Şəxslərarası rollar
Hər bir təşkilatda menecerlər vaxtlarının kifayət qədər çox hissəsini istər öz təşkilatından, istərsə də başqa təşkilatlardan olan insanlarla ünsiyyət saxlamaqla keçirirlər. Həmin insanlar arasında həmkarlar, onların tabeçiliyində olanlar, onların tabeliyində olduqları, müştərilər, hökumət rəsmiləri və icma liderləri ola bilər. Bütün bu ünsiyyətlər şəxslərarası davranışı başa düşməyi tələb edir.
Sxem 1: Menecerlərin kateqoriyalar üzrə rolları
Araşdırmalar göstərmişdir ki, insanlarla ünsiyyət saxlamaq menecerlərin vaxtının təxminən 80%-ni alır. Bu cür ünsiyyətlər zamanı menecerlər aşağıda qeyd olunmuş üç əsas şəxslərarası rolu ifa etməli olurlar:
|