TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə63/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   59   60   61   62   63   64   65   66   ...   141
DƏRSLİK

 
 
 Qovulma dövrü 
 
 
Qovulma dövrü uşaqlıq boynunun tam açılması ilə başlayır, dölün doğulması ilə qurtarır. Qo-vulma dövrü iki fazadan ibarətdir: uşaqlıq 
boynunun tam açılmasından gücvermələrin başlanmasına qədər olan dövr və gücvemələrin başlanmasından dölün doğulmasına qədər 
olan dövr. İlk doğan qa-dınlarda qovulma dövrü 1 saatdan 2 saata qədər, təkrar doğanlarda 15 dəqiqədən 1 saata qədər davam edir.
Dölyanı maye axdıqdan sonra sancılar müvəqqəti dayanır. Uşaqlıq boşluğunun həcmi kiçilir. Onun divarları dölə kip yapışır, uşaqlıq və 
uşaqlıq yolu doğum kanalı şəklində birləşir, uşaqlıq əzələləri yeni həcmə uyğunlaşır və 10-15 dəq. sonra sancılar yenidən başlayır.
Sular axdıqdan sonra uşaqlığın divarı qalınlaşır və əzələlərin yığılma gücü artır. Döl başı, döl qo-vuğuna nisbətən sinir elementlərinə 
daha güclü təzyiq edir, ona görə də qovucu sancılar daha intensiv olur, pauzalar qısalır, sancılar zamanı uşaqlıq güclü gərilir, bərkiyir, 
qarın divarını qabardır. Uşaqlıq da-xili təzyiq I dövrə nisbətən 2 dəfə artır, 70-80 mm C/sut, əzələarası təzyiq 250-300 mm C/sut olur.
Sancılara gücvermə də qoşulur. Gücəvermənin və sancının gücü dölün qovulmasına yönəlir. Sancılar və gücvermələr zamanı uşaqlıqla 
birlikdə onu fiksə edən bütün bağlar da gərilir. Gücvermə və sancılar getdikcə artır. Enmiş baş oma kələfinə təzyiq edir. Qadında dölü 
doğuş yollarından çı-xarmaq hissi güclənir. O, əlləri və ayaqları üçün dayaq axtarır ki, daha güclü güc versin.
Qovulma dövrü böyük gərginliklə keçir, ürək-damar sisteminin fəaliyyəti artır, maddələr mü-badiləsi güclənir. Gücvermə zamanı doğanın 
üzü qızarır, boyun venaları şişir, nəbzi tezləşir, arterial təzyiqi bir qədər artır. Güclü gücvermə zamanı üz və dodaqlar göyərir, dəri tərlə 
örtülür, ayaqlarda qıcolmalar olur.
Gücvermə və sancıların birlikdə təsirindən döl başı kiçik çanağa enir (şəkil:5-10). Çanaq boşlu-ğunda vintvari dönmə hərəkətləri edərək 
irəliləyir və kiçik çanaq çıxacağına gəlir. Baş çanaq dibinə çatıb, ona təzyiq etdikcə gücvermə idarə olunmaz xarakter alır: onlar tezləşir, 
güclənir, pauzalar 3-2-1 dəqiqəyədək qısalır. Baş çanaq çıxacağına yaxınlaşdıqca aralıq qabarır (əvvəl ancaq gücvermələr za-manı, 
sonralar pauzalarda da). Bu zaman anus açılır. Başın sonrakı irəliləmələrində cinsiyyət yarığı açılır, başın kiçik bir hissəsi görünür. 
Pauzalarda baş gizlənir. Gücvermələr zamanı başın cinsiyyət ya-rığından görünüb, pauzalarda gizlənməsinə başın cinsiyyət yarığını 
oyması 
deyilir. Bu başın daxili dönüşünin sona yetdiyini və çanaq çıxacağında yerləşdiyini göstərir. Növbəti gücvermələrdə baş daha 
çox görünür və pauzalarda daha gizlənmir. Buna başın cinsiyyət yarığını 
yarması 
deyilir. Sonrakı mərhələlərdə başın ənsə hissəsi 
doğulur, başın açılması baş verir, nəticədə ardıcıl olaraq cinsiyyət ya-rığından dölün təpə qabarları, alın və üz doğulur. Baş doğulduqdan 
sonra doğuşun biomexanizminə uyğun olaraq, qısa müddətli pauzadan sonra, gövdənin daxili, başın xarici dönüşü baş verir, bir çiyin 
simfizin altına keçir, digəri omaya baxır. Arxaya baxan üz ananın buduna tərəf dönür, birinci mövqe-də sağ buda, ikinci mövqedə əksinə. 
Ön çiyin simfizin altında ləngiyir, arxa çiyin doğulur. Sonra arxa sular axır (sular pendirvari maddənin hesabına bulanıq olur) və bütün 
gövdə doğulur.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin