Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
HIST103, “Antropologiyaya giriş”, (3 kredit)
|
Departament
|
“Tarix və Arxeologiya” departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
Payız 2013
|
Fənni tədris edən müəllim (lər)
|
Orxan Zamanov
|
E-mail:
|
ordukaqan@gmail.com
|
Telefon:
|
(012) 421-79-16 (departament)
|
Mühazirə otağı/Cədvəl
|
I gün, saat 10:30-11:50, 12:00-13:20, otaq 301N
|
Məsləhət saatları
|
Tələbələrlə razılaşdırılan vaxtda
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycan türkcəsi
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Əsas: * işarəsi ilə göstərilmiş kitablar cədvəldə verilmişdir
-
*K.Məmmədov. Antropologiyaya giriş. Bakı, 2010 (dərslik)
-
Хомутов А. Б. Антропология. Ростов н/Д: изд. 3-е, 2004.
-
Хрисанфова Е. Н. Антропология: учебник. 4-е изд. – Москва, 2005.
-
Антропология. Учебное пособие. Я. Я. Рогинский, М.Г Левин. Издание 3-е. Москва, 1978.
-
Р.М.Касимова. Антропологические исследования современного населения Азербайджанской ССР. Баку,1975
-
Р.М.Касимова. Первая находка самого древнего пещерного человека на территории СССР. Баку, 1986
-
Mühazirə mətnləri
Əlavə:
-
Доисторическая Африка, Дж. Д. Кларк. Москва, 1977
-
Human Osteology, Tim D. White.
|
Kursun vebsaytı
|
|
Tədris metodları
|
Mühazirə
|
Tədris metodları
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:
-
Mühazirələr
-
Mövzu ətrafında müzakirələr (məşğələ)
-
Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə
-
Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi.
-
Muzeylərə tədrisin əyaniliyi ilə bağlı ekskursiya.
|
Qrup müzakirəsi
|
Praktiki tapşırıqlar
|
Praktiki məsələnin təhlili
|
Digər
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
Sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında noyabr ayında imtahan verilir.
|
30 bal
|
Praktiki məsələ
|
|
|
Fəallıq
|
Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək
|
10 bal
|
Tapşırıq və testlər
|
|
|
Kurs işi (Layihə)
|
|
|
Prezentasiya/Qrup müzakirə
|
Mövzuların verilməsi tələbələrlə müzakirə ediləcək və təstiq olunacaq.
|
10 bal
|
Final imtahanı
|
Noyabr və dekabr aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.
|
50 bal
|
Digər
|
|
|
Yekun
|
|
100 bal
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
“Antropologiyaya giriş” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – insanlıq tarixinin öyrənilməsinə yeni fənnlərarası baxışın tətbiqi, antropogenez nəzəriyyəsinin çoxtərəfli olması ilə əlaqədar bir sıra ziddiyyətli metodların, nəzəriyyə və baxışların fərqinin üzə çıxarılması, bəşəriyyətin tarixi inkişafının qanunauyğunluqlarını öyrənmək üçün müasir elmi tədqiqatın üstün cəhətlərinin öyrədilməsi, müasir insanın və sivilizasiyanın yaranmasının və inkişafının səbəblərinin araşdırılmasında təbii və ictimai amillərin qarşılıqlı rolunun üzə çıxarılmasıdır.
“Antropologiyaya giriş” kursunun başlıca məqsədi - tələbələrdə İnsan və onun ümumi antropologiyası, genezisi və irqi-etnik müxtəlifliyi haqqında elmi-nəzəri biliklərin formalaşdırmaqdır.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Fənnin tədrisinin nəticəsi:
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
-
İnsanın anatomok quruluşu və bioloji xüsusiyyətləri araşdırılacaqdır;
-
İnsanın mənşəyi elmi əsasda öyrəniləcəkdir;
-
İnsan cəmiyyətinin yaranması, tarixi inkişaf xüsusiyyətləri öyrəniləcək;
-
İnsanlığın yaranışından müasir dövrə kimi mövcud tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
QAYDALAR
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.
Yoxlama işi
Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.
İmtahanlar
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası
Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.
Tələbənin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
-
|
4
23.09.2013
|
Mövzu 1. Antropologiya haqqında ümumi anlayış: Tərifi, obyekti və predmeti
Mövzu 2. Davamı
| -
3 – 12
4. 6 - 9
|
-
|
4
30.09.2013
|
Mövzu 3. Antropologiyanın inkişaf tarixi: Qədim və Antik dövrdə, Orta əsrlərdə, Yeni və Müasir dövrdə antropologiya elmi və onun inkişafı
Mövzu 4. Davamı
| -
3 – 15
4. 14 – 20
|
-
|
4
07.10.2013
|
Mövzu 5. Antropoloji məktəb və nəzəriyyələr: XIX əsrə qədər antropoloji məktəblər, XIX-XX əsrin əvvəllərində antropoloji məktəb və nəzəriyyələr, Müasir antropologiya, inkişaf tendensiyaları və xüsusiyyətləri.
Mövzu 6. Davamı (yoxlama)
|
7.
|
-
|
4
14.10.2013
|
Mövzu 7. Antropologiya elminin quruluşu:
İnsanın morfologiyası, Antropogenez və Etnik Antropologiya (İrqşünaslıq)
Mövzu 8. Davamı
| -
10 – 12
|
-
|
4
21.10.2013
|
Mövzu 9. Antropoloji tədqiqatın üsul və metodları: Antropometriya – ölçü və müqayisə metodları, kimyəvi təhlil və müqayisəli-statistika üsulları.
Mövzu 10. Davamı (yoxlama)
| -
12 – 15
4. 9 – 11
|
-
|
4
28.10.2013
|
Mövzu 11. Antropologiyanın dıgər elmlərlə əlaqəsi: Təbiət və tibb elmləri, Humanitar və sosial elmlər, Riyazi və texniki elmlər.
Mövzu 12. Davamı
| -
12 – 13
Dərs “Qobustan Milli tarixi-bədii qoruğu”nda keçiriləcək
|
-
|
4
04.11.2013
|
Mövzu 13. İnsanın morfologiyası: Dəyişən və dəyişməz, I və II dərəcəli morfoloji əlamətlər.
Mövzu 14. Əsas morfoloji əlamətlər: Boy, çəki və bədənin mütənasibliyi.
| -
16-46
1. 16 - 23
|
-
|
4
11.11.2013
|
Mövzu 15. Davamı
Aralıq imtahanı (1-12-ci mövzular)
|
|
-
|
4
18.11.2013
|
Mövzu 17. Fasiləsiz dəyişən morfoloji əlamətlər: Dəri, tük, göz, baş, sifət və qan göstəriciləri.
Mövzu 18. Davamı
| -
24 – 46
|
-
|
4
25.11.2013
|
Mövzu 19. Antropogenez: İnsanın mənşəyi probleminin tarixi və tarixşünaslığı, antropoloji nəzəriyyələrdə insanın mənşəyi məsələsi, insanın genezisinə müasir baxış.
Mövzu 20. Davamı
| -
47 - 61
4. 472 - 496
Dərs “Təbiət tarixi muzeyi”ndə keçiriləcək
|
-
|
4
02.12.2013
|
Mövzu 21. Davamı (yoxlama)
Mövzu 22. İnsanların Yer kürəsinə yayılması: İnsanların Afrikada yaranması, Hominidlərin Afrikaya və Avrasiyaya yayılması, Homo Sapiensin Amerikaya və Avstraliyaya yayılması.
| -
50 - 61
4. 472 - 496
Dərs “AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey – Sərgi zalı”nda keçiriləcək
|
-
|
4
09.12.2013
|
Mövzu 23. Etnik Antropologiya (İrqşünaslıq): İnsan irqlərinin yaranması, irqlərin təsnifatı, böyük və keçid irqlər.
Mövzu 24. Davamı (yoxlama)
| -
62 – 117
|
-
|
4
17.12.2013
|
Mövzu 25. Mədəni Antropologiya: Tərifi, obyekti və predmeti; yaranma tarixi.
Mövzu 26. Sosial Antropologiya: Tərifi, obyekti və predmeti; yaranma tarixi.
|
7
|
-
|
4
23.12.2013
|
Mövzu 27. Fiziki Antropologiya: Tərifi, obyekti və predmeti; yaranma tarixi.
Mövzu 28. İqtisadi Antropologiya: Tərifi, obyekti və predmeti; yaranma tarixi.
|
7
Dərs Sanqaçalda “Xəzər Enerji mərkəz”ində keçiriləcək
|
-
|
4
30.12.2013
|
Mövzu 29. Tibbi Antropologiya: Tərifi, obyekti və predmeti; yaranma tarixi.
Mövzu 30. Hüquqi Antropologiya: Tərifi, obyekti və predmeti; yaranma tarixi. (yoxlama)
|
7
|
-
|
4
06.01.2014
|
Mövzu 31. Azərbaycanda antropologiyanın inkişaf xüsusiyyətləri: Tarixi inkişaf mərhələləri, Antropoloji tədqiqatlar, Azərbaycan Antropologiyası və paleoantropologiyası.
Mövzu 32. Davamı (yoxlama)
|
7
|
|
|
FİNAL imtahan
|
|