müdafi
ə üz
rə
ye
ni
də
n
veri
lə
n d
ər
əc
əsi
Obyektd
ə Mülki
M
üdafi
ə
ştatl
ı
m
şçil
ər
inin n
əz
ərd
ə
tutulan say
ı
Obyektin növü
(f
əaliyy
ətd
ə ol
an,
in
şa
ed
il
ən, ye
nid
ən qur
)
1 2 3 4
5
6
7
8
9
10
11
7
Behruz Melikov
Behruz Melikov
2-ci tədris sualı: Mülki Müdafiənin təşkiledilmə prinsipləri.
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib
hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün
ərazisində təşkil edilməsi);
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə
tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin
hərbi-strateci, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və
əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);
3) kütləvilik və məjburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan
Respublikasının bütün əhalisini əhatə etməsi və məjburi xarakter daşıması);
4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin
fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır
vəziyyətdə olması);
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləjək və ya baş vermiş fövqəladə hadisələr
haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi);
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən
Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx
və uzlaşdırılmış fəaliyyət göstərməsi).
3-jü tədris sualı: Mülki Müdafiənin məqsədi.
Mülki Müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata
keçirilməsi;
2) fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həjminin maksimum
azaldılması;
3) fövqəladə halların və onların nətijələrinin aradan qaldırılması.
______________________________________
«______________»
8
Behruz Melikov
Behruz Melikov
«Təsdiq edirəm»
__________________________________
__________________________________
__________________________________
« ___ » ___________ 200_ – c_ il
_____________________________________ ilə
keçiriləcək əməli məşğələnin
PLAN-KONSPEKTİ
Mövzu-2: Respublika ərazisində baş verə biləjək (ehtimal olunan)
fövqəladə hadisələrin təsnifatı.
Tədrisin məqsədi: Fövqəladə hadisələrin qarşısının alınması və nətijələrinin
aradan qaldırılması üzrə, nəzəri biliklərin artırılması.
Məşğələnin keçirildiyi yer: Tədris sinifi
Vaxt: 2 saat
Tədris sualları və təxmini vaxt bölgüsü:
• Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması - 7 dəq.
• 1-ci tədris sualı: Fövqəladə hadisələrin təsnifatı - 30 dəq;
• 2-ci tədris sualı: Fövqəladə hadisələr zamanı ərazinin və əhalinin
mühafizəsi - 25 dəq;
• 3-cü tədris sualı: Fövqəladə hadisələr zamanı əhalinin mənəvi psixioloci
hazırlığı - 20 dəq.
• Məşğələyə yekunun vurulması - 8 dəq.
• Ədəbiyyat:
1. Azərbaycan Respublikasının MM haqqında qanunu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ji il 25 sentyabr tarixli
193 saylı qərarı.
3. H. Ojaqovun « Mülki müdafiə» kitabı.
I. FÖVQƏLADƏ HADİSƏLƏRİN TƏSNİFATI
Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan
vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin
pozulmasına səbəb ola biləjək və ya səbəb olmuş hərbi əməliyyatlar qəza, təbii və ya digər
fəlakət nətijəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələr tiplərinə, növlərinə, miqyasına, nətijələrinin ağırlığına, habelə,
digər əlamətlərinə görə təsnif edilir.
Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri jəm halında götürsək, onda onları
iki növə ayırmaq olar.
Behruz Melikov
Behruz Melikov
2
• Münaqişəli;
• Münaqişəsiz fövqəladə hadisələr.
Münaqişəli fövqəladə hadisələrə:
• hərbi toqquşmalar;
• ekstremist siyasi mübarizə;
• sosial partlayışlar;
• milli və dini zəmində olan münaqişələr;
• terrorizm;
• tüğyan edən jinayətkarlıq və sairələrini aid etmək olar.
Münaqişəsiz fövqəladə hadisələr:
• təbii;
• texnogen;
• ekoloci xarakterli
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox
əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.
Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin baş vermə ehtimalı
mövjuddur.
Təsir dairəsinə (miqyasına) və nətijələrinin ağırlığı görə, fövqəladə hadisələr:
1. Lokal (qismən);
2. Obyekt miqyaslı(səjiyyəli);
3. Yerli;
4. Regional;
5. Dövlət əhəmiyyətli (milli);
6. Qlobal xarakterli ola bilər(jədvəl № 1).
Lokal (qismən) hadisələr - iş yerndən (iş sahəsindən), mənzildən kənara
yayılmır.Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.
Obyekt miqyaslı hadisələr - sənaye obyektində, bina və ya qurğu hüdüdlarında
məhdudlaşır. Həlak olanların sayı 10 nəfər qədər, zərər çəkən əhalinin sayı 100-dən 1000-
ə qədərdir.
Yerli hadisələr - anjaq yaşayış məntəqəsinin,təkjə bir şəhərin və ya kənd
təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən 1000
nəfərə qədər,zərər çəkən əhalinin sayı 10.000-dən 125.000-ə qədərdir.
Regional fövqəladə hadisə - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını,
bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı 1.000-dən 25.000
nəfərə qədər,zərər çəkən əhalinin sayı 125.000-dən 500.000-ə qədərdir.
Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın xeyli
ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə
deyilir. Həlak olanların sayı 25.000-dən 1.000.000 nəfərə qədər,zərər çəkən əhalinin sayı
500.000-dən 20.000.000-a qədərdir.
Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu
dövlətlərində ərazilərinə yayılır. Həlak olanların sayı 1.000.000-dən artıq,zərər çəkən
əhalinin sayı 20.000.000-dən artıq.
Behruz Melikov
Behruz Melikov
3
Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr baş
verən insan tələfatının miqdarına, zədələnmiş (köçürməyə məruz qalan) əhalinin sayına,
habelə, dəymiş zərərin miqyasına görədə təsnif edilir.
İdarə üzrə, mənsubiyyətinə görə:
• Tikintidə;
• Sənayedə;
• Mənzil və kommunal məişət sahələrində;
• Kənd təsərrüfatında;
• Meşə təsərrüfatında;
• Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur.
1. Təbbi xarakterli fövqəladə hadisələrin təsnifatı:
• Meteoroloci təhlükəli hadisələr (9-11 ballıq fırtına, 12-15 ballıq qasırğa, tufan,
burulğan, iri dolu, leysan yağışı, güjlü qar, güjlü buzlaşma, güjlü çovğun, quraqlıq,
donvurma və s.);
• Geofiziki təhlükəli hadisələr (zəlzələlər, vulkan püskürmələri);
• Hidroloci təhlükəli hadisələr (su səviyyəsinin qalxması (daşqın) və düşməsi, yeraltı
suların səviyyəsinin qalxması(subasma));
• Kənd təsərrüfatı heyvanlarının yoluxuju xəstəliklərə tutulması;
• İnsanların yolxuju xəstəliklərə tutulması;
• Kortəbii yanğınlar (meşə yanğınları, yeraltı yanğınlar, zəmi və çöl yanğınları).
• Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanverijilərin təsirinə məruz qalması;
• Təhlükəli geoloci hadisələr (sürüşmə, torpaq uçqunları, sel, marxal, tozlu qasırğa,
karst suxurlarında yer səthinin çökməsi);
• Dənizdə hidroloci təhlükəli hadisələr (tropik qasırğa, sunami, 5 baldan yuxarı güjlü
dalğalanma, dəniz səviyyəsinin sürətlə dəyişməsi).
2. Texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı:
• nəqliyyat qəzaları (fəlakətləri);
• yanğınlar (partlayışlar);
• Binaların qəflətən uçulması;
• GTZM-lər yayılmaqla, baş verən qəzalar;
• Radioaktiv maddələr (RM) ətrafa ayrılmaqla, baş verən qəzalar;
• Bioloci təhlükəli maddə (BTM) ətrafa yayılmaqla baş verən qəzalar;
• Həyat təminatlı kommunal sistemlərində (su, kanalizasiya, qaz, istilik şəbəkələri və
elektrik-enerci sistemlərində), baş verən qəzalar;
• Hidrodinamik qəzalar (bəndlərin yarılması).
3. Ekoloci xarakterli fövqəladə hadisələrin təsnifatı:
1. Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar
fövqəladə hadisələr;
2. Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar,fövqəladə
hadisələr (iqlimin kəskin dəyişməsi,şəhərlərdə kəsgin oksigen azlığı, azon
qatının pozulması və s.);
Behruz Melikov
Behruz Melikov
4
3. Hidrosferin (su mühitinin)
vəziyyətinin dəyişməsi ilə
əlaqədar fövqəladə hadisələr (su mənbələrinin quruması, çirklənməsi və su
ehtiyyatlarının kəskin surətdə azalması);
4. Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar, fövqəladə hadisələr (yaşayış
mühütünün dəyişməsinə həssas olan heyvan və bitkti növlərinin yox olması,
yerin bitki örtüyünün məhv olması və s.).
4. Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı:
Sosial-siyasi xarakterli fövqəladə hadisələrin 2 növü var.
• Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində:
- Peşə əlaməti;
- Dini əlamət;
- Mülkiyyət əlaməti;
- Ərazi əlaməti;
- Qohumluq əlaməti;
- Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur.
• Siyasi xarakterli fövqəladə hadisələr isə:
- Millətlərarası münaqişələr;
- Narkotik maddə tijarəti;
- Mütəşəkkil jinayətkarlıq;
- «Kölgə» iqtisadiyyatı;
- Dövlət böhranı;
- İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur.
Bu təsnifat fövqəladə hadisələrin miqyasını və nətijələrinin həjmini əhatə etmir,
lakin fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlərin seçilməsi,
vəziyyətin xarakterinin qiymətləndirilməsi, eləjədə xilasetmə və digər təxirəsalınmaz
işlərin aparılması üzrə əsas istiqamətlərin göstərijiləri rolunu oynayır.
Resprublikamızın ərazisi vaxtaşırı olaraq, bir çox təbii fəlakətlərin təsirinə məruz
qalır. Bunlardan ən dəhşətlisi zəlzələdir.
Zəlzələ – yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nətijədə yer qabığında və ya,
yerüstu süxurların laylarında yarıqların əmələ gəlməsi və böyük məsafələrə ötürülən
elastiki titrəyişlərdir.
Zəlzələnin aşağıdakı növləri mövjuddur:
• Tektonik (yer qabığının dərinliyində, litosfer tavalarda baş verən çatlar və ya
yerdəyişmələrdən əmələ gələn təkanlar);
• Vulkanik;
• Uçqun və bəndlərin yarılması nətijəsində yaranan törəmə zəlzələlər;
• Sualtı;
• Metioritin yerə düşməsi nətijəsində yaranan zəlzələlər;
• Planetimizin digər kosmik obyektlərlə toqquşması nətijəsində baş verən
zəlzələlər.
Zəlzələ ojağının yerin altındakı mərkəzi - hipomərkəz (hipo-dərin deməkdir), onun
yerin səthindəki proyeksiyası isə - epimərkəz (epi-dayaz deməkdir) adlanır.
Epimərkəzin ətrafında zəlzələ zamanı ən güjlü təkanlar hiss edilən sahəyə –
episentral sahə deyilir.
Behruz Melikov
Behruz Melikov
5
Zəlzələnin yaratdığı titrəyiş, zəlzələ ojağından və ya, epimərkəzdən yerin səthi
üzrə, hər tərəfə yayılır ki, bunlar elastiki (seysmik) dalğalar adlandırılır.
Zəlzələ güjünü və xarakteristikasını səjiyyələndirən əsas parametrlər –
zəlzələnin maqnitudası, zəlzələ ojağının dərinliyi və yerin səthində zəlzələ enercisinin
intensivliyidir.
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enercisini xarakterizə edən, 0-
dan 8,5 - dək olan hədd çərçivəsində dəyişən enerciyə mütanasib olan şərti kəmiyyətdir.
Zəlzələnin maqnitudasını ölçmək üçün, Rixter şkalasından istifadə edilir ki, bu şkaladada,
hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş enercisinin yüz qat artığına
müvafiqdir.
Zəlzələ ojağının dərinliyi – müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə
bilər. Hər bir seysmik rayon üçün, ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi
mövjuddur.
Yer səthində zəlzələ enercisinin intensivliyi, on iki ballıq şkala üzrə (jədvəl)
ölçülür.
Zəlzələnin xarakteristikası və güjünün 12 ballıq seysmik jədvəl üzrə müəyyən
edilməsi
NÖVÜ BALLAR
ÜMUMİ
TƏSNİFATI
XARİJİ TƏSİRİ
1
hiss edilməyən
Jihazlar yer titrəyişini qeydə alsalarda,
insanlar bunu hiss etmirlər.
2 çox
zəif
Binaların yuxarı mərtəbələrində yaşayan
insanlar yüngül titrəyiş hiss edirlər.
3 z
ə i f
Bir çox insanlar titrəyişi hiss edirlər.
ZƏİF
4 mülayim
Zəlzələni əsasən, hamı hiss edir, şüşələr
silkələnir.
5 biraz
güjlü
Yatmışların çoxu ayılır, çilçıraqlar yellənir
və s.
6 güjlü
Binalar zəif zədələnir, divarların suvağında
nazik çatlar əmələ gəlir.
GÜJLÜ
7 çox
güjlü
Divarlarda çatlar əmələ gəlir, divarların
suvaqları hissə - hissə tökülür, tüstü
sobaları qismən dağılır.
8 dağıdıjı
Karnizlər, tüstü sobaları düşür, divarlarda
ara çatları əmələ gəlir və qismən dağılır,
insanların ayaq üstə hərəkəti çətinləşir.
9 viranediji
Binaların divarları və üst örtüyu dağılır.
10 məhvediji
Bir çox binalar dağılır və yer səthində 1 m
eninədək çatlar əmələ gəlir.
11 fəlakətli
Dağlarda böyük uçqunlar olur, yer səthində
isə, çatlar və oyuqlar əmələ gəlir.
DAĞIDIJI
12 güjlü
fəlakətli
Yer səthinin relyefi qismən dəyişir.
Behruz Melikov
Behruz Melikov
6
Azərbaycan respublikasının ərazisi üçün, xarakterik olan təbii fəlakətlər
Azərbaycan Respublikasının ərazisində zəlzələ, sel, fəlakətli subasma (daşqın),
sürüşmə və uçqunlar, təbii yanğınlar, epidemiyalar, epizotiyalar, marxal kimi təbii
fəlakətlər baş verə bilər.
Azərbaycan respublikasının hansı rayonları daha çox təbii fəlakətlərə məruz qalır?
1.
Zəlzələ
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Geologiya institutu
tərəfindən tərtib edilmiş, respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə, bütün
ərazisi 12 ballıq şkala üzrə, əsasən 8 (dağıdıjı) baladək, bəzi zonaları isə, 9 (viranediji) bal
güjündə zəlzələ ehtimallı region hesab olunur. Bu da, zonalarla ərazinin 4/1-ni əhalinin isə,
20 %-ni təşkil edir.
Qeyd olunanları nəzərə alaraq, respublikamızın ərazisi aşağıdakı zonalarla
müəyyən olunur:
- Abşeron yarımadasında 100 ildə bir dəfə ehtimal edilən 8 bal güjlü zəlzələ
zonası;
- Respublikanın şimal Xəzəryanı sahilində, Dərbənd seysmik zonasının davamı
sayılan və 1000 ildə bir dəfə ehtimal edilən 9 bal güjlü zəlzələ zonası. Bu sahənin
dəniz akvatoriyasında 7-8 bal güjlü zəlzələlər daha tez-tez baş verir, lakin bunlar
sahilə 5-7 bal güjündə çatır;
- Böyük Qafqazın jənub yamajlarında yerləşən 9 bal güjlü Şamaxı, İsmayıllı-
Balakən zəlzələ zonası. Burada belə zəlzələ 1000 ildən bir, zonanın mərkəzi
hissəsində isə, 100 ildən bir baş verməsi ehtimal edilir;
- Kiçik Qafqaz dağlarının 9 baladək güjü olan Gənjə-Göygöl zonası. Burada 8-9
bal güjündə zəlzələ 1000 ildən bir, onun mərkəzi hissəsində isə, hər 100 ildən bir
ehtimal olunur;
- Naxçıvan Muxtar Respublikasının bütün ərazisini, 9 bal ehtimallı zəlzələ zonası
əhatə edir;
- Talış zonası da, yüksək seysmik təhlükəli rayon hesab edilir.
2. SEL.
Respublikanın ərazisini aşağıdakı sel təhlükəli rayonlara ayırmaq
mümkündür:
- Böyük Qafqaz dağlarının jənub və şimal-şərq yamajları;
- Kiçik Qafqaz dağlarının şimal-şərq yamajları;
- Naxçıvan Muxtar Respublikası;
- Talış dağları.
Bunlardan, daha güjlü sel mənbələri Balakənçay və Talaçay (Balakən rayonu),
Qaraçay (Zaqatala rayonu), Gürmükçay (Zaqatala rayonu), Kişçay və Şinçay (Şəki
rayonu), Dəmiraparançay,Tikanlıçay (Qəbələ rayonu), Qayçay, Ağçay (Oğuz rayonu),
Qilqilçay, Axınçay (Tovuz rayonu), Çəhriçay (Şəmkir rayonu), Gənjəçay (Xanlar rayonu),
Gilyançay və Ordubadçaydır (Naxçıvan Muxtar Respublikası).
Böyük və Kiçik Qafqazın yamajlarından axan digər çaylarda, sel törədə bilər. Belə
sel axınları respublikanın xalq təsərrüfatına xeyli ziyan vurur, bağları məhv edir,
hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri rabitə və elektrik xətlərini, tikililəri və. s.
dağıdır.
Behruz Melikov
Behruz Melikov
7
3. Sürüşmə və uçqunlar
Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə, yamajın aşağı sürüşməsi Qafqaz
dağ silsiləsinin şimal-şərq və jənub yamajlarında, xüsusən də, İsmayıllı (Girdmançay
hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay , ətraflarında) və Xızı
rayonlarında daha tez-tez baş verir. Belə hallar həmçinin Dəvəçi, Zaqatala, Qusar, Oğuz
rayonlarında də müşahidə edilir. Talış dağları zonasında, o jümlədən Yardımlı
çökəkliyində də güjlü sürüşmələrə rast gəlinir. Sürüşmə və uçqun halları Şamaxı -
Qobustan ərazisinin dağlıq hissəsini, Qobustan-Qaradağ və şərqi Abşeronun qismən
düzənlik hissəsini də əhatə edir. Bir çox hallarda geniş sürüşmələrə sel və zəlzələlərdə
səbəb olur.
Məsələn, 1986-jı ildə İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nətijəsində baş
vermişdir.
4. Fəlakətli daşqınlar və subasmalar
Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su qovşağı (Mingəçevir, Araz,
Şəmkir, Sərsəng) və 6 su hövzəsinin (Arpaçay, Ağstafaçay, Vayxir, Jeyranbatan, Yuxarı
Xanbulaq, Xaçınçay) torpaq bəndləri zəlzələ nətijəsində, yaxud digər səbəblərdən yarılarsa
və ya yuyularsa geniş sahələrdə fəlakətli daşqın və ya, subasma zonaları yarana bilər. Belə
bir hadisə baş verərsə, respublika tabelikli şəhərlərin, rayon mərkəzlərinin, yaşayış
məntəqələrinin əraziləri, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, rabitə və elektrik
xətləri, buradakı bina və qurğular müxtəlif dərəjədə dağılar və ya su altında qalar.
Qeyd olunan su qovşağı və su hövzələrinin törədə biləjəyi fəlakətli subasma
zonalarının ümumi sahəsi 20 kv.km təşkil edir ki, nətijə etibarı ilə, orada 1125 min əhali
evsiz-eşiksiz qalar, xalq təsərrüfatına isə, külli miqdarda ziyan dəyər.
Respublika ərazisinin böyük bir hissəsi şimal sərhədlərindən başlayaraq Bakı,
Sumqayıt kimi iri şəhərlər də daxil olmaqla jənub sərhədlərinədək, Xəzər dənizi sahilində
yerləşir (800 km).
Xəzər Dənizinin səviyyəsinin 1,5 m-dən çox qalxması, Xəzər ətrafı zonalarda
böyük problemlər yarada bilər.
Bakı və Sumqayıtda bir çox müəssisələrin, yaşayış məntəqələrinin suyun altında
qalmaq təhlükəsi yaradar. Xəzər dəninizində suyun səviyyəsinin qalxması adamların həyatı
üçün də, təhlükə yaradır.
5.Marxal
Respublikanın bütün dağ rayonlarında baş verir. Ən çox marxal təhlükəli sahələr
Balakən, Kəlbəjər, Ordubad rayonlarıdır. Bu rayonlarda, fəlakətli marxallar baş verərsə,
geniş ərazidə sənaye və kənd təsərrüfatı obyektlərinə xeyli ziyan dəyər və insan tələfatına
səbəb ola bilər.
5. Epidemiyalar
Respublikanın ərazisində taun xəstəliyinin 3 təbii mənbəyi, habelə tulyaremiya və
vəba xəstəliyi yayılan təhlükəli sahələr müəyyən edilmişdir.
Zaqafqaziyanın düzəngəh-dağətəyi, təbii taun mənbəyi olub, sahəsi 500 min
hektardır. Bura, Qazax, Ağstafa, Tovuz, Xanlar, Şəmkir, Salyan, Goranboy, Yevlax, Ağdaş
kənd rayonlarını, habelə Mingəçevir şəhərini, Bakının Qaradağ və Əzizbəyov rayonları
aiddir.
Behruz Melikov
Behruz Melikov
8
Arazyanı təbii taun mənbəyinə aid edilən Naxçıvan şəhərinin, Ordubad,
Julfa, Şərur və Babək rayonlarının ümumi sahəsi 260 min hektardır.
Zaqafqaziyanın yüksək dağlıq taun mənbəyinə isə, sahəsi 100 min hektar olan
laçın, Kəlbəjər, Şahbuz rayonları daxildir.
Tulyaremiya xəstəliyi ehtimallı zona - Daşkəsən, Gədəbəy, Kəlbəjər, Şəmkir,
Goranboy, Julfa, Ordubad və Şahbuz rayonlarını daxildir.
Şirvan və Naxçıvan şəhərlərində, habelə jənub rayonlarında da vəba xəstəliyi
ehtimalı mövjuddur. Hal-hazırda respublika ərazisində 1 milyondan çox qaçqın yaşayır. Bu
qaçqınların məişət şəraitinin ağır olması, onların kütləvi halda yerdəyişməsi də yoluxuju
xəstəliklərin baş vermə təhlükəsini yarada bilər.
Dostları ilə paylaş: |