«Təsdiq edirəm»



Yüklə 12,9 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix17.10.2019
ölçüsü12,9 Mb.
#29366
1   2   3   4   5   6   7   8   9   ...   17

                                planının strukturu, məzmunu və əlavələri-40 dəq. 
Məşğələyə yekün vurulması - 5 dəq. 
Ədəbiyyat: 1) Azərbaycan Respublikasının «Mülki Müdafiə haqqında» Qanunu. 
                   2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-jı il 
tarixli, 193 saylı qərarı. 
Əyani vəsait: Videoproyektor,  stendlər. 
 
1-ci tədris sualı: Mülki 
Müdafiə tədbirlərinin planlaşdırılması və həyata keıçirilməsi. 
 
Mülki Müdafiə  məsələlərinin həll edilməsi, mülki müdafiə  tədbirlərinin 
planlaşdırılması vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur. 
Mülki Müdafiə  tədbirləri Azərbaycan Respublikasının  ərazisinin, onun ayrı-ayrı 
bölgələrinin,  şəhərlərin, digər yaşayış  məntəqələrinin istehsal və sosial təyinatlı 
 
1
Behruz Melikov
Behruz Melikov

obyektlərin hərbi strateci və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə 
alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur. 
Mülki Müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir 
və bu ərazidə olan bütün insanları əhatə edir. 
Mülki Müdafiə  tədbirlərinin həjmi və  məzmunu, mövjud qüvvə  və vasitələrin 
yetərli, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir. 
Mülki Müdafiə  tədbirlərinin planlaşdırılmasına və  həyata keçirilməsinə  fərqli 
yanaşmaq,  ərazinin və  əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin 
etmək məqsədilə Mülki Müdafiə üzrə Azərbaycan Respublikasının  ərazisi zonalara, 
şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəjələrə bölünür. 
Mülki Müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, Mülki Müdafiə 
üzrə zonalar, şəhərlərin qrupları  və  təsərrüfat obyektlərinin dərəjələri Azərbaycan 
Respublikasının müvafiq ijra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
Fövqəladə hadisələr dövrlərində Mülki Müdafiə üzrə müxtəlif və vajib vəzifələri 
qısa müddətdə  və mütəşəkkil surətdə yerinə yetirmək üçün onların ijrasını  əvvəljədən 
planlaşdırmaq tələb olunur.  
Mülki müdafiə  tədbirlərinin planlaşdırılması  və  həyata keçirilməsi fövqəladə 
hadisələr dövründə obyektdə MM vəzifələrinin yerinə yetirilməsi üçün görüləjək işlərin 
həjmi, ardıjıllığı və ijra müddətləri müəyyən edilən sənədlərə deyilir. 
Bu plan fövqəladə hadisələr zamanı qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün 
fəaliyyət planıdır, yəni belə hallarda mülki müdafiənin idarə edilməsi üçün əsas 
sənəddir. 
Hazırda MM sistemində, o jümlədən itehsalat və sosial təyinatlı obyektlərin 
əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir. 
Fövqəladə hadisələr dövrü üçün istehsal və sosial təyinatlı obyektlərin Mülki 
Müdafiə planı: bu sənəd fövqəladə hadisələr zamanı ( belə təhlükə yaranarsa) işçilərin 
istehsalatı müdafiə etmək və bu halların nətijələrini aradan qaldırmaq məqsədilə 
görüləjək işlərin təşkili qaydasını müəyyən edir. 
Mülki Müdafiə planının düzqün və keyyfiyətli tərtib edilməsi, onun həyata 
keçirilməsində mühüm şərtdir. 
MM planı müvafiq obyektin rəhbərlərinin başçılığı ilə MM qərargahı  tərəfindən 
tərtib edilir. Lazımı hallarda bu işə müvafiq mütəxəssisləri də jəlb etmək olar (obyekt 
rəhbərinin göstərişi ilə). 
MM planını tərtib edərkən bu tələbləri nəzarə almaq lazımdır:  
MM planının real və konkret olması (yəni planda nəzərdə tutulan tədbirlərin həjmi, 
ijra müddəti və s.) obyektin real imkanlarına uyğun gəlməlidir. 
Planın Nazirlik və MM regional şöbələri ilə reallaşdırılmış ilkin məlumatlar 
əsasında tərtib edilməsi (məs. köçürmə tədbirləri, təjhizat, qarşılıqlı fəaliyyət məsələləri 
və s.) 
Müdafiə  tədbirlərinin istənilən ardıjıllıqla yerinə yetirməyin mümkünlüyü, maddi 
təjhizat jəhətdən iqtisadi məqsədə uyğunluq prinsipinin gözlənilməsi: 
Fövqəladə hadisələr dövründə bu obyektin konkret vəzifələri və  işin xarakteri 
barədə nazirliyin (baş idarənin, birliyin göstərişləri, iş harada, neçə növbədə davam 
etdirilir. İşin dayanıqlığını təmin edən hansı mühəndis-texniki tədbirlər nə vaxt yerinə 
yetirilir və s.). 
 
2
Behruz Melikov
Behruz Melikov

Fövqəladə hadisələr dövrü üzrə MM planı tərtib etmək üçün Mərkəzi və yerli ijra 
hakimiyyəti orqanlarının əhatə etdiyi ərazi və sahələrin xüsusiyyətləri, əhalisi və işçiləri 
barədə qısa məlumat. 
Mərkəzi və yerli ijra hakimiyyəti orqanlarının  əhatə etdiyi ərazi və sahələrdə 
ehtimal olunan fövqəladə hadisələrin növləri və yaranajaq vəziyyəti. 
MM planı  tərtib etmək üzrə Fövqəladə hadisələr dövrü üçün obyektlərin, rayon 
(şəhər) Regional şöbələrinin aşağıdakı ilkin məlumatları olmalıdır. 
Regionda (bölgədə) ehtimal olunan təbii fəlakətlər: qonşuluqdakı obyektlərdə 
qəzalar nətijəsində yarana biləjək fəlakətlər daşqın zonalarının, radioaktiv, kimyəvi 
zəhərlənmə zonalarının hüdudları, təhlükə barədə xəbərdarlıq qaydaları işçilərin, digər 
əhalinin müdafiə edilməsi üsulları, qarşılıqlı fəaliyyət qaydaları haqqında və s. konkret 
məlumat və göstərişlər. 
Nazirlik (regional şöbələr) tərəfindən obyektlərə  həmçinin tərtib ediləjək 
sənədlərin formalarını, planı tərtib etmək üçün konkret tövsiyələr də verilməlidir. 
Planın məxfilik dərəjəsi, nüsxələrinin sayı və onların saxlanılması qaydası müvafiq 
rəhbərin qərarı ilə müəyyən edilir. 
Tərtib edilmiş planın sənədlərini MM qərargahının rəisi imzalayır. 
Plan rəsmi surətdə regional şöbələrin rəisləri ilə razılaşdırılır və obyekt rəhbəri 
trəfindən təsdiq edilir. Təsdiq edilmiş planlar aidiyyatı üzrə ijraçılara çatdırılır və  tələb 
olunan çıxarışlar sexin (bölmənin) aşağıdakı məsələlərinin təşkili üçün verilir: 
«Hava həyajanı» siqnalı verilərkən sexin işçilərinin daldalanma qaydası, fərdi 
müdafiə vasitələri qaydası; sexin işçilərindən təşkil edilən MM qüvvələrinin heyəti və 
vəzifələri; sexin işçilərinin və onların ailə üzvülərinin köçürülməsi qaydası; sex 
işçilərinin xəbərdarlıq sxemi. Sexdə işin sabitliyini artıran tədbirlərin ijrası jədvəli və s. 
sənədlər. Bunlar sex (bölmə) rəisinin MM üzrə iş qovluğunda saxlanmalıdır. 
Obyektlərdə Mülki Müdafiə planından başqa həmçinin obyekt rəhbərlərinin MM 
üzrə iş qovluğu da hazırlanır. Bu qovluqda aşağıdakı sənədlər olmalıdır: 
1.  Fövqəladə hadisələr zamanı müxtəlif recimlərdə yerinə yetiriləjək  əsas mülki 
müdafiə tədbirlərinin təqvim planı. 
2.  İşçilərin kollektiv müdafiə qurğuları ilə təmin olunması jədvəli. 
3.  İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət 
jihazları ilə təmin olunması jədvəli. 
4.  Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında məlumat 
jədvəli. 
5.  Fövqəladə hadisələr nətijəsində yarana biləjək vəziyyət (obyektin planında). 
6.  Xəbərdarlıq və rabitənin təşkili sxemi. 
7.  İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı 
üzrə). 
8.  İşçilərin güjlü təsirli zəhərləyiji maddələr təhlükəsi yaranmış zonalardan 
çıxarılmasının (köçürülməsinin) hesabatı (aidiyyatı üzrə). 
9.  Fövqəladə hadisələrin nətijələrinin aradan qaldırılmasına jəlb olunan mülki 
müdafiə qüvvə və vasitələrinin hesabatı. 
MM planı  hər il yanvar ayınin 1-nə MM qərargahının rəisi tərəfindən 
dəqiqləşdirilir və bu barədə plandakı duzəliş  vərəqəsində qeydlər edilir. Prinsipial 
məsələlərə aid düzəlişlər (dəyişiliklər) barədə obyektin rəhbərinə məlumat verilir. 
 
3
Behruz Melikov
Behruz Melikov

MM planının ijrası obyekt rəhbərinin sərənjamı  (əmri)  əsasında həyata keçirilir. 
Plan həmdə fövqəladə hadisələr zamanı təbii fəlakətlər, qəza və ya təhlükə baş verərkən 
həyata keçirilir. Bu barədə obyekt rəhbəri müstəqil sürətdə göstəriş verir . 
 
2-ji tədris sual: Fövqəladə hadisələr dövrü üçün MM planının strukturu, məzmunu 
və əlavələri. 
Müəllim MM planını  tərtib etmək barədə  məsləhətlər və verir planın hazırlanma 
variantlarını dinləyijilərə paylayır, onların bu sənədlərlə  sərbəst işləməsi üçün imkan 
yaradır, həmçinin MM planının strukturu sxemini izah edir. 
MM planı mətn hissəsindən və əlavələrdən ibarətdir. 
Mətn hissədə mühafizə  tədbirlərinin təşkili və yerinə yetirilməsi barədə obyekt 
rəhbərinin gösətrişləri verilir, əlavələrdə isə bu göstərişlərin ijra müddəti və konkret 
ijraçılar göstərilir. 
Fövqəladə hadisələr dövrü üçün planının mətn (yazılı) hissəsi dörd bölmədən 
ibarətdir. Bu bölmələrin adları və məzmunu belədir. 
I BÖLMƏ: 
Təsərrüfat obyektində ehtimal olunan fövqəladə hadisələr. Təsərrüfat obyektinin 
xüsusiyyətləri və işçiləri barədə qısa məlumat. 
Təsərrüfat obyektinin mülki müdafiə üzrə  dərəjələrə aidiyyatı. Ehtimal olunan 
fövqəladə hadisələrin növləri və yarana biləjək vəziyyət. 
II BÖLMƏ. Fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təşkili. 
Gündəlik fəaliyyət recimində əsas diqqət mülki müdafiə sahəsində dövlət, hüquqi 
şəxslərin və  vətəndaşların vəzifələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, 
fövqəladə hadisələr zamanı  işçilərin mühafizəsinin təşkili və  təmin edilməsi üçün 
müxtəlif fondların, xəbərdarlıq və informasiya sisteminin yaradılmasına 
yönəldilməlidir. 
Bölmədə əks olunmalıdır: 
-  ehtimal olunan fövqəladə hadisələr zonasından (zəlzələ, sel, subasma, texnogen 
qəza, kimyəvi zəhrlənmə, yanğın eləjə  də müharibə dövrünün fövqəladə 
hadisələri)  əhalinin və  işçilərin təhlükəsiz zonalara çıxarılması, yerləşdirilməsi 
və zəruri təminatının (ərzaq, su, tibbi yardım və s.) təşkili; 
-  əhalinin və  işçilərin kollektiv mühafizə qurğuları ilə  təmin olunması  və 
onlardan istifadə edilməsinin təşkili; 
-  əhalinin və  işçilərin fərdi mühafizə vasitələri ilə  təmin olunması  və onlardan 
istifadə edilmə qaydalarının öyrədilməsi; 
-  xəbərdarlıq və rabitə vasitələrinin vəziyyəti və istifadə qaydaları. 
Yüksək hazırlıqlı recim şəraitində (fövqəladə hadisələrin yaranması  təhlükəsi 
közləniləndə) əsas tədbirlər fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum 
azaldılmasına belə hadisələrin baş verəjəyi hallarda isə insanların və onların 
sağlamlığının qorunmasına,  ətraf mühitə vurula biləjək ziyanın və maddi itkilərin 
həjminin azaldılmasına yönəldilməlidir. 
Bölmədə əks olunmalıdır: 
-  xəbərdarlıq və rabitə vasitələrinin hazır vəziyyətə gətirilməsi; 
 
4
Behruz Melikov
Behruz Melikov

-  fövqəladə hallar baş verməsi təhlükəsi və baş verməsi barədə  rəhbər heyətin 
işçilərin xəbərdar edilməsi, mülki müdafiə qüvvələrinin dəqiqləşdirilməsi, hazır 
vəziyyətə gətirilməsi; 
-  MM qüvvələrinin şəxsi heyətinə, işçilərə fərdi mühafizə vasitələrinin verilməsi 
tələb olunarsa təhlükə baş verməsi ehtimal olunduqda (radioaktiv, güjlü təsirli 
zəhərləyiji maddalər (GTZM) partlayış  təhlükəli müəssisələrdə) kollektiv 
mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi; 
-  təhlükəli zonalardan işçilərin köçürülməsi üçün köçürmə orqanlarının hazır 
vəziyyətə  gətirilməsi, köçürmə planlarının dəqiqləşdirilməsi; iş recimlərinin 
işlənib hazırlanması; 
-  epidemiyaya qarşı, işçilərin tibbi mühafizəsi üzrə tədbirlərin keçirilməsi; 
-  kənd təsərrüfatı  məhsullarının maddi ehtiyatlarının mühafizəsi üzrə görüləjək 
tədbirlər (aidiyyatı üzrə). 
 
III. BÖLMƏ:  Fövqəladə hadisələr zamanı  qəza-xilasetmə  və digər təxirə 
salınmaz işlərin təşkili. 
 
Fövqəladə hadisələr baş verdikdə  əsas tədbirlər insanların həyatının xilas 
edilməsinə  və sağlamlığının qorunmasına  ətraf mühitə vurulan ziyanın və maddi 
itkilərin həjminin azaldılmasına, fövqəladə hadisələrin nətijələrinin aradan 
qaldırılmasına qəza-xilasetmə  və digər təxirəsalınmaz işlərin aparılmasına 
yönəldilməlidir. 
Bölmədə əks olunmalıdır: 
-  fövqəladə hadisənin baş vermiş  ərazilərdə  kəşfiyyatın aparılması, hadisələrin 
nətijələrini ziyan və itkilərin həjmini, miqdarını dəqiqləşdirmək; 
-  mövjud qüvvə  və texnika ilə ilkin qəza-xilasetmə digər təxirəsalınmaz işlərin 
təşkili etmək və həyata keçirmək; 
-  işçiləri fövqəladə hadisələr baş vermiş ərazidən çıxarmaq (köçürmək və onları 
müvəqqəti yaşayış yerləri ilə  təmin etmək, sanitariya-giginiya tədbirlərini 
həyata keçirmək; 
-  bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək (aidiyyatı üzrə); 
-  xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi və onların müalijə ojaqlarına 
göndərilməsinin təşkili; 
-  xəsarət ojaqlarında sanitar təmizləmə, deqazasiya və dezaktivasiya işlərinin 
təşkil edilməsi və həyata keçirilməsi; 
-  işçiləri zəruri ləvazimatın toxunulmaz ehtiyatı ilə təmin etmək. 
 
 
 
 
 
IV BÖLMƏ: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili. 
Bölmədə əks olunmalıdır: 
 
5
Behruz Melikov
Behruz Melikov

-  əsas, ehtiyat və  səyyar idarəetmə  məntəqələrinin yerləri, mühafizə  dərəjələri 
hazır vəziyyətə  gətirilməsi,  əməliyyat qruplarının məntəqədə  fəaliyyəti 
qaydaları; 
-  idarəetmə  məntəqələrinin rabitə, xəbərdarlıq informasiya jihazları ilə  təjhiz 
olunması, imkanları və istifadə etmə qaydaları; 
-  rəhbər heyətin eləjə  də  işçilərin fövqəladə hadisələrin gözlənilməsi və baş 
verməsi barədə xəbərdar edilməsi qaydaları; 
-  mülki müdafiə qüvvə  və vasitələrinin gündəlik yüksək hazırlıq və fövqəladə 
hadisələr recimlərində idarə edilməsinin təşkili; 
-  mülki müdafiə qüvvələri ilə radio rabitənin təşkili; 
-  idarəetmə pozulduqda onun bərpa edilməsi üzrə tədbirlər. 
 
Əlavələr: 
1.  Fövqəladə hadisələr zamanı müxtəlif recimlərdə yerinə yetiriləjək  əsas mülki 
müdafiə tədbirlərinin təqvim planı. 
2.  İşçilərin kollektiv müdafiə qurğuları ilə təmin olunması jədvəli. 
3.  İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik-nəzərət 
jihazları ilə təmin olunması jədvəli. 
4.  Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında mə’lumat 
jədvəli. 
5.  Fövqəladə hadisələr nətijəsində yarana biləjək vəziyyət (obyektin planında). 
6.  Xəbərdarlıq və rabitənin təşkili sxemi. 
7.  İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı 
üzrə). 
8.  İşçilərin güjlü təsirli zəhərləyiji maddələr təhlükəsi yaranmış zonalardan 
çıxarılmasının (köçürülməsinin) hesabatı (aidiyyatı üzrə). 
9.  Fövqəladə hadisələrin nətijələrinin aradan qaldırılmasına jəlb olunajaq mülki 
müdafiə qüvvə və vasitələrinin hesabatı. 
 
 
______________________________________  
                                             «______________» 
 
 
 
6
Behruz Melikov
Behruz Melikov

               «Təsdiq edirəm» 
__________________________________ 
__________________________________ 
__________________________________ 
      « ___ »  ___________  200_ – c_ il 
 
_________________________________ ilə  
qrup məşğələsi keçmək üçün 
PLAN-KONSPEKT 
Mövzu-5: Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasının təşkili. 
 
Tədrisin məqsədi: Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə 
sahəsində  əhalinin hazırlanması  və TO-də  təlimlərin, məşqlərin 
keçirilməsi qaydalarının müdavimlərə öyrədilməsi. 
Məşğələnin keçirildiyi yer: Tədris sinifi. 
Vaxt:                     2 saat. 
Tədris sualları və təxmini vaxt bölgüsü: 
 
Giriş hissə:             Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması - 5 dəq. 
1-ci tədris sualı:   Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə 
sahəsində əhalinin hazırlığının təşkili - 20  dəq; 
2-ci tədris sualı:   İstehsal və sosial təyinatlı obyektlərin rəhbər komandir-rəis 
heyətlərinin, Mülki Müdafiə qüvvələrinin və mütəxəssislərinin 
hazırlığı – 20 dəq; 
3-cü tədris sualı:  İşçilərə, işləməyən  əhaliyə, Dövlət və qeyri-dövlət ali, orta ixtisas 
məktəbi tələbələrinə, texniki peşə  və ümumtəhsil məktəbləri 
şagirdlərinə, kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə 
tədris müəssisələri dinləyijilərinə MM biliklərinin öyrədilməsi –20 
dəq; 
4-cü tədris sualı:  İstehsal və sosial təyinatlı obyektlərdə MM tədrisinin 
planlaşdırılması və uçotu – 20  dəq. 
Məşğələyə yekün vurulması - 5 dəq. 
 
Ədəbiyyat: 1. 
Azərbaycan Respublikasının MM haqqında qanunu. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ji il 25 
sentyabr tarixli 193 saylı qərarı. 
3. Azərbaycan Respublikasının MM Qoşunları komandanının əmr və 
direktivləri. 
4. MM üzrə normativ sənədlər. 
Əyani vəsait:              -Videoproyektor; 
                                    -Stendlər;                                                                                                
                                    -Prezentasiya. 
 
1
Behruz Melikov
Behruz Melikov

 
1-ji tədris sualı:  
Azərbaycan Respublikasında fövqəladə hadisələrdən 
müdafiə sahəsində əhalinin hazırlığının təşkili. 
 
Fövqəladə hadisələrdən müdafiə sahəsində  əhalinin hazırlanması mülki 
müdafiənin əsas vəzifələrindən biridir. 
Fövqəladə hadisələrdən müdafiəyə  respublikanın bütün əhalisi hazırlanır. 
Bu zaman 6-17 yaşlı  şəxslərə-fövqəladə hadisələrdən müdafiə üsulları, 17 
yaşdan yuxarı şəxslərə isə, bundan əlavə belə halların nətijələrini aradan qaldırmaq üzrə 
fəaliyyət göstərmək qaydaları da öyrədilir. 
Fövqəladə hadisələrdən müdafiə qaydalarının və mülki müdafiənin  əhaliyə 
öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə  və muəssisələrin, 
təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin 
əsas vəzifələri ilə yanaşı mülki müdafiə üzrə  vəzifələr də  nəzərə alınmaqla, fərdi və 
fasiləsiz yerinə yetirilir. 
Obyektlərdə mülki müdafiənin öyrədilməsi işləri, tədris qruplarında məşğələ 
aparmaq, mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə məşq və təlimlər 
vasitəsilə həyata keçirilir. 
Məşğələlərin mövzuları, keçirilməsi qaydası və vaxtı (iş vaxtı və ya işdən sonra) 
yerli  şərait, istehsalın xüsusiyyətləri və öyrədilən  şəxslərin hazırlıq dərəjəsi nəzərə 
almaqla müəyyən edilir. 
İşçilər fəaliyyətə hazırlanarkən onlara «Mülki müdafiə» mövzularının 
öyrədilməsi nəzərdə tutulur, həmçinin təhlükəsizlik texnikası üzrə ilkin təlimat 
proqramlarına, müəssisədə  işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə 
məsələləri də daxil edilir. 
Kollektiv və  fərdi  əmək müqaviləsi, digər müqavilələr bağlanarkən bunlarda 
mülki müdafiəyə hazırlığın təşkili üzrə  işəgötürənin və  əmək kollektivinin vəzifələri 
müəyyən olunur. 
Dövlət və qeyri-dövlət təhsil müəssisələrində  şagirdlərin, tələbələrin və 
dinləyijilərin mülki müdafiə hazırlığı mövzuları, proqramları  və  tədris saatlarının 
miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən 
yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının 
Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır. 
Əməli məşğələlər, mülki müdafiə  təlimləri və  məşqləri fövqəladə hadisələr 
dövrlərindəki mülki müdafiə  tədbirlərinin yerinə yetirilməsi bütün əhali qruplarını 
hazırlamağın əsas forması hesab edilir. 
Respublikanın  əhalisinə müdafiə biliklərinin öyrədilməsində mülki müdafiə 
təbliğatına geniş yer verilir. 
 
2-ji tədris sualı:  
İstehsal və sosial təyinatlı obyektlərin rəhbər 
komandir-rəis heyətlərinin, Mülki Müdafiə 
qüvvələrinin və MM mütəxəssislərinin 
hazırlanması. 
 
1.  Rəhbər heyətin hazırlığı bilavasitə təsərrüfat obyektlərində, ərazi və sahə Mülki 
müdafiə orqanları  tərəfindən keçirilən tədris-metodik toplanışlarda, kadrların 
 
2
Behruz Melikov
Behruz Melikov

ixtisasartırma üzrə  təhsil müəssisələrində  və mülki müdafiə kurslarında yerinə 
yetirilir. 
2.  Obyektlərdə  rəhbər, komandir-rəis  heyətləri  və  işçilərdən, habelə  tələbələrdən 
ibarət Mülki Müdafiə qüvvələrinin  şəxsi heyətinin hazırlığı qüvvədə olan 
proqramlara müvafiq həyata keçirilir. Rəhbər, komandir-rəis heyətinin 
ixtisasartırma institutlarında və MM kurslarında hazırlanmasına isə müvafiq 
proqramlar həjmində vaxt ayrılır. 
3.  Onlar həmçinin tədris ili ərzində  ən çoxu 5-7 gün istehsalatdan ayrılmaqla 
keçirilən məşğələlərdə, məşqlərdə, toplanışlarda hazırlanır, yeni vəzifəyə  təyin 
olunandan sonra isə hər 5 ildən bir MM kurslarında hazırlıq keçirlər. 
Rəhbər, komandir-rəis heyətlərinin və mütəxəssislərinin MM kurslarında hazırlanması. 
Azərbaycan Respublikasının, Naxçıvan MR-nın, rayon (şəhər), kənd və 
qəsəbələrin, eləjə  də nazirliklərin, dövlət komitələri, baş idarələr, istehsalat birlikləri, 
assosiasiyalar, elm və  tədris müəssisələri və mülkiyyət formasından asılı olmayaraq 
bütün təsərrüfat obyektləri rəhbərlərinə, mütəxəssislərinə MM sahəsində qarşıda duran 
vəzifələri yerinə yetirmək qaydalarını öyrətməyin əsas forması – onları mülki müdafiə 
kurslarında hökmən hazırlanmasını təşkil etməkdir. 
 
3-jü tədris sualı: 
İşçilərə, işləməyən əhaliyə, Dövlət və qeyri-dövlət ali, orta 
ixtisas məktəbi tələbələrinə, texniki peşə  və ümumtəhsil 
məktəbləri  şagirdlərinə, kadrların ixtisasartırma və 
yenidən hazırlanması üzrə 
tədris müəssisələri 
dinləyijilərinə MM biliklərinin öyrədilməsi. 
 
a) İşçilərə və işləməyən əhaliyə MM biliklərinin öyrədilməsi. 
1.  İdarə, müəssisə, təşkilat və digər obyektlərdə  işləyən, lakin MM qüvvələrinin, 
xidmətlərinin heyətinə  jəlb olunmayan əhaliyəMM bilikləri hər il iş yerində, 
istehsalatdan ayrılmadan öyrədilir. Bu əhali qrupu üçün hazırlığın aşağıdakı 
növləri müəyyən edilir. 
 
MM məsələlərini müstəqil surətdə öyrənmək və  hər ay sex, şöbə  və digər 
bölmə rəhbərlərinin keçirdiyi MM məşqlərində iştirak etmək. 
2.  Tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin yaxud 
bilavasitə öz rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçmək. 
Obyektin  ştatlı MM işçiləri belə  məşğələ  rəhbərləri və ya təlimatçılarla  tədris ilinin 
əvvəlində bir-iki günlük metodik toplanış keçirirlər.  Ştatlı Mülki Müdafiə  işçiləri 
olmayan obyektlərdə belə toplanışlar regional (şöbələrdə)  şəhər, rayon MM ijra 
orqanlarında və kurslarında təşkil edilir. 
İstehsalat və xidmət sahələrində  məşğul olmayan (işləməyən)  əhaliyə mülki 
müdafiə bilikləri yaşayış yerlərində, kütləvi informasiya vasitələrinin, mənzil 
idarələrində yaradılan məsləhət məntəqələrinin yardımı ilə müstəqil surətdə  və 
təsərrüfat müəssisələrində, mənzil istismarı orqanlarında keçirilən  əməli məşğələlər, 
MM məşqlərinə jəlb edilməklə öyrədilir. 
 
3
Behruz Melikov
Behruz Melikov

b)            Dövlət və qeyri-dövlət ali, orta ixtisas məktəbi tələbələrinə, texniki peşə  və 
ümumtəhsil məktəbləri şagirdlərinə MM-in öyrədilməsi. 
MM və tibbi biliklərin əsasları – ali məktəblərin bütün tələblərinə öyrədilməsi 
məjburi olan fənnlər sayılır, tədris planlarına xüsusi fənnlər kimi daxil edilir. 
Ali məktəblərin tələbələrinə MM-ə və tibbi biliklərin əsasları fənnləri qüvvədə 
olan proqramlara müvafiq tədris edilir. 
Tələbələrə MM-nin  öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır: 

fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa 
müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını 
öyrənmək; 

tibbi biliklərin  əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq 
tibbi yardım göstərməyi bajarmaq; 

ümumtəhsil məktəblərinin 2, 5, 6-jı siniflərində MM-ə tibbi-sanitariya 
hazırlığı fənnləri üzrə məşğələlər aparmağı bajarmaq. 
Xüsusi fənn olmaqla MM-ə  və tibb hazırlığı üzrə  məşğələlər bütün ali təhsil 
məktəblərinin yuxarı kurslarında iki semestr, tibbi biliklərin  əsasları isə dörd semestr 
keçirilir. 
Ali pedaqoci məktəb tələblərinə  təjrübə keçən dövrdə onlara MM-ə  və tibb 
hazırlığı fənni üzrə məşğələlər aparılması da planlaşdırılır. 
MM-ə fənni imtahan verməklə qurtarır. Pedaqoci institutlar və universitetlərdə 
tibbi biliklərin əsasları fənnindən birinji tədris ili tələbələr imtahan, ikinji tədris ili isə 
məqbul verirlər. Kurs buraxılış imtahanları ilə qurtarır. 
Ali təhsil məktəblərində MM-ə kafedraları (kursları) müvafiq nazirliyin 
rəhbərliyinin  əmri ilə yaradılır. Onlar ümumi qaydalara müvafiq komplektləşdirilir. 
Mülki Müdafiə kafedraları (kursları) müəllimlərinin bilikləri sahə təkmilləşdirmə tədris 
müəssisələrində Respublika MM kurslarında və müvafiq sazişlərə əsasən digər ölkələrin 
ixtisaslaşdırılmış tədris müəssisələrində təkmilləşdirilir. 
Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan məktəblərin 10-
11 sinif şagirdlərinə, MM-ə «Gənjlərin ibtidai hərbi hazırlıq proqramına» bölmə kimi 
daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris 
olunur. 
MM-ə  fənni 2-ji sinifdə – 6 saat, 5-ji sinifdə – 8 saat və 6-jı sinifdə – 8 saat 
tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif 
rəhbərləri tərəfindən tədris olunur. 
MM-ni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli MM-ə 
qərargahlarının nəzdində 3 günlük kurs keçirlər. 
v)        Kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə  tədris müəssisələri 
dinləyijilərinə MM-nin öyrədilməsi. 
Kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə  tədris müəssisələrində 
dinləyijilərə MM-nin öyrədilməsinin  əsasını – fövqəladə hadisələr dövrlərindəki 
Yüklə 12,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin