözəl əxlaq və faydalı biliklər vermək deyildir. Tərbiyə daha geniş anlamda başa düşülərək insanın yaşadığı cəmiyyətin inkişafına öz töhvələrini verməsi, onu hər cür düşmən təcavüzlərindən qoruması, xalqının adət və ənənələrini, dilini, dinini qoruması, ona hörmət etməsi və mədəniyyətini daim yüksəltməyə çalışmasıdır. Bu məsələ isə ümumbəşəri mədəniyyəti, əxlaqı əxz etməklə və daim yeni biliklər qazanmaqla mükün ola bilər.
Bu hələ islamın ilk vaxtlarından Məhəmməd peyğəmbərin şəxsində öz əksini tapmışdır. O, ilk müsəlmanlara əvvəlcə Dar-əl-Ərqəmdə, sonra məsciddə, ümumiyyətlə, harada fürsət düşürdüsə oradaca bilik verməyə çalışırdı. İslamın tərbiyə üsulları arasında Məhəmməd Peyğəmbərin nümunəsi əsasında tərbiyə üsulu xüsusi yer tutur. İlk müsəlmanların çoxu məhz Peyğəmbərin həyat yolundan ibrət alaraq dövrün açıq-saçıqlığından, təkəbbüründən, hökmündən azad olmuş, əsl insana xas mənəvi keyfiyyətlər kəsb etmişlər. İslamda geniş tətbiq olunan tərbiyə üsullarından biri həvəsləndirmə və qorxutma üsullarıdır. Həvəsləndirmə insana bir şeyi sevdirmək üçün vəd verməyi, saleh əmələ görə, zərərli bir ləzzətdən və ya pis bir əməldən çəkinmək müqabilində gələcəkdə hökmən fayda, ləzzət və ya həzz veriləcəyinə inandırmaq yolu ilə rəğbətləndirməyi nəzərdə tutur. Qorxutma isə Allahın əmr etdiyi vacib əməllərə etinasızlıq göstərməkmüqabilində müəyyən bir cəza ilə təhdid etməyi nəzərdə tutur. İslamda tərbiyə üsullarından biri də keçmiş nəsillərin öz başına gələn hadisələri nağıl etməsidir. “Qurani-Kərim”də çoxlu hekayətlər vardır. Bu hekayətlər keçmiş zamanlarda yaşamış peyğəmbərlərin həyat və fəaliyyətlərindən, ayrı-ayrl ölkələrdə baş vermiş hadisələrdən bəhs edir. Bu cür hekayətlərin verilməsində məqsəd insanlara xəbərdarlıq və ibrət verməkdən, Allahın qüdrət və əzəmətini aşıqlamaqdan ibarətdir. Moizə və öyüd-nəsihət islam tərbiyəsində geniş yer tutur. “Quran”da moizə, tövsiyə, məsləhət, öyüd-nəsihətlə bağlı ayələr çoxdur. Bu ayələrdə məqsəd insanın diqqətini dini, dünyəvi və axirət həyatında onun üçün faydalı olan məsələlərə cəlb etmək, onu ruhən, əqlən və cismən səbatlı etmək, onu islam dəyərlərini qəbul etməyə hazırlamaqdır. Bilik əsasında mübahisə üsuluna islam tərbiyəsində xüsusi yer ayrılır. Burada bilik əsasında mübahisə aparmaqla, dəlil-sübut gətirməklə, məntiqə əsaslanan tutarlı cavablar axtarıb tapmaqla, tərəf müqabilə inandırıcı dəlillərlə üstün gəlmək nəzərdə tutulur. İslamda insanların mənəviyyatına təsir göstərmək, onları yeni dəyərlər əsasında tərbiyə etmək məqsədilə müqayisə etmək və misal çəkmək üsulundan geniş istifadə edilir. Müqayisə nəyin doğru, nəyin yanlış olduğun haqqında tam təsəvvür verir. İslamda uşağa qayğı və onun tərbiyəsi ilə əlaqədar bütün məsələlər öz həllini tapmışdır. İslamın bu sahədə müəyyən etdiyi prinsiplər arasında aşağıdakıları fərqləndirmək mümkündür:
1) uşaq doğularkən müjdə verilməsi və onun valideynlərinin təbrik edilməsi;
2) yenicə doğulmuş uşağın qulağına azan və iqamənin oxunulması;
3) körpənin damağının şirin şeylə silinməsi;
4) uşağın başının qırxılması;
5) uşağa yaxşı ad qoyulması;
6) uşağın doğulması münasibəti ilə qoyun kəsilməsi;
7) oğlan uşağına sünnət edilməsi.
Burada verilmiş surələrdə, ayələrdə məqsəd insanı müdrikləşdirmək, onun ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və əməllərini salehləşdirməkdir. “Qurani-Kərim”in əksər surələri və ayələrində tərbiyə məsələlərinə, o cümlədən ailə tərbiyəsinə geniş yer verilmişdir. “Qurani-Kərim”də insanları aşağıdakı əxlaqi sifətlərə yiyələnməsinə çağırılır: ədalətlilik, təvazökarlıq, Allaha inanmaq, dözümlülük, xeyirxahlıq, əmanətdarlıq, Allah rizasına razı olmaq, Allaha həmd, xoş əxlaqlılıq, qənaətcillik, səxavətlilik, igidlik, vətənin, millətin namusunu, qeyrətini çəkmək, dində qeyrətlilik, insaflılıq, salehi rəhmlilik, ata-anaya hörmət, qonşularla mehriban davranmaq, nəfsin əhvalını gözləmək və Allaha məhəbbət. Bütün insanlara vacibdir ki, pis və çirkin əxlaqı tanimaqla öz nəfsini onlardan təmizləsinlər. Bunlar aşağıdakılardır: təkəbbür, yalnız özünü görə bilmək, zülmkarlıq, Allaha etinasızlıq, səbirsizlik, bədbinlik, bədxahlıq, paxıllıq, nankorluq, cəsusluq, düşmənçilik, qəzəb, pis əxlaqa malik olmaq, hərislik, tamahkarlıq, ikiüzlülük, qeyrətsizlik, insafsızlıq, qohum-əqrəbadan məhəbbəti əsirgəmək, ata-anaya əziyyət vermək, qonşuları incitmək, xalqla pis davranmaq, məqampərəst olmaq, hər bir ayıbı üzə çıxartmaq, sözbazlıq etmək və s. İslam əxlaqla olan mövzulara son dərəcə diqqət yetirmişdir. İslam nəfslə cihad etməyi böyük cihad adlandırmışdır. Peyğəmbər (s) buyurmuşdur: “Mən yaxşı və üstün sifətləri xalqda mükəmməlləşdirmək üçün məbud olmuşam”. İslamın nəzərində ailə səadəti dünyəvi xoşbəxtlik və səadətlərin ən böyüyüdür. “Ailə yuvası möminin kiçik cənnətidir”. İslama görə, bu dərəcə yüksək olan ailə səadətini əldə etməyin yolu isə fərdlərin bir-birinə səmimi sevgi, ciddi hörmət, tam bağlılıq, qarşılıqlı güvənmə və əhəmiyyət duyğuları içində olmalarına bağlıdır. Ailə səadətinə ərlə arvadın bir-birilə münasibətlərini qarşılıqlı anlaşma yolu ilə qurduqları və bütün problemlərini birgə müzakirələrlə həll etdikləri zaman nail olmaq mümkündür. Bu zaman xudpəsənd düşüncələrdən əl çəkmək və xırdaçılığı bir tərəfə qoyaraq, həyat yoldaşının fikrini səbrlə öyrənməyə çalışmaq lazımdır. Ailə xoşbəxtliyini təmin etmək və ailəni qorumaq üçün yaşanmış həyat təcrübələri də diqqətə alınmalıdır. Ər və ya arvad həyat yoldaşının özünə Allahın əmanəti olduğunu düşünərək hərəkət etməli və ona qarşı pis rəftardan çəkinməlidir. Rəsul-Əkrəm (s) “İnsanın ən pisi ailəsinə sıxıntı verəndir” deyə buyurdu. Uşaqların hərtərəfli inkişafına ən güclü təsir cəmiyyətin ilkin özəyi sayılan ailə üzvi şəklidə bağlıdır. İctimai həyat təcrübəsi təsdiq edir ki, ailə uşağı cəmiyyət həyatına hazırlayan əsl əxlaq məktəbidir. Bu isə öz gücünü insanı gözəllikdən, ailədəki psixoloji mühitin necəliyindən, ailədaxili münasibətlərin əlvanlığından alır. Burada valideynlərin intellektual mədəniyyəti, pedaqoji mərifəti və biliyi başlıca rol oynayır. Namuslu, tərbiyəli və ailəsinə bağlı bir qadının olduğu ev cənnət gözələrindən olan bir guşədir. Bir kişi Peyğəmbərimizdən soruşur: “Valideynin övlad üzərində haqqı nədən ibarətdir?” Peyğəmbər buyurdu: “Onlar sənin cənnətin və cəhənnəmindir”. Yəni düzgün tərbiyə almış övlad valideyn üçün cənnətdirsə, düzgün tərbiyə almamış övlad isə valideyn üçün cəhənnəmdən də betərdir. Başqa bir kəlamda deyir: “Üç duanın qəbul olunacağına şübhə yoxdur: məzlumun duası, qonağın duası, ata-ananın övladına etdiyi dua”. Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar, həyalı, namuslu olun ki, qadınlarınız da həyalı və namuslu olsunlar. Ömrünün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyninə ehtiram etməli, qohumlarını yoxlamalıdır. Beləliklə, “Qurani-Kərim” yuxarıda bəhs etdiyimiz məsələlərlə kifayətlənmir. O, bütün insanlara öyüd, dərdli könüllərə şəfa, Allahdan qorxanlar üçün hidayət mənbəyidir, müsəlmanlara mərhəmət bəxş edən, onların rəhmliyə sövq edən, doğrunu yalandan, düzü əyridən, haqqı nahaqdan ayıran, çox incə mətləbləri aşkar edən yüksək, şərəfli, hikmətlə dolu təmiz və pak bir mənbədir.
İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı iki mühüm dövrə bölünür:
1) tədbiri dövr-uşağın ana bətni dövrünü əhatə edir. İslamda gələcək nəslin tərbiyəsi doğumla deyil, hələ kişi ilə qadının evlənməyə qərar verməsi ilə başlayır. Belə ki, evlənəcək şəxslər dini əqidəni nəzərə almaqla, mömin bir insanla ailə
Qurmalı, haram şeyləri yeyib-içməkdən, zinakarlıqdan uzaq olmalıdır ki, haram xromosomlar yolu ilə uşağın genlərinə keçməsin. Uşaq ana bətnində olarkən ona olan münasibəti duyur və hiss edir. bu mənada tərbiyə uşağın ana bətnindən başlayıb həyatı boyunca davam edən və bir çox şərtlərin gözlənilməsini tələb edən uzunmüddətli mürəkkəb bir prosesdir.
2) Tətbiqi dövr-uşaqların doğumdan ölənə qədər olan dövrünü əhatə edir. bu dövrdə şəxsin yaşına, gücünə, fərdi, psixoloji xüsusiyyətlərinə, fiziki sağlamlığına, qabiliyyətinə uyğun olaraq onun şüuruna, hisslərinə və davranışına təsir göstərir. Bu tərbiyəvi təsirlər onu dəyişdirir, formalaşdırır, kamilləşdirir. Bu səbəbdəndir ki, ərəb alimi İbh əl-müqəffə yazırdı: “Hava və qidadan sonra vüsudumuzun ən çox ehtiyac duyduğu üçüncü şey - təlim - tərbiyədir. Tərbiyə əqlimizin ilkin özəyidir”. İslamda tərbiyənin metodoloji prinsipləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. İnsanın mütləq tərbiyəçisi Allahdır. Çünki insanı yaradan, ona fitrət verən, tədricən kamilləşməsinə qərar verən Odur.
2. Tərbiyə ilahi şəriət nuru ilə ziyalanmalı, şəriət normaları əsasında qurulmalıdır.
3. Tərbiyə konkret obyekti, qayəsi olan məqsədyönlü bir prosesdir.
4. Tərbiyə tədricilik prinsipi zəminində planlaşdırılmalı, tərbiyəvi tədbirlərin biri o birini tamamlamalı, yüksələn xətlə inkişaf etməli, tərbiyə olunanların yaşı, fərdi və cinsi xüsusiyyətləri nəzərə alınmalıdır.
5. Tərbiyəçinin əməyi Allahın xəlqetmə dühasının davamıdır.
“Quran” əxlaqi davranış və insan şəxdiyyətinin kamilləşməsi yolunu göstərən kitabdır. “Quran”nın bütün ayələri tərbiyəvi əhəmiyyət kəsb edir. lakin bir çox ayələr bilavasitə tərbiyə ilə bağlı olmuşdur. Bu ayələr iki qismə bölünür:
insanları yaxşı işlər görməyə ruhlandıran ayələr;
insanları pis işlərdən çəkindirən ayələr.
Birinci qisim ayələr:
möminləri öz dinləri və din qardaşlarına məsuliyyət hissi ilə yanaşmağa, Allahın sözünə tabe olmağa çağırır;
ən yaxşı təqlid nümunəsi ardınca getməyə səsləyir;
düzgün yol tutmağa və ayrı-ayrı adamların istəklərinə uymamağa sövq edir;
yaxşı əməllər sahibi olmağı tövsiyə edir, halal və təmiz nemətlərdən yeməyə çağırır;
təvazökar və sadə olmağa dəvət edir;
xeyir işlər görməyə, ölçüdə və tərəzidə ədalətli olmağa çağırır
uşağı düzlük və doğruçuluq ruhunda tərbiyə etməyi, onların həyalı böyüməsini, tamahkarlığa, həsədə nifrət bəsləməsini tələb edir
uşaqlarda gözəl xasiyyəti, halallığı, qənaətcilliyi tərbiyə etməyi vacib bilir
valiyenlərin övladlarına, övladların da valideynlərə qayğı göstərmələrini vacib bilir və s.
İkinci qisim ayələr insanı pis davranışdan, ədəbsiz hərəkətlərdən çəkindirir. Onlara xədidlik etməməyi, bir-birinin eybini, sirrini açmamağı, qeybətini qırmamağı, xainləri müdafiə etməməyi, sələmdən gəlir gətirməməyi, yetimlərin və başqalarının malını haqqı olmadan yeməməyi, zinakarlıq etməməyi, varidatı boş yerə sağa-sola səpməməyi, şərabdan, qumardan, fal oxlarından, riyakarlıqdan uzaq olmağı, intihar etməməyi, dünya həyatının tələbləri ilə axirət həyatının tələbləri arasında uyğunluq
Yaratmağı, istəklərinə və dünya malına uymamağı tövsiyə edir. cahiliyyət dövrünün ən vəhşi adətlərindən biri olan körpə qızların diri-diri torpağa basdırılmalarını qadağan edir. Müsəlman səbrli, təmkinli və təqvalı (pak) olmalıdır. Elm sözü “Quran”da 850 dəfə verilmişdir. Bu, müqəddəs kitabda biliyə və elmə nə dərəcədə əhəmiyyət verildiyinə dəlalət edir. Elm adamları “Quran”da Allah və mələklərdən sonra üçüncü yerdə gəlir. Bildirilir ki, yalnız alimlər elm sahibləri olduqları üçün Allahın qüdrət və azəzmətini daha yaxşı başa düşürlər: “Allahdan onun bəndələri içərisində ancaq alimlər qorxar”.buradakı elm sözü həm dini, həm də dünyəvi elmləri əhatə edir. Dini tərbiyə insanda yalnız dini hisslərin formalaşmasını, düşüncə tərzini, müəyyən dini baxışlar sisteminin tərbiyə edilməsini, islam tərbiyəsi isə islam əxlaqının tərbiyə edilməsini nəzərdə tutur. O, yalnız insanda dini hisslərin, dini şüurun tərbiyə edilməsi və ya dini əxlaqın aşılanması ilə məhdudlaşmır. Buraya dini və dünyəvi elmlərin öyrədilməsi, etik, estetik, əxlaqi tərbiyənin aşılanması, vətənpərvərlik və insanpərvərlik hisslərinin formalaşması daxildir.
İslam tərbiyəsi insanın əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafını nəzərdə tutur. İslam tərbiyəsinin prinsipləri (səciyyəvi xüsusiyyətləri) aşağıdakılardır:
1. İslamda tərbiyənin ilahi səciyyə daşıması-o deməkdir ki, islamda əsas tərbiyə prinsipləri Allah tərəfindən nazil edilmiş əqidələrlə bağlıdır. Yəni insanın əxlaq və davranışına istiqamət verən amil Allaha inamdır. Yalnız inam və iman insanı xeyir işlər görməyə, halalı haramdan, yaxşını pisdən fərqləndirməyə sövq edir. bu cür iman Allaha ibadət etməyin tərbiyəsinə yönəldilmiş ilahi bir yoldur.
2. İslamda tərbiyənin insan fitrəti ilə bağlı olması-“Quran”da göstərilir ki, insan ilk yaradılışdan insan kimi formalaşana kimi müəyyən inkişaf mərhələsi keçir, torpaq və ruh ünsürlərindən ibarət olur. Bu ünsürlər insanın cismində birləşir, onun meyllərini, istək və arzularını müəyyən edir.
3. İslamda tərbiyənin ümumi səciyyə daşıması-İslam tərbiyəsi dini və milli mənsubiyyətdən, sosial vəziyyətindən, irqindən, cinsindən asılı olmayaraq bütün insanlara aiddir, məkan və zaman hüdudları bilinmir. Bütün insanlar arasında da bu tərbiyənin meyarları eynidir. Bu tərbiyənin idarəetmə qaydaları demokratikdir və həm tərbiyəçinin, həm də tərbiyə olunanın şəxsiyyətinə hörmət tələb edir.
4. İslamda tərbiyənin bütöv səciyyə daşıması-İslam tərbiyəsi həm rasional biliklərin, həm də ənənəvi biliklərin nailiyyətləri, elm ilə imanın vəhdəti əsasında qurulmuşdur.
5. İslamda tərbiyənin üsul və vasitələrinin inandırıcı olması-islam tərbiyəsi insana zehni, fiziki və əxlaqi kamilliyə səy, halal-haramı seçmək üçün gərgin axtarışa, yaxşılıq etməyə, pis əməllərdən çəkinməyə hazırlıq təlqin edir.
6. İslamda tərbiyəyə həm fərdi, həm ictimai məsuliyyət kimi yanaşılması. Fərdi məsuliyyət kimi nəzərdən keçirilməsi o deməkdir ki, hər bir fərd öz nəfsini təmizləmək, özünü tərbiyə etmək üçün məsuliyyət daşıyır. Ona görə də insan Allah-təalanın buyurduğu yolla getməli, ilk öncə bilik almalı, bildiyini gizlətməməli, əxlaqını saflaşdırmalı, zehnini inkişaf etdirməli, yetkinlik yaşına çatana kimi övladının tərbiyəsi qayğısına qalmalı və məsuliyyət daşımalıdır. Tərbiyənin İctimai məsuliyyət kimi dəyərləndirilməsi o deməkdir ki, kollektiv hər bir üzvünün təlim-tərbiyəsi üçün məsuliyyət daşıyır.
İslamda təlim və tərbiyə sahəsində ilk əməli işi başladan elə Məhəmməd Peyğəmbərin özü olmuşdur. O, yeni dinin təbliğatçısı kimi insanlara mənəviyyatı, əxlaqı yayan bir müəllim, elmin, biliyin müdafiəçisi kimi meydana çıxmışdır. Bilindiyi kimi Allah Taalanm 99 adından biri «Rəbb»dir. «Rəbb ərəbcə «İslah etmək», «Tərbiyə etmək», «Böyütmək», «Ərsəyə çatdırmaq» deməkdir. Peyğəmbərimiz Allahın bu tərbiyəedici rolunu yaxından bildiyindən «Pəbbim məni nə gözəl tərbiyə edib yetişdirdi». Məhəmməd Peyğəmbər (s) elm və biliyi, mənəviyyatı geniş şəkildə yayır, əhalinin savadlanmasına çalışırdı. Göründüyü kimi Allahın Rəsulu Peyğəmbərliyinin hər anını insanları öyrətməklə dəyərləndirmişdir; həm özü öyrətmiş, həm də bilənlərin öyrətməsini əmr etmişdir. Buna görə də «Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir» - sözüylə də elm öyrənməyə insanları təşviq etmiş, insarın gözünü açmışdır. Azərbaycan Qaraqoyunlu dövlətinin başçısı, maarifpərvər hökmdar, «Həqiqi» təxəllüsü ilə şeirlər yazıb, böyük «Divan» yaradan Mirzə Cahan Şah Həqiqi öz «Divan»ında Məhəmməd Peyğəmbərin maarifpərvərliyini, tərəqqipərvərliyini, biliksevərliyini belə misralarla tərif etmişdir: Ey aləmlərirı şahı, ey xətəməl-ənbiya, Ey övliyalar sirrin bilən, ey Məhəmməd əl-Mustafa Sənin ləli-gövhər kəlamların həqiqəti qıldı bəyan, Camalının şəm"i yolumuzu işıqlatdı, oldun bizə rahnüma Eşq günəşi camalının işığından aldı ziya Ey gözlərə nur bəxş edən, ey Padişahi-ənbiya. Həz. Peyğəmbər bir tərəfdən bilikləri yayır, insanlara «Nur bəxş edib» onları cəhalətdən qurtarır, digər tərəfdən də bilənlərin bildiklərini başqalarına öyrətməsini əmr edir, ehtiyac duyulan bölgələrə müəllim göndərmə vəzifəsini yerinə yetirirdi. Peyğəmbərin təşviqiylə elm adamları hər yerdə rəğbətlə qarşdanırdı. Peyğəmbərimiz (s) hər zaman zülmə, ana-ataya üsyan edənlərə, rüşvət, lovğalıq və təcəssüsə (başqalarmda ayıb axtarma, qeybət), təfriqəyə qarşı mübarizə aparmış, bunların əksinə olaraq millət içərisində düzlük və doğruçuluğu əliaçıqlığı, mərhəməti, qonşu haqlarına piayət etməyi, düzgün dost seçməyi, cihad etməyi, xoş rəftarlı olmağı, gözəl əxlaq sahibi olmağı təbliğ etmişdir. Peyğəmbərimiz (s) özü də əxlaqca insanlann ən gözəli idi. Müqəddəs kitabımızda peyğəmbərimizə xitabən deyilir: «Doğrudan da, sən böyük əxlaq sahibisən! (Böyük bir din üzərindəsən!)». Peyğəmbərimiz buyurmuşdur: «Sizin ən xeyirliniz əxlaqca ən gözəl olanıdır». Peyğəmbərimiz ona vəhy edilənləri yaymış, katiblərinə yazdırmış, təhsili, tərbiyəni, mənəvi, əxlaqi məsələləri xalq arasında təbliğ etmiş, Allahın kəlamlarını kütlələrə yaymış, onları yazdırmışdır. Bütün bunlarm nəticəsində Quran adlı müqəddəs bir kitabm meydana gəlməsinə səbəb olmuşdur. «Quran» özü də «Oxumaq», «Tələffüz etmək» mənasım verir. Başqa sözlə Quran həm filoloji, həm pedaqoji cəhətdən «Oxumaq» deməkdir. Çünki Quran özü bir təlim vasitəsidir. Quran «Ümmül-Kitab» (Kitabların anası), «Kəşfül-Həqayiq» (Həqiqətlərin kəşfi), «Məcmueyi-Xeyrül Kəlam» (Xeyirli sözlər, kəlamlar toplusu) kimi gözəl sözlərlə adlandırılmışdır. Islamın başlanğıcında, oxuma yazma bilən müsəlmanların sayı az olduğu üçün Məhəmməd Peyğəmbər onların hamısnı və ya böyük bir qismini öz hüzurunda vəhy katibi olaraq çalışdırırdı. Bu səbəbdən də onlar oxuyub yazmağı tez bir zamanda öyrəndilər. Həzrəti Peyğəmbər öyrənən ilə öyrədənin savabının bərabər olduğunu göstərərək belə demişdir: «Ya elmi öyrədən ol, ya elmi öyrənən ol, ya dinləyən ol, ya elmi sevən ol, başqası olma, yoxsa həlak olarsan!». Məhəmməd Peyğəmbər elmə, maarifə böyük önəm verərək belə buyurmuşdur. «Elm sahibi olmaq hər müsəlmana fərzdir». «Diqqət edin, öyrənin və ya öyrədin elm sahibi olun, cahil olaraq ölməyin». Səadətin, xoşbəxtliyin açarı İslamda məhz elmdə axtarılmışdır. Buna görə də hər kəsin elm təhsil qazanması əbədi xoşbəxtliyə çatmasının təməl yoludur. Hər kəsin qiyməti onun biliyi qədərdir. Təhsilin ən ucqar kəndlərə belə yayılmasnı istəyən xalqı aydınlatmağın, onları cəhalətdən qurtarmağın vacibliyini elmdə görən Peyğəmbərimiz belə buyururdu: «Elmi öyrənin öyrəndiklərinizi də xalqa öyrədin. Çünki mən öləcəyəm əks halda elm ortadan qalxar və fitnə baş qaldırar». Elmin dəyəri və önəmi haqqında Peyğəmbərimizin çoxlu hədisləri vardır. O belə deyirdi: «Beşikdən qəbrədək öyrən», «Elmini artıraraq Allaha yaxın olmadığın günün şəfəqi lənətlənsin». «Elmi aramayan ölür»,«Alimləri eşidin, çünki onlar dünyarun çırağı, axirətin nurudurlar», «Elm öyrənmək üçün yola çıxan kimsə evinə dönüncəyə qədər Allah yolundadır», «Elm arayanları mələklər qanadlarıyla qoruyur», «Elmi əldə edin, Allah yolunda onu əldə edən xeyir işləmiş olur, ondan bəhs edən, Rəbbini öymüş olur, sədəqə vermiş olur; onu haq edən, kimsələrə verən, yaxşılıq etmiş olur». «Elm Çində də olsa get dalmca öyrən» deyən Peyğəmbərimiz bu kəlamı iki mənada işlətmişdi. Birincisi, o bilirdi ki, VII əsrdə elm Çində çox inkişaf etmişdi. İkincisi, elmin sərhəddi yoxdur. Elmin dalınca gedib onu öyrənmək, mənimsəyib xalqın xeyrinə isüfadə etmək çox vacibdir. «Bir saat elm öyrənmək altmış il nafilə ibadətdən yaxşıdır»- deməklə peyğəmbərimiz elmə, elm adamına yüksək qiymət vermişdir. O bununla bildirmək istəmişdir ki, islam qaydalanna kor-koranə əməl etmək deyil, ona şüurlu yanaşmaq, onu oxuyub öyrənmək lazımıdır. Peyğəmbərimizə görə, bilikli adamın nuru aləmə işıq saçan ulduza bənzəyir. Elm tükənməz xəzinə, soruşub öyrənmək isə onun açarıdır. Buna görə də alimləri qorumaq, onlara qayğı göstərmək hər bir şəxsin, hər bir dövlətin və dövlət başçısının borcudur. Alim əldə etdiyini başqalarına öyrədirsə, o şəxsin əql dünyasını zənginləşdirir, həyata gözüaçıq baxmasına zəmin yaradır. Qna görə də, Məhəmməd Peyğəmbər deyirdi: «Alimlər peyğəmbərlərin varisləridir». Peyğəmbər biliklərə hələ kiçik yaşlarmdan yiyələnməyi zəruri sayırdı. Uşaqlıq və gənclik illərində əldə edilmiş biliklər həmin şəxsin əbədi malı, onun sonrakı biliklərinin bünövrəsi, məhək daşı olur. Uşaqlıqda öyrənilən bilik daş üzərində yazıya, ahıllıqda öyrənilən bilik su üzərində yazıya bənzəyir. Peyğəmbərimiz bir müəllim, tərbiyəçi kimi deyirdi ki, elmin bəlası onu unutmaqdır, elmi tələf etmək isə onu ləyaqətsizə tapşırmaqdır. O elmin əxlaqlı adamlarm əlində olmasını və elmin də əxlaqa, mənəviyyata xidmət etməsini istəyirdi. Peyğəmbər deyirdi ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtliyə tərəf yol göstərəni- miz, dostlar arasmda zinətimiz, düşmənlər arasında silahımızıdır. Məhəmməd Peyğəmbərin şəxsi nümunəsi və hədislər, peyğəm- bərimizin səhabələri İslamda ən gözəl tərbiyə vasitəsidir. İslam dininin banisi Məhəmməd Peyğəmbər bacarıqlı bir siyasətçi, qanunşünas, bəlağətli natiq, gözəl əxlaq müəllimi, safürəkli dindar, ləyaqətli başçı, mehriban rəhbər, böyük islahatçı, cəsur sərkərdə, mahir cəngavər olmuş və həmişə qalibiyyət onun tərəfində olmuşdur. Peyğəmbərimizin əxlaqi keyfiyyətləri haqqmda danışsaq, deyə bilərik ki, o bir əxlaqilik, mənəviyyat timsalı kimi bütün insanların tərbiyəsinə nümunə ola bilər. Qurani-Kərimdə Peyğəmbərimizə xitabən- «Sən böyük əxlaq üzərindəsən»-buyrulur. Peyğəmbərimiz müsəlman ümməti üçün «Usuvəti-həsənə» («Gözəl nümunə») hesab edilir. İslam tərbiyəsinin ən gözəl nümunəsi şübhəsiz Məhəmməd Peyğəmbərin həyatı, fəaliyyəti, daha sonra bir sıra din böyüklərinin, elm- idrak sahiblərinin və görkəmli şəxsiyyətlərin yaşantısıdır. İslamm bu tükənməz əxlaq mənbəyindən, mənəviyyat xəzinəsindən bəhrələn- mək lazımdır. Sələfləri Peyğəmbərimiz haqqında deyirdi ki, o, insanların ən biliklisi və gözəli saydırdı. Orta boylu, enli kürəkli idi. Siyah saçları dəyirmi sifətinə çox yaraşırdı. Gözləri sürməli görünür- dü. Yeriyəndə ayağmı yerə bərk basardı. İnsanların ən gözəli idi. Ən alicənabı, ən igidi saydırdı. Səlis danışığı vardı. Dinləyənlər onu tez başa düşürdülər. Yalan danışanlardan xoşu gəlməzdi, onlara nifrət edərdi. Peyğəmbər öz müdrik kəlamlarında tərbiyə məsələsinə geniş yer vermişdir. O özü hər yerdə, hər işdə nəzakət qaydalarmı gözləmiş, bəd əməllərdən uzaq olmağı, əmanətə xəyanət etməməyi, hamının hörmətini qazanmağı tövsiyə etmişdir. Peyğəmbərimiz ədəb, əxlaq haqqında deyirdi: «Kiçiklərimizin halına acımayan, böyüklərimizin şərəfini bilib (haqlarını təslim etməyən) bizdən (əhli sünnətdən) deyildir». İki adamın barışması, onların aralarınm düzəlməsi, namaz qılmaqdan, oruc tutmaqdan xeyirlidir. İki cür adama Allah qiyamət günü rəhm etməz: yaxm adamlarımn əhvalım soruşmayana və pis qonşuya; Allah lənət eləsin ana ilə övladm, qardaş ilə qardaşm arasına girib, onları bir-birindən ayıranlara; atanm öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün, gözəl tərbiyə etsin; Allaha doğru sözdən daha qiymətli bir sədəqə yoxdur; Düzgün olun, çünki düzgünlük cənnətə açılan qapılardan biridir: yalan danışmaq cəhənnəm qapılarmdan biridir; Ağlına gələni damşmaq günaha yazılır; Çalış insanları şərdən xilas et. Bu sənin özünə verdiyin qiymətdir: İslamda insanlann mənəvi qiymətləri sahib olduqları əxlaqa görədir. Bir hədisdə deyilir: «Sizin imanca ən gözəliniz, əxlaqca ən gözəl olammzdır». Peyğəmbər insanın bir şəxsiyyət kimi formalaşmasında elmi biliklərin mənimsənilməsinə xüsusi diqqət yetirirdi. O alimi, bilikli insanı qiyamət günü parlayacaq bir ulduza bənzədirdi, beşikdən qəbrədək öyrənməyi, bilik ardınca Çinə belə getməyi məsləhət görürdü. O bilik əldə etməyin ən yaxşı yolunu sual cavabda, soruşub. öyrənməkdə görürdü. Peyğəmbərimiz deyirdi: Elm elə xəzinədir ki, açarları sualdır. Sual edin, sualda dörd adamm əcri var: sual edənin, alimin, qulaq asamn və onları sevən adamm. Yaramaz ki, cahil bilmədiyi halda, alim bildiyi halda sussun. Bir alimin məclisində olmaq min rükət namaz qılmaqdan, min xəstəyə baş çəkməkdən, min cənazə müşaiyət etməkdən yaxşıdır. Soruşmuşlar ki, «Ya Peyğəmbər, «Quran» oxumaqdanmı? O demişdir: «Biliksiz «Quran» fayda verər- mi?» Peyğəmbərimiz hər cür elmi öyrənməyi məsləhət görürüdü. Elm və biliklərə yiyələnmək Allahın yanmda oruc tutmaqdan da, namaz qılmaqdan da, həccə getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündür. Peyğəmbərimiz (s) deyirdi: «Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun». Məhəmməd Peyğəmbər (s) tərbiyə işində insanın təkamül prosesini 21 yaşadək 7-7 üç əsas mərhələyə bölərək demişdir: övlad öz həyatınm birinci 7 ilində şah, ikinci 7 ilində (7-14 yaş) nökər, üçüncü 7 ilində məsləhətçi və məsul şəxs hesab olunur. Beləliklə insanm həyat yolu 21 yaşına qədər ardıcd olaraq üç mərhələyə (şahlıq, nökərlik və məsləhətçi, məsul) bölünür və bu da uşaqlıq, yeniyetməlik və ilk gənclik dövrləridir. Peyğəmbərimiz(s) bu üç dövr əsasmda uşaqların, yeniyetmə və cavanların tərbiyəsinin əsas qanxmlarım, tərbiyəçilərin bu sahədəki vəzifələrini müəyyənləşdirmişdir: «Qoy sənin övladın yeddi il oynasın, sonrakı yeddi il elm, ədəb öyrənsin və sonra onu özünün müşavirin və yoldaşın hesab et!» 21 yaşınadək 7-7 yaş bölgüsünü Aristotelin yaş bölgüsündə də görürük. Dahi Nizami Gəncəvi də 7-7 yaş bölgüsünü bəyənmiş və oğlu Məhəmmədə 7,14,21 yaşlarmda nəsihətamiz şeirlər yazmışdır. Məhəmməd Peyğəmbər buyururdu ki, «İnsanoğlu ölüncə əməli kəsilir. Ancaq üç adam müstəsnalıq təşkil edir: Sədəqə verən, elmindən faydalanan və öləndən sonra özünə dua edən mənəvi və fiziki cəhətdən sağlam övlad yetişdirən-bunların əməl dəftəri qapanmaz». Peyğəmbər uşaqlara yaxşı tərbiyə verib gözəl ədəb öyrətməyi valideynin boynuna düşən ən mühüm məsuliyyət hesab edirdi. O buyuyurdu ki, övladlarınıza yaxşılıq edib ədəb və əxlaqını gözəlləşdirin, övladlarmıza elm öyrənməyi əmr edin, ona yazmağı, üzməyi, ox atmağı öyrədin, onu halal yeməklə yedirdin. Uşaqları sevin, onlara mərhəmət göstərin, söz verdikdə yerinə yetirin. Məhəmməd Peyğəmbərimizin özü və səhabələri həmişə gözəl əxlaq və ədəb nümayiş etdirmişlər ki, tərbiyə işində heç şübhəsiz onların nümunələrindən istifadə etmək lazımdır. Görkəmli alim, prof.V.M.Məmmədəliyev bu bərədə dəyərli fikirlər söyləyir. O yazır: «Islam əxlaqının ən gözəl nümunəsi şübhəsiz ki, Peyğəmbər əleyhissəlamm əxlaqı, daha sonra ənnmeyi-ətharın həyat tərzi, bir sıra din böyüklərinin, elm-irfan əhlinin və görkəmli şəxsiyyətlərin yaşantısıdır.Biz bu tükənməz əxlaq mənbəyindən həmişə bəhrələnməli, mütəmadi olaraq nümunə götürməli, uşaqlarımızı və yeniyet- mələrimizi də daim bu ruhda tərbiyə etməliyik».
Islamın ikinci böyük şəxsiyyəti Həzrəti Əlidir (598-661). O həm öz gözəl əxlaqı, həm dərin biliyi, həm də qəhrəmanlıq şücaəti ilə islam dünyasmda, islam tarixində böyük bir şəxsiyyət olaraq qalmaqdadır. Həzrəti Əli elm, bilik, əxlaq haqqmda və onlara yiyələnmək yaqqında dəyərli fikirlər söyləmişdir. «Bəqərə» surəsinin 189-cu ayəsində «Evlərə qapılardan daxil olun» əmri vardır. Məhəmməd Peyğəmbər-«Mən elmin şəhəriyəm, Əli isə qapısıdır; elmi istəyən qapıya gəlsin»; «Mən hikmət eviyəm, Əli qapısıdır, məndən sonra mənim təbliğ etdiyim şeyləri sizə açıq-aydm bildirəndir»;«Onu sevmək imandandır: ona qarşı çıxmaq isə nifaqdır»-deyə Həzrəti Əliyə yüksək qiymət vermişdir. Həzrəti Əlinin oğluna nəsihətləri, tərbiyədə yaş bölgüləri, tərbiyə haqqında fikirləri pedaqoji fikir tariximizdə böyük əhəmiyyət kəsb etməkdədir.O deyirdi: «Ata övladma yaxşı ad qoymalı, onun ədəb və əxlaqmı gözəlləşdirməli. Quranı öyrətməlidir». Həzrəti Əli göstərirdi ki, övlada yaxşı tərbiyə vermək ana və atanın birinci dərəcəli vəzifəsidir. Həzrəti Əlinin bilik, elm, əxlaq haqqında fikirləri prof. F.A Rüstəmov tərəfindən toplanmış və pedaqoji cəhətdən təhlil edilmişdir. Fikirlərimizi yekunlaşdıraraq deyə bilərik ki, İslam nəsillərin mənəvi tərbiyəsində böyük önəm daşımış, tarix boyu insanlarm elm, bilik, qazanmalarına, mənəvi, əxlaqi cəhətdən kamilləşməsinə tərəqqi edib maariflənmələrinə, kamil bir şəxsiyyət kimi həyatda yaşama- larında xüsusi əhəmiyyət kəsb etmişdir
Orta əsrlərdə Azərbaycanda xalqın təhsili yeganə tədris ocaqları sayılan məktəb və mədrəsələrlə bağlı olmuşdur. VII əsrdən təşkil edilən və sonrakı əsrlərdə də fəaliyyət göstərən məktəb və mədrəsələr uzun müddət Azərbaycanda yeganə təhsil ocağı olmuşdur. Bu təhsil ocaqları XIX əsrdə təkcə Azərbaycanda deyil, Rusiya imperiyasına daxil olan müsəlmanlar arasında geniş yayılmışdır. İstər məktəb, istərsə də mədrəsə əvvəllər olduğu kimi, orta əsrlərdə də əsasən məscid nəzdində və ondan asılı şəkildə idi. Müəllimlər bir qayda olaraq əsasən mollalardan ibarət idi. Sonralar bəzi savadlı şəxslər də xüsusi məktəblər açmışlar. Mədrəsə nəzdində olan məktəb isə mədrəsə binasında yerləşirdi. Əksər halda da məktəblər bir otaqdan ibarət olub, ya mollanın evində, ya da izdihamlı, gur küçələrdə kirayə edilmiş binada yerləşirdi. Məktəb üçün bina seçərkən, molla pedaqoji məqsəddən əlavə, həm də ticarət məqsədini güdürdü. Belə ki, digər qazanc mənbəyi olmayan molla öz güzəranını keçirmək üçün dərs deməklə bərabər, ticarətlə də məşğul olurdu. Bir qayda olaraq məktəb binalarında adi şərait yox idi. Otaq işıqlı, təmiz havalı olmurdu. Hifz-səhiyyə tələbləri gözlənilmirdi. Sinif otaqlarını qızdırmaqdan ötrü manqaldan istifadə edilirdi ki, onun da istisindən çox tüstüsü olurdu. Şagirdlər döşəmənin üstündə bəzən quru yerdə, bəzən isə özləri ilə bərabər gətirdikləri palaz parçası üzərində dizi üstə divarların yanında və ya ortalıqda 4-8 nəfərdən ibarıt qrup şəklində otururdular. Otağın bir tərəfində nazik stolun üstündə kitab və digər tədris ləvazimatları qoyulurdu. Mədrəsə binalarına gəlincə, bunlar adətən xeyli böyük olub, iki, bəzən isə üçmərtəbəli daş binadan ibarət idi. Belə binalar xüsusilə Rusiyanın şərqində yaşayan müsəlman vilayətlərində (Orenburq, Ufa, Qazan və s.) daha çox idi. Məktəbdə qəbul il ərzində davam edirdi. Məktəblərdə dərs cədvəli tətbiq edilirdi. Məktəblərin hamısında şagirdlər bir qayda olaraq səhər saat 7-8-də məktəbə toplanır və gündüz saat 2-yə, 3-ə qədər oxuyurdular. Günorta təxminən saat 12-də bir saatlıq tənəffüs verilirdi. Bir çox hallarda ən kiçik şagirdlər saat 12-də evə buraxılırdı. Məktəblərdə cümə istirahət günü idi. Cümə axşamı təkrara həsr edilirdi. Ayrı-ayrı məktəblərdə şagirdlərin sayı 10 nəfərdən 100 nəfərə çatırdı. Şagirdlərin yaş xüsusiyyəti nəzərə alınmırdı. Ona görə də məktəblərdə bir çox hallarda 7 yaşlı uşaqla birlikdə 15-16 yaşlı gənclər, mədrəsələrdə isə 15-16 yaşlı yeniyetmə ilə birlikdə 25-30 yaşlı gənclər də oxuyurdu. Məktəblərdə dərs deyən müəllimlərə “molla”, “mirzə”, yaxud “axund” deyirdilər. Bu adların böyük ictimai mənası var idi. Molla və ya mirzə adətən savadlı adamlara deyirdilər. Əhali savadlı mollalara böyük ehtiram bəsləyirdi. Cəmiyyət gənc nəslin təlim-tərbiyəsi işini mollaya tapşırırdı. Molla sözün tam mənasında uşaqların tərbiyəçisi, mənəvi atası idi. Ata oğlunu məktəbə qoyarkən “əti sənin, sümüyü mənim” deyir, uşağın təlim və tərbiyəsini bütünlüklə onun öhdəsinə buraxırdı. Məktəblərdə təhsil pullu idi. Məktəblərdə bütün Şərq çəktəblərinə xas olan fiziki cəza hökm sürürdü. Ən etibarlı pedaqoji təsir vasitəsi falaqqa sayılırdı. Dərsinə cavab verə bilməyən şagirdin ayaqları falaqqanın qayışına bağlanır, ayaqlarının altı çubuqla döyülürdü. Məktəbdə müəyyən edilmiş təhsil müddəti yox idi. Təhsil müddəti hər bir şagirdin şəxsi müvəffətiqyyətindən, bacarıq və istedadından asılı idi. Şagird çalışardısa, məktəb təlimini 6-8 ilə başa vura bilərdi. Məktəb və mədrəsələrin müəyyən edilmiş nizamnaməsi yox idi. Ona görə də məktəb və mədrəsələrin nə quruluşu, nə fəaliyyəti və nə də onu təsis edənlərə heç bir faktik nəzarət olmadığı kimi, müəyyən təlim kursu da yox idi. Məktəb və mədrəsələrin tədris planı və proqramı məktəbi təsis idənlərin və ya ona rəhbərlik edən şəxslərin mülahizəsindən asılı idi. Burada tədris bir qayda olaraq ərəb və fars dillərində aparılırdı. Məktəblərdə təlim hərf-heca üsulu prinsipi ilə tərtib edilmiş “Çərəkə” adlanan dərsliyin orta ərəb əlifbasının oxunması ilə başlanırdı. Əvvəlcə ərəb əlifbasının hərfləri öyrədilir, sonra isə hərflərin düzülüş sistemi üzrə hərflərdən hecalar düzəldilirdi. Məsələn,
Dostları ilə paylaş: |