Təsdiq edirəm



Yüklə 84 Kb.
səhifə2/4
tarix15.05.2022
ölçüsü84 Kb.
#58070
növüYazı
1   2   3   4
M 9-10-11. XV-XVI ə.ə. Təbriz miniatür məktəbi

Şahnamə 1524-1525-ci il. “Şahnamə”nin 1524-cü il tarixli Sankt-Peterburq nüsxəsi dövrün məşhur ustad xəttatlarından olan Məhəmməd Hərəfi tərəfindən köçürülmüş və saray emalatxanasında çalışan rəssamalr tərəfindən 27 miniatürlə bəzədilmişdir. Cəngavərlik dastanı olduğuna görə illüstrasiyaların çoxu batal janrına aiddir. Kompozisiya qurumu, rəng həlli, mənzərə və insan fiqurlarının təsvirinə görə müxtəlif rəssamlar tərəfindən çəkilməsi şübhə doğurmayan miniatürlərin çoxunda İran-Turan müharibələrinin müxtəlif epizodları, hər 2 tərəfin əfsanəvi və tarixi qəhrəmanlarının təkbətək döyüşü və s. təsvir olunur. Bədii keyfiyyətinə görə bütün əsərlər eyni səviyyədə deyil. Sərkərdələrin qəhrəmanlığını, müharibə və döyüş səhnələrinin şiddətini əks etdirən miniatürlərə misal olaraq “Bəhmənin Fəramərzlə vuruşu”, “Piranın həlak olması”, “Rüstəmin Söhrabı öldürməsi” kompozisiyalarını göstərmək olar.

Fəramərzlə Firəngizin keyf məclisi”, “Rüstəm Key-Kavustun hüzurunda” və bir sıra başqa əsərlərdə qəbul səhnələri və keyf məclisləri adi məişət səhnələri kimi təsvir olunur. “Səyavuşla Əfrasiyabın çovkan oyunu” adlı əsərdə rəssam bəlkə də bu oyunun həvəskarı olan şah İsmayılla şahzadələrdən birinin çovkan oynamasını əks etdirir.

“Şahnamə”nin illüstrasiyalarında, təsvir edilən süjetin məzmunundan asılı olaraq, kompozisiya nisbətən mürəkkəbləşir; xüsusən saray məclislərini və döyüş səhnələrini əks etdirən miniatürlərdə fiqurlar çoxalır. Konkret epizodla heç bir əlaqəsi olmayan fiqurların, bəzən də tamamilə fəaliyyətsiz tamaşaçıların təsviri kompozisiyaya əlavə şənlik, dinamika və zəngin dekoraivlik gətirir. “Şahnamə”nin miniatürlərində mənzərə motivlərinə geniş yer verilir. Təbiət təsvirləri tədricən əsərin ideya-məzmununun açılmasına yaxından kömək etməyə başlayır. Mənzərə əsərin əsas ideya – estetik mahiyyət daşıyan, ona rəngarənglik, gözəllik verən, onun dekorativ təsirini daha da qüvvətləndirən hissəsinə çevrilir. Bu keyfiyyətlər “Rüstəmin Söhrabı öldürməsi”, “Piranın həlak olması”, “Səyavuşla Əfrasiyabın çovkan oyunu” və s. kompozisiyalarda daha qabarıq gözə çarpır.

Quy və çovkan” əlyazması. Arifin “Quy və çovkan” əsərinin 10 yaşlı Təhmasibin öz dəstxətti ilə yazılmış Sankt-Peterburq nüsxəsi zəngin bədii tərtibatı ilə diqqəti cəlb edir. Şahzadənin köürdüyü bu kitabın bədii tərtibatı üçün sarayın ən mahir sənətkarları cəlb edilmişdi. Kitaba çəkilmiş 19 miniatürün çoxu ən maraqlı saray əyləncələrindən olan çovkan oyununu təsvir edir. Çovkan oyunu müxtəlif variantlarda – 2, 3, 4, 5 və 6 fiqurlu kompozisiyalarda təsvir olunur. Eyni mövzunu əks etdirən bu miniatürlər yalnız fiqurların sayına görə deyil, eyni zamanda süvarilərin kiçik ölçülü miniatür səthində yerləşdirilməsi, kompozisiyanın dinamikliyi, fonu təşkil edən dağlıq mənzərənin təsvirinə görə bir-birindən fərqlənirlər. Kompozisiyaların rəng qurumu, atların və adamların bir-birindən fərqlənən şux və əlvan rənglərdə verilməsi, açıq və tünd rənglərin kontrast düzümü və ritmik təkrarlanması əsərin dinamikliyini, dekorativ ifadəliliyini, emosional təsir qüvvəsini daha da artırır.

“Quy və çovkan”a çəkilmiş bir sıra miniatürlər, o cümlədən qoşa səhifəli frontispisdə təsvir edilən “Qazi Cahanın sarayında”, “Şahzadənin çöldə istirahəti”, “Şahzadənin musiqi məclisi” və s. saray həyatından alınmış real məişət səhnələrini əks etdirir. Bu əsərlərin heç də I-ci qrupdan geri qalmayan yüksək sənətkarlıqla işlənməsi onların başqa bir ustad rəssamın fırçasından çıxdığını sübut edir.

İskəndərnamə” 1523-cü il. Şah İsmayıl dövründə tamamlanmış minatürlü əlyazmalara misal olaraq Əhvədinin Azərbaycan dilində yazılmış “İskəndərnamə” əsərini göstərmək olar. 1523-cü il tarixli bu əlyazmasında (Sankt-Peterburq DKK) “İskəndərin vəzirin məsləhətini dinləməsi”, “İskəndərin yəcüc-məcuclara qarşı sədd çəkdirməsi”, “İskəndər Nüşabənin sarayında” və b. süjetləri əks etdirən kiçik ölçülü miniatürlər verilir. Bədii üslub xüsusiyyətlərinə, kompozisiya və obrazların bəsitliyinə, ifaçılıq üsuluna görə bu əsərlərin saray emalatxanasından kənarda, bəlkə də Təbrizdə deyil, əyalətlərdən birində yarandığını güman etmək olar.




Yüklə 84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin