İşgüzar təyinatlı mehmanxanalarda aşağıdakı şərait olmalıdır;
- mehmanxana ictimai və inzibati yerlərə yaxın olub mərkəzdə yerləşməlidir;-mehmanxanaya ailəsi ilə gələn işgüzar qonaqlar üçün apartament nömrələr olmalıdır; - mehmanxanada tədbirlər keçirmək üçün sinxron aparatlarla və tərcüməçilərlə təchiz və təmin olunmuş konfrans zalları olmalıdır;
istirahət təyinatlı mehmanxanalara kurort və turist mehmanxanaları aiddir.
Mehmanxanaların yerləşdiyi yer.Lüks otellər və orta dərəcəli mehmanxanalar əsasən şəhərin mərkəzində yerləşir. Dəniz sahilinin kənarında yerləşən mehmanxanalar sahildən 50-300 metr aralıda olmalıdır. Çox da böyük olmayan bu mehmanxanalar qış və yay istirahəti üçün avadanlıqla təchiz edilir.
Mehmanxanaların işləmə müddəti bütün il boyu və mövsümi olur.
Dostları ilə paylaş: |