ƏLAVƏ B: Neonatal reanimasiya üçün tələb olunan avadanlıq NRP-nin 2011-ci ildə çap edilmiş 6-cı nəşrindən adaptasiya edilib. Standart dəstlər Müvafiq prosedurların (məs.,göbək ciyəsinin kateterizasiyası) aparılması üçün hazır dəstlərin əvvəlcədən hazırlanması
təxirəsalınmaz hallarda vaxta xeyli qənaət edə bilər.
Ümumi •
Reanimasiyanın aparılması üçün sərt, lakin xüsusi örtüklə yumşaldılmış səth
•
Baş üzərində yerləşdirilmiş isitmə cihazı
•
Reanimasiyanın aparılacağı yerin yaxşı işıqlandırılması üçün işıq
•
Saniyə əqrəbi olan saat və ya saniyəölçən
•
İsidilmiş əskilər və ya dəsmallar
•
Çəkisi 1500 qramdan az olan körpələrə yetərli olan polietilen kisə və ya örtük
•
Stetoskop (neonatal stetoskopa üstünlük verilməlidir)
•
Nəbz oksimetri və neonatal prob
Tənəffüs yollarının tənzimlənməsi •
Aspirator və aspirasiya (sorucu) kateterləri (ölçüləri - 5F və ya 6F, 8F, 10F 12F və ya 14F)
•
Orofaringeal hava ötürücüsü və ya S-vari boru (ölçülər 0.00 və 000); yuxarı tənəffüs yollarının sərbəst keçiriciliyinin
təmin edilməsi üçün istifadə edilir
•
İntubasiya üçün avadanlıq
o
neonatal ucluqlarla larinqoskop (tələb olunan ölçülər - 00, 0, 1)
o
uyğun gələn larinqoskop tiyələri və
o
ehtiyat lampalar və larinqoskop üçün batareyalar
o
daxili diametri 2,5; 3,0; 3,5 və 4,0 mm olan intubasiya boruları
o
traxeyanın intubasiyası üçün stilet
o
endotraxeal borunun bərkidilməsi üçün ləvazimat (məs., steril qayçılar, tibbi leykoplastır)
•
İntubasiyanın düzgün aparıldığını təsdiq etmək üçün tənəffüs sonu CO2-nin təyin edilməsi üçün cihaz
•
Mekonium aspiratoru (endotraxeal boru vasitəsilə aspirasiyanın aparılması məqsədilə)
•
Magill tipli və ya düz tiyələr (neonatal ölçüdə olması yaxşı olardı)
•
Laringeal maska (No1, 5 kq-
dək çəkisi olan yenidoğulmuşlar üçün yararlıdır) və 5 ml-lik şpris