TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə61/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   57   58   59   60   61   62   63   64   ...   141
DƏRSLİK

 
Şəkil: 5-7. 
Uşaqlıq boynunun açılması :A-ilk doğanda: B-təkrar doğanda
1-
doğuşdan əvvəl; 2-açılma dövrünün əvvəlində ;3-açılma dövrünün sonunda 
Baş kiçik çanaq girəcəyinə pərçim olduqdan sonra onların arasında 
təmas kəməri 
yaranır (şəkil:5-8). Təmas kəməri dölyanı mayeni ön 
və arxa sulara ayırır. Sancılar gücləndikcə döl qovu-ğuna daha çox dölyanı maye axır, amma daha geri qayıda bilmir (təmas kəməri 
qoymur). Çanaqla döl başı arasında uşaqlığın aşağı seqmenti yerləşir. 
a) b) 
 
Şəkil:5-8
.a) təmas kəməri: 1-arxa sular; 2-4 uşaqlıq boynu; 3 təmas kəməri;
b) kontraksion həlqə:1-uşaqlıq cismi; 2-aşağı seqment;3 kontraksion həlqə;4-uşaqlıq boynu 
Uşaqlıq boynunun açılması tədricən baş verir: əvvəl boyun hamarlaşır, sonra 3-4 sm-ə qədər açılır. I dövrün sonuna açılış 10-12 sm 
olur. Bu zaman döl qovuğu gərgin olur, sancıların birində yırtılır və ön sular (100-120 ml) xaricə axır.
Qadınların əksəriyyətində sancılar qarının aşağı hissəsində, beldə ağrılarla müşayət olunur. Sancıların tezliyi və davamiyyəti artıqca 
ağrılar da güclənir. Açılma dövrünün sonuna sancılar hər 2-3 dəqiqədən bir baş verir və 60-80 saniyə davam edir. Sancıların inkişafı 
uşaqlıqda bir çox dəyi-şikliklər yaradır. Sancılar zamanı uşaqlığın yuxarı hissəsi–cismi (aktiv hissə) ilə aşağı seqment (pas-siv hissə) 
arasında sərhəd yaranır. Bu 
kontraksion 
həlqə adlanır. Xarici mamalıq müayinəsi zamanı kontraksion həlqə köndələn istiqamətdə 
yerləşmiş zolaq kimi əllənir. Uşaqlıq boynu açıldıqca kont-raksion həlqə də qasıq qövsündən yuxarı qalxır (şəkil:5-8 b).
Kontraksion həlqənin yerləşməsinə əsasən uşaqlıq boynunun açılması haqqında fikir yürüt-mək olar: kontraksion həlqə qasıq 
qövsündən neçə santimetr yuxarıda yerləşirsə, uşaqlıq boynunun açılmaşı da bir o qədər olur. Uşaqlıq boynu 4-5 sm açıldıqda, 
kontraksion həlqə qasıq qövsündən 4-5 sm yuxarıda yerləşir. Açılma dövrünün sonunda kontraksion həlqə qasıq qövsündən 10 sm yu-
xarıda yerləşir 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin