Təsdiq edirəm


Zəfərnamə (1525) və “Cami ət-təvarix” (1528)



Yüklə 84 Kb.
səhifə3/4
tarix15.05.2022
ölçüsü84 Kb.
#58070
növüYazı
1   2   3   4
M 9-10-11. XV-XVI ə.ə. Təbriz miniatür məktəbi

Zəfərnamə (1525) və “Cami ət-təvarix” (1528). XVI əsrin əvvəllərində Təbriz məktəbinin inkişafını və yeni üslubun formalaşmasını öyrənmək baxımından 1525-ci il tarixli “Zəfərnamə” (İstambul. Topqapı sarayı muzeyi) və 1528-ci il tarixli “Cami ət-təvarix” (Sankt-Peterburq DKK) nüsxələrindəki miniatürlər daha çox əhəmiyyətlidir. Hər 2 əsərin əksər miniatürləri, xüsusən məzmunca yaxın olanları arasında istər süjetlərin kompozisiya qurumu, istərsə də obrazların həlli, təbiət təsviri, koloriti və s. üslub xüsusiyyətlərinə görə olduqca böyük oxşarlıq vardır. Hər 2 əsərin əksər miniatürlərində müxtəlif epizodlu batal səhnələr – atlı və piyada qoşunların əlbəyaxa vuruşu, sərkərdələrin təkbətək döyüşü, qala və şəhərlərin mühasirəsi və alınması, düşmənin əsir alınması və s. səhnələr təsvir edilir. Başqa qrup miniatürlərdə isə ov səhnələri, sarayda musiqi və kef məclisləri, Teymurun, Arqun, Abaka, Qazan xan və b. hökmdarların taxta çıxması, təntənəsi və s. məişət səhnələri təsvir olunur.

Müəllifləri bəlli olmayan bu miniatürlərin qarşılıqlı təhlili, onların kompozisiya quruluşu, obrazların həlli, koloriti və ifaçılıq üsuluna görə çox yaxın olmaları hər 2 əlyazmanın eyni emalatxanada çalışan eyni rəssamlar tərəfindən illüstrə edildiyini sübut edir. Hər 2 əsərin miniatürləri kompozisiyanın sadə və aydınlığı, rəng çeşidlərinin nisbətən azlığı, mənzərə təsvirlərinin bəsitliyi ilə fərqlənir. İnsan fiqurlarının, xüsusən şah və saray əyanlarının təsviri, bədii obrazların həllində müəyyən şərti qanunların yarandığını və rəssamların həmin ənənəyə əsaslandıqlarını götərir.

Şiraz məktəbindən fərqli olaraq, Təbriz rəssamlığında insan fiqurları hündür boylu, düzgün nisbətdə, yaraşaqlı və zərif göstərilir. Şah və saray əyanlarının surəti bir qayda olaraq daha zərif, zahirən gözəl tərzdə həll edilir. Onların duruşu, oturuşu, geyimi, hərəkət və mimikası müəyyən sxemə, kanona əsaslanır.

Beləliklə Təbriz məktəbi üçün səciyyəvi olan obrazlı ifadə vasitələri, bədii ümumiləşdirilmiş tiplər yaranır. Ədəbi mətndəki tarixi hadisə və surətlərin “müasirləşdirilməsi” nəticəsində təsvir edilən hər hansı bir poetik səhnə müasir həyat hadisələrindən bəhs edən janr əsəri xasiyyətini daşıyır. Buna görədir ki, “Zəfərnamə” və “Cami ət-təvarix” əlyazmalarındakı Teymur. Abaqa. Qazanxan və s. tarixi şəxsiyyətlərin taxta çıxmalarını, ov və ziyafət məclislərini təsvir edən illüstrasiyalar şah Təhmasib və onun saray həyatını əks etdirən janr əsərləri kimi qavranılır.




Yüklə 84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin