Xətib Təbrizi (1030–1109) mədrəsənin görkəmli azərbaycanlı müdərrislərindən biri idi. O, 40 il mədrəsədə ədəbiyyatdan dərs demişdir. Həmin dövrdə fars dilini öyrənənlər üçün Qətran Təbrizi (1012–1088) tərəfindən ilk dəfə fars dili lüğəti tərtib edilmişdir. Xətib Təbrizinin də bədii əsərləri müdərrislər tərəfindən uzun müddət tədris edilmişdir. “Nizamiyyə” mədrəsəsində təhsil alan və orada işləyən azərbaycanlılardan bir də Şihabəddin Sührəverdi olmuşdur. Mədrəsədə əvvəlcə ərəb dilçiliyinin əsasları öyrədilir, daha sonra digər dünyəvi elmlər (filologiya, riyaziyyat, astronomiya) tədris olunurdu. Onun dünyanın ilk universiteti sayılmasının səbəbi də budur. İlahiyyatın öyrənilməsi təhsilin don mərhələsini təşkil edirdi.