Təsviri və tətbiqi incəsənət, əmək təlimi 2009 İstiqamət: İncəsənətin kontekstdə dərk edilməsi İ. N.XI,XII.7 Şagird hər hansı bir dövrün əsərlərini tanıyır və təhlil edir. Nəticə əldə edilmişdir, əgər şagird:
əsaslandırır ki, seçilən mərhələyə hansı əlamətlərlə üstünlük verib
•
başqa fənlərdə keçilən və əldə edilən materiala əsaslanaraq söhbət edir ki, seçilən mərhələnin
•
konkret dövründə təsviri, musiqi, teatral incəsənətdə nələr baş verirdi
incəsənət xadiminin yaradıcılığında müəyyən konkret əsərlərin nümunəsində (eyni dövrün iki
•
yaradıcısının əsərlərinin müqayisəsi əsasında) dövrün necə əks olunduğunu müzakirə edir
konkret əsərlərdə rəssamın xüsusiyyətinin necə əks olunduğunu müzakirə edir (eyni dövrün
•
iki yaradıcısının əsərlərinin müqayisəsi əsasında)
seçdiyi dövrün məşhur nümayəndələri, onların yaradıcılığı barədə informasiya toplayır və
•
onları sinif yoldaşları ilə tanış edir
seçilən dövrün incəsənətinin (Qədim Şərq, Antik Dövrlər, Orta Əsrlər, XV- XIX əsrlərdə
•
Qərbi Avropa) tarixi, sosial, dini, siyasi kontekstlərini təhlil edir
təhlil edir ki, seçilən dövrün əsərlərində yaradıcının şəxsiyyəti görünürmü və ya yox və niyə
•
(bu cəhətdən Misir, Antik, Orta Əsrlər, İntibah və s. dövrlərin incəsənətini müqayisə edir)
hər hansı bir əsərin nümunəsində təhlil edir ki, seçilən dövrün incəsənəti gələcək dövrün
•
incəsənətinə hansı təsir göstərib
bir neçə əsərin nümunəsində həmin dövr üçün xarakterik stilistik əlamətləri (kompozitiv
•
bölgü, kolorit, xətt, forma, yerinə yetirilmə tərzi), mövzunu göstərir
bu və ya digər sahənin bu və ya digər dövrdə inkişaf etmiş olduğunu (məs. heykəltaraşlıq
•
– dəyirmi heykəllər, barelyef, horelyef, bağlı relyef), hansına müəyyən dövrdə üstünlük
verildiyini və niyə verildiyini müzakirə edir.