Sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri.
Sığorta hadisəsi əlamətlərinə malik hadisələrin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində, lakin 3(üç) iş günündən gec olmayaraq sığortaçıya və ya onun nümayəndəsinə yazılı sığorta tələbini göndərməklə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə dərhal xəbər verməlidir.
Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Qaydaların 10.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
Sığortalı və ya sığorta olunan, həmçinin faydalanan şəxs tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
Bu Qaydaların 10.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
Fərdi qəzanın baş verdiyi andan 12 аy müddətində həmin hadisə səbəbindən ölüm baş verərsə, fərdi qəza nəticəsində ölüm hеsаb olunur.
Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:
sığorta şəhadətnaməsinin əsli;
sığorta hadisəsi şəraitinin ətraflı təsviri və sığorta ödənişinin alınması üsulu (sığortaçının kassasından nağd ödəmə və ya bank rekvizitləri tam göstərilməklə köçürmə vasitəsilə) göstərilməklə sığorta tələbi;
əgər sığorta hadisəsi sığorta olunanın xidməti vəzifələrini yerinə yetirdiyi zaman baş vermişdirsə, qanunvericilikdə müəyyən olunmuş qaydada tərtib edilmiş istehsalatda bədbəxt hadisə barədə akt;
sığorta olunanın xəstənin stasionar və ya ambulator kartasından çıxarışın əsli;
sığorta olunanın işlədiyi yerin kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqələrinin surəti;
əlillik qrupunun müəyyən edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının arayışının əsli və əlillik vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
ölümün səbəbi barədə tibbi şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti (ölüm halında);
sığorta olunanın ölümü haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (ölüm halında);
sığortaçının hüquq mühafizə orqanlarından və / və ya hadisənin xüsusiyyətlərindən asılı olaraq digər müvafiq səlahiyyətli orqanlarından sorğu etdiyi, hadisənin baş verməsini və onun səbəblərini və şəraitini təsdiq edən sənədlər;
sığorta ödənişini alan fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin, hüquqi şəxs olduqda isə, onun dövlət qeydiyyatı haqqında şəhadətnamənin və müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti.
sığorta ödənişini alan fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin, hüquqi şəxs olduqda isə, onun dövlət qeydiyyatı haqqında şəhadətnamənin və müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
sığorta müqaviləsi üzrə faydalanan şəxs sığorta olunanın özü olduğu halda, sığorta olunanın ölümü halında sığorta ödənişini almaq hüququna malik olan şəxsin təyin edilməsi barədə notarius tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi;
zəruri hаllаrdа sığоrtаçı sığorta ödənişini alan şəxsdən bаşqа sənədləri də tələb edə bilər.
Sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sığortaçı sığorta ödənişini alan şəxsin kimliyinin müəyyən edilməsi üçün ondan aşağıdakı sənədləri tələb etmək hüququna malikdir:
hüquqi şəxslərdən - olduğu yer haqqında məlumat;
fiziki şəxslərdən - yaşayış yeri və iş yeri, işəgötürəninin adı və fəaliyyət növü haqqında məlumat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, həmçinin müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin surəti.
Sığorta ödənişinin həyata keçirilməsi şərtləri və qaydası
Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini bu Qaydaların 10-cu maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının və ya onun nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
Sığorta ödənişinin miqdarı fərdi qəza nəticəsində alınan xəsarətin ağırlığından asılı olmaqla, sığorta məbləğindən aşağıdakı faizlərlə hesablanır:
ölüm halında – 100 %;
bədən xəsarətinin nəticəsi olaraq ümumi əmək qabiliyyətinin daimi itirilməsi halında (aşağıda göstərilməyən bədən хəsаrətləri nəticəsində əmək qаbiliyyətinin dаimi tam itirilməsinə görə sığorta ödənişi sığorta olunanın əsas əmək fəaliyyətinin növü nəzərə аlınmаdan aşağıda göstərilmiş bədən хəsаrətləri ilə müqаyisədə оnlаrın аğırlıq dərəcələrinə müvаfiq оlаrаq vеriləcəkdir.):
Əlillik
Sığorta ödənişinin miqdarı (sığorta məbləğindən %-lə)
Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi
100
Tam müalicəolunmaz psixoz
100
Hər iki qolun və ya hər iki əlin itirilməsi
100
Hər iki qulağın travma mənşəyi ilə tam karlığı
100
Aşağı çənənin çıxardılması
100
Nitqin tam itirilməsi
100
Bir qolun və bir ayağın tam itirilməsi
100
Bir qolun və bir ayaq pəncəsinin tam itirilməsi
100
Bir əlin və bir ayaq pəncəsinin tam itirilməsi
100
Bir əlin və bir ayağın tam itirilməsi
100
Hər iki ayağın tam itirilməsi
100
BAŞ
Kəllə sümüyünün bütün qalınlığı boyu zədələnməsi:
- ən azı 6 sm2 olan səth
60
- 3 sm2 –dən 6 sm2 – dək olan səth
30
- 3 sm2 –dən az olan səth
20
Aşağı çənənin qismən, qalxan hissəsinin bütünlükdə və ya yuxarı çənə sümüyünün yarısının çıxardılması
40
Bir gözün tam itirilməsi
40
Bir qulağın tam karlığı
30
YUXARI ƏTRAFLAR
Əlillik
Sığorta ödənişinin miqdarı (sığorta məbləğindən %-lə)
SAĞ
SOL
Bir qolun və ya bir əlin itirilməsi
60
50
Qol sümük maddəsinin əsaslı zədələnməsi (müəyyənləşdirilmiş və müalicəolunmaz zədələnmə)
50
40
Yuxarı ətrafların tam iflici (sinirlərin müalicəolunmaz zədələnməsi )
65
55
Dolanan sinirin tam iflici
20
15
Bazunun ankilozu
40
30
Əlverişli vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu (düz bucaqdan 15 dərəcə aralı)
25
20
Əlverişsiz vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu
40
35
Iki bazu önü sümük maddəsinin əsaslı itirilməsi (müəyyənləşdirilmiş və müalicəolunmaz zədələnmə)
40
30
Orta sinirin tam iflici
45
35
Bağlama yerində mil sinirinin tam iflici
40
35
Bazu önünün mil sinirinin tam iflici
30
25
Əlin mil sinirinin tam iflici
20
15
Dirsək sinirinin tam iflici
30
25
Biləyin əlverişli vəziyyətdə fiksə edilərək ankilozu (düz və əlin üstü vəziyyətdə)
20
15
Biləyin əlverişsiz vəziyyətdə fiksə edilərək ankilozu (bükmə və deformasiyalı açma və ya çevrilmiş vəziyyətdə)
30
25
Baş barmağın tam itirilməsi
20
15
Baş barmağın qismən itirilməsi (dırnaq falanqası )
10
5
Baş barmağın tam ankilozu
20
15
Şəhadət barmağının tam amputasiyası
15
10
Şəhadət barmağının iki barmaq sümüyünün tam itirilməsi
10
8
Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi
5
3
Baş barmağın və şəhadət barmağının eyni zamanda amputasiyası
35
25
Şəhadət barmağından savayı baş barmağın və digər barmağın tam itirilməsi
25
20
Baş və şəhadət barmağından savayı iki barmağın tam itirilməsi
12
8
Baş və şəhadət barmağından savayı üç barmağın tam itirilməsi
20
15
Baş barmaq daxil olmaqla dörd barmağın itirilməsi
45
40
Baş barmaqdan savayı dörd barmağın itirilməsi
40
35
Orta barmağın tam itirilməsi
10
8
Baş və şəhadət barmaqlarından savayı bir barmağın tam itirilməsi
7
3
AŞAĞI ƏTRAFLAR
Əlillik
Sığorta ödənişinin miqdarı (sığorta məbləğindən %-lə)
Ombanın tam itirilməsi (yuxarı hissəsi )
60
Ombanın (aşağı hissəsinin) və ayağın tam itirilməsi
50
Ayaq pəncəsinin tam itirilməsi (baldır –ayaq barmağının disartikulyasiyası (parçalara bölünməsi))
45
Ayaq pəncəsinin qismən itirilməsi (topuqaltı-sümüyünün disartikulyasiyası (parçalara bölünməsi))
40
Ayaq pəncəsinin qismən itirilməsi (orta ayaq dırnağının disartikulyasiyası (parçalara bölünməsi))
35
Ayaq pəncəsinin qismən itirilməsi (ayaq darağı – ayaq dırnağı arxasının disartikulyasiyası (parçalara bölünməsi))
30
Aşağı ətrafların tam iflici (müalicəolunmaz sinir zədələnməsi)
60
Xarici dizaltı sinirinin tam iflici
30
Daxili dizaltı sinirinin tam iflici
20
Iki sinirin tam iflici (xarici dizaltı sinirinin və daxili dizaltı sinirinin tam iflici)
40
Ombanın yan hissəsinin ankilozu
40
Dizin ankilozu
20
Ombanın və ya hər iki ayaq sümüklərinin sümük maddəsinin itirilməsi (müalicəolunmaz hal)
60
Diz qapağının sümük maddəsinin itirilməsi və bununla bağlı fraqmentlərin əsaslı ayrılması və ayağın uzadılması (dartılması) zamanı hərəkətlərin məhdudlaşması
40
Diz qapağının sümük maddəsinin itirilməsi, hərəkətlərin saxlanılması şərti ilə
20
Aşağı ətrafların ən azı 5 sm qısaldılması
30
Aşağı ətrafların 3 sm-dən 5 sm–dək qısaldılması
20
Aşağı ətrafların 1 sm-dən 3 sm–dək qısaldılması
10
Ayaq pəncəsinin bütün barmaqlarının amputasiyası
25
Ayaq pəncəsinin baş barmağı da daxil olmaqla dörd barmağın amputasiyası
20
Ayaq pəncəsinin dörd barmağının tam itirilməsi
10
Ayaq pəncəsinin baş barmağının tam itirilməsi
10
Ayaq pəncəsinin iki barmağının tam itirilməsi
5
Ayaq pəncəsinin, baş barmaqdan savayı, bir barmağın amputasiyası
3
SINIQLAR
Sınıq
Sığorta ödənişinin miqdarı (sığorta məbləğindən %-lə)
Omba və ya çanaq sümüyünün sınığı (bud sümüyü və büzdümdən savayı ):
a) Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)
100
b) Bütün digər ağır sınıqlar
50
c) Çoxsaylı sınıqlar,ən azı biri tam
30
d) Bütün digər sınıqlar
20
Omba və dabanın sınığı:
a) Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)
50
b) Bütün digər ağır sınıqlar
40
c) Çoxsaylı sınıqlar,ən azı biri tam
30
d) Bütün digər sınıqlar
20
Baldır, körpücük sümüyü, topuq, dirsək oynağı, bazu və ya bazu önü sümüyünün sınığı (bilək daxil olmaqla, lakin mil sümüyünün klassik sınığı istisna olmaqla):
a) Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)
40
b) Bütün digər ağır sınıqlar
30
c) Çoxsaylı sınıqlar,ən azı biri tam
20
d) Bütün digər sınıqlar
12
Aşağı çənənin sınığı:
a) Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)
30
b) Bütün digər ağır sınıqlar
20
c) Çoxsaylı sınıqlar, ən azı biri tam
16
d) Bütün digər sınıqlar
8
Kürək, diz qapağı, döş sümüyü, əlin (barmaqlar və biləkdən savayı),ayaq pəncəsinin (barmaqlar və dabandan savayı) sınığı:
a) Bütün digər ağır sınıqlar
20
b) Bütün digər sınıqlar
10
Bazu önü mil sümüyünün klassik sınığı:
a) Ağır sınıqlar
20
b) Bütün digər sınıqlar
10
Onurğa sütunun sınıqları (büzdümdən savayı bütün fəqərələr):
a) Bütün kompresyon sınıqlar
20
b) Bütün tinəbənzər, köndələn çıxıntılar və ya çanaq sümüyünün sınığı
20
c) Onurğa sütunun bütün digər sınıqları
10
Bir və ya bir neçə qabırğanın, almacıq sümüyünün, büzdümün, yuxarı çənənin, burunun,bir və ya bir neçə ayaq barmaqlarının, bir və ya bir neçə əl barmaqlarının sınığı:
a) Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)