Təşkilati davranışa giriş (İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr, səh. 12-35), Kollokvium I


Təşkilati davranışla bağlı yanaşmalar



Yüklə 48,51 Kb.
səhifə6/18
tarix12.05.2022
ölçüsü48,51 Kb.
#57711
1   2   3   4   5   6   7   8   9   ...   18
movzu 1

Təşkilati davranışla bağlı yanaşmalar.

Təşkilati davranış sahəsilə bağlı müasir yanaşmalar aşağıdakılardır:



  • İnsan resursları yanaşması

  • Ehtimal yanaşması

  • Məhsuldarlıq yanaşması

  • Sistem yanaşması

Sistem yanaşması. Sistem – təşkilatın və yaxud cəmiyyətin bütün əlaqəli şəxslərinin həmin təşkilat və cəmiyyətlə qarşılıqlı təsirdə olan və bütövlükdə onunla fəaliyyət göstərən hissəsidir. Təşkilat daxilində insanlar öhdələrindəki tapşırıqları yerinə yetirmək üçün texnologiyalar tətbiq edirlər, təşkilatın strukturu isə onların müxtəlif fəaliyyətlərini koordinasiya etmək üçün bazis rolunu oynayır. Əgər bütövlükdə təşkilatın fəaliyyətində effektivlik məqsədi varsa, sistemlər yanaşması bu kimi elementlərin (insanlar, tapşırıqlar, texnologiyalar, və s) hər birinin müstəqilliyini əsas götürür. Təşkilatın sistemlər yanaşmasının digər bir aspekti onun təşkilatın əhatəsindəki sosial, iqtisadi, mədəni və siyasi mühitlə qarşılıqlı əlaqəsini fokus altına almasıdır.

Təşkilat öz mühitindən iki əsas yolla asılı olur: birincisi, təşkilat əhatəsindəki mühitdən xammal, insan, pul, proses və s. formada “sərmayə” qoyulması baxımından asılıdır. Təşkilat müəyyən “transformasiya” proseslərini həyata keçirən bir müəssisə kimi düşünülə bilər. Bu transformasiya özünü qoyulan “sərmayələrin” məhsul və xidmət şəklində olan məmulata “çevrilməsi” şəklində biruzə verir. İkincisi, təşkilat cəmiyyətdən asılıdır; belə ki, onun məhsul və xidmətlərini qəbul edəcək tərəf cəmiyyətdir.

Beləliklə, sistem yanaşması təşkilatın mütləq idarə etməli olduğu əsas daxili asılılıqlar üzərində fokus alır. Transformasiya proseslərini effektiv və səmərəli şəkildə reallaşdırmaq üçün təşkilatlar, daxillərində olan insanlar, tapşırıqlar, texnologiyalar və struktur arasındakı asılılıqları nəzərdən keçirməlidir. Təşkilatlar mövcud olduqları geniş mühitlərdə öz daxili əlaqə və asılılıqlarını da diqqətdən yayındırmamalıdırlar.

İnsan resurları yanaşmasıİnsan resursları yanaşması işçilərin səriştələri, yaradıcılıqları, işlərin icra səviyyələrinin yüksəlməsi və inkişafları kimi məsələlərlə maraqlanır, çünki işçilər təşkilatın ən vacib resurslarıdır. Bu yanaşmada işçilərin iş və məsuliyyət baxımından daha çox inkişaflarına kömək edilir və daha sonra onların təkmilləşmiş bacarıqları çərçivəsində maksimum töhfələrini verə bilmələri üçün əlverişli şərait yaradılmağa çalışılır. İnsan resursları yanaşmasının digər bir adı “dəstəkverici yanaşma”dır. Belə bir adın verilməsinə səbəb isə bu yanaşmada menecerin əsas rolunun “işçilərə nəzarət edici”dən “onların inkişafı və nəticələrinin fəal şəkildə dəstəklənməsinin təminatçısı” roluna dəyişməsidir.

Ehtimal yanaşmasıTəşkilati davranış barəsində ehtimal nəzəriyyəsinə görə, bütün situasiyalara ənənəvi yanaşma tətbiq etmək yerinə, müxtəlif situasiyalara özlərinə xas müxtəlif davranış təcrübələrindən istifadə etmək daha məqsəduyğundur. Daha effektiv təcrübələr qazanmaq və spesifik alternativləri müəyyənləşdirməkdən ötrü hər bir situasiya diqqətlə təhlil edilməlidir. Bu yanaşmanın güclü tərəfi ondadır ki, o, hər bir situasiyanı icraya başlamazdan əvvəl araşdırmağı tövsiyə edir. Beləliklə, bu yanaşma təşkilatdakı bütün insanlar barəsində olan cari məlumatları ən müvafiq şəkildə istifadə etməyə imkan verir.

Məhsuldarlıq yanaşması– Məhsuldarlıq hasilat vahidlərilə qoyulan sərmayə vahidlərini müqayisə edən nisbət göstəricisidir. Bu, daha çox iqtisadi cəhətdən qoyulan sərmayə və əldə edilən nəticəyə görə ölçülür. Əgər eyni miqdarda sərmayədən daha çox nəticə almaq mümkündürsə, məhsuldarlığın yaxşılaşdırılması nəzərə alına bilər. Ancaq, iqtisadi sərmayə və nəticələrdən başqa, sosial sərmayə, insan və nəticələr kimi faktorlara da diqqət etmək lazımdır.


Yüklə 48,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin