Təşkilati davranışa giriş (İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr, səh. 12-35), Kollokvium I



Yüklə 48,51 Kb.
səhifə5/18
tarix12.05.2022
ölçüsü48,51 Kb.
#57711
1   2   3   4   5   6   7   8   9   ...   18
movzu 1

Bütöv sistem yanaşmasıdır. Psixoloji çərçivəsinə, şəxsiyyətlərarası münasibətlərinə, qrupdaxili təsirinə, sosial və mədəni amillərinə görə insanın davranışını təhlil etmək mümkündür. İnsanlar təbiətləri etibarilə çox mürəkkəb varlıqdırlar; sistem yanaşmasını tətbiq etməklə, təşkilati davranış bu mürəkkəbliyə həll yolları tapmağa çalışır.

Təşkilati davranışın elementləri.

Təşkilati davranışın əsas elementləri – insanlar, struktur, texnologiya və təşkilatın fəaliyyət göstərdiyi ətraf mühitdir.



  • İnsanlar. İnsanlar təşkilatın daxili və ictimai sistemini yaradır. Onlar təşkilatlarda ya ayrı-ayrı fərdlər, ya da qruplar halında olurlar. Qruplar böyük yaxud kiçik, formal yaxud qeyri-formal, rəsmi yaxud qeyri-rəsmi ola bilər. Qruplar dinamik olub təşkilatda məqsədlərə çatmaq üçün fəaliyyət göstərirlər.

  • Struktur. Struktur insanların təşkilat daxilində formal münasibətlərini müəyyən edir. Təşkilatdakı müxtəlif insanlar müxtəlif işlər görürlər. Onların işlərini effektiv şəkildə koordinasiya etmək üçün onları müəyyən bir struktur çərçivəsində əlaqələndirmək lazımdır.

  • Texnologiya. Avadanlıq və iş prosesləri kimi texnologiyalar da insanların iş prosesində istifadə etdikləri və iş prosesinə təsir edən resursları təmin edir. İstifadə edilən texnologiyalar iş münasibətlərində təkzibedilməz rola malikdir. Onlar insanlara daha çox və daha yaxşı işləmək imkanı verir, həmçinin insanların fiziki əməyini müxtəlif yollarla məhdudlaşdırır.

  • Ətraf mühit. Təşkilatların fəaliyyət göstərdikləri bir mühit vardır. Həmin mühit hökumət, ailə və digər təşkilatlar kimi bir çox başqa elementlərdən ibarət, böyük bir sistemdir. Bütün bunlar mürəkkəb bir sistemin içərisində qarşılıqlı şəkildə bir-birinə təsir edir, həmin sistem insan qrupu üçün özünəməxsus bir mühit yaradır.


Yüklə 48,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin