Problemlərin həlli rolu. Menecerlər işçilərin öz aralarında və işçilərlə menecer arasında çıxan problemləri həll etmək üçün hakim rolunda da çıxış edirlər. Menecerlər bu cür problemləri əvvəlcədən hiss etməli və onların çıxmaması üçün tədbirlər görməlidirlər. Bunlara baxmayaraq yenə problemlər çıxarsa, menecerlər korrektəedici addımları da ata bilməlidirlər. Belə problemlərdən əməkdaşlar arasında münaqişələr, müştəri şikayətləri, işçilərin tətilləri, iş avadanlıqlarının xarab olması, nəğd pul çatışmazlığı və şəxslərarası münaqişələr sadalana bilər.