Proqramın məzmunu
Təsviri incəsənətin əsas element və prinsipləri:
Xətt, boya; rəng; işıq-kölgə, faktura, forma, həcm; ölçülər; kompozitiv bölgü əsasları; bütövlük,
məkan (nəzər nöqtəsi, horizontal xətt, perspektiv, ön və arxa plan), simmetriya, ritm, tarazlıq, kontrast
(əhval-ruhiyyənin, emosiyaların müxtəlif effektlər və bədii üsullar vasitəsilə ötürülməsi).
Material və vəsait:
Tuş, qələm, pastel, quaş, akvarel, tempera, kömür, gil, parça, sap, kəndir, məftil, dəmir, təbii və
süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment; toxuculuq, tikiş, dülgərlik alətləri.
Texnika və prosedur:
Basmalar, yonmaq, kollaj, kilim, kuzə, qobelen, naxış vurmaq, toxumaq, tikmək, ağac yonmaq,
kompüter texnologiyaları; incəsənətin məşhur əsərlərinin surətini hazırlamaq; seçilən sahələrdə
eksperiment (rəssamlıq, dizayn, fotoqrafiya); materialla, texnika ilə eksperiment.
Layihədə iştirak etmək:
layihənin ideyasının müəyyən edilməsi (tematik axşamlar, xeyriyyə sərgiləri, tamaşanın quruluşu,
qəzet, jurnal, maketin hazırlanması, skverin abadlığı, məktəb, sinif otağının interyerinin dizaynını
yaratmaq və s.) ; layihənin planlaşdırılması, funksiyaların bölgüsü ; təşkilatı, maliyyə hesablaması,
sponsorun axtarılması, ictimaiyyətlə münasibət, materialla təminat, musiqi tərtibatı, rejisura,
ssenoqrafiya, rəssamlıq, dizayn : kostyum, dekorasiya, qrim ; resursun hazırlanması, təqdimatda
iştirak (aktyor, aparıcı, işıqverən və s.) ; təqdim etmək və s.
Kommunikasiya və şərh:
Təsviri incəsənətin element və prinsiplərinin biliyinə əsaslanaraq incəsənət əsərinin təhlili və
qiymətləndirilməsi; əsərdən alınan emosiya və təəssüratlar barədə söhbət aparmaq, əsərin
məzmununu öz təcrübəsi ilə əlaqələndirmək.
Kontekstdə incəsənətin dərk edilməsi:
Müxtəlif dövr və üslublu əsərlərin müqayisəsi və təhlili (üslub, mövzu, janr və s.); rəssamın fərdi
tərzi; gürcü incəsənəti və incəsənət xadimlərini təhlil etmək; teatral və kino incəsənəti ilə tanışlıq
və təhlil.
T. T. İ.X - 3
|