#30 Həm Qədim Albaniya, həm də Qədim Atropaten dövlətlərində yaşamış tayfaları seçin: 1.İskitlər
2.Kaspilər
3.Naxçlar
4. Müqlər
A) 1,3
B) 2,3
C) 2,4
D) 1,4
E) 3,4
4-cü test sualı
#1 Aturpatakanda Sasani ağalığı dövründə can vergisi ödəməkdən azad idi: A) Atəşpərəstlər
B) Əkinçilər və tacirlər
C) Uşaqlar, qadınlar və 60 yaşına çatmış kişilər
D) Uşaqlar, qadınlar və sənətkarlar
E) Xristianlar və yəhudilər
#2 Albaniya hökmdarı Urnayrın Sasani şahı ilə ittifaqa girməsinin məqsədlərinə aiddir: 1. Alban torpaqlarının bütövlüyünü saxlamaq
2. Bizans imperiyasının işğalçılıq planlarının qarşısını almaq
3. Ermənistan hökmdarlarının Albaniyaya qarşı qəsbkarlığına son qoymaq
4. Şimaldan hücum edən tayfaların işğallarının qarşısını almaq
5. Ərəb işğalçılarının Albaniyaya qarşı qəsbkarlığına son qoymaq
A) 1,2
B) 1,3
C) 2,4
D) 3,5
E) 1,5
#3 Aquen məclisində: 1. Xristian dininə aid qanunlar qəbul edildi
2. Vergilərin miqdarı dəqiqləşdirildi
3. Vergilərin miqdarı artırıldı
4. Atəşpərəstliyin yayılmasına aid qanunlar verildi
A) 1,3
B) 2,4
C) 3,4
D) 1,4
E) 1,2
#4 Azərbaycan əhalisinin Sasani ağalığı dövründə ödədiyi əsas vergilər: A) Torpaq və məhsul vergisi
B) Məhsul vergisi və biyar
C) Xərac və cizyə
D) Xaraq və gezit
E) Töycü və biyar
#5 Məzdəkin təliminə görə ədalətli cəmiyyət qurulması mümkün idi: A) Xüsusi mülkiyyəti möhkəmlətməklə
B) Mübarizə yolu ilə
C) Şər qüvvələrdən insanların uzaqlaşması ilə
D) Şah hakimiyyətini məhv etməklə
E) Dünya nemətlərindən imtina etməklə