Təsdiq edirəm


Xəmsə ( XV əsrin sonu – XVI əsrin əvvəli, İstambul, Topqapı sarayı muzeyi )



Yüklə 84 Kb.
səhifə4/4
tarix15.05.2022
ölçüsü84 Kb.
#58070
növüYazı
1   2   3   4
M 9-10-11. XV-XVI ə.ə. Təbriz miniatür məktəbi

Xəmsə ( XV əsrin sonu – XVI əsrin əvvəli, İstambul, Topqapı sarayı muzeyi ). Bu əlyazma bədii tərtibatının zənginliyi, gözəl incə nəstəlik xətti və böyük sənətkarlıqla işlənmiş miniatürlərinə görə “Xəmsə”nin məşhur London nüsxəsindən sonra ən qiymətli abidə hesab edilməlidir. Nizami poemalarının müxtəlif süjetlərini təsvir edən 19 miniatürdən 9-zu üslub xüsusiyyətlərinə və fiqurların başındakı qızılbaş papaqlarına görə başqalarından əsaslı tərzdə seçilir. XVI əsrin əvvəllərində işlənmiş bu əsərlərin müqayisəli təhlili göstərir ki, bunlar ifaçılıq üsulu, dəst-xətti müxtəlif olan 3 rəssam tərəfindən çəkilmişdir. “İskəndər Nüşabənin yanında”, “İskəndər və çoban” və “Bəhram şahın 7 gözəllərdən biri ilə kef məclisi”ni təsvir edən 3 miniatürə öz dəqiq və zərif rəsmi, rənglərin çoxluğu və əlvanlığı, zəngin koloriti və şux dekorativliyinə görə başqalarından fərqlənir. Bir rəssam tərəfindən çəkilmiş bu əsərlərdə memarlıq formaları, onların dekorativ bəzəyi heyrətamiz incəliklə işlənmişdir.

Şirin çimərkən Xosrovun ona tamaşa etməsi”, “İskəndər can verən Daranın başı üzərində”“Xosrovun Bəhram Çubinlə döyüşü” süjetlərini əks etdirən II-ci qrup miniatürlər isə hər şeydən əvvəl çoxfiqurlu mürəkkəb kompozisiyanın tərtibi, çoxplanlı mənzərənin real səpgidə həlli diqqəti cəlb edir. Dövrün ən mahir ustad rəssamları tərəfindən çəkilmiş bu əsərlər kompozisiya quruluşu və rəng həllinin orijinallığı, incə zövq və yüksək sənətkarlıqla işlənməsi, bədii-estetik təsir qüvvəsinə görə Təbriz məktəbinin klassik nümunələri, şah əsərləri sırasına daxil etmək olar.

XVI əsrdə Təbriz miniatür məktəbinin keçdiyi inkişaf, aparılan yaradıcılıq axtarışları, bədii üslubun formalaşması və getdikcə təkmilləşməsi I-ci növbədə bu dövrün ən görkəmli rəssamlarının, Soltan Məhəmmədin rəhbərliyi altında saray emalatxanasında çalışan Mir Müsəvvir, Mir Seyid Əli, Müzəffər Əli kimi ustad sənətkarların yaradıcılığı ilə bağlı olmuşdur.

Elmi ədəbiyyatda “Səfəvi məktəbi”, “Təhmasib məktəbi”, çox zaman isə “Soltan Məhəmməd məktəbi” adlandırılan bu üslubun inkişafında dövrün ən görkəmli ustad sənətkarı olan Soltan Məhəmmədin yaradıcılığının müstəsna əhəmiyyəti olmuşdur.





Yüklə 84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin