Təsdiq edirəm: Kafedra müdiri: prof.Ş. T. Tağıyev Mövzu 28: İslam dininin yayıldığı dövrdə tərbiyə və məktəb. “Qurani-Kərim”də əxlaqi-tərbiyəvi və elmi kəlamlar Plan



Yüklə 45,07 Kb.
səhifə3/7
tarix05.01.2022
ölçüsü45,07 Kb.
#51012
1   2   3   4   5   6   7
mövzu 28. islam dini

a-əlif, b-bey, əlifbey. Bundan sonra Quranın mexaniki surətdə öyrənilməsi başlanırdı. Öyrədilən kitablardan biri kiçik həcmli farsca-azərbaycanca lüğıt idi ki, şagird gün ərzində bu lüğətdən ona qədər fars sözünü öyrənməli və onu ana dilinə tərcümə etməli idi. Azərbaycan və Şərq klassiklərinin-Nizami, Füzuli, Hafiz, Sədi və başqalarının əsərləri vardır. Məktəb təhsilində Sədinin əsərləri xüsusi yer tuturdu. Orta qabiliyyətli şagirdlər məktəbdə 3-6 il təhsil aldıqdan sonra ərəb dilində (mexaniki) və ana dilində oxumaq, bu dillərdə yazı yazmaq, namaz və dəstəmaz zamanı tələb edilən duaları əzbərdən demək bacarığı ilə məktəbi bitirirdilər. Beləliklə, köhnə üsullu məktəbin əsas vəzifəsi şagirdlərə hər şeydən əvvəl hər bir mömin müsəlmana lazım olan dini məlumatları, ilk növbədə isə evdə dua oxumaq, məscidə getmək vəzifəsini öyrətməkdən, müsəlmanların difər xalqlardan və millətlərdən ayrılığını müdafiə etməkdən ibarət idi. Məktəbi bitirənlərin bir hissəsi təhsilini davam etdirmək üçün mədrəsələrə daxil olurdular. Məktəblər xüsusi təhsil müəssisələri sayılmaqla məscidlərlə bilavasitə əlaqədar olmadığı halda, mədrəsə ancaq məscidlərin nəzdində təşkil olunurdu. Mədrəsələrdə təhsil pulsuz idi. Tələbələr mədrəsə binasında, onlar üçün ayrılmış hücrələrdə yaşayırdılar. Hücrələrdən ən böyüyü dərsxana-sinif otağı adlanırdı. Dini mədrəsələrdə adətən yaşı 16-dan çox olan ana dili və fars dilində savada malik və ruhani rütbə almağa hazırlaşan gənclər daxil olurdular. Mədrəsələrdə şagirdlərin sayı 40-50 nəfər olurdu. Daha böyük mədrəsədə 100-200 nəfər təhsil alırdı. Şərqdə böyük mədrəsə Nəcəf mədrəsəsi idi ki, burada 7000 tələbə var idi. Mədrəsə müəllimi müdərris adlanırdı. Azərbaycandakı mədrəsə müdirləri, əsasən, Şərq ölkələrində (İran, Türkiyə) dini təhsil almış şəxslər idi. Mədrəsə müdirinin müavini var idi ki, ona xəlifə deyilirdi. Mədrəsə təhsilinin mahiyyəti, əsasən, ərəb dilindən, müsəlman ilahiyyatı və hüquqşünaslığından ibarət idi. Burada həmçinin, tarix, coğrafiya, hesab və həndəsədən nümunələr keçilirdi. Tarix fənni müsəlman dövlətlərinin tarixini və din tarixini, coğrafiya isə çox qədim, Əhdi-ətiqi (bibliyanın xristianlıqdan əvvəlki qədim hissəsini-yerin günəə ətrafında deyil, günəşin yer ətrafında dolanmasını) öyrədirdi. Quranda yerin günəş ətrafında dolanması qeyd edilmişdir. Rusiyanın digər müsəlman vilayətlərində olduğu kimi Azərbaycanda da mövcud olan mədrəsələrdə rus dili tədris edilmirdi. Burada da təlimin tam kursunun dəqiq müddəti yox idi. Təlimin müddəti hər bir şagirdin fərdi müvəffəqiyyətindən asılı idi. Şagirdlər mədrəsədə o vaxta qədər yaşayır və oxuyurdular ki, ya müdərris onların bilinin kifayət hesab edir, yaxud da tələbə öz biliyinin kifayət olduğunu yəqin edirdi. Başqa sözlə desək, 6-8 il, bəzən 10-15 il mədrəsədə yaşayıb təhsil alan tələbə müsəlman elmlərinin tam kursunun mənimsəməsini müdərrisin və ya özünün fikrincə kifayət etməsinə qədər təhsili davam etdirirdi. Mədrəsələr iki növə-
Yüklə 45,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin