Əgər Sığorta Müddəti zamanı Sığortalanmış şəxs bütün digər səbəblərdən asılı olmayaraq birbaşa ikinci və ya üçüncü dərəcəli yanıqla nəticələnən Bədən Xəsarəti alarsa, Şirkət, Sığortalanmış şəxsə Təzminat Cədvəlində göstərilmiş və şəhadətnamədəki Sığorta Məbləğinin həcminədək kompensasiya ödəməyə razıdır.
Yanığın növü üzrə Təzminat Cədvəli
Sığorta ödənişinin miqdarı (sığorta məbləğindən %-lə)
Bədən səthinin 27%-nı və ya daha artıq sahəsini əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar
100%
Bədən səthinin 18%-nı və ya daha artıq, lakin 27%-dən artıq olmayan sahəni əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar
60%
Bədən səthinin 9%-nı və ya daha artıq, lakin 18%-dən artıq olmayan sahəni əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar
30%
Bədən səthinin 4,50%-nı və ya daha artıq, lakin 9%-dən artıq olmayan sahəni əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar
16%
ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sığorta məbləğinin 75%-ni aşmamaq şərtilə əmək qabiliyyətinin tam itirilməsinin hər gününə görə sığorta məbləğinin 0.27 %-i miqdarında.
Müalicə xərclərinə görə ödəniş:
Bu qaydaların 3.1.5.-cü maddəsinə əsasən müalicə xərcləri sığorta təminatına daxil edilmişdirsə, Müqavilədə ayrıca göstərməklə, sığortaçı hadisənin baş verdiyi tarixdən etibarən bir il ərzində müəyyən edilmiş həkim haqqı ilə dərman, radioqrafiya, vanna, masaj, xəstəxana və digər müalicə xərclərini (nəqliyyat xərcləri istisna olmaqla) sığorta Müqaviləsində bu təminat üçün göstərilən məbləğ həddində (yalnız həmin məbləğ ayrıca olaraq müəyyən edildiyi halda) ödəyir. Qəza nəticəsində təbii və ya süni dişlərə dəyən xəsarətin aradan qaldırılması üçün çəkilən protez xərclərinə görə verilən sığorta ödənişi müalicə xərcləri məbləğinin 10%-dən çox ola bilməz.
Müalicə xərcləri üçün sığorta olunanın işlədiyi müəssisə və ya qanunvericiliyə əsasən müəyyən edilmiş icbari sığortaya əsasən verilən bütün ödənişlər sığortaçının ödəyəcəyi ödənişdən çıxılır.
Müalicə xərclərinin müxtəlif sığortaçılar tərəfindən ödənilməsi hallarında bu xərclər həmin sığortaçılar arasında onların təminat nisbətinə uyğun olaraq bölüşdürülür.
Sığorta hadisəsi nəticəsində eyni zamanda həm ölüm, həm də ömürlük əlil olmağa görə ödəniş verilmir. Ancaq ömürlük əlillik təminatı almış sığorta olunan, hadisənin baş verdiyi tarixdən etibarən bir il ərzində həmin hadisə nəticəsində vəfat edərsə, sığorta olunana ömürlük əlil olmağa görə verilmiş ödəniş ilə ölüm təminatı ödənişi arasındakı fərq onun hüquqi varislərinə ödənilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən ödəniş və müalicə xərcləri ölüm və ya ömürlük əlilliyə görə verilən ödənişdən çıxılmır.
Sığortaçı sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydaların 10.6-cı maddəsində nəzərdə tutulmuş bütün sənədlərin əldə olunmasından sonra 15(on beş) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəyir və ya sığorta ödənişindən imtina edilməsi barədə məktubu sığortalıya və faydalanan şəxsə göndərir. Sığortaçının sığorta ödənişini həyata keçirilməsi tarixi onun müvafiq ödəniş tapşırığındakı bank qeydinin tarixi (nağdsız ödəniş halında) və ya kassa məxaric orderinin tarixi sayılır. Sığortaçının sığorta ödənişini verməkdən imtina edilməsi tarixi poçt xidmətinin imtina məktubunun qəbul etdiyi tarix sayılır. İmtina məktubu sığortalının və faydalanan şəxsin sığorta müqaviləsində göstərilmiş ünvanlarına göndərilir.
Faydalanan şəxsin arzusu ilə sığorta ödənişi nağdsız qaydada bank vasitəsi ilə köçürüldüyü halda, belə köçürülmə ilə əlaqədar olan bank xərcləri faydalanan şəxs çəkir.
Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı, sığorta olunan və ya faydalalnan barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
Əgər sığorta ödənişini alan şəxs ona sığorta ödənişinin verilənə qədər ölərsə, sığorta ödənişini almaq hüququ, əgər sığorta müqaviləsinə başqa cür nəzərdə tutulmamışdırsa, ölən şəxsin varislərinə keçir.
Sığorta olunanın ölümündə günahkar olan şəxslər və ya sığorta olunanın ölümünə səbəb olan qəsdən bədən xəsarəti törətmiş şəxslər sığortaçı tərəfindən sığorta ödənişini alanların siyahısından çıxarılır.
Sığorta olunanın ölümü məhkəmə tərəfindən elan edilərkən, sığorta ödənişi, əgər məhkəmənin qərarında sığorta olunanın ölüm təhlükəsi olan şəraitdə və ya onun müəyyən fərdi qəzadan vəfatı güman edilən itkin düşməsi qeyd olunmuşdursa və onun itkin düşdüyü gün və ya güman edilən vəfatı sığorta müqaviləsinin fəaliyyət dövrünə düşürsə, ödənilməlidir. Sığorta olunanın xəbərsiz itkin düşməsi məhkəmə tərəfindən tanınarsa, sığorta ödənişi verilməyəcəkdir.
Sığorta ödənişini sığorta olunan və ya faydalanan şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnamə əsasında faydalanan şəxsin nümayəndəsinə verilə bilər.
Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur.
Bu Qaydaların 10.10-cu maddəsində nəzərdə tutulmuş halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər.
Sığorta şəhadətnaməsində(müqaviləsində) şərtli və ya şərtsiz gözləmə müddəti müəyyən edilə bilər.
Sığorta müqaviləsinin bağlanılması anında, həmçinin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunana münasibətdə digər sığortaçı ilə bağlanılmış fərdi qəza sığortası müqaviləsində fərdi qəza nəticəsində sığorta olunanın əmək qabiliyyətinin müvəqqəti qismən itirilməsi, fərdi qəza nəticəsində müalicə xərcləri, sığorta olunanın əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi təminatları barəsində sığortaçinın məlumatı alındığı halında ödəniş sığortaçinin payına düşən ödəniş məbləğində ödənilir;
Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
bu Qaydaların tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
sığorta müqaviləsi ilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı, sığorta olunan və ya faydalanan şəxs tərəfindən maneçilik törədilməsi;
məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən və ya ona hər-hansı dəyişiklik və ya əlavə edilərkən sığortaçıya məlum olduğu və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadığı halları istisna olmaqla, sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
sığorta hadisəsinin sığorta haqqının sığorta müqaviləsində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;
Sığorta qanunvericilikdə və ya bu qaydalarda nəzərdə tutulmuş digər hallarda.
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti.
Tərəflər bu Qaydalara əsasən bağlanılmış sığorta müqaviləsinin icrası ilə bağlı biri-birinə vurduqları zərərlərə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Mübahisələrin həlli qaydası.
Bu Qaydalara əsasən bağlanılmış sığorta müqaviləsinin icrası ilə bağlı olan bütün xəbərdarlıqlar, ərizələr, bildirişlər, izahatlar və s. yazılı şəkildə tərtib olunmalı və çatdırılmasını təsdiq etmək mümkün olan üsulla göndərilməlidir.
Sığortalının və ya sığorta olunanın yazılı müraciətinə əsasən sığortaçının ona sığorta şəhadətnaməsinin dublikatını verdiyi tarixindən əvvəl verilmiş sığorta şəhadətnaməsi etibarsız sayılır.
Sığorta müqaviləsində həllini tapmayan tərəflər arasında olan münasibətlər qanunvericiliyin müddəalarına uyğun olaraq tənzimlənir.
Sığorta müqaviləsi üzrə tərəflər arasında yaranmış bütün mübahisələr 60(altmış) təqvim günü ərzində danışıqlar yolu ilə həll olunur, razılıq əldə etmək mümkün olmadıqda mübahisələr aidiyyəti üzrə Azərbaycan Respublikasının məhkəmələri vasitəsi ilə həll edilməlidir.